Əzizabad

Kəndin adı: 
Əzizabad 

Əhalisi:
 
422 nəfər

Ərazisi: 
138 ha

Coğrafi mövqeyi: 
Dağ ətəyi

Kəndin əsas məşğuliyyəti: 

Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq. İndi taxılçılıq və maldarlıq.

Həmsərhəd olduğu kəndlər: 

Qərbdən Qəriblər, şimaldan və Şərqdən Qodman, cənubdan Məmmədrzakücə 

Kəndin adının mənası: 
Əzizabad kəndinin mənası Sığdaş ərazisinin kəndxudası olmuş Əziz bəyin adından götürülmüş və ilk məskunlaşanlar Əziz bəyin 6 (altı) oğlanları olmuşdur.

Kəndin ilk ali təhsilliləri haqqında məlumat:

Qənbər Talıblı 1905-ci ildə Əzizabad kəndində anadan olmuşdur. 1936-cı ildə Leninqrad kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Kənd Təsərrüfatı Elmlər Namizədi dərəcəsini almışdır.

Böyük Vətən müharibəsində iştirak edənlər:
Əzizabad kəndindən 11 nəfər müharibəyə getmişdir. Ondan 9 nəfəri həlak olmuşdur. Hazırda sağ qalanı yoxdur.

Kəndin ziyalıları haqqında:

Fətdayev Hamlet Feyruz oğlu 
14 oktyabr 1966-cı il də Əzizabad kəndində anadan olmuşdur. Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat İnstitutunda şöbə rəisi vəzifəsində işləyir.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az