Haqqımızda/Əlaqə






MİYANKÜ ƏRAZİ  VAHİDİ


Əhalisi 2525 nəfər. 


 Ərazisi 706.44 ha.  

Ərazi dairəsi 31.03.2000-ci ildə yaradılıb.Rayon mərkəzindən 22 km uzaqlıqdadır.

İlk nümayəndə Babayev Aydın, müvin İbadov Mübariz olmuşdur.   Ərazi dairəsi 

Miyankü , 

Nəzəroba  , 

Kubin kəndlərini və Dico məhəlləsini əhatə edir. 

Ərazidə 2 məktəb, 2 tibb məntəqəsi, 3 məscid, 2 çayxana var. 

Ərazidə 5 alim var.



DİCO KƏNDİ


Dico kəndi dağda yerləşir heç bir rəsmi sənədlərdə adı keçmir. Kubin kəndindən 4 km qərbdə Talış dağlarının arasında yerləşir. Lakin rəsmi olaraq Kubin kəndinin bir hissəsi kimi sayılır. Burada işıq yoxdur, yol çəkilməmişdir. Sovet vaxtı orada 12 evdə 66 nəfər yaşayırdı,  indi isə cəmi 3 ailə qalıb. Onlar meşə gözətçiləri ailələridir. Burada,  dağın başında ən sərin bulaq suyu, ən təmiz arı balı və ən dadlı qoz ağacları bitir.


Adının mənası “di”-kənd, “co”-yer, ərazi, sahə, yəni “kənd yeri”, “yurd yeri” mənalarını verir.

https://www.youtube.com/watch?v=bw2D_lxReFE

https://www.youtube.com/watch?v=EE0blMaEtrQ&pbjreload=10


  1. MİYANKÜ KƏNDİ


Kəndin adı- Miyankü

Əhalisi- 1520 nəfər. (01.01.18 il)

Ərazisi- 459,81 ha.


https://az.wikipedia.org/wiki/Miyanku


KƏNDİN COĞRAFIYASI:      

Talış dağlarının Burovar silsiləsinin şərq yamacında, düzənlik ərazidə yerləşir. Miyankü kəndi Talış dağlarına söykənmişdir. Kəndin ərazisindən Qamov (İstisu), Quni və Nığlədə (Dərin dərə) çayları axır. Çaylar az suludur. Ona görə sovetlər vaxtında çayların qarşısında əkin sahələrini suvarılması üçün bir-neçə bəndlər qurulmaqla su anbarları yaradılmışdır. Bunlardan ən böyüyü olan Nığlədə çayı üzərində beş  su bəndi vardır.

Miyankü kəndində beş  körpü vardır: Məktəbi pard, Şahmari pard, Cırtobə pard, Fətəli pard, Səfəroba pard.

Miyankü kəndində bir-neçə qəbristanlıq vardır: Tıbərəğ   və Qədə tıbə qəbristanlıqları və hazırda istifadə edilən Cırtobə qəbristanlığı.


Kənddəkilərin əsas məşğuliyyəti 

 maldarlıq  və əkinçilikdir. Sovxoz dövründə kənddə əsasən yüksək gəlirli sahə olan çayçılıq və sitrus meyvəçilik sahələri inkişaf   bütün çay plantasiyaları və sitrus bağları məhv edilmişdir. Hazırda kənd təsərrüfatı inkişaf etməkdədir. Kələm, tütün əkilir və çayçılığın inkişafı istiqamətində işlər gedir. 

Kənddə həkim məntəqəsi, tam orta məktəb, poçt, kitabxana, ərazi nümayəndəliyi, məscid fəaliyyət göstərir.

Məişətimizdə yaxın zamanlara qədər işlənən dastor, zambul, tomon demək olar ki, indi işlənmir. 

Dasthor- əl dəyirmanı (dast-əl,  hor-üyüdən)  dənli paxlalı bitkilərin əkinlərinin çox olduğu dövrlərdə onların üyüdülməsi üçün istifadə edilirdi. Hazırda bəzi evlərdə mövcuddur.

Zambul (zəmbil, sənbil) göl kənarlarında bitən lığ bitkisindən hörülürdü. Əsasən bazarlıq edilərkən istifadə olunur.

Tomon (həsir) yerə sərmək üçün xüsusi dəzgahda (dasqo)  toxunan  material idi. Lığdan (lığ, lenə) əvvəl leğəştən ( ip) və pizədən  istifadə olunaraq toxunurdu.Uzunluğu 2-5 metr, eni 1 metr olurdu. Bu məişət əşyası evdə rütubəti azaldır, qışda isti və yayda sərinlik yaradırdı. İnsan sağlamlığına çox xeyirli idi.  Demək olar ki, hər məhəllədə bu işlə məşğul olanlar vardı. Kəndimizdə həsir  ən son  1980 illərdə  Hüseynov Zalkişinin təsərrüfatında  toxunurdu.        

Ötən əsrin sonlarına qədər kəndimizdə yun əyirib  corab, jaket toxuyan qadınlar var idi. İndi bu sənət yaddan çıxıb. Həmin toxuma alətləri bəzi evlərdə indxi də qalmaqdadır. Planlarımızda var ki, dostlarla davamlı olaraq qədimi şeyləri yığıb kəndimizdə  muzey yaradaq.

Meşələrində qoz, nar, əncir, əzgil  ağacları bitir. Sumağ, böyürtkən  və qarağat çoxdur.  Dəmirağac, palıd, nil və qarağac çoxluq təşkil edir, 

Kəndin çaylarında çəki, karp və başqa  balıqlar var. 

Qışda vəhşi qaban, dovşan və s. ovlanır. Burada canavar, porsuq, kirpiyə rast gəlinir, çaqqal çoxdur..

Qış aylarında meşələrdə çöl quşları: siyokijə, şıllıj, şor, mıv və s. ovlanır.

Kənd sakinlərinin əksəriyyəti maldarlıqla məşğul olur. Sakinlər may-iyun aylarında ot biçiminə başlayırlar. Kəndlilər dəryazla ot biçirlər. Əvvəllər ot biçmək üçün oraqdan da istifadə edilirdi.


Kəndin adının  mənası

   Talış dilindən tərcümədə  “miyon”-ara, “ku”-dağ, yəni  “Dağların arası” deməkdir.


KƏNDİN QISA TARİXİ

Dağların arasında yerləşən Quni -Menku tədricən düzənlik yerlərə köçərək Mədo- Menku ilə birləşmiş və XVIII  əsrdə Miyankü kəndi  yaranmışdır.

Bu yerlərdə Talış xanlarının  mülkləri, torpaq  və  meşə sahələri   olmuşdur.  Miyankü Talış dağlarının ətəyindədir. Kənd ərazisində bir-neçə qədim qəbristanlıq var. İlk Miyankü sakinləri olan Əslanon (Aslanov, Həsənov, Huseynov, Bağışov, Mənsimov) Quni deyilən yerdə (Quni Menku) məskunlaşmışlar. Qəbristanlıq kimi isə Çıl qəzə ğəb (Çıl kəson ğəb) adlanan ərazidən istifadə etmişlər. Sonradan kəndə gələn digər tayfalar (Tahiron, Nəğeyon, Yusubon, Yunuson və.s.) Tahiron tıbə deyilən ərazini qəbristanlıq kimi istifadə etmişlər. Buna səbəb əsasən Çılqəzəğəbon qəbristanlığına qarlı və yağışlı havada gediş-gəlişin əlverişsiz olması idi. Lakin kənd böyüdükcə Tahiron tıbə qəbristanlığı da balacalaşırdı. Ona görə də yeni qəbristanlığa ehtiyac duyulurdu. XIX  əsrin 70-ci illərində kənd ağsaqqalları yığıncaq keçirib qəbristanlıq üçün yeni ərazi seçdilər. Şeyx Şaban Axundun xahişi ilə Yusub kişi öz torpağından qəbristalığa pay verir. Hazırki dövrdə də istifadə edilən həmin  qəbristanlıqda ilk basdırılan şəxs Səfəron tayfasından Cəfər adında şəxs olur. Bu təxminən XIX əsrin 70-ci illərinə təsadüf edir...

Kəndin ərazisindən Qamov (istisu), Quni çayları axır. Əkin sahələrini suvarmaq üçün vaxtı ilə bəndlər  qurulmaqla  su anbarları yaradılmışdır. Sovet dönəmində bəndlər çay plantasiyalarını və sitrus bağlarını suvarmaq üçün istifadə edilirdi. Yenidənqurma vaxtı çayçılıq ləğv edildi. İndi bu torpaqlarda tütün, kələm və digər bitkilər əkilir. 

Qamo-İstirahət Mərkəzi 

 kəndin günbatan ərazisində, dağların qoynunda fəaliyyət göstərir. Burada asudə vaxtı səmərəli keçirməkdən ötrü   hər cür şərait vardır


https://az.wikipedia.org/wiki/Miyanku


https://www.youtube.com/watch?v=ba_HWWGYM7c


TƏHSIL

Miyankü məktəbinin 2017 il məzunlarının hamısı 100%  ali və orta ixtisas məktəblərinə qəbul olundular!!! Təbriklər!!! 

Aşağıdakı hiperlinkdə həmin məzunların “son zəng” videoyazısına baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=LQdOpoIRn0M


2014 il məzunlarının “son zəng”i aşağıdakı linkdə.

https://www.youtube.com/watch?v=IMQMgAqC30s

Miyankü kəndində ilk məktəb 

1932-ci ildə açılıb. İlk direktor Lənkəran rayonu Gərmətük kənd sakini Əbülqasım Qasımov olmuşdur. 

Советлярин мющкямлянмяси иля ялагядар щяр йердя олдуьу кими Мийанкцдя дя дцнйяви елмлярин тядрисиня башланмышдыр. Кянддя илк ибтидаи мяктяб 1932-ъи илдя ачылмышдыр. Мяктябин ачылмасы вя ишлямяси Лянкяран районунун Эярмятцк кяндиндян олан физика-рийазиййат мцяллими сонралар Ленин ордени, эюзял маарифпярвяр Ябцлгасым Гасымовун ады иля баьлыдыр. Мяктябин бинасы кяндин Козимоба (Казымоба) мящяллясиндя олмушдур. Сонралар Молла Муса ахунд репрессийайа мяруз галдыьындан онун еви мцсадиря едилмиш вя мяктяб баьча иля бярабяр щямин евдя йерляшдирилмишдир. Мяктябдя шаэирдлярин сайы артдыгъа йени синиф отагларына ещтийаъ йаранырды. 1950-ъи илдя Мийанкц вя Щишкядяря колхозлары бирляшдириляряк идаря щейятинин бинасы Щишкядяряйя кючцрцлмцшдцр. Мийанкц колхозунун бош галмыш бинасы ися мяктябя чеврилмишдир. Мяктяб цчцн уйьунлашдырылмыш щямин бина 1998-ъи ил зялзялясиндян сонра тящлцкяли вязиййятя дцшдцйц цчцн сюкцлмцш, онун материалларындан ики синиф отаьы тикиляряк щал-щазырда кянддя фяалиййятдя олан мяктяб бинасына ялавя едилмишдир. (Гейд етмяк лазымдыр ки,  кяндин тарихиндя илк дяфя 1991-ъи илдя мцасир  типли мяктяб бинасынын иншасына башланса да щямин тикили бу эцня гядяр йарымчыг галмышдыр).

