Sirəbil

Kəndin adı: 
Sirəbil kəndi

Əhalisi: 
747 nəfər

Ərazisi: 
315 ha

Coğrafi mövqeyi: 
Düzənlik

Kəndin əsas məşğuliyyəti: 
Heyvandarlıq və Əkinçilik

Həmsərhəd olduğu kəndlər: 
Xıl, Sərçuvar, Boradigah, Bədalan,

Kəndin adının mənası: 
SİRƏBİL – “si-əbil” sözündən olub, si – qara, əbil – göl, çökəklik, bataqlıq deməkdir. Kəndin tarixi XVII əsrin ortalarına aiddir. Əhalinin bir hissəsi bu dövrdə Şamaxıda olan Zəlzələdən bura köçənlərdir. Buraya vaxtı ilə Bakıdan, Şəkidən gedən, Lənkəranın dağ kəndlərindən də köçüb gəliblər. Burada xüsusi ilə Seyidlər deyilən tayfalar yaşayır. Seyid Mali Ağanın nəslindəndirlər. Seyidlər əsasən Boradigahdan gəliblər. 

Kəndin tarixi abidələri: 
Burada Seyid Kamal Ocağı yerləşir. İnsanların pənah yeridir. Xeyriyyəçi Hacı İbrahim tərəfindən çox müasir formada tikilib tam təmir edilmişdir, əhalinin istifadəsinə verilmişdir. Sirəbil kəndi Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Lənkəran Qəzası adlanmışdır. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Sirəbil kəndi onun tərkibinə daxil edildi.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 

Səmədov Niyaz İsabala oğlu 
1974-cü ildə Sirəbil kəndində anadan olmuşdur. Orta məktəbini bitirdikdən sonra “Sirəbil” sovxozunda fəhlə işləyib. İşgüzarlığı və əməksevərliyi ilə kollektivdə böyük hörmət qazanmışdır. 1993-cü ildə oktyabrın 16-da Hərbi xidmətə gedib. Beyləqan və Fizuli bölgəsində vuruşub, iştirak etdiyi döyüşlərdə igidlik göstərərək bir neçə düşməni məhv edib. Niyaz Səmədovun son döyüşü 1994-cü ilin fevral ayının 11-də Fizuli bölgəsində olub. Bu qanlı döyüşlərdə qəfil atılan düşmən gülləsinə tuş gəldi. O, 20 yaşında ikən əbədi olaraq gözlərini yumdu. O, canından çox istədiyi Vətəni uğrunda şəhid oldu. Niyazın igidliyi heç vaxt yaddan çıxmayacaqdır. Xalqımız Niyaz kimi oğullarla fəxr edir. Onun oxuduğu Sirəbil kənd məktəbi Niyazın adını daşıyır. 

Böyük Vətən müharibəsində iştirak edənlər:

Bəşirov Novruz Nəbi oğlu 
Əliyev Sərvan Abduləli oğlu 
Əkbərov Rəcəb Əkbər oğlu 
Əkbərov Əlipaşa Əkbər oğlu 
Əkbərov Əliəsgər Bəxşi oğlu 
Əsgərov Nazim Abdulrəhim oğlu 
Əsgərov Yadulla Abdulrəhim oğlu 
Əkbərov Həpən Müzəffər oğlulu 
Əkbərov Məhəmməd Əliəsgər oğlu 
Əsgərov Hacırza Dayyan oğlu 
Əsgərov İsaq Dadaş oğlu 
Fəttayev Yusub Bağır oğlu 
Hüseynov İlyas Abdulla oğlu 
Hüseynov Hüseyn Abdulla oğlu 
Həşimov Şirəli Nuhi oğlu 
Həşimov Qarabala Həşim oğlu
Hüseynov İsabala İsmayıl oğlu
İsayev Sarıbala Nəcəf oğlu
İsayev Mozi Nəcəf oğlu 
İsayev Dəni Şivan oğlu 
Qulamov Şirəli Güləli oğlu 
Rəhimov Ziyad Hilal oğlu 
Rəhimov İnşallah Heyməri oğlu 
Rufullayev Şahhüseyn Ağahüseyn 
Rufullayev İmim Rəfi oğlu 
Səmədov Qara Əhməd oğlu 
Şahmarov Çınalı Məcəli oğlu 
Şükürov Ziyad Ramazan oğlu 
Talıbov Abıəli Şahmar oğlu 
Teymurov Hüseyinbala Abuli oğlu 
Teymurov Teymur Abuli oğlu 
Vahidov Hüseynqulu Həmzə oğlu


Kəndin ziyalıları haqqında:
Sirəbil kəndində ilk sinif məktəbi evlərdə açılmışdır. 
İlk yazı yazmağı öyrədən 1941 – 1945-ci il Müharibəsində həlak olmuş Əsgərov Hacırza Dəyyan oğlu olmuşdur.

Kəndin din xadimləri:
Məmmədov Surxay Məmməd oğlu – Cümə məscidinin axundu, din xadimi – Bakı 
Məmmədov Bərxudar Məmməd oğlu – Göy məscidin axundu, din xadimi – Bakı şəh
Əyyubov Mirkazım Mirsəddin oğlu – Ceyranbatan məscidinin axundu, din xad. - Bakı 

Kəndin digər tanınmışları:
Əhmədov Kamran Xəlil oğlu – İqtisadi İnkişaf Nazirliyi – Bakı şəhəri
Hilalov Cavanşir Rafiq oğlu – Polkovnik, Ali Hərbi məktəb – müəllim – Bakı, Biləcəri
İmanov Yaşar Əliş oğlu – Polkovnik – Leyt. – Rus ordusu – Vladiqafqaz şəhəri
Dadaşov Sübhan Dadaşbala oğlu – Polkovnik, Dustaqxana rəisi – Sverdloviski vilayəti
Dadaşov Əlifağa Dadaşbala oğlu – Mayor, Dustaqxana işçisi – Sverdloviski vilayəti
Əkbərov Fərhad Müştəba oğlu – Polkovnik, Hərbi aviyasiya – Bakı şəhəri

Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:

Hilalov Telman Sərxan oğlu – Tümen vilayəti, Nabiblanki şəhəri.
Musayev Mahir Mədalı oğlu – Sankt-Petirburk.

Kəndin iş adamları:
Məmmədov İbrahim Ağaməmməd oğlu – “Emruz” şirkəti – Bakı şəhəri
Məmmədov Rahib Ağaməmməd oğlu – Sədərək Ticarət Mərkəzi – Bakı şəhəri
Musayev Ramiz Mədalı oğlu – Mebel – Masallı şəhəri
Səmədov Amil Təyyar oğlu – Tikinti satış – Masallı şəhəri
Fətullayev Ramin Dadaş oğlu – Geyim Mağazası – Masallı şəhəri
Hadıyev Əlipənah Ağaməmməd oğlu – Geyim Mağazası – Masallı şəhəri
Hadıyev İqbal Ağaməmməd oğlu – Geyim Mağazası – Masallı şəhəri
Şahmarov Əbülfəz Talıb oğlu – Baytarlıq apteki – Masallı şəhəri

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az