Musaküçə


Ərazi vahidinin adı 
Musaküçə

Əhalisi
3922 nəfər

Ərazisi
905,23 ha

Coğrafi mövqeyi 
Düzənlik. Talış dağları ətəyində. 

Kəndin əsas məşğuliyyəti
Heyvandarlıq, əkinçilik, qismən həsirçilik. 

Həmsərhədləri
Lürən kəndi, Gəyəçöl kəndi, Öncəqala kəndi və Masallı şəhəri. 

Kəndin adının mənası. 

800-810 il bundan əvvəl “Viləş çayı” indiki Musaküçə kəndinin yerindən axıb. Çayın kənarı ilə köçəri yolu olmuş, ən qısa yolla Məşhədə kərbalaya gedənlər buradan keçmiş Musa adlı bir şəxs öz tayfası ilə bu əlverişli yerdə məkan tutaraq yurd salmışlar. Bu tayfanın başçısı həm dindar həm də molla olmuşdur. Sonda burada məskan salan adamlar çayın sahilində qındarğılığı (yəni yabanı bitmiş kiçik boylu ağacları) təmizləyərək  Molla Musanın adını vermişlər. 

Buna görə də “Musaküçə” sözü ilk sakin kimi Musa kişinin adı ilə adlandırmışlar. Musa – adam adı, küçə sözü isə yurd məskən deməkdir. Musa kişinin qəbri isə su basardan aralı – hazırki qəbiristanlıqda olan ocağın yerində basdırılmışdır. Hal-hazırda bu ocaq qalır və “Musa ocağı” adlandırılır. 


Kəndin tarixi abidələri. 


1903-cü ildə tikilmiş, Musaküçə kənd məscidi. Bu məscid bişmiş kərpicdən tikilib. Yaşlıların dediyinə görə bu məscid – köhnə torpaq məscidinin yerində tikilmişdir. İnşası 1902-ci ildə başlamış və 1903-cü ildə hazır olub. 
Kənd qəbiristanlığında yerləşən “Molla Musa ocağı” – onun tarixi kəndin tarixi ilə eynidir. (1200 – 1210). 


Kənddə ilk məktəbin açılması. 

Musaküçə kəndində ilk məktəb Seyfullayev Nüsrət (Məşhədi) kişinin evində 1928-ci ildə açılıb. Bu ilk məktəbi bitirənlərdən Məmmədov Əliheydər Bəxtiyar oğlu (1923), Aslanov Əlidadaş Sahib oğlu (1923) 4 sinif bitirib Masallı şəhərində orta təhsil alaraq Ali təhsilə yiyələnən müəllim olmuşdur. Bunlar kəndin ilk ali təhsilli müəllimləri olmuşlar. 

Musaküçə kolxozu tərəfindən 1936-cı ildə qəbiristanlığın yanında 7 illik məktəb tikilmişdir. 1962-ci ildə Musaküçə kəndində yeni məktəb tikilərək istifadəyə verilmiş və 1970-ci ildə orta təhsil – yəni on illik olmuşdur. 

Kəndin ilk müəllimi Həmidov Səmid Sadıq oğlu olmuşdur. O, 1916-cı il təvəllüdlü olmuşdur. 

Kəndin ilk ali təhsilliləri


Musaküçə kəndinin ilk ali təhsili adamı Şahverdiyev Məmmədəli olmuşdur. O, hüquqşunas olaraq Ali məhkəmədə işləmişdir. 

Aslanov Əhəd Həzi oğlu ilk Ali təhsillilərdəndir. Bakıda ali təhsil alaraq hüquqşünas işləmişdir. 

Yusif Museyib oğlu Kərimov SSSR-i Enerjetika komitəsinin üzvü olmuş, 2 ali təhsil alaraq Azərbaycan Energetika komitəsinin əvvəlcə müavini sonra sədri işləmişdir. 28 il Energetika komitəsinin sədri işləmişdir. 12 il müavin işləmişdir. 

Müseyib Kərimov L
erik rayonuna “Rayon İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. Lənkəran-Lerik yolunun çəkilişinə rəhbərlik etmişdir. 

Sonradan M.Bağırov tərəfindən Azərbaycan Yollar Naziri təyin edilmişdir. Ölənə qədər 18 il Yollar Naziri işləmişdir. 