Мяктябдя дярсляр талыш дилиндя кечирилмишдир. Илк дярсликляр 1929-ъу илдя чапдан чыхмыш М.Нязярли, Ш.Мцрсяловун бирэя йаздыглары “Сяводин быбян” (Савадлы олун) китабы олмушдур. Илк ана дили дярслийи сайылан бу китабдан Талыш дилинин “Ялифба”сы кими истифадя олунмушдур. Сонралар З.Ящмядзадя вя диэяр талыш зийалыларынын йаздыглары китаблар дярслик кими истифадя олунмушдур.


Мийанкц мяктябиндя тящсилин эенишлянмя хронолоэийасы:

1932- ибтидаи мяктяб

1948- натамам орта мяктяб

Паралел олараг савадсызлыьын ляьви курслары, ахшам курслары вя гийаби  kurслар.

1990-ъы илдян орта мяктяб.

Miyankü kəndində ilk tipik məktəb  binası isə 2006-cı ildə PALMALİ şirkəti  tərəfindən tikilib istifadəyə verilmişdir. Şəhid Nadir Aslanovun adını daşıyır. Məktəbdə 210 şagird təhsil alır, 24 müəllim vardır.

https://www.youtube.com/watch?v=SfK9FwgTuRQ


https://www.youtube.com/watch?v=FLKUFdX7w-U


https://www.youtube.com/watch?v=LQdOpoIRn0M&pbjreload=10


https://www.youtube.com/watch?v=IMQMgAqC30s


https://www.youtube.com/watch?v=LiKb1GtyEPU


Tahirov Xudaqulu Mikayıl oğlu 1953-cü ildə Miyankü kəndində anadan olmuşdur. M.F.Axundov adına  Azərbaycan Pedoqoji Rus dili və ədəbiyyatı Institutunu  1982-ci ildə bitirmişdir. Miyankü məktəbində rus dili müəllimi işləyib. 1995-ci ildən şəhid Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktorudur. ”Miyankü dünən və bu gün” kitabının müəllifidir. 

https://www.youtube.com/watch?v=nhBBC3CuwHM

https://www.youtube.com/watch?v=ba_HWWGYM7c


Fərziyev Cəmaləddin Həsənağa oğlu 1967 İLDƏ MİYANKÜ KƏNDİNDƏ DOĞULUB. BDU –NUN KİMYA FAKULƏSİNİ BİTİRİB. MİYANKÜ MƏKTƏBİNDƏ DİREKTORUN  TƏLİM-TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ  MÜAVİNİ İŞLƏYİR. EVLİDİR, İKİ OĞLU VAR.

https://www.facebook.com/camaleddin.alizade?fref=nf


Mirzəyev Allahverən Qurban oğlu 1959-cu ildə Miyankü kəndində anadan olmuşdur. Ali təhsilli fizika müəllimidir. Miyankü  tam orta məktəbində direktor müavini işləyir.


ALIMLƏR 

Nəzərov Fətulla  Boyli oğlu 11 yanvar 1958-ci ildə Miyankü kəndində anadan olub. Hişkədərə orta məktəbində təhsil alıb, M.V.Lomonosov adına MTU-nu  bitirib, mühəndistexnika elmləri namizədi, bir-neçə ixtiranın müəllifidir.

file:///C:/Users/Moy%20Document/Desktop/19401.pdf


TAHİROV İLHAM MİKAYIL OĞLU Filologiya elmləri doktoru

8 iyun 1963-cü ildə Masallı rayonunun Miyankü kəndində anadan olmuşdur. SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib (1986). Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində işləmişdir (1986-1990). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub (1990-1993). “Azərbaycan dili” ixtisası üzrə namizədlik (1994), “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq (2008) dissertasiyası müdafiə etmişdir. “Dil nəzəriyyəsi” ixtisası üzrə dosent elmi adı alıb (2007). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışmışdır (1993-1996). 1996-cı ildən indiyə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibidir. Ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika məsələlərinə həsr olunmuş 3 monoqrafiyanın, 75 məqalə və tezisin müəllifidir. Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirmiş; Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş; Leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq tədqiq etmiş, leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuş; Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini araşdırmış, qədim alınma sözlər layını aşkarlamışdır. Dilçilik İnstitutu Elmi Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə Problem Şurasının (2006-2009), AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının Orfoqrafiya bölməsinin, AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.Tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Metodika, hüquq, beynəlxalq hüquq və siyasətin fəlsəfəsinə dair ingilis və rus dillərindən tərcümə etdiyi 6 kitabın müəllifidir. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Azərbaycan Res-publikası Gömrük Komitəsinin, Soros Fondu / Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrdə tərcüməçi işləmişdir. 2005-2007-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemini hazırlayan işçi qrupun üzvü olmuşdur. 2007-2010-ci illərdə “Windows Vista” əməliyyat sisteminin və Microsoft Office 2007 proqramlarının Azərbaycan versiyasının hazırlanmasında və tərcümə edilməsində iştirak etmişdir. 2010-cu ildən indiyədək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İSO/İEC Beynəlxalq Standartlarının tərcüməsində iştirak edir.

https://az.wikipedia.org/wiki/%C4%B0lham_Tahirov

http://www.science.gov.az/forms/doktora-nauk-instituta-yazyikoznaniya/2393


DİN

Miyankü kəndində ilk məscid 1910-cu ildə tikilib. 1992-cı ildə bərpa olunmuş və yenidən tikilmişdir. 2010-cu ildə Miyankü kənd məscidi dini icması yaradılmış və onun rəhbəri, kənd ağsaqqallar şurasının sədri Məmmədov   Sadıx Məhərrəm oğludur. O,eyni zamanda kənd Ağsaqqallar Şurasının sədridir.


DİN XADİMLƏ

Sovet  dövründən qabaq kəndimizdə  tanınmış din xadimləri olmuşdur.

Molla Xəlil Axund  XIX əsrin sonlarında  Miyankü kəndində anadan olmuşdur.O, Nəcəf və Kərbəlada,  Qumda ali dini təhsil alıb orada fəaliyyət göstərmişdir.

Şeyx Şaban Axund 19-20-ci əsrlərdə  bölgəmizin  ən görkəmli din xadimlərindən olmuşdur. İran və İraqda ali dini təhsil alıb. Öz doğma kəndində fəaliyyət göstərmiş və burada vəfat etmişdir.

Molla Musa Axund 1868-ci ildə Miyankü kəndində doğulmuşdur. İraqda ali dini təhsil almışdır. Siyasi mühitlə əlaqədar köçərək Boradigah qəsəbəsində  yaşayıb. 1958-ci ildə Boradigahda vəfat etmiş və orada dəfn edilmişdir.

Məşədi Ənvər, Molla Bilal, molla Bayraməli  kəndimizdə hörmətli mollalar olmuşlar.

Hazırda kəndin axundu Hacı Allahverdi Tahirov dini mərasimlərimizə rəhbərlik edir. Molla Kərbəlayi Məzahir Nəzərov, Vəliməmməd Şabanov, Vahid Tahirov, Habil Həmidov, Namiq Fərziyev  xeyir-şər məclislərində iştirak edirlər.


HİYYƏ

Miyankü kəndində həkim məntəqəsi fəaliyyət göstərir. Burada ali və orta ixtisas təhsilli tibb işçiləri işləyir. Məntəqə köhnə olduğu üçün bu günlərdə sökülmüş, yerində təzə bina inşa edilməkdədir.

 İlk tibb məntəqəsi 1930 ildə yaradılıb. Kəndin ilk tibb işçisi Fətəli Tahirov olub. Sonra Veravul kəndindən Akif, miyankülü Misri xanım, iki il sonra Türkoba kəndindən Əbdül- müdir, Şərqiyyə-mama işləmişdir.Daha sonra Hişkədərə kəndindən Nüsrət Tağıyev və ondan sonra uzun müddət Əliəhməd Əhədov müdir işləyib. AR Səhiyyə Nazirliyinin  01.04.1994-cü il tarixli 88 saylı əmri ilə Miyankü kənd feldşer-mama məntəqəsi ləğv edilmiş, Miyankü kənd həkim ambulatoriyası yaradılmışdır. Məntəqənin ilk müdiri Qəzənfər Tahirov təyin olunmuşdur. İndi rayonumuzda, respublikamızda və xaricdə çalışan çox sayda yüksək ixtisaslı, əslən miyankülü həkimlərimiz vardır.


KOLXOZ

Miyanküdə kolxozlaşma 1930 ildə başlanıb. İlk kolxoz sədri mişkəmili Həsən Mustafa oğlu, mühasibi isə Xanoğlan Tahirov olmuşdur. Miyankü kolxozu 26 Bakı komissrlarından olan Stepan Şaumyanın adını daşımışdır. Kolxozda maldarlıq, çəltikçilik və sonradan çayçılıq inkişaf etdirilmişdir. Kolxoz idarə heyətinin rəhbərləri aşağıdakılar olmuşlar:

·Məmməd Aslanov

·Rəzzaq Babayev

·Şamil Kazımov

·Teymur Nehmətov

·Muxtar Babayev

·Əhəd Məmmədov

·Müseyib Tahirov

·Xanoğlan Tahirov

·Böyükağa Rəcəbov

·Ağabala Əhmədov

·Səfər Bağışov

·Əli Şabanov

·İman Tahirov

·Heybət Nemətov

·Müseyib Baxşiyev

·Qəl əmirzə Mirhətəm oğlu

1950-ci ilə qədər Miyankü ətraf kəndlər üçün mərkəz olmuşdur. Lakin 1950-ci ildə hişkədərəlilərin məkrli “möhür” siyasəti nəticəsində kolxozun idarəsi rayon rəhbərliyinin qərarı əsasında Hişkədərə kəndinə köçürülmüşdür. Bu vaxta qədər isə Miyankü sovetliyi Miyankü, Kubin, Nəzəroba, Hişkədərə, Mişkəmi, Rüdəkənar, Tüklə və Məmmədoba kəndlərini əhatə edirdi. Bu tarixdən sonra Miyankü, Kubin və Nəzəroba kəndləri sanki blokadaya alınmış, 1990-cı ilədək davam etmiş sovetlər   dövründə burada heç bir infrastruktur layihəsi həyata keçirilməmişdir. 

1991-ci ildə Miyankü sovxozu yaradıldı. İlk direktor olan İman Tahirovun təşkilatçılığı ilə qısa zamanda inzibati idarə binası, qaraj binası, quşçuluq ferması, kənd yoluna asfalt döşənmiş, yeni üçmərtəbəli tipik məktəb binasının təməli qoyulmuşdur.


SOVXOZ  

https://ok.ru/video/6109857183

NK-nin 12.12.1989-il tarixli  501 nömrəli qərarı və Masallı rayon Aqrokombinatının 29.12.1989-cu il tarixli 41 nömrəli əmri ilə  “Miyankü” sovxozu yaradıldı.

