Kolatan

Kəndin adı: 
Kolatan

Əhalisi: 
5131 nəfər

Ərazisi: 
1239 ha

Coğrafi mövqeyi:
Kolatan Masallı ərazisində yerləşən qədim yaşayış məskənlərindən biridir. Kolatan kəndi Talış dağlarının ətəyində yerləşir. Bu yaşayış məskəni Masallı - Boradigah magistral yolundan 2 kilometr cənub-qərbdə, rayon mərkəzindən 11 kilometr aralıdadır. 

Kəndin əsas məşğuliyyəti: 
Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.

Həmsərhəd olduğu kəndlər: 
Qodman, Ərkivan, Qızılavar, Bədəlan, Xanalion, Sığdaş, Babaküçə kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası: 
Kolatan toponiminin yaranması haqqında müxtəlif fikirlər vardır. Təqdiqatçılara görə Kolatan kəndinin yeri vaxtilə meşəlik olmuşdur. Kəndin əhalisi meşələri qıraraq yerində yaşayış məskəni salmışlar. Talış dilində qırılmış meşə yerinə Kuləton deyilir. Azərbayçan dilində isə bu söz Kolatan şəklində işlədilir. Hazırda Böyük Kolatan, Bala Kolatan, Bağıroba kəndlərinə bölünən bu yaşayış məskəni bir neçə məhəlləyə bölünür. Ən böyük məhəllələrə Küjə, Jioba, Mionə, Seyidoba və başqaları daxilidir.

Kəndin tarixi abidələri: 
Əhalinin bu ərazidə məskunlaşması təsadüfi deyil. Kolatan ərazisi çox səfalı, əlverişli təbii-çoğrafi şəraitə malikdir. Təbii bulaqların və kiçik çayların zənginliyinə görə Kolatan kim ikinçi bir yer təsəvvür etmək çətindir. Buradakı bulaqlar orta əsrlərə aiddir. suyu vaxtilə bol olmuş “Haftoni’’ (yeddi bulaq) bulağından ətrafı yerlərə su axıtmaq üçün yeraltı saxta borular çəkilmişdir. Bu su boruları XVIII əsrə aiddir. Mənbələrdən məlum olur ki, Talış hakimi Mir Mustafa xan Ərkivan, Kolatan və Bədəlan kəndlərinin ərazisində yerləşən bulaqların suyunu Lənkəran şəhərinə axıtmaq fikrində idi. Bu məqsədlə o, XVIII əsrin sonunda xanlığın şimal hissəsindəki kəndlərdən 40 bulağın suyunu təxminən 30 kilometr uzunluğunda olan xüsusi gildən hazırlanmış borularla yerin altı ilə Lənkərana çəkdirmişdi.
Kolatan kəndi ərazisində “Ğoşə butə’’, “Osyo təpə’’ adlı kurqanların mövçud olması, “Sığə çölə’’ qalası və “Peşkə’’ adlı yerdə toplanmış müxtəlif maddi mədəniyyət nümunələri, mis və gümüşdən olan Sasani və Ərəb sikkələri, qızıl əşyalar, keramik nümunələri, müxtəlif növ qılınçlar bu ərazinin qədim yaşayış yeri olduğunu sübut edir. Qədim dövrlərdə Kolatan ərazisində mövçud olan həyat XVII əsrin sonu - XVIII əsrin ortalarında çanlanmağa başlamışdır. Kəndin şimal-şərqində daş və tunç dövrünə dair “Ğoşə butə’’ və “Osyo təpə’’ kurqanları, orta əsrlərə aid “Sığə çölə’’, XIII əsrə aid “Kanqlı qalası’’, XIX əsrə aid “Tərd honi bulağı’’, “Bağıroba bulağı’’, “Allahyar bulağı’’, “Mirzəmməd bulağı’’, “Nüsxə bulağı’’, “Çur-çur bulağı’’, 1859-1860-çı illərdə tikilmiş iki məsçid Kolatanın keçmiş tarixi haqqında çox şey deyir. 1813-çü ildə Talış xanlığı çar Rusiyası tərəfindən işğal edilənə qədər Kolatan əhalisinin əsas məşğuliyyəti çəltikçilik olmuşdur. Qafqaz Arxeqrafiya Komissiyasının Aktlarına görə 1804-çü ildə Kolatanda 40 yaşayış evi mövçud olmuşdur. Əhali çəltikçiliklə yanaşı, mal-qara saxlamaqla da məşğul idi. 1831-çi il çarizmə qarşı üsyanda Kolatan kəndinin əhalisi də yaxından iştirak etmişdir. XX əsrin 60-çı illərin ortalarına qədər əhalinin əsas məşğuliyyəti çəltikçilik, maldarlıq və bostan məhsulları yetişdirmək olmuşdur. Kolatanın çəltik sahələri kənddən 5-7 kilometr aralı Lürən və Xıl kəndlərinin qonşuluğunda yerləşirdi. XX əsrin 50-ci illərin əvvəllərindən Kolatan ərazisində çayçılıq təsərrüfatının əsası qoyulmuşdur. Sovet dönəmində Azərbayçanda ən böyük çayçılıq təsərrüfatı Kolatanda yerləşirdi.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Ağayev Hikmət Şali oğlu 
1961-ci ildə anadan olmuşdur. 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Həmin il Fizuli istiqamətində, Haramı düzü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bala Kolatan qəbiristanlığında dəfn olunmuşdur.

