Miyankü

Kəndin adı:
Miyankü    

Əhalisi: 
1508 nəfər

Ərazisi: 
367 ha

Coğrafi mövqeyi:

Talış dağlarının Burovar silsiləsinin şərq yamacında yerləşir

Kənddəkilərin əsas məşğuliyyəti: 
Heyvandarlıq və əkinçilik

Həmsərhəd kəndlər: 
Kubin, Nəzəroba, Mahmudavar, Hişkədərə, Mişkəmi

Kəndin adının mənası 
Dağların arası

Kəndin qısa tarixçəsi: 
Dağların arasında yerləşən Quni Menku tədricən düzənlik yerlərə köçərək Mədo Menku ilə birləşmiş və XVIII əsrdə Miyankü kəndi yaranmışdır. Bu yerlərdə Talış xanlarının mülkləri, torpaq və meşə sahələri olmuşdur. 

Kənddə ilk məktəbin açılması:
Kənddə ilk məktəb 1932-ci ildə açılıb.

Kəndin ilk ali təhsillisi:

Dadaşov Canəli Yunus oğlu 
1940-cı ildə Miyənkü kəndində anadan olub, 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib, İngilis dili müəllimi olub, 1968-1984-cü illərdə Miyankü orta məktəbinin direktoru işləyib, təqaüdçüdür. .

Elmlər namizədləri- 

Nəzərov Fətulla Boyli oğlu, 
Tahirov İlham Mikayıl oğlu


Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Aslanov Nadir Ənvər oğlu 
1 iyun 1971-ci ildə anadan olub.1981-ci ildə Miyankü orta Məktəbinin 8-ci sinfini, 1989-cu ildə Bədəlan peşə məktəbini bitirib, 1990-1992-ci illərdə Sovet Ordusunda xidmət edib, 1993-cü ilin fevral ayında Milli Ordu sıralarına yazılıb, Fevralın 11-də Ağdərə uğrunda gedən döyüşlərdə həlak olub. Subay idi. Miyankü tam orta məktəbi onun adını daşıyır.

Həsənov Etibar Feyruz oğlu 
1975-ci ildə anadan olub. 1992-ci ildə Miyankü orta məktəbini bitirib. 1993-cü ilin oktyabr ayında Milli Ordu sıralarına çağırılıb. 1994-cü ilin yanvar ayında Fizuli rayonu uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Mirzəyev Elvin Əlövsət oğlu 
29.07.1986-cı ildə Miyənkü kəndində anadan olmuşdur. 13 noyabr 2005-ci ildə Qarabağda şəhid olmuşdur. Subay idi.

Böyük Vətən Müharibəsində iştirak edənlər:
BVM-də Miyənkü kəndindən 51 nəfər iştirak edib. Onlardan həlak olanların sayı 49 nəfər, sağ qalanlar isə 2 nəfərdir.

Kəndin ziyalıları haqqında:

ŞAİR- Tahirov Rasif İman oğlu (RASİF İMANOĞLU).1960-cı ildə anadan olub. 1977-ci ildə orta məktəbi bitirib. ADU-nun məzunudur. Azərbaycan Yazıçılar birliyinin üzvü. Qızıl qələm,, mükafatı laureatıdır. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi mətbəəsinin direktoru və ,,DƏNİZ,, qəzetinin baş redaktorudur

Nəzərov Cəlil Oruc oğlu 
1957-ci ildə anadan olub.1974-cü ildə orta məktəbi bitirib. 1980-1986-cı illərdə Az.Tibb İnstitutunda təhsil alıb. Masallı RMX-da uroloq kimi fəaliyyətə başlayıb. 2003-cü ildən RMX-nin Baş həkimi vəzifəsində işləyir.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az