Tahirov İman Ağali oğlu 1927-ci ildə Miyankü kəndində anadan olub.1939-cu ildə Bakı Plan Uçot Texnikumuna daxil olub və mühasib ixtisasına yiyələnib.Masallı rayonu 3 N-li Tikinti Trestində baş mühasib, 1990-1991-ci illərdə   Miyankü sovxozunda direktor,1992-1999-cu illərdə Şatıroba sovxozunda mühasib və s. vəzifələrdə çalışıb. 1991-ci ildə ilk dəfə kəndimizə asfalt çəkdi, idarə binası və qaraj tikdirdi, yeni məktəbin özülünü qoydu...”Qələbə”,”Əmək veteranı”  və başqa orden, medallarla ilə təltif olunmuşdur.13 övladı vardır. 2000-ci ildə müqəddəs Kərbəla ziyarətində olmuş, 20.02.2005-ci ildə vəfat etmişdir.

Tahirov Faiq Abdul oğlu 15.01.1957-ci ildə Miyankü kəndində anadan olmuşdur.1974-cü ildə Hişkədərə orta məktəbini bitirmişdir.1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.1986-1989-cu illərdə Masallı rayon Partiya Komitəsində  təbliğatçı işləmişdir.1989-1991-ci ildə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Sovxozlar ləğv edilənədək Miyankü sovxozunun direktoru və Aqrar İslahat Komissiyasının sədri işləmişdir. 

Tahirov Ağahüseyn Şərif oğlu Miyankü kəndində doğulub. Orta ixtisas təhsillidir. Miyankü sovxozunda baş mexanik vəzifəsində çalışıb. Pensiyaçıdır.

Xansuvarova Mina Babakişi qızı 1945-ci ildə anadan olub 2016-cı ildə vəfat etmişdir. Sovxozda qabaqcıl briqadir olub.

Fərziyev Həsənağa Əli oğlu 1942-ci ildə Miyankü kəndində doğulub. Orta ixtisas təhsili alıb. Sovxozda kassir vəzifəsində işləyib. Pensiyaçıdır.

Əliyev Kişi Ağakişi oğlu Miyankü kəndində doğulub. Çayçılıq briqadiri olub. Müxtəlif orden və medallarla təltif edilib. Ona JİQULU avtomobili hədiyyə edilmişdir. 1980 ildə Bakıda fəallar yığıncağında mərhum prezidentimiz Heydər Əliyev ilə  görüşmüşdür. 06.02.2005 ildə vəfat edib.

Əbilov Telman Cəbrayıl oğlu 1959-cu ildə Miyankü kəndində doğulub. BDU-nun hüquq falültəsini  bitirib. Sovxozda hüquqşünas işləyib. 1992-1994-illərdə Milli Ordu sıralarında könüllü xidmət edib. Qarabağ veteranıdır.  Korpus Komandirinin köməkçisi  olub. Ehtiyatda olan zabitdir. Bakı şəhərində yaşayır.

Bir oğlu, 3 qızı vardır.

Əliyev Zeydulla Feyzulla oğlu Miyankü kəndində doğulub..Sovxozda mühasib işləyib. Kəndin elektrikləşməsində iştirak etmiş ilk montyorlardan olub. Vəfat edib.

Tahirov Asif Abdul oğlu 26.02.1954 ildə Miyankü kəndində doğulub. Sovet dövründə 1-ci dərəcəli sürücü olub. Krasnovodsk şəhərində sürücülük məktəbində müəllim işləyib. Sonradan sovxozda QAZ-51, UAZ markalı yük maşını idarə edib, Sovxoz dağılandan sonra xeyriyyəçi Qurban Mənsimovun şəxsi sürücüsü olub. Hazırda Bakı Dəmir Yolu İdarəsində sürücü işləyir. 

ƏRAZI NÜMAYƏNDƏLİYİ

Azərbaycan Respublikası Milli Məclisinin qərarı və rayon İcra Hakimiyyətinin başçısı Teymur Yəhyayevin 23.03.2000-ci il tarixli 15 saylı sərəncamı ilə Miyankü ərazi nümayəndəliyi təşkil edilmişdir. Miyankü, Kubin və Nəzəroba kəndlərini əhatə edir.

Babayev Aydın Muxtar oğlu 1944-cü ildə Kubin kəndində anadan olub, Pedoqoji İnstitutu bitirmiş və 2000-ci ilədək Kubin kənd   ibtidai məktəbinin direktoru olmuşdur. 1 aprel 2000-ci ildən 25 iyul 2000-ci il tarixədək Miyankü ərazi nümayəndəsi vəzifəsində işləyib.

Babayeva Mətanət Kişi qızı  18 noyabr 1967-ci ildə Mişkəmi kəndində anadan olub.      1 sentyabr 2000-ci ildən 1 oktyabr 2012-ci ilədək ərazi nümayəndəsi işləmişdir. Hazirda Kubin kənd ümumi orta məktəbində sinif müəllimi işləyir. 

Məmmədov Xəlil Oruc oğlu 1967-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1984-cü ildə Hişkədərə kənd orta məktəbini bitirmişdir. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Miyankü məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 2004-cü ildə Miyankü bələdiyyəsinin sədri seçilmişdir. 01 oktyabr 2012-ci ildən Miyankü kənd inzibati ərazi dairəsi üzrə   nümayəndəsi vəzifəsində işləyir.

https://www.facebook.com/profile.php?id=100023147333549

Kazımov Əlizadə Şamil oğlu  1948-ci ildə Miyankü kəndində doğulmuşdur. 1963-cü ildə Miyankü kənd məktəbini, 1965-ci ildə Mahmudavar orta məktəbini bitirmişdir. 1966-cı ildə Bakı Plan-Uçot Texnikumuna daxil olmuşdur. 1967-1969-cu ildə həqiqi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Kənd Tikinti Nazirliyinin Masallıda yaradılmış 3 saylı   Tikinti Trestində  iqtisadçı kimi işə başlamışdır. Sondaran baş iqtisadçı, şöbə müdiri, mühasib vəzifəsində çalışmışdır. 1998-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Masallı  bölgəsi üzrə Dövlət Əmək Müfəttişliyində mühasib işləyib. İctimai işlərdə də fəal olmuşdur. Tikinti Trestinin partiya təşkilatının və həmkarlar ittifaqının sədri kimi fəaliyyət göstərmişdir.

Dörd oğlu, iki qızı var. Hamısı evlidir.

40 il partiya-hökümət işlərində çalışmışdır. 2012-ci ildə dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Miyankü ərazi nümayəndəsinin (2000-2012-ci illərdə) ilk mühasibi olmuşdur. 

Tahirov İmran İman oğlu  01.09.1966-cı ildə Miyankü kəndində anadan olmuş, 1983-cü ildə Hişkədərə orta məktəbini və 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Yanvar 2013-cü ildən  ərazi nümayəndəsinin mühasibi təyin edilmişdir.  iyul 2017 ildən müavin işləyir.


İbadov Mübariz Qurbanəli oğlu  

19  iyun 1970-ci ildə Masallı rayonu, Miyankü kəndində dövlət qulluqçusu ailəsində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə orta məktəbini bitirərək Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası fakultəsini bitirərək “kompyüter mühəndisi” ixtisasına yiyələnmişdir. 1988-1989-cu illərdə Sovet Ordusunun Uzaq Şərq Hərbi Dairəsində həqiqi hərbi xidmətdə olmuşdur. Yeni Azərbaycan Partiyasının 2005-ci ildə keçirilmiş  III Qurultayının və YAP rayon konfranslarının nümayəndəsi olmuşdur. 

Hüseynova Tərifə  Muğdad qızı

 2000-ci ildən ərazi nümayəndəliyində  xadimə işləyir. İki övladı var.

Muxtarov  Fuad 1996 ildə Təzə Alvadı kəndində doğulub.  İyul 2017-ci ildən noyabr 2017-ci il tarixədək ərazi nümayəndəliyinin baş mühasibi işləyib.

Nuri Elşən 10.11.2017-ci ildən Miyankü ərazi mümayəndəliyinin baş mühasibidir.


BƏLƏDIYYƏ

1999-cu ildə ilk dəfə bələdiyyə seçkiləri keçirildi. Bələdiyyənin ilk üzvləri aşağıdakılar olmuşdur:

  1. Dadaşov Canəli
  2. Həsənov Feyruz
  3. Həsənov Əbdülhüseyn
  4. Nəsirov Əlican
  5. Rəcəbov Daşdəmir
  6. Tahirov Qəzənfər
  7. Şabanov Ağaməmməd
  8. Kazımov Əlizadə
  9. Tahirov Xudaqulu

Dadaşov Canəli Yunus oğlu  1940-ildə anadan olub, 1965-ci ildə AzPİ-ni bitirib,İngilis dili müəllimi olub,1968-1984-cü illərdə Miyankü orta məktəbinin    direktoru,ingilis dili müəllimmi və 1999-2004-cü ildə Miyankü bələdiyyəsinin ilk sədri vəzifələrində  işləyib, hazırda pensiyaçıdır.

Məmmədov Xəlil Oruc oğlu 

2004-2012 illərdə bələdiyyə sədri işləyib. 

(X.Məmmədov haqqında ətraflı ərazi nümayəndələri bölümündən oxuya bilərsiniz)

Kişiyev Sərhad Ağaverdi oğlu  1953-cü ildə  Miyankü kəndində anadan olub, APİ-ni bitirib, Miyankü tam orta məktəbində   sinif müəllimi işləyir. 2012-2014 illərdə bələdiyyə sədri olub.

Yusifli Ülkər Mərdan qızı  

1976-cı ildə Hişkədərə kəndində anadan olub, BDU-nu bitirb. 2014-cü ildən hazıradək Miyankü bələdiyyəsinin sədri işləyir.

Ağaməmməd Şabanov Miyankü kəndində anadan olub. Orta ixtisas təhsillidir.  Bələdiyyə üzvü olub, bələdiyyədə kassir vəzifəsində çalışıb. Bakı şəhərində yaşayır. Oğlu Elgün ali təhsillidir, bank sektorunda işləyir.

HƏSƏNOV FEYRUZ ƏLİŞAN OĞLU Miyankü kəndində anadan olub. Uzun  illər ticarət sahəsində çalışıb. Miyankü bələdiyyəsinin ilk üzvlərindən olub.

ƏKBƏROV ƏLİHEYDƏR ƏSKƏR OĞLU Miyankü kəndində doğulub. Orta ixtisas təhsillidir. Uzun illər Yerquruluşu Layihə İnstitutunun Lənkəran şöbəsinin mütəxəssisi kimi çalışıb. Birinci dəırəcəli gözdən əlildir, pensiyaçıdır.


RABİTƏ

Miyankü kəndində rabitə xidməti 1976-cı ildən inkişaf etmişdir. O vaxta qədər isə əraziyə Hişkədərə poçtu xidmət göstərirdi. Həmin il   Bakı Rabitə Texnikumunun məzunu Əlican Nəsirov öz şəxsi vəsaiti ilə kəndin mərkəzində “Duknə co” adlanan yerdə poçt binası tikmiş və ilk şöbə rəisi olmuşdur. 1999-cu ildə özünü maliyyələşdirə bilmədiyi üçün poçt şöbəsi ləğv edilmiş, 2012-ci ildə yenidən bərpa edilmişdir.