Qasımov Habil Yusif oğlu 
1972-ci ildə anadan olmuşdur. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. 1993-cü ilin iyun ayının 16-da Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Baxşiyev Altay Xanəli oğlu 

1973-cü ildə anadan olmuşdur. 1991-ci ildən hərbi xidmətə çağırılıb, 1993-cü ilin avqustun 28-də cəbhəyə ağır yoluxucu xəstəliyə tutularaq Lənkəran hərbi qospitalında vəfat etmişdir. Bala Koltan qəbiristanlığında dəfn olunmuşdur.

Qulamov Rafət Rəfael oğlu 

1973-cü ildə anadan olmuşdur. 1997-ci ildə zabit rütbəsində hərbi xidmətə çağırılmışdır. 1998-ci il aprelin 8-də Xanlar rayonunun Tuğana kəndi yaxınlığında gedən atışmada düşmən gülləsindən şəhid olub.

Rzayev Simran Siyab oğlu 
1973-cü ildə anadan olmuşdur. 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırılıb. 1992-ci il iyul ayının 8-i Umudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Qafarov Ramin Ayaz oğlu 
1977-ci ildə anadan olmuş, 1997-ci ildə hərbi xidmətə çağırılıb. 1999-cu ilin dekabrın 14-ü Tovuz rayonunun Ağdam kəndi yaxınlığında atışmada şəhid olmuşdur.

