Qodman

Kəndin adı: 
Qodman 

Əhalisi: 
1330 nəfərdir

Ərazisi: 
449 ha

Coğrafi mövqeyi: 
Dağ ətəyi

Kəndin əsas məşğuliyyəti: 

Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq olmuşdur. İndi taxılçılıq və maldarlıqdır.

Həmsərhəd olduğu kəndlər: 

Qərbdən Qəriblər, şimaldan Ərkivan, şərqdən Kolatan, cənubdan Sığdaş.

Kəndin adının mənası: 
Qodman kəndin əsası təxmini 1737-ci ildə qoyulub. Kəndin adının mənası Ğədimon sözündən götürülərək mənası qədim yaşayış yeri deməkdir.

Kənddə ilk məktəbin açıldığı tarix
Qodman kəndində ilk məktəb Sovetlər dövründə 1926-cı ildə Qodman kənd məscidində açılmışdır.

Kəndin ilk ali təhsillisi:

Babayev Aslan Xubalı oğlu 
1926-cı ildə Masallı rayonun Qodman kəndində anadan olmuşdur. A. Babayev 1946-cı ildə Bakı şəhəri Politexnik İnstitutunun Avtomobil şöbəsinə daxil olmuşdur. 1950-ci ildə İnstitutu fərqlənmə ilə bitirmişdir. A. Babayev Avtomobil (Nəqliyyat) nazirliyində işə başlamış və 1953-cü ilin 20 avqustunda avtomobil qəzasına düşüb və faciəli şəkildə həlak olmuşdu.

Qarabağ uğrunda şəhid olanlar:

Kazımov Cəlal Abuzər oğlu
01 sentyabr 1973-cü ildə Qodman kəndində anadan olmuşdur. Qarabağ döyüşlərində 01.06.1992-ci ildə şəhid olmuşdur. Qodman kənd tam orta məktəbi onun adını daşıyır.

Səmədov Məmmədağa Cəbrayıl oğlu 
05.10.1963-cü il tarixdə Qodman kəndində anadan olmuşdur. O , Qarabağ müharibəsi zamanı könüllü şəkildə müharibəyə getmiş və orda şəhid olmuşdur.

Həşimov Balı Mövlan oğlu 
20.01.1977- ci il tarixdə Qodman kəndində anadan olmuşdur. Hərbi xidməti zamanı 20.01.1996-cı ildə şəhid olmuşdur.

Zərbiyev Rahim Oktay oğlu 
30.10.1979-cu ildə Qodman kəndində anadan olmuşdur. Hərbi xidməti vəzifəsini yerinə yetirərkən 22.07.1998-ci il tarixdə şəhid olmuşdur.

Böyük Vətən Müharibəsində iştirak edənlər: 
50 nəfər müharibəyə getmiş onlardan 16 nəfəri şəhid olmuş və hal-hazırda sağ qalanı yoxdur.

Kəndin ziyalıları haqqında:
Şiriyev Fikrət Abuzər oğlu 
1957-ci ildə Qodman kəndində anadan olmuşdur. Hazırda Bakı şəhərində yaşayır. Filologiya elmlər doktorudur, Bakı Dövlət Universitetində Prorektordur.

Əliyev Nurəddin Mansur oğlu 

1944-cü ildə Qodman kəndində anadan olmuş Azərbaycan Yazıçılar birliyinin üzvüdür. 

Əliyev Fəxrəddin Mansur oğlu 
1953-cü ildə Qodman kəndində anadan olmuşdur. Azərbaycan Yazıçılar birliyinin üzvüdür. 

Kazımov Əligüşad İbad oğlu 
20 yanvar 1947-ci ildə Qodman kəndində anadan olmuşdur. Masallı rayon Profilaktik Dezinfeksiya Stansiyasının baş həkimi vəzifəsində işləyir.

Din xadimləri:

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Molla Cəfər və Molla Mir Fəyyaz olmuşlar. Hər ikisi ali təhsilini Qum və Bağdad şəhərlərində almışlar.

Kəndin digər tanınmışları:
Əliyev Zülfüqar Mansur oğlu 
(Zülfüqar Qodmanlı) 15 iyun 1933-cü ildə Qodman kəndində anadan olmuş və 24 mart 1998-ci il tarixdə vəfat etmiş, Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşdur. 

Əliyev Ağaddin Mansur oğlu 
(Ağaddin Mansurzadə) 1940-cı ildə Qodman kəndində anadan olmuş və 2007-ci il tarixdə vəfat etmiş, Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşdur. 

Quliyev Azad Əkbər oğlu 

21 yanvar 1924-cü ildə Qodman kəndində anadan olmuş və 17 may 2008-ci il tarixdə vəfat etmişdir. Uzun müddət Bakı şəhəri Milis İdarəsinin rəisi vəzifəsində işləmiş, milis Polkovniki olmuşdur. O, ədəbiyyatda Azad Talışoğlu ləğəbi ilə fəaliyyət göstərmiş SSRİ Yazıçılar birliyinin üzvü olmuşdur.

Səmədov Vəkil Muxtar oğlu 
15 iyun 1924-cü ildə Qodman kəndində anadan olmuş və 26 dekabr 1991-ci il tarixdə vəfat etmişdir. Masallı rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Mürşüdov Qurban Mirilyas oğlu 
1920-ci ildə Qodman kəndində anadan olmuşdur. 1950-ci ildə Yardımlı RKP-nın II katibi, Masallı Rayon İcra Komitəsinin sədri, RXMŞ-nın müdiri vəzifələrində çalışmışdır. O, 01 iyul 1984-cü il tarixdə vəfat etmişdir.

Həşimov Qəyyum Rəzi oğlu
1922-ci ildə Qodman kəndində andan olmuş və 1993-cü ildə vəfat etmişdir. Ağdam, Puşkin (Biləsuvar), Astara, Yardımlı və Ucar rayonlarında Milis rəisi vəzifəsində işləmişdir. Milis Polkovniki olmuşdur. O, 1993-cü il tarixdə vəfat etmişdir.

Əliyev Şəmsəddin Mansur oğlu 

1948-ci ildə Qodman kəndində anadan olmuşdur. Bakı şəhəri Binəqədi rayonun Milis rəisi vəzifəsində işləmişdir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az