Miyankü poçtunda işləyənlər aşağıdakılardır:

  1. Nəsirov Əlican
  2. Həsənov Hacıbala
  3. Rufullayev Əlibala
  4. Nəzərov Nəbi
  5. Həsənova Kəsirə
  6. Kazımova Sevinc
  7. Həsənov Feyruz
  8. Həmidova Fatma
  9. Babayeva Təranə
  10. Nəzərov Yaşar
  11. Nəzərov Nazim


Məmmədov Şirməmməd Hüseyn oğlu  10.08.1929-cu ildə Miyankü kəndində anadan olub. Uzun illər Hişkədərə kənd  poçt müdiri vəzifəsində işləyib. 18.02.2017 il tarixdə vəfat edib.

Nəsirov Əlican Bilal oğlu  

1948-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1976-cı ildə Bakı elektrik rabitə texnikumunu bitirmişdir. Öz şəxsi vəsaiti ilə kənddə poçt binası tikdirmiş və 2010-cu ilə qədər burada işləmişdir. 30.04.2015-ildə vəfat etmişdir.

YUSUBOV MƏLİKMƏMMƏD HÜSEYN OĞLU Miyankü kəndində anadan olub. 1974 ildə orta ixtisas təhsili  allıb. Uzun illər Hişkədərə kənd ATS-də montyor işləmişdir. Hazırda pensiyaçıdır.

KƏRİMOV AĞARZA ŞAHRZA OĞLU Miyankü kəndində anadan olub. Uzun illər Hişkədərə kənd ATS-də montyor işləmişdir. Hazırda pensiyaçıdır.

Həsənov Pərviz Feyruz oğlu 1970-ci ildə Miyankü  kəndində anadan olub. Bir-neçə il Hişkədərə kəndində ATS-də işləyib.Bakı şəhərində yaşayır. İki oğlu var.

Kazımov Nazim Əlizadə oğlu 1970-ci ildə Miyankü kəndində doğulub. Bakı Rabitə Texnikumunu bitirib. Masallı rabitə şöbəsində və Hişkədərə ATS-ində işləyib. Hazırda Rusiya Federasiyasında yaşayır.

http://news.atv.az/az/sport/64341-kikbokscumuz-ermeni-idmancisini-meglub-etdi


YAP Miyankü ərazi ilk təşkilatı

Miyankü ərazi ilk təşkilatı 1993 –cü ildə yaranıb.

İlk təşkliat sədri Bağışov Məmmədrza Bılə oğlu olmuşdur. Ondan sonra 2006-ildən Babayeva Mətanət Kişi qızı, 2013-cü ildən isə Məmmədov Xəlil Oruc oğludur. Təşkilatın 106 üzvü vardır.


İLKLƏR

ilk aqronom, ilk partkom, ilk ərazi nümayəndəsi:

İbadov Qurbanəli Əmirəli oğlu 

19.01.1942-ci ildə anadan olub. 1965-ci ildə Az.KTİ-ni alim-aqronom ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.İkinci ali təhsili Bakı Ali Partiya məktəbində almışdır. 1965-ci ildən 1987-ci ilədək Sovxozda  partkom, baş aqronom, 1987-1993-cü illərdə Hişkədərə kənd sovetinin sədri  və Hişkədərə ərazi nümayəndəsi vəzifələrində işləyib.Dəfələrlə fəxri fərmanlar və tərifnamələrlə təltif olunmuşdur.

25 mart 1993-cü ildə vəfat etmişdir.


İLK EKOLOQ:

Tahirov Zülfüqar Ağali oğlu 1940-cı ildə Miyankü kəndində anadan olmuş. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini bitirmişdir. Sovxozda aqronom,  Tüklə kənd sovet sədri və Masallı rayon Yaşıllaşdırma İdarəsində ekoloq vəzifələrində çalışmışdır. 06.10.2005-ci ildə vəfat etmişdir.


İLK SÜRÜCÜ

Tahirov Abdul Güləli oğlu 1920-cü ildə Miyankü kəndində anadan olmuşdur. Kəndin ilk sürücüsü olmuşdur.O, 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçısı, 416-cı Taqanroq Diviziyasının döyüşçüsü olmuş, Berlin şəhərinə qədər ağır döyüş yolu keçmiş, ərazimizdə yeganə olan “İgidliyə görə”, ”Vətən uğrunda” və başqa orden və medallarla təltif edilmişdir. Müharibədə üç qardaşı həlak olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovla müharibə zamanı şəxsən görüşmüş və ona əsgər şəkmələri hədiyyə edilmişdir. 1999-cı ildə vəfat etmişdir


İLK ALİ TƏHSİLLİ MÜHASİB

Bağışov Məmmədrza Bılə oğlu

1937-ci ildə Miyankü kəndində anadan olub. Rayon statistika idarəsində, Miyankü sovxozunda və başqa idarələrdə baş mühasib işləyib.

2009 ildə vəfat edib.

BABAYEV NİZAMİ ƏLİ OĞLU 1951-Cİ İLDƏ MİYANKÜ KƏNDİNDƏ ANADAN OLUB. XALQ TƏSƏRRÜFATI İNSTİTUTUNU BİTİRİB. O VAXTDAN BAKIDA MÜXTƏLİF VƏZİFƏLƏRDƏ İŞLƏYİR.


İLK  SATIŞ  MÜDİRİ:

İbadov Elşən Qurbanəli oğlu

20 sentyabr 1971-ci ildə Miyankü kəndində dövlət qulluqçusu ailəsində anadan olmuşdur.1988-ci ildə Hişkədərə orta məktəbini bitirmişdir.1989-cu ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş. 1994-cü ildə Texniki Universitreti bitirərək mühəndis –metallurq ixtisası almışdır.1999-2003-cü illərdə Milli Orduda baş leytenant rütbəsində rota komandiri vəzifəsində həqiqi  hərbi xidmət keçmişdir. 1 aprel 2008-ci ildən PALSÜD şirkətində ekspeditor, bölgə satış müdiri və 1 yanvar 2012-ci ildən Satış Mərkəzinin direktoru vəzifələrində şalışmışdır. İqtisadiyyat üzrə 2013-cü il “Uğur” Milli Mükafatına layiq görülmüşdür. 2014 ildən 2016 ilədək BƏRDƏ YAĞ-PENDİR AZQİDA MMC satış müdiri vəzifəsində işləmişdir.16.01.2015-ci  il tarixdə  vəfat edib.


https://az.wikipedia.org/wiki/Pal_s%C3%BCd


https://www.facebook.com/B%C9%99rd%C9%99-Ya%C4%9F-Pendir-Azgida-MMC-1484625635106460/


İLK GÖMRÜKÇÜ:

İbadov Bəxtiyar Qurbanəli oğlu 1 sentyabr 1974-cü ildə Miyankü kəndində dövlət qulluqçusu ailəsində anadan olmuşdur.1992-ci ildə Hişkədərə orta məktəbini bitirmiş və Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur.Az Dövlət Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə daxil olub Tibbi profilaktika üzrə həkim ixtisasına yiyələnib. 2001 ildən Səhiyye Nazirliyi Masallı rayon Gigiyena ve Epidemiologiya Mərkəzinin Epidemiologiya söbəsinde Həkim epidemioloq, səhiyye maarifi üzrə həkim, bir il sonra Uşaq və yeniyetmə gigiyena bölməsinin müdiri, bir il yarım sonra Sanitariya ve gigiyena Söbəsinin müdiri və  sairə vəzifələrdə çalışıb. 2003 -cü ilden ,,Azerbaycan Ekologiya və ətraf mühitə Nəzarət Mərkəzi,,  İçtimai Birliyinin üzvüdür. 2004-cü ildə Müdafiə Nazirliyinin San. Epid. Nəzarət Mərkəzində Ümumi gigiyena Söbəsində tibb xidməti leytenantı olaraq xidmətə başlamıs və  6 ay sonra t/x baş leytenantı həkim mütəxəssis olaraq davam etmişdir. Hazırda birinci dərəcəli ehtiyyatda olan tibb xidməti baş leytenantıdır. 2012 –ci ildən Az. Res. Dövlət Gömrük komitəsində Baş Müfəttiş vəzifəsində çalısır. Evlidir: oğlu Nurlan,qızı Fidan.


İLK  ALİ TƏHSİLLİ   ELEKTRİK: 

Rəhmanov Arif Oruc oğlu 1947-ci ildə Miyankü kəndində anadan olmuş, 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis –elektrik ixtisası üzrə bitirmişdir. Tüklə elektrik yarımstansiyasının sahə rəisi vəzifəsində çalışıb. Pensiyaçıdır. Atası Oruc kişi kəndin ilk sovet sədri olub. 


İLK HACI:

Rəhmanov Hacı Asif Oruc oğlu 

1953-cü ildə  Miyankü kəndində anadan olub. 1970-ci ildə Hişkədərə kənd orta məktəbini bitirib. 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Avtonmobil Nəqliyyatınıən İstismatı və yol hərəkətinin təşkili fakültəsində ali təhsil alıb. 1980-ci ildən Bakı şəhər Baş dövlət Yol Polisi idarəsinin cinayət-axtarış şöbəsində işləyib. Pensiyaçıdır. 1995-ci ildə Həcc ziyarətində olmuş ilk miyankülüdür.


İLK HƏRBÇI:

Rəhmanov Elşən Sabir oğlu 1969-cu ildə Miyankü kəndində anadan olmuş, Sverdlovsk (Yekaterinburq) Ali Hərbi Məktəbini bitirmişdir. Azərbaycan Respublikası Sərhəd Qoşunlarının polkovnikidir. (ətraflı məlumatları TƏLTİF OLUNANLAR bölümündə oxuya bilərsiniz)


YERQURULUŞU  MÜTƏXƏSSİSLƏRİ:

Şabanov Sabir Əli oğlu 1939-cu ildə Miyankü kəndində anadan olmuşdur. Yerquruluşu Layihə İnstitutunun mütəxəssisi 

olmuş, rayonda rəhbər vəzifələrdə çalışmışdır. Hazırda I qrup pensiyaçıdır.

Tağıyev   Səfaqət Əli oğlu 1958-ci ildə anadan olub. Uzun illər  Yerquruluşu Layihə İnstitutunun mütəxəssisi olmuşdur. Hazırda Miyankü seçki məntəqəsinin sədridir. Pensiyaçıdır.


İLK ZOOTEXNİK

QƏNBƏROV ADİL İSAQ OĞL Miyankü kəndində anadan olub. Kirovabad KTİ zootexnik ixtisası üzrə bitirib. Miyankü sovxozunda zzotexnik işləyib. Miyankü məktəbində təsərrüft müdiri olub. Pensiyaçıdır.


İLK YANĞINSÖNDÜRƏN:

Aslanov Güloğlan Ənvər oğlu 17.05.1963-cü ildə Miyankü kəndində anadan olmuşdur.1981-ci ildə orta məktəbi bitirmiş və ordu sıralarında xidmət etmişdir.Uzun müddət Masallı Yanğın İdarəsində döyüşçü kimi çalışmışdır.


İLK FHN ZABİTİ:

İbadov Elgün Kamal oğlu

1985-ci ildə Bakı şəhərində ticarətçi ailəsində anadan olmuşdur.Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan İqtisadiyyat Universitetində maliyyə işi ixtisasına yiyələnmişdir.Milli Ordu sıralarında xidmət keçdikdən sonra FHN Lənkəran Regional Yanğın Nəzarəti İdarəsinin Masallı rayonu üzrə inspektoru vəzifəsinə təyin edilmişdir.Evlidir, bir oğlu var.