Tağıyev Naib Təyyar oğlu 
1965-ci ildə anadan olmuş, 1994-cü il Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Kəndin digər tanınmışları:
Anar Camal oğlu İsgəndərov
1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə Kolatan orta məktəbində təhsil almışdır. 1973-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Masallı rayonuna göndərilmişdir. İlk əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləmişdir. A. İsgəndərov 1982-ci ilin yanvarından Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Fəlsəfə’’ kafedrasında kabinet müdiri vəzifəsində çalışmış, eyni zamanda, həmin İnstitutun “Kimya texnologiyası’’ fakültəsinin azad komsomol təşkilat katibi seçilmişdir. A. İsgəndərov 1984-cü ilin martından Bakı Dövlət Universitetinin tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika’’ kafedrasında çalışmağa başlamışdır. 1985-1989-cu illərdə Bakı Dövlət Universitetində aspiranturada təhsilini qiyabi yolla davam etdirmişdir. A. İsgəndərov 1989-cu ildə tarixşünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə dosent vəzifəsinə seçilmişdir. A. İsgəndərov 1989-1999-cu illərdə tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika’’ kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika’’ kafedrasının müdiri vəzifəsinə seçilmişdir. A. İsgəndərov 2004-cü ilin aprelində “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslıq’’ mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2004-cü ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı almışdır. A. İsgəndərov Respublikada və Respublikadan kənarda 19171920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərdən biri kimi tanınır. Onun 1997-ci ildə nəşr olunan “1918-ci il Mart qırğınının tarixşünaslığı’’ adlı monoqrafiyası vətən tarixinin böyük bir uğuru kimi qəbul olunmuşdur. Anar İsgəndərov ilk dəfə olaraq 90 il ərzində 1918-ci ilin mart soyqırımı ilə bağlı yazılmış əsərləri dövriyyəyə cəlb etmiş və tarixşünaslıq baxımından onların elmi təhlilini vermişdir. 2003-cü ildə A. İsgəndərovun geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti’’ adlı monoqrafiyası nəşr olunmuşdur. Həmin il “Azərbaycan Xalq Cümhüriyyəti’’ biblioqrafiya əsəri də işıq üzü görmüşdür. 2006-cı ildə A. İsgəndərovun “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)’’ adlı fundamental əsəri nəşr olunmuşdur. Elmi ictimaiyyət bu əsərdən razı qalmış və əsərin xarici dillərə tərcümə olunması məsləhət bilinmişdir. A. İsgəndərovun 2009-cu ildə Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan “Təzəpirin tarixi’’ kitabı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. A. İsgəndərovun 2011-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar’’ adlı yaddaş kitabçası nəşr olunmuşdur. A. İsgəndərov 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlara həsr olunan maraqlı tədqiqat işini başa çatdırmış, əsər 2011-ci ildə ABŞ-da ingilis dilində “Realites of Azerbaijan: 1917-1920’’ adı altında nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır “Realits of Azerbaijan: 1917-1920’’ əsəri ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Əsər 2012-ci ildə Azərbaycan dilində nəşr olunmuşdur. Kitabda ermənilərin Cənub Qafqazda məskunlaşması, onların Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafkaziya Komissarlığı, Zaqafkaziya Seymi, 1918-1920-ci illərdə erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Sovetinin antiazərbaycan siyasəti, ingilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğal mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilmişdir. Əsər Bakı Dövlət Universitetinin xüsusi mükafatına layiq görülmüşdür. A. İsgəndərov bu illər ərzində 6 monoqrafiyası, 4 dərs vəsaiti, 15 proqramı, 200-dən çox elmi məqaləsi nəşr olunmuşdur. A. C. İsgəndərov dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələr etmişdir. O, 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 78 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransında maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun’’ medalı, 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırılmalarına görə “Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin’’ “Qızıl döş nişanı’’, 2009-cu ildə isə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi’’ medalı ilə təltif olunmuşdur. A .İsgəndərov dövrü mətbuatda və müxtəlif televiziya kanallarında Vətən tarixinin ayrı-ayrı problemləri ilə bağlı müntəzəm çıxışlar edir. A. İsgəndərov rəhbərliyi altında 8 nəfər namizədli dissertasiyası müdafiə etmişdir. Hazırda Anar İsgəndərovun rəhbərliyi altında 3 əyani aspirant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqat işlərini davam etdirirlər. O, tarix elmləri üzrə 3 elmlər doktorunun elmi məsləhətçisidir. A. İsgəndərov fakültə və Universitet Elmi Şuralarının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert Şurasının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov “Kəlam’’, “Tarix və onun problemləri’’ jurnallarının redaksiya şurasının üzvüdür. A. İsgəndərov 1999-cu ildə Müqəddəs Həcc ziyarətində olmuşdur. Ailəlidir, iki övladı var.

