Kubin

Kəndin adı: 
Kubin

Əhalisi: 
518 nəfər

Ərazisi: 
186.70 ha

Coğrafi mövqeyi: 

Talış dağlarının şərq ətəyində yerləşir.

Kəndin əsas məşğuliyyəti: 

Maldarlıq

Həmsərhəd olduğu kəndlər: 
Miyankü, Mişkəmi, Tiaqani

Kəndin adının mənası: 
Dağın dibi

Kəndin qısa tarixçəsi: 

XIX ƏSRİN ikinci yarısında Hacıbala və Şirvan qardaşları Lerik rayonu Tanqəbın    kəndindən gəlib Kubin kəndinin əsasını qoyublar. 

İlk məktəbin açılması: 

Kənddə ilk məktəb 1964-cü ildə açılıb.

Kəndin ilk ali təhsillisi:

Babayev Aydın Muxtar oğlu, 
1943-cü ildə Kubin kəndində anadan olub. 1970-ci ildə ADPU-nun pedaqoqika fakültəsini bitirib. Kubin kənd əsas məktəbinin direktoru , 2000-ci ilin aprel-iyul aylarında Miyankü ərazi nümayəndəsi vəzifəsində işləyib.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Xamiyev Eldar Sahib oğlu 
25.06.1975-ci ildə Kubin kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 31.03.1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. 

Böyük Vətən müharibəsində iştirak edənlər: 
BVM-də həlak olanların sayı 9 nəfər, sağ qalanlar isə 2 nəfərdir: 
Nəzərov Tərlan Qubad oğlu, 
Nəzərov Qələm Həsən oğlu. 

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az