Tahirov Fəxrəddin Vahid oğlu

2017-ci ildə FHN Akademiyasini bitirb. Lənkəran Regional Mülki Müdafiə qoşunlarında FHN zabiti kimi xidmət edir.

Dadaşov Cavanşir Canəli oğlu Masallı rayon Yanğından Mühafizə İdarəsində yanğınsöndürən  işləyir.


İLK LİFT MÜHƏNDİSİ: 

Rəcəbov İlqar Ağarza oğlu

1967-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1984-cü ildə Hişkədərə orta məktəbini, 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.    Bakı şəhər  lift təsərrüfatında mühəndis vəzifəsində çalışır. Evlidir-bir oğlu və bir qızı vardır.   


İLK ÇAYÇI:

Həmidov Fətulla Abdulla oğlu  

(şəkildə sağdan üçüncü) 40 il həvəslə bu işdə çalışıb. Davamçıları mərhum Rizvan Allahverdi oğlu Kişiyev, Tahirov Sahil İsa oğlu,   Tahirov Fəzail Mikayıl oğludur.


İLK TİCARƏTÇİ

Həmidov Abdulla Abdulla oğlu.  O,həm də 1941-1945 BVM arxa cəbhə veteranıdır. 1926-cı ildə anadan olmuş, 2016-cı ildə vəfat etmişdir.

Həmidov Tofiq Abdulla oğlu 1970 ildə Miyankü kəndində anadan olub. Sədərək Ticarət Mərkəzində ticarətlə çalışır. Bakı şəhərində yaşayır.

Həsənov Hacıbala Əbil oğlu 1929 ildə doğulub. Uzun illər ticarət sahəsində çalışıb. Pensiyaçıdır.


İLK   ALİ  TƏHSİLLİ  HƏKİM:

Hidayətov Əlifərman Əli oğlu 

1956-cı ildə Rüdəkənar kəndində anadan olub. Hişkədərə orta məktəbini bitirdikdən sonra 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. 1978-ci ildə sanitar-gigiyena ixtisasına yiyələnmışdir.   Masallı rayon Mərkəzi Xəstəxanasında həkim-laborant işləyir. 

Tahirov  Qəzənfər Fətəli oğlu 

1959-cu ildə Miyankü kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universitetinin məzunudur. Miyankü həkim məntəqəsinin müdiri işləyib.  Hazırda Masallı rayon Vərəm Dispanserində həkim işləyir.

İLK BAYTAR HƏKİMİ

Səfərov Soltanağa Balağa oğlu 25.07. 1950 ildə Miyankü kəndində anadan olub.1968 ildə  H.Zərdabi adına Azərbaycan  KTİ-nin baytarlıq ixtisasına qəbul olunub.  1973 ildə ali məktəbi  bitirib. Masallı Baytarlıq İdarəsində 10 il  laborant işləyib. 1982 ildə Dvəçi Broyler Fabrikinə göndərilib.. Müxtəlif rəhbər vəzifələrdə çalışıb.1988 ildə Bakı şəhərində baytarlıq  idarəsində aparıcı mütəxəssis  işləyir.


İLK TƏBİB

Əkbərov Hidayət Əsgər oğlu 1937-ci ildə Miyankü kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Miyankü məktəbində kitabxanaçı işləyib. Babası mahmudavarlı Əbülqasım kişidən xalq təbabətinin sirlərini öyrənmişdir. Hidayət Əkbərov 24 yaşında bərk xəstələnir. Həkimlər ayaq barmağını kəsmək qəraraına gəliblər. Lakin o, etiraz edərək özü-özünü müalicə etməyə başlayır. Həmin vaxtdan xalq təbabəti ilə ciddi məşğul olur. Respublikamızın hər tərəfindən onun yanına xəstələr gəlmiş və sağlamlığa qovuşublar.


 

Hidayət təbib füsunkar təbiətimizin bəxş etdiyi müalicə otlarını şəxsən özü toplayaraq  insanları müalicə etmişdir. 04.11.2014-cü il tarixdə vəfat etmişdir.



İLK   «TƏCİLİ YARDIM»  SÜRÜCÜSÜ

Həsənov Rzabala Hacıbala oğlu 05.10.1954-cü ildə Miyankü kəndində anadan olub. Kənd arasında Hamil kimi tanınır. 40 ildən çoxdur ki,  sürücü işləyir. Hal-hazırda Masallı RMX Təcili Tibbi Yardım stansiyasında   sürücü işləyir.


İLK İDMANÇI

Tahirov Baxşəli Murtuza oğlu Ordu idmançıları arasında ağırlıq qaldırma üzrə SSRİ birinciliyinin mükafatçısı olub.


Tahirov Rüfət Ülfət oğlu Miyankü kəndində doğulub. Uşaqlar arasında futbol yarışlarında uğurlar qazanıb 

Hidayətov Savalan Əlifərman oğlu Miyankü kəndində doğulu. 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 14 №li UGİM adlı yerdə Təlimatçı vəzifəsində işləyir.

Kazımov Natiq Nazim oğlu Miyankü kəndində doğulub. Boks idmanı ilə məşğul olur. Qızıl Əlcək İdman Klubunun üzvüdür. Yerli və beynəlxalq yarışlarda mükafatlara layiq görülüb.

Tahirov Şamil İskəndər oğlu Miyankü kəndində doğulub. Güləş idmanı ilə məşğul olur. Yarışlarda bir-çox mükafatlara layiq görülmüşdür.


İLK TRAKTORÇU

Kazımov Əlişan Miyankü kəndində doğulmuşdu. Sovxoz ilk  RT-75 traktorunu gətirib. Vəfat edib.


KİTABXANA

Miyankü kənd kitabxanası uzun illərdir fəaliyyət göstərir. Burada Əkbərov Hidayət Əsgər oğlu, Rufullayeva Nazagül Əlibala qızı, Rufullayev Əlibala Qaraxan oğlu işləyiblər. Kənd kitabxanası müxtəlif yerlərdə, hətta vaqonda yerləşib. Hazırda Miyankü kənd kitabxanası ərazi nümayəndəliyinin binasında  yerləşir. Lazımi avadanlıqlarla təmin olunub.Daimi oxucuları vardır. Kitabxana müdiri Yusifli İlqar Ramazan oğludur. O, sovet dövründə kitabxanaçı işləmiş əmisi Vəliağanın yolunu davam etdirir.


https://www.facebook.com/yusifli.i 


                                  

İLK  KİTABXANAÇI

YUSİFOV VƏLİAĞA AĞAMALI OĞLU

Miyankü kəndində anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunu bitirib. İşə düzələrkən bürokratik əngəllərlə qarşılaşdığı üçün rayon Partiya Komitəsinin birinci katibi Əlövsət Baxışova şerlə ərizə yazır və işə qəbul edilir:

XX əsrin 60-cı 70-ci illərində dövri mətbuatda və yerli radio qovşağında ədəbi yazıları ilə çıxış etmişdir.

Sonra ailəsi ilə birlikdə Türkmənistan Respublikasına köçüb və hazırda orada yaşayır.


HƏMSƏRHƏD KƏNDLƏR 

Miyankü kəndi Şimaldan Kubin, cənubdan Nəzəroba, şərqdən Mahmudavar, Hişkədərə, Mişkəmi, cənub-şərqdən Rüdəkənar kəndləri ilə, qərbdən Talış dağları ilə həmsərhəddir. 


ŞƏHİDLƏR

Aslanov Nadir Ənvər oğlu1 iyun 1971-ci ildə    anadan olub,1981ci ildə Miyankü kənd  orta məktəbinin 8-ci sinfini, 1989-cu ildə Bədəlan peşə məktəbini bitirib. 1990-1992-ci illərdə Sovet Ordusunda xidmət edib.1993-cü ilin fevral ayında  Milli Ordu sıralarına yazılıb, fevralın 11-də Ağdərə uğrunda gedən döyüşlərdə həlak olub. Subay idi. Miyankü tam orta  məktəbi onun adını daşıyır.

Həsənov Etibar Feyruz oğlu1975-ci ildə anadan olub. 1992-ci ildə Miyankü kənd orta məktəbini  bitirib. 1993-cü ilin oktyabr ayında  Milli Ordu siralarına çağırılıb. 1994-cü ilin yanvar ayında Fizuli rayonu uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. Subay idi

Mirzəyev Elvin Əlövsət  oğlu 29.07.1986-cı ildə anadan olmuşdur. 13 noyabr 2005- ci   ildə Qarabağda şəhid olmuşdur. Subay idi.


LTİF  OLUNANLAR

Tahirov Rasif İman oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir. Onun haqqında “Yazarlar“ bölümündə ətraflı oxuya bilərsiniz.

http://www.president.az/articles/15676/print

Rəhmanov Elşən Sabir oğlu

https://news.milli.az/society/90898.html

 "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

http://archive.president.az/articles.php?item_id=20090814070606681&sec_id=30


Rəhbər vəzifədə çalışanlar

Nəzərov Cəlil Oruc oğlu  2 may 1957-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1974-cü ildə Hişkədərə kənd orta məktəbini  bitirib.1980-1986-cı illərdə Az.Tibb İnstitutunda təhsil almışdır.Masallı RMX-də uroloq kimi fəaliyyətə başlayıb. 1990-cı ildən Urologiya şöbəsinin müdiri təyin olunmuş, 1000-dən çox cərrahiyyə əməliyyatlarını həyata keçirmişdir. 2003-cü ildən Masallı RMX-nin Baş həkimi vəzifəsində işləyir.

Qənbərov Firudin Qənbər oğlu 1955-ci ildə Miyankü kəndində anadan olmuşdur. 1972-ci ildə Hişkədərə kənd orta məktəbini tərifnamə ilə bitirmişdir. 1973-1979-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alaraq  Pediatriya şöbəsini bitirmişdir. Bir-çox həkim məntəqələrində həkim-pediatr və müdir vəzifələrində  işləmişdir.   Dəfələrlə fəxri-fərmanlara layiq görülmüşdür. Hazırda FHN Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri vəzifəsində çalışır. 6 övladı vardır.

Məmmədov Sətulla Ramazan oğlu 25.11.1958  ildə Miyankü kəndində anadan olub. Miyankü sovxozunda, bank sektorunda  və digər təşkilatlarda mühasib işləyib. 2013 ildən Masallı RMX-nin Baş mühasibi işləyir. Oğlu İlqam Amrah Bankda kredit mütəxəssissidir.