HƏMİDOV İMAMVERDİ YAVƏR OĞLU 
1941-ci ildə anadan olmuşdur. 1947/48-ci ildə Bala Kolatan kənd ibtidai məktəbinə daxil olmuşdur. 1950/51-ci ildə Böyük Kolatan 7 illik məktəbin sinfinə daxil olmaqla 1953/54-cü tədris ilində Kolatan 7 illik məktəbini VII sinfini bitirmişdir. Həmin ili, yəni 1954-cü ildə Bədəlan orta məktəbinə daxil olmaqla 1957-ci ildə isə Bədəlan orta məktəbini bitirib. 1957-ci ildə Bakı Statistika texnikumuna daxil olmuşdur. 1959-u ildə texnikumu fərqlənmə diplomu ilə bitirib. Təhsilini qiyabi davam etdirməklə Masallı rayonun Qodman kəndi “Dimitriv’’ adına kolxozda baş ekonomist işləmişdir. Təhsilimi əyani davam etdirməklə 1960-cı ildə Bakı Dövlət Universitetinin (ADY) ərəb dili fakültəsinə daxil olmuşdur. Tələbə ikən III kursda bir il müddətinə Yəmən ərəb respublikasına tərcüməçi göndərilmişdir. 1965-ci ildə institutu fərqlənmə ilə bitirdiyimə görə göndərişlə Moskvaya Asya, Afrika xalqları institutuna aspirant qəbul edilmiş, 1970-ci ildə rus dilində müdafiə etməklə ərəb dili üzrə “elmlər namizədi’’ adını almışdır. Azərbaycan elmlər akademiyasının “Nizami’’ adına Ədəbiyyat institutunda elmi işdə şöbə müdiri vəzifəsində işləyir. Elmi işiylə bərabər 3 il Yəmən demokratik respublikasında, 4 il isə İraq ölkəsində tərcüməçi işləmişdir. İxtisası və elmi işiylə əlaqədar Qahirədə Moskva, Sankt-Peterburq, Urmiya, Tehranda, Təbrizdə, Əlcəzairdə, Suriyadakı ali təhsil müəssisələrində elmi mühazirə oxumuşdur. Hal-hazırda elmlər doktoru (şərqşunas elmləri üzrə) olmaqla Azərbaycan Elmlər akademiyasının Nizami adına ədəbiyyat institutunda “Orta əsrlər’’ şöbəsinin müdiri və BDU-da ərəb dili üzrə müəllim işləyir.

ƏMİROV NƏCƏFƏLİ YAQUB OĞLU
15 may 1929-cu ildə Kolatan kəndində anadan olmuş. İbtidai təhsilini Bala Kolatan məktəbində almış. Orta təhsilini Masallı şəhər xüsusi təmayüllü məktəbini bitirmişdir. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, 1953-cü ildən Azərbaycan Respublikası Nazirlər sovetində işə başlamış, Nazirlər sovetinin ilər idarəsinin rəisi vəzifəsinə kimi yüksəlmişdir. Əmirov Nəcəfəli Yaqub oğlu 1991-ci ildə vəfat etmişdir.

MƏMMƏDOV QAİL FAZİL OĞLU 
1948-ci ilin sentyabr ayının 7-si Kolatan kəndində anadan olmuş, müxtəlif dövrdə Sumqayıt məhkəməsində, Bakı ağır cinayət məhkəməsində çalışmış hal-hazırda Apelyasiya məhkəməsində işləyir.

ABUŞOV ƏVƏZ HEYDƏR OĞLU
1934-cü il 24 iyun tarixdə Kolatan kəndində anadan olmuşdur. Kolatan kənd yeddilik məktəbi 1947-ci ildə bitirmişdir. Orta məktəbi Boradigah qəsəbə bitirmişdir. 1953-cü ildə Az. kənd təsərrüfatı institutuna daxil olmuş, 1958-ci ildə həmin institutu bitirmişdir. Həmin ildə Kommunizm yolu kolxozuna baş aqronom vəzifəsinə təyin olunmuşdur. 1963-cü ildə Azərbaycan Sovet (Azərb. SSR) Sos. Respublikası Ali Sovetinə deputat seçilmişdir. 1965-ci ildə “Kommunizm yolu’’ sovxozunda “Partkom’’ işləmişdir. 1974-cü ildən - 1979-cu ilə kimi Masallı çay fabrikində direktor vəzifəsində çalışmışdır. 1976-cı ildə Ali Partiya məktəbini bitirmişdir. 1980-2002-ci illərdə Masallı rayonu Toxum Müfəttişliyi rəisi vəzifəsində işləmişdir. Müxtəlif fəxri fərman, orden və medallarla təltif olunmuşdur. 2003-cü ildə 69 yaşında vəfat etmişdir. 6 övlad atası olmuşdur.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az