Lürən

Kəndin adı:
Lürən 

Əhalisi:
1025 nəfər

Ərazisi:
294 ha
 
Coğrafi mövqeyi: 
Masallının cənubi şərqində yerləşir. Talış dağlarının ətəyində düzənlik sahədə yerləşir.

Kəndin əsas məşğuliyyəti:
Keçmişdə çəltikçilik və maldarlıq olmuşdur hal-hazırda kəndin əsas məşğuliyyəti tərəvəzçilik və maldarlıqdır.
Həmsərhəd olduğu kəndlər:
Lürən kəndi Musaküçə, Gəyəçöl, Pircana, Qızılavar və Ərkivan qəsəbəsi ilə həmsərhəddir

Kəndin adının mənası:
Lürən sözünün mənası qədimdən rütubətli yer deməkdir. Kəndə ilk gələnlər Astara, Salyan, Lənkərandan gələnlər olmuşlar. 

Kəndin tarixi:
Lürən kəndi 1850 (min səkkiz yüz əlinci) illərdə yaranmışdır. 

Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1932-1933-cu illərdə açılmışdır. 2007-ci ildə kəndimizdə 3 mərtəbəli yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Kəndin ilk təhsilliləri:
Əliyev Əlİ İbad oğlu,     
Əbilov Aslan İslam oğlu , 
Talıbov Əliabas Nəzərəli oğlu, 
Sadıqov Canəli Xanəli oğlu 
Hüseynov Həmzə Fərhad oğlu 


İlk elmlər namizədi: 
Məmmədov Vilayət Xudayar oğlu 
1960-cı ildə Lürən kəndində anadan olmuş, 1968-ci ildə Lürən kənd səkkiz illik məktəbin 1(birinci) sinfinə daxil olmuş 1976-cı ildə Lürən kənd səkkiz illik məktəbi bitirmiş 1976-cı ildə Musaküçə kən orta məktəbində 1978-ci ildə Musaküçə kənd orta məktəbini bitirmiş , 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş 1983-cü ildə oranı bitirmiş, 1989-cu ildə Kənd Təsərrüfatı Elmlər Namizədi adına layiq görünmüşdür.

Kəndin tarixi abidəsi:
Lürən kəndində 1870-ci illərdə məscid tikilmiş, 1993-94-cü illərdə isə əsaslı təmir olunmuşdur. 

Kəndin din xadimləri:
Molla Mövsüm
Kərimov Yağubcan Kərim oğlu 
Molla Bağı
 
Kəndin bu din alimləri oz dövrlərində Nəcəful-Əşrəfdə təhsil almışlar

BVM-də iştirak edənlər:
İkinci Dünya Müharibəsində 32 nəfər iştirak etmiş onlardan 19 nəfəri müharibədə həlak olmuş 13 nəfər sağ qalıb qayıtmışdırlar və hal-hazırda onlardan yaşayan yoxdur:

Seyfullayev Mansur Xəlil oğlu,
Talıbov Həşim Nəzərəli oğlu, 
Əbilov Qulamhüseyn İslam oğlu, 
Bağırov Xanəli Bağır oğlu,
Cabbarov Feyruz Həsən oğlu,
Talıbov Abuzər Nəzərəli oğlu,
Məhərrəməov Xalıq Məhərrəm oğlu,
Hüseynov Qurban Sərhəd oğlu,
Əliyev Şəhid Daxıl oğlu,
Hüseynov Həsən Muxtar oğlu,
Əliyev Əli İbad oğlu,
Babayev Babaş Niftulla oğlu,
Mirzəyev Ələsgər Qurban oğlu, 
Kərimov İmran Yaqubcan oğlu,
Səfərov Mirdaməd Səfər oğlu,
Əsgərov Heydər Əhməd oğlu,
Mahmudov Vahab Mahmud oğlu,
Sadıqov Əyyub Bağır oğlu,
Şükürov Zahid ,


Kəndin şəhidləri:
Həmidov Namiq Nəcəf oğlu 
15 mart 1994-cü ildə Lürən kəndində anadan olmuşdur. 2001-ci ildə F.Şükürov adına orta məktəbin 1-ci sinfinə daxil olmuş 2012-ci ildə orta məktəbi bitirmişdir 2012-ci ildə hərbi xidmətə çağırılmışdır. 2013-cü ilin 28 may günündə düşmən gülləsinə tuş gəlmiş Şəhid olaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.

Kəndin tanımış ziyalıları:
Cabbarov Etibar Feyruz oğlu
1953-cü ildə anadan olmuşdur. 1985-1991-ci ilə kimi Masallı rayon partiya komitəsində II katibi vəzifəsində çalışmışdır. Hal-hazırda sağdır və Heydər Əliyev adına muzeydə işləyir.

Talıbov Zakir Əliabas oğlu 
1954-cü ildə anadan olmuşdur. 1991-ci ildə Lürən sovxozunun direktoru 1992-ci ildə rayon partiya komitəsində kənd təsərrüfatı üzrə şöbə müdiri 1993-cü ildə Masallı rayon Yol İstismar İdarəsinin müdiri 1994-cü ildə Gömrük Komitəsində çalışmış 2006-cı ildə vəfat etmişdir.

Nuruyev Şərbi Hüseynqulu oğlu - Lenin ordeni, 
Əbilov Aslan İslam oğlu 
Talıbov Həşim Nəzərəli oğlu

Əmraslanov Qurbət Xalıq oğlu Şərəf nişanı ordeni ilə təltif olunmuşlar...
Talıbov Vurğun Əlipənah oğlu Kinboks üzrə Azərbaycan çenpionu olmuşdur.

Rəşid Niftəli oğlunun Masallı rayonunda ilk Dövlət bankının yaranmasında rolu olmuşdur 

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az