Nəzərov Cabbar Oruc oğlu 3 dekabr 1953-cü ildə Miyankü kəndində dünyaya göz açıb. 1960-1970-ci illərdə Miyankü səkizillik və Hişkədərə orta məktəblərində təhsil alaraq tərifnamə ilə bitirmişdir. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Metallurgiya fakultəsinə daxil olur. Diplomqabağı təcrübəni Moskva və Sverdlovck şəhərlərindəki metallurgiya zavodlarında keçmişdir. Moskvada çıxan “Liteynoye proizvodstvo” qəzeti onun haqqında   geniş məqalə çap etmişdir. 1975-ci ildə aspiranturaya daxil olur. Burada fitri istedada malik olması aşkarlandığı üçün Moskva şəhərinə akademik Vasinin qrupuna göndərilməsi məsləhət bilinir. 1975-1982-ci illərdə  “Nord” elmi- tədqiqat istehsalat müəssisəsində işləyir. 1980-1986-cı illərdə Politexnik İnstitutunun “Avtomobil Nəqliyyatının istismarı və  yol hərəkətinin təşkili”  fakültəsində ali təhsil alır. Oranı fərqlənmə diplomu ilə bitirir. 1986-1993-cü illərdə həmin fakültədə dərs deyir, eyni zamanda imtahan komissiyasının sədri olur.

Əmək fəaliyyəti Zığ avtobus parkı ilə bağlıdır. Burada dəstərəisi,  mühəndis, müdir vəzifələrində çalışıb. 

Qənbərov Ağadadaş Qənbər oğu Miyankü kəndində anadan olub. Memarlıq və İnşaat İnstitutunu bitirib. Uzun müddət inşaat sahəsində çalışıb.   Meliorasiya İdarəsində mühəndis işləyir.

Tahirov Ağasadıq Müseyib oğlu 

1959-cu ildə Miyankü kəndində anadan olub. Saratov şəhərində ali təhsil alıb. Rusiya Federasiyasında energetika sahəsində baş mühəndis vəzifəsində çalışıb. Hazırda özəl şirkətdə işləyir.

Tahirov Süleyman Müştəba oğlu Miyankü kəndində doğulub. AzTU-nu bitirib. Bakı şəhərində İcra Hakimiyyəti strukturlarında çalışır.

Əkbərov Yalçın Əliheydər oğlu 1974-cü ildə Miyankü kəndində anadan olub.Həqiqi hərbi xidmətini başa vurduqdan sonra  Bakı şəhərində yaşayır. Uzun illərdir ki,Şadlıq sarayında administrator vəzifəsində çalışır.İki oğlu var.Hər ikisi ali məktəb tələbəsidir.


XEYRİYYƏÇİLƏR

Mənsimov Mübariz Qurbanəli oğlu 1968-ci ildə anadan olmuşdur. PALMALİ şirkətlər qrupunun prezidenti, Xəzər-Lənkəran futbol klubunun fəxri  prezidentidir. Kəndin giriş qapısının qoyulması, kənd yolunun asfaltlaşdırılması, Miyankü kənd tam orta məktəbinin  inşa edilməsi, məscidin təmiri, kəndin qazlaşdırılması və s. Mübariz Mənsimovun   şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. İstismara verdiyi nəhəng tankerlər dünya okeanlarında Azərbaycan xalqının tarixi məkanlarının və dahi şəxsiyyətlərinin adını yaşadırlar -Azərbaycan, Masallı, Ağsu, Qarabağ, Heydər Əliyev, Həzi Aslanov, Mübariz İbrahimov...

http://palmali.com.tr/ru/

https://az.wikipedia.org/wiki/Pal_s%C3%BCd


6 qız və 3 oğlanlanda ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakışəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankükəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.

Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.

Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.

Mübariz Mənsimov "PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 400 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 21 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.


Məmmədov Tofiq Şirməmməd oğlu 1967-ci ildə anadan olub. RF Nefteyuqansk şəhərində yaşayır. Kəndin xeyriyyəçilik işlərində fəal  iştirak edir.

https://www.facebook.com/profile.php?id=100012547155398&ref=br_rs

https://ok.ru/video/335844086112

Dadaşov Eldəniz Beytulla oğlu 29.03.1976 ildə Miyankü kəndində doğulub. Rusiyada yaşayır. Kəndin abadlığında əlindən gələn köməkliyi edir.


Tahirov Eldar İman oğlu 1955-ci il 3 noyabrda Miyankü kəndində doğulub. 1972-ci ildə Hişkədərə orta məktəbini bitirib.1974-1979-illərdə Azərbaycan Neft Kimya İnstitutunda ali təhsil alaraq mühəndis -geoloq ixtisasına yiyələnib. 1982-1986 illərdə İnşaat Mühəndisləri İnstitutunda ikinci ali təhsil almışdır. 01.04.1981 ildən 21.02.1986 ilədək Kəndtikinti Nazirliyində böyük mühəndis və istehsalatın təşkili şğbəsinin rəisi vəzifələrində çalışmışdır. Sonra baş mühəndis, rəis köməkçisi və 2 saylı Dəmir beton məmulatları zavodunda direktor vəzifələrində işləmişdir.

Qənbərov Vidadi Cahangir oğlu 1974-cü ildə Miyankü kəndində doğulub. Rusiya Federasiyasında ticarətlə   məşğul olur. 

  Əliyev Ramın Kişi oğlu

1977 ildə Miyankü kəndində anadan olub. Bakıda yaşayır. Həcc ziyarətində olmuşdur. Məktəbin təmirinə kömək edir.

Kəndimizin abadlığında, digər xeyriyyə işlərində Mənsimov Qurbanəli Məcid oğlu, Mənsimov Mais Qurban oğlu, Nəzərov Cəlil Oruc oğlu, Bağışov Soltanağa Balağa oğlu, Nəzərov Cabbar Oruc oğlu, Rəhmanov Hacı Asif Oruc oğlu, Tahirov Faiq Abdul oğlu, mərhum Kərimov Müqabil, Kazımov Nazim Əlizadə oğlu, Liftiyev Oktay Dadaş oğlu, Əhmədov Elxan Tahir oğlu və başqa eloğlularımız yaxından iştirak edir və köməklik göstərirlər.


YAZARLAR

Tahirov Rasif  İman oğlu 

1960-cı il fevralın 5-də Miyankü kəndində anadan olub. 1967-1975-ci illərdə Miyankü səkkizillik,  1975-1977-ci illərdə Hişkədərə orta məktəbində təhsil alıb.Bakı Dövlət Universitetinin Jurnalist Sənətkarlığı İnstitutunu  və  Azərbaycan KP MK yanında  Marksizm-Leninizm İnstitutunu bitirib.

İlk məqaləsi  1970-ci ildə (10 yaşında) “Azərbaycan pioneri” qəzetində , ilk şeri 1978-ci ildə “Lenin tərbiyəsi uğrunda” qəzetində çap olunub.

“Təki sən bağışla”,  “Dözüm boydayam”, “Məndən sevgi istə” şer kitablarının müəllifidir.

Kitabları türk və rus dillərində çap olunub. Bəstəkar Zabitə Məmmədova “Keçə bilmirəm”, “Qızlar naz istəyir”, “Günelim”,  Natiq Şuşalı  “Dolanım başına”, Şəfiqə Məmmədova “Səni məndən soruşur”, “Qısqanacaqsan məni”,  Rəşid Şəfəq  “Mübarəkdir”,   “Yoruldum”,  “Elə bil sən deyildin” və s. şerlərinə mahnılar bəstələnib.

Müxtəlif janrlarda 3000-dən çox yazının müəllifidir. 2001-ci ilin fevralından Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi mətbəəsinin direktoru, və “Dəniz” qəzetinin və seanews.com  internet saytının  baş redaktorudur.

Əbilova Günel Telman qızı jurnalist, QAQAZİNFO.AZ saytının baş redaktoru.

https://www.facebook.com/ebilova?hc_ref=ARTCb9MnTAiMlrfyZAjiyx8wq1gDyipmIP7zbkru7rnMD2Bwt8Xwh2ldPSMPl93acG8&fref=nf

Məmmədov Sadıx Məhərrəm oğlu

1964-cü ildəMiyankü kəndində anadan olmuşdur. Hişkədərə kənd orta məktəbibi bitirdikdən sonra Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Erkən yaşlarında anasını itirdiyi üçün Ceyranlı təxəllüsü ilə şerlər yazmışdır. Şerlər kitabı çap edilmişdir. “Ömür kitabı” çapdan çıxmışdır.

Paşayev Əkbər Ağamirzə oğlu 

1969-cu ildə Miyankü kəndində anadan olmuşdur.   Talış və  azərbaycan dillərində gözəl şerlərin müəllifidir. Şerlərinə mahnılar bəstələnmişdir. 

https://www.youtube.com/watch?v=6ALJNMzPJ8c


Yusifli İlqar Ramazan oğlu  

1976-cı ildə Miyankü kəndində anadan olub. Kənd kitabxanasının müdiridir. Onun “Şo bıkə mıni”

şerlər kitabı çapdan çıxmışdır


 


ND  HAQQINDA KİTAB

Xudaqulu Tahirov,  “Miyankü: dünən və bu gün”, Nurlan, 2004


NİZÇİLƏR

Mənsimov Mübariz Qurbanəli oğlu 

https://www.facebook.com/groups/miyankumektebi/?multi_permalinks=786474344846995&notif_id=1509548001596160&notif_t=group_activity


http://palmali.com.tr/ru/

https://az.wikipedia.org/wiki/Pal_s%C3%BCd


Tahirov Rasif İman oğlu 

1959-cı ildə anadan olub. 1977-ci ildə Hişkədərə kənd orta məktəbini bitirib. BDU-nun məzunudur. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi mətbəəsinin direktoru  seanews.com  internet saytının və “Dəniz” qəzetinin baş redaktorudur. (Yazarlar və  Təltif olunanlar bölümlərində onun haqqında əlavə məlumatlar vardır)

Tahirov Elxan Zülfüqar oğlu 1971-ci ildə Miyankü kəndində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. Xəzər Dəniz Gəmiçiliyi idarəsində gəmi  mexaniki  vəzifəsində çalışır. Hal hazırda Rusiya Federasiyasında qiyabi ali təhsil alır.

Tahirov Valeh İman oğlu

1974-cü ildə Miyankü kəndində doğulub. Bakı Dənizçilik Məktəbini bitirib. Uzun illər Polis orqanlarında çalışıb. İki oğlu var.


https://www.facebook.com/groups/miyankumektebi/?multi_permalinks=786474344846995&notif_id=1509548001596160&notif_t=group_activity


Liftiyev  Güloğlan Dadaş oğlu 20.12.1962-ci  ildə Miyankü kəndində anadan olub. Gəmi kapitanıdır.

Qənbərov  Əyyub  Ağadadaş oğlu Miyankü kəndində doğulub, Bakı Ali Dənizçilik Məktəbində təhsil alır.


DƏMİRYOLÇULAR

Tahirov Əhliman Abdul  oğlu 

1959 İLDƏ MİYANKÜ KƏNDİNDƏ ANADAN OLUB. KRASNOVODSK ŞƏHƏRİNDƏ DƏMİRYOLÇU MAŞİNİST İXTİSASINA YİYƏLƏNİB. SALYAN DEPO-SUNDA MAŞİNİST İŞLƏYİR.

Oğlu Vüsal 2017-ci ildə Bakı Dəmir Yol Kollecini bitirib. 

Tahirov Vüsal Əhliman oğlu 1992 ildə Miyankü kəndində doğulub. Milli Orduda xidmət edib. PALSÜD, Şəfa və başqa şirkətlərdə işləyib. 2017-ci ildə Bakı Dəmir Yolu Liseyini bitirib. Maşinist köməkçisis ixtisasına yiyələnib.