Ənvər Qasımov 1970-1980-ci illərdə Astaradan-Salyana qədər bütün tikintilərin vahid “Trest”i Masallıda yerləşən – Ənvər Qasımov ona başçılıq etmiş. Sonralar 1980-1992-ci illərdə tikinti üzrə Kənd Təsərrüfatı Nazirliyinin müavini işləmişdir. Vəfat edənə qədər nazir müavini işləmişdir. 

 Kəndin ilk qadın müəlliməsi.  
Babayeva (Qasımova) Firuzə Yasər qızı ibtidai sinif müəlliməsi hal-hazırda orta təhsilli olmaqla Musaküçə orta məktəbində müəllimə işləyir. 

Kəndin ilk Ali təhsilli qadını. 
Məmmədova Cəmilə Əliheydər qızı Musaküçə kəndinin tarixində ilk ali təhsilli qadın-müəllimə. Vəfat edənə qədər müəllimə çalışıb. İbtidai sinif müəlliməsi kimi geniş ad qazanıb. 

Musaküçə kəndində elmlər namizədi. 
Musaküçə kəndində 2 elmlər namizədi olmuşdur. 

1. Abbasov Qədir Adıgözəl oğlu: Neft Akademiyasının müəllimi dosent-elmlər namizədi. Hal-hazırda sağdır. 

2. Həsənov Ələfsər Məmmədyar oğlu əkinçilik üzrə elmlər namizədi hal-hazırda sağdır – işləmir pensiyaçıdır. 

Musaküçə kəndi üzrə elmlər doktoru. 
Ağazadə Müzəffər Abuzər oğlu – 1939-cu il
Ali məhkəmənin kollegiya üzvü (5 nəfərdən biri) elmlər doktoru hüququ üzrə. Hal-hazırda sağdır, pensiyaçı –Sumqayıt opelyasiya məhkəməsində aparat rəhbəri. 

Kəndin digər tanınmışları. 

İdman üzrə: 


Həsənov Eldar Vüqar oğlu 2011-ci ildə Almaniyada 42 kq üzrə I-yer, “Qızıl medal” almışdır. 2012-ci il təkrar, Almaniyada 46 kq üzrə I-yer qızıl medal almışdır. 2012-ci ildə İmişli zonası üzrə, birinci yer, 2012-ci ildə Salyanda keçirilən Respublika yarışında I-yeri tutmuşdur. Ümumilikdə onun hesabında 2 kubok, 3 qızıl medal, bir gümüş medal, 2 bürünc medal almışdır. Hal-hazırda məşqləri davam etdirir. 

Xarici ölkələrdə təhsil alanlar. 


1. Alışbəyli Nərmin Mais qızı 1989-cu il təvəllüdlü Türkiyədə ali təhsil almışdır. 

2. Alışbəyli Gülzar Mais qızı 1991-ci il təvəllüdlü olmaqla hal-hazırda Türkiyədə ali təhsil alır. 

3. Alışbəyli Ərtoğrul Mais oğlu 1993-cü il təvəllüdlü olmaqla hal-hazırda komadaca ali təhsil alır. 

4. Tağıyev Anar Gülbala oğlu hal-hazırda Amerikada ali təhsil alır. 

5. Hüseynov Qismət Xanlar oğlu – Türkiyədə ali təhsil alaraq, orada bizneslə məşğul olur. 

6. Nuriyev Ülvü Razil oğlu Amerikada Qərbşünaslq universitetini bitirib. 


Dini xadimlər. 
1. Abdulhüseynov Bəxtiyar Məmməd oğlu Axund-İranda 25 il Ali dini təhsil almışdır. Molla Bəxtiyar məşhur, ovçu olmuş əhilləşdirilmiş tazısı və qırğısı olmuşdur, xeyriyyəçiliyi ilə böyük nüfuz sahibi olmuşdur. Müəllim və ədalətli din xadimi kimi axund rütbəsinə yiyələnmişdir. 

2. Abbasov Qəni Həsənbala oğlu İranda dini təhsil almış axund rütbəsinə yüksəlmişdir. 




II-dünya müharibəsi iştirakçıları. 


Sağ qalanlar: 


Müslüman Adna Eyvaz oğlu 1918-ci il I-qruğ müharibə əlili. 
Qənbərov Xanış Nəsir oğlu 1924-cü il BVM iştirakçısı. 

Həlak olanlar. 

88 nəfər cəbhədə həlak olub. 
162 nəfər cəbhədən sağ qayıtın olanlardan: 
34 nəfəri əlil kimi
128 nəfəri iştirakçı kimi

 Rəhbər vəzifədə çalışmış və hazırda çalışanlar. 


Ağamməd İsa oğlu Nuriyev Masallı rayon Partiya komitəsinin III katibi, Masallı rayon icrayə komitəsinin sədri – Çapayev adına sovxozun direktoru. Hal-hazırda yaşayır, pensiyaçıdır, işləmir. 

İsa Balaş oğlu Nuriyev Masallı rayon İcra Hakimiyyəti Başçısının müqavini kimi hal-hazırdada çalışır. 

M.Eynullayev. Masallı RİHb-nın Hüquq şöbəsinin müdiri işləyib. 

Qənbərov Ülvü Oktay oğlu – Astara rayonunda II məhkəmə işləyir. 

Talıbov İnşalla Novruz oğlu Masallı rayon EMBAWOOD Mebel Fabrikinin icraçı direktoru. 

Əbülfəz Asif oğlu Nuriyev Masallı Mətbuat şöbəsinin rəisi. 

Sehran Allahşükür oğlu Şahverdiyev Masallı Rayon Qaz İstismar İdarəsinin rəisi. 



Musaküçə kəndindən olan şair. 
Abdullayev Novruz Məmmədəli oğlu Novruz xoşbəxt adı ilə yazıb yaratmışdır. İki kitab müəllifidir. Bir neçə poema müəllifi kimi ad qazanıb. 

Musaküçə kəndinin şəhidləri. 
Xancanov Fayəddin Həsənağa oğlu hal-hazırda Musaküçə orta məktəbi onun adını daşıyır. Şəhid. 
Rəhimov Coşqun Hakim oğlu Qəhrəmanlığı ilə ad qazanıb. Ermənilər onun başına pul təyin edib 1992-1993-cü illər. Şəhid. 


Qarabağ müahribəsində əlil olmuş vətən yolunda canından keçməyə hazır olanlar. 

1. Rəhimov Nahid Hakim oğlu

2. Tağıyev Cabir Fərrux oğlu

3. Teymurov Rafiq Əvəz oğlu

4. Alışov Elşən Məmməd oğlu

5. Ağayev Samiq Zeydulla oğlu

6. Kərimov Zabil Ərzuman oğlu

7. Əhədov Zülfüqar Sərraf oğlu

8. Atakişiyev Asim Şulu oğlu



Çernobil əlilləri. 


1.Nağıyev Nağı Məmmədvəli oğlu

2. Dadaşov Cəlil Musa oğlu


Əmək qəhrəmanları


Musaküçə kəndi üzrə 7 (yeddi) əmək Qəhrəman, Sosialist əməyi qəhrəmanı olmuşdur. Onlar 1947-ci ildə tütün planının 252% yerinə yetirildiyi üçün şəxsən İ.V.Stalinin əmri ilə təltif olunmuşlar. Onlar aşağıdakılardır: 

1. Əhədov Əjdər Baba oğlu

2. Seyfullayev Böyükxan Nüsrət oğlu

3. Rzayev Mican Məmmədrza oğlu

4. Əzizov Heybət Hüseyn oğlu

5. Ağayev Əli Ağababa oğlu

6. Abbasova Reyhan Ağadədə qızı
7. Qasımov Museyib Əbilqasım oğlu



Onlardan: Abbasova Reyhan Ağadədə qızı 2 dəfə Lenin ordeni almışdır, qalan 6 nəfər isə Qəhrəmanlıqla yanaşı Lenin ordenidə almışlar. 

1940-1970-ci illərdə Musaküçə kəndi sədri Düyüsü ilə bütün Respublikada ad qazanmışdır. 

Bu kənd sovxoz olduqdan sonra “Çapayev” adını daşımış və 1970-ci ildən sonra toxumçuluq olmuşdur. Həmişə planı vaxtında və yüksək faizdə yerinə yetirdiyinə görə “milioner” sovxoz adı verilmiş və Moskvaya tabe olmuşdur.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az