Yusifzadə Allahşükür Eldar oğlu 1999ildə Miyankü kəndində doğulub. Bakı Dəmir Yol Liseyinin tələbəsidir.

Nəhmətov İbrahim Mirzərza oğlu

02.10.1964  ildə miyankü kəndində anadan olub. Bakida təhsil alib. Baki metrosunda maşinist işləyir.

Həsənov Cahil Hacibala Oğlu

1964  ildə Miyankü kəndində anadan olub. Bakida təhsil alib. Baki metrosunda maşinist işləyir.

Qənbərov Qurbanəli  İsaq oğlu

Miyankü kəndində anadan olub. Bakida təhsil alib. Baki-moskva qatarinda pravadnik işləyir. Sabiq nazir Ziya Məmmədovun tələbə yoldaşi olmuşdu.

Fərziyev Xeyrulla  Məhərrəm oğlu – Bakı şəhərində yaşayır, uzun illər Dəmir Yolunda maşinist kimi çalışır. 


AVİASİYA SAHƏSİNDƏ İŞLƏYƏNLƏR

RƏHMANOV ELMAR ASİF OĞLU

16.09.1979 ildə doğulub.Silk Way Airlines  Şirkətində işləyir


TAHİRLİ  ELMAR FAİQ OĞLU

20.06.1985 ildə doğulub. Heydər Əliyev adIna Beynəlxalq Hava limanında  işləyir.


VİDEO OPERATORLAR

Əliyev Rasim Məhərrəm oğlu

1974-cü ildə Miyankü kəndində anadan olub. Kənd toylarının ilk video operatorudur.

Tahirov Seymur Xudaqulu oğlu

1978-ci ildə Miyankü kəndində doğulub. El şənliklərinin və tədbirlərin video operatorudur. 


Hüquqşünaslar:

Yusubov Asəf Şahmar oğlu

1970-ci ildə Miyankü kəndində anadan olub. BDU –nun hüquq   fakültəsini bitirib. Bakı şəhərində yaşayır. Özəl şirkətdə çalışır. İki oğlu, bir qızı var. 

Ağayev Söhrab Rzaqulu oğlu Miyankü kəndində doğulub. Uzun illər Rusiya Federasiyasının milis orqanlarında rəhbər vəzifələrdə çalışıb. Təqaüdçüdür. Saratov şəhərində yaşayır.

Rəhmanov Elnur Asif oğlu Bakı şəhərində anadan olub. Bakı şəhər Polis İdarəsində çalışır.

Qənbərov Qədir İsaq oğlu Miyankü kəndində doğulub. Hüquq-mühafizə orqanlarında uzun illər çalışıb. Hazırda Bakı şəhər icra hakimiyyətində hüquqşünas işləyir.

Həmidov Nizami Hüseynzağa oğlu BDU-nun hüquq fakültəsini bitirib. Polis orqanlarında çalışır.


  1. NƏZƏROBA KƏNDİ


Kəndin   adı- Nəzəroba 

Əhalisi : 397 nəfər, 

Ərazisi :  91,68 ha 

Rayon mərkəzindən 21.3 km cənubdadır.

Coğrafi mövqeyi

 Talış dağlarının şərq yamacında yerləşir,ərazisi düzənlikdir. Burada bir neçə su bəndi vardır. Kəndin içi ilə Nığlədə (talışcadan tərcümədə- “dərin dərə”) çayı axır. 

Kənddəkilərin əsas məşğuliyyəti

maldarlıq,əkinçilik. Sovet dövründə burada çayçılıq və sitrus meyvəçilik inkişaf etmişdi.Yenidənqurmanın acınacaqlı dönəmində bağlar ləğv edilərək yerində buğda və çəltik əkilməyə başladı. Əkinçilik cəmi bir-neçə il davam etdi. Hazırda kəndlilərin xüsusi  mülkiyyəti olan torpaq sahələrində əkinçiliyin və çayçılığın inkişafı üçün işlər görülür.


Kəndin adının mənası

 Talış dilindən tərcümədə “Nəzərin obası” deməkdir.

KƏNDİN TARİXİ

Təxminən XIX  əsrin ortalarında  İrandan gələn İmam Nəzər adlı şəxs tərəfindən məskunlaşdırılıb. Kənddə məscid və  qəbristanlıq vardır.


İLKLƏR

Kəndin ilk ali təhsillisi:

Tahirov Balağa Hacıağa oğlu  1940 –ci ildə doğulub, 1965-ci ildə  AzKTİ–nin aqronomluq ixtisası üzrə bitirib,   sovxozda partkom və aqronom vəzifəsində çalışıb,pensiyaçıdır.


TƏHSİL

Nəzərov Sabir Həzərxan oğlu

Nəzəroba kəndində doğulub. Ömrünün sonuna kimi Miyankü tam orta   məktəbində sinif müəllimi işləyib. Vəfat etmişdir.

Zamanov Elşad Polad oğlu

1961-ci ildə Nəzəroba kəndində anadan olmuşdur. APİ –ni  bitirib. Nadir Aslanov adina Miyankü tam orta məktəbində tarix müəllimi işləyir. Miyankü bələdiyyəsinin sədr müavinidir.

Nəzərov Şahverən Oruc oğlu

1963-cü ildə Nəzəroba kəndində doğulub. Ali təhsilli rus dili müəllimidir. Miyankü tam orta məktəbində işləyir.

Əkbərova Şamama Höccət qızı Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Uzun illər Elektrik Çəbəkəsində çalışıb. Miyankü bələdiyyəsinin üzvüdür.

Bağırov Araz Rəfail oğlu BDU Tarix fakultəsini bitirib. Bakı şəhərində yaşayır.


https://www.facebook.com/araz.bagirov.18

Bağırov İbrahim Rəfail oğlu BDU İlahiyyat fakultəsini bitirib. Bakı şəhərində yaşayır.

Novruzov Söhbət İsa oğlu 1968-ci ildə Nəzəroba kəndində doğulub. Orta ixtisaslıdır. Sovxozda briqadir işləyib. 


ALİM 

Babayeva Məryəm İbrahim qızı alman dili müəllimi. Ali təhsilini Azərbaycan Dillər Universitetinin “Alman dili filologiyası” ixtisası üzrə alıb.

Elmlər namizədidir. Müxtəlif vaxtlarda Almaniyada, Gürcüstanda, Avstriyada və Azərbaycanda keçirilən çoxlu sayda təkmilləşdirmə kurslarında iştirak edib. Dəfələrlə Amsterdamda, Almaniyada və İtaliyada keçirilən alman dili müəllimlərinin beynəlxalq qurultayının iştirakçısı olub.

Azərbaycan Dillər Universitetində “Müasir alman dili” kafedrasının müəllimidir.

Məqsədi “Alman dili xarici dil kimi” məşğələlərinin ən yeni metodlarını əsaslı şəkildə təhlil etmək və onlardan faydalanmaq, eləcə də dərs zamanı 4 bacarığı: oxuma, yazma, eşitmə, danışma bacarıqlarını eyni zamanda paralel şəkildə tələbələrə çatdırmaqdır. 2011-ci ildən BDM-də A1-B2 səviyyələri üzrə Alman dilini tədris edir.


http://www.bdm.az/az/about.php?id=13

http://adu.edu.az


Din

Kənd məscidi 2017 ildə tikilib.  Molla Məşədi Nəzir Nəzərov  ömrünün sonuna kimi kəndin xeyir-şərində iştirak etmiş və hörmətli kənd ağsaqqalı olmuşdur.

Nəzərov Rauf Nurəddin oğlu

Nəzəroba kəndində doğulub. Kənd  mollasıdır, xeyir-şər  və dini məclislərində iştirak edir.


SƏHİYYƏ


Kənddə səhiyyə müəssisəsi yoxdur.

Nəzərov Sahil Oruc oğlu

Nəzəroba kəndində doğulub. Uzun illər Masallı RMX Təcili Yardım Stansiyasında tibb qardaşı kimi çalışıb. Nəzəroba bələdiyyəsinin sədri olub. Hazırda Boradigah qəsəbə xəstəxanasında işləyir.

Nəzərov Şahin Sahil oğlu

Nəzəroba kəndində doğulub.Masallı RMX-də tibb qardaşı işləyir.

Mirzəyev Gülağa Şabala oğlu-tibb qardaşıdır. Kubin tibb məntəqəsində müdir işləyir.

İctimai işlərdə də fəaldır. Seçki komissiyasının üzvüdür.


İlk ticarətçi:

Nəzərov Nəzir Bağır oğlu

1920 ci ildə Nəzəroba kəndində anadan olib. Miyankü kənd mağazasında satıcı,    sovxozda fəhlə işləyib. 1941-1945-ci illər BVM-nin arxa cəbhə veteranıdır. Kənd ağsaqqalı və din xadimi olub.

Kənddə beşik düzəldən ilk və yeganə usta olub. 13.02.2014-cü ildə vəfat edib.


İlk poçt müdiri: 

Nəzərov Nazim Nəzir oğlu

1970-ci ildə Nəzəroba kəndində anadan olmuş, 1987-ci ildə Hişkədərə orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. 71 saylı Miyankü  seçki məntəqəsinin katibi və 2010-cu ildən Miyankü kənd poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Evlidir, üç övladı vardır.


 

 

İlk elektrik:

Nəzərov Abidin Məhərrəm oğlu

1963-cü ildə Nəzəroba kəndində anadan olmuşdur. Tüklə yarımstansiyasında və Masallı Elektrik Şəbəkəsində elektrik montyoru işləmişdir.


İlk kitabxanaçı:

Rufullayev Əlibala Qaraxan oğlu

1940-cı ildə Miyankü kəndində anadan olub. Uzun müddət poçtalyon və kitabxana müdiri vəzifələrində çalışıb. Pensiyaçıdır.


HƏMSƏRHƏD KƏNDLƏR 

Şimaldan Miyankü, Şərqdən Hişkədərə və Mahmudavar, cənubdan Rüdəkənar, qərbdən Talış dağları ilə həmsərhəddir. 


QARABAĞ ƏLİLLƏRİ:

Tahirov Fuad Balağa oğlu,

Fətullayev Pərvin Fəxrəddin oğlu


1941-1945 BVM iştirakçıları

Nəzərov Məhərrəm Gülverdi oğlu-vəfat etmişdir.

Nəzərov İbrahim Bağır oğlu-vəfat etmişdir.

Nəzərova Mədinə Əmirəli qızı-arxa cəbhə veteranı.

Nəzərova Səmər Kitabəli qızı-arxa cəbhə veteranı.

Nəzərov Oruc Cavanşir oğlu-arxa cəbhə veteranı,vəfat etmişdir.


RƏHBƏR VƏZIFƏDƏ ÇALIŞANLAR

Mirzəyev Gülağa Şabala oğlu

1959-cu ildə anadan olub. Tibb qardaşıdır. Kubin kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışır.


Tahirov Zakir Balağa oğlu 1962-ci ildə Nəzəroba kəndində anadan olub.Hişkədərə kənd orta məktəbini bitirib. Uzaq Şərq Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib, sonradan   ticarət sahəsində şalışıb. 2004-2009-cu illərdə Nəzəroba kənd bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Yolların cari təmirini həyata keçirirb, kənd məscidi üçün yer ayırıb. Hal-hazırda Daxili İşlər Nazirliyinin Arxiv İdarəsində çalışır. Evlidir,üç övladı var.

Fətullayev Elşən Mirbəşir oğlu Nəzəroba kəndində doğulub. BDU-nun hüquq falultəsini bitirib. Məhkəmə orqanlarında çalışır.


XEYRİYYƏÇİLƏR

Rufullayev Əvəz Əlibala oğlu, Nəzərov Xanağa Oruc oğlu, Tahirov Nadir Balağa oğlu, Nəzərov Nazim Nəzir oğlu , Nəzərov Ümid Sabir oğlu, Nəzərov İlqar Tərlan oğlu  və başqaları  kəndin abadlaşçmasında və  xeyriyyə işlərində köməklik edirlər.


  1. KUBİN KƏNDİ


Kəndin   adı- Kubin 

Əhalisi:   608  nəfər, 

Ərazisi:   154,95 ha

Rayon mərkəzindən 22.3  km cənubda yerləşir.

COĞRAFİYASI

 Talış dağlarının şərq ətəyində yerləşir. Ərazisi düzənlikdir. Burada iki su bəndi vardır.

Kənddəkilərin əsəs məşğuliyyəti   

maldarlıq və əkinçilikdir.

Kənddə müasir tibb məntəqəsi, ümumi orta məktəb və məscid fəaliyyət göstərir.  

ADININ MƏNASI

talış dilindən tərcümədə “ku”-dağ və “bın”-dib, yəni “dağın dibi”

KƏNDİN  TARİXİ 

XIX əsrin   ikinci yarısında Hacıbala və Şirvan qardaşları  Lerik   raonu Tanqəbın Kəndindən gəlib Kubin kəndinin əsasını qoyublar. Kənddə məscid və bir qəbristanlıq vardır.

TƏHSİL

 1964-cü ildə Kubin ibtidai məktəbi  açilib. 2017-2018-ci tədris ilində  AzKİL -2 layihəsi əsasinda kənddə yeni 8 otaqli məktəb binası inşa edilmişdir.

http://www.masalli-ih.gov.az/news/982.html

http://azrip.net/673-kubin-icmas305nda-yeni-m601kt601b-binas305n305n-a231305l305351305.html

DİN

İlk məscid 1996-cı ildə kənd sakinlərinin vəsaiti hesabına tikilib. 2010-cu ildə  isə kənd sakini Nəzərov Fizuli Tərlan oğlu tərəfindən yeni məscid tikilmişdir

Xamiyev Əkbər Miri oğlu 1979-cu ildə Kubin kəndində anadan olmuşdur. Müqəddəs həcc ziyarətində olmuşdur. 2010-cu ildə Kubin kənd məscidi dini icma rəhbəri seçilmişdir.

Babayev Maşallah Musarza oğlu 1954-cü ildə Kubin kəndində doğulub.  Kənd bələdiyyəsinin ilk sədri olub.   


SƏHİYYƏ

Kubin kəndində uzun illər fəaliyyət göstərmiş feldşer-mama məntəqəsi məktəb binasının bir otağında yerləşirdi. 2012-ci ildə Kubin kəndində iş adamı Fizuli Nəzərovun vəsaiti ilə yeni tibb məntəqəsi inşa edildi. Burada Mirzəyev Gülağa Şabala oğlu rəhbərlik edir.

Ağayev İsaq Əziz oğlu Uzun illərdir ki, Boradigah qəsəbə xəstəxanasında tibb qardaşı işləyir.

Ağayev Şahin İsaq oğlu 1974-cü ildə anadan olub. Miyankü həkim ambulatoriyasında tibb qardaşı işləyir. Evlidir iki oğlu var.

Xamiyev Cahangir Soltan oğlu Dico məhəlləsində anadan olub. Masallı RMX-də tibb qardaşı işləyir. Bundan başqa kənd təsərrüfatı ilə, əsasən  arıçılıqla məşğul olur. İki oğlu vardır.

Nəzərov Ağakərim  Cahil oğlu 31.05.1981 –ci ildə Kubin kəndində doğulub. Masallı RMX Təcili Yardım Stansiyasında tibb qardaçı işləyir.

Babayev İbrahim Muxtar oğlu 17.02.1941 ildə  Kubin kəndində anadan olub. Uzun illər tibb qardaşı işləyib. 27.05.2016 il tarixdə vəfat etmişdir.

İLKLƏR

İlk ali təhsillilər:

Babayev Aydın Muxtar oğlu 1943-cü ildə anadan olub.1970-ci ildə   ADPU-nun pedaqoqika fakultəsini bitirib.Kubin kənd əsas məktəbinin direktoru olmuş, 2000-ci ilin aprel –iyul aylarında Miyankü  ərazi nümayəndəsi  vəzifəsində işləyib. “Eldən gedən adam” kitabı ona həsr olunub. 25.07.2000 ildə vəfat edib.

Babayev Xanəhməd İsa oğlu 20.07.1937-ci ildə Kubin kəndində anadan olmuşdur. Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Uzun illər Miyankü və Kubin məktəblərində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda pensiyaçıdır.

Məmmədov Şahismayıl Səlim oğlu 28.02.1959-cu ildə Kubin kəndində anadan olmuş,1976-cı ildə Hişkədərə orta məktəbini bitirmiş, 1977-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun texniki fənlər fakültəsinə daxil olmuşdur. 1981-ci ildə institutu bitirərək Kubin natamam orta məktəbində müəllim işləmişdir. 2000-ci ildən həmin məktəbin direktoru təyin edilmişdir.


Xamiyev Şirzad Oğlan oğlu 1959-cu ildə Kubin kəndində anadan olmuşdur. Hişkədərə orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedoqoji İnstitutuna qəbul olunmuşdur. Ali təhsil aldıqdan sonra doğma məktəbdə işə başlamış və hal-hazıra kimi burada çalışmaqdadır.

Babayeva Mətanət Kişi qızı 1967-ci ildə Mişkəmi kəndində anadan olmuş,1985-ci ildə Hişkədərə orta məktəbini bitirmişdir.1986-cı ildə Mərkəzi Statistika İdarəsinin mühasibat kursunu,1996-cı ildə Gəncə Məişət Kollecinin   ibtidai sinif müəllimi fakültəsini bitirmişdir. Kubin məktəbində kitabxanaçı, müəllim işləyib. 2000-ci ildən oktyabr  2012-ci ilədək Masallı RİHB-nin Miyankü ərazi nümayəndəsi və YAP Miyankü  ilk təşkilat sədri  vəzifəsində işləmişdir. Hazırda Kubin məktəbinin müəlliməsidir.

Xamiyev Məmməd Soltan oğlu Dico kəndində doğulub. Ali təhsilli rus dili müəllimidir. Miyankü bələdiyyəsinin üzvüdür.


YERQURULUŞU MÜTƏXƏSSİSİ

Babayev Hacrza Musarza oğlu 1959-cu ildə anadan olub.Uzun illər Yerquruluşu layihə İnstitutunun mütəxəssisi olub. Kubin kənd seçki komissiyasının sədridir. Pensiyaçıdır.


1941-1945-ci illər BVM-də iştirak edənlər:

Nəzərov Tərlan Qubad oğlu 1926-cı ildə Kubin kəndində anadan olub.BVM-də iştirak edib,bir-neçə orden və medallarla təltif edilib.   Sürücü işləyib, 1-ci qrup əlil, pensiyaçıdır. 25.12.2013- ildə vəfat edib. 

Nəzərov Qələm Həsən oğlu BVM-də iştirak etmiş, Berlinə qədər döyüş yolu keçmışdir. Orden və medallarla təltif edilib,1-ci qrup BVM əlili olmuş, 2012-ci ildə vəfat etmişdir. 


ALİMLƏR

Ağayev Səyyad İsaq oğlu 25 aprel 1976-cı ildə Kubin kəndində anadan olub.  İqtisad üzrə fəlsəfə doktoru. 2012-2013-cü tədris ilində Azərbaycan Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasında “Statistika” fənnindən dərs deyir.  16 sentyabr 2013-cü il tarixindən Milli Aviasiya Akademiyasının “Dünya iqtisadiyyatı” kafedrasında  müəllim. ”Ekonometrika” fənnidən dərs deyir.

Xamiyev Mətləb Cahangir oğlu Kubin kəndində anadan olub,  kimya üzrə fəlsəfə doktorudur.(01.11.2017)

http://www.ameankpi.org/index.php?page=read&id=255


HƏMSƏRHƏD KƏNDLƏR 

Cənubdan Miyankü, şərqdən Mişkəmi, şimaldan Tiaqani və qərbdən Talış dağları ilə həmsərhəddir.

TƏLTIF OLUNANLAR

Əbilov   Həzərxan Vəli oğlu 

“Tərəqqi” medalı ilə təltif edilib. 03.10.2007 il. (Təltif fərmanı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz).

http://archive.president.az/articles.php?item_id=20071003070008936&sec_id=30

ŞƏHİD

Xamiyev Eldar Sahib oğlu 25.06.1975-ci ildə anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 31.03.1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.


Rəhbər vəzifədə çalışanlar

Əbilov Həzərxan Vəli oğlu 1956-cı ildə Kubin kəndində anadan olmuşdur. 1983-cü ildə BDU-nun kimya fakültəsini bitirmişdir. 1987-ci ildən Bakı şəhəri Binə qəsəbəsində müəllim və 1994-cü ildən  məktəb direktoru işləmişdir. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak emişdir. Təhsil sahəsində böyük uğurlar qazanmışdır. Hazırda Xəzər rayonTəhsil Şöbəsində həmkarlar ittifaqının sədridir.

Babayev Şahin Cavid oğlu Azərbaycan Texniki Universitetini bitirib. Bakı şəhərində yaşayır. Dövlət Neft şirkətində mühəndis işləyir.

https://www.facebook.com/sahin.babayev.1610

Nəzərov Cahil İzzət oğlu Kubin kəndində doğulub. Orta ixtisas təhsillidir. Uzun illər Masallı rayon Mərkəzi Xəstəxanasında kassir vəzifəsində çalışıb. Pensiyaçıdır.

Nəzərov Rasif (Şirinbəy) Ramazan oğlu 1955 ildə   Kubin kəndində doğulub.1972-ci ildə Hişkədərə kənd orta məktəbini bitirib. 1974-1975 illərdə Baltik Dəniz Donanmasının dəniz piyadaları  qoşun hissəsində  həqiqi hərbi xidmətdə olub. 1977 ildə Sumqayıt şəhərindəki üzvi sintez zavodunda sex mexaniki olaraq əmək fəaliyyətinə başlayıb.1981-ci ildə Bakı şəhərində univermaqda işə düzəlir. Kubin kəndinin abadlaşması üçün  xeyriyyə tədbirlərində iştirak edir. 


https://www.youtube.com/watch?v=k700BG7XHSE&app=desktop

Masallı rayonu, Miyankü kəndi

Telefon: 051-959-52-41

e-mail: ibadov.mubariz@mail.ru

https://www.facebook.com/ibadovmubariz7

https://twitter.com/ibadovmubariz?lang=ru

https://ok.ru/profile/557899532527

Başlama tarixi: 02.10.2017


Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff