St.Masallı

Kəndin adı:
St. Masallı

Əhalisi:
760 nəfər

Ərazisi:
37 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.

Kəndin sərhədləri:
Masallı rayonun Çaxırlı, Əhmədli, Sığıcağ və Xoşçobanlı kəndləri

Kəndin adının mənası:
1940-cı ildə Tağıyev Abdulla Hüseyn oğlu kənd soveti sədri işləmiş Dəmir Yolu Stansiyasının tikilməsi üçün yeri O, təyin etmişdir. Yeni salınan yaşayış məntəqəsi də həmin Stansiyanın yaxınlığında salınmışdır. Kənd Mollahəsənli və Sığıncaq kəndlərinin qabaq hissəsində salınıb. Vağzalın yerinin Mollahəsənli kəndinə aid torpaqda təyin edilməsi münasibəti ilə Mollahəsənli kənd sakini, o, dövrdə ferma müdiri işləyən, hazırda Təklə kənd Ağsaqqallar Şurasının sədri 87 yaşlı Abbasov Ağababa Ağadədə oğlu tərəfindən bir erkək kəsilib kasıblara paylanmış və oraya Stansiya Masallı adı verilmişdir.

Kəndin tarixi:1940-cı ildən götürülür:

Kəndin ilk ali təhsillisi:
Cavadov Əlicavad Müslüm oğlu
O, uzun müddət Masallı Dəmir Yolu Stansiyasının rəisi işləyib. Vəfat etmişdir.

Kəndin ziyalıları: 
Cəfərov Mirməmməd Mircəfər oğlu
01.07.1949-cu ildə anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Sonralar təqaüdə çıxana kimi Ədliyyə Nazirliyinin nəzdində müxtəlif həbsxanalarda həbsxana rəisi vəzifəsində çalışıb. Polkovnik rütbəsinə kimi yüksəlib. Hazırda təqaüdçüdür.

Kəndin din xadimi:
Ağayev Mirağa Musa oğlu
1933-cü ildə Masallı rayonun Qodman kəndində anadan olub. Müharibə vaxtı St. Masallı kəndinə valideynləri köçərək hazıradək orada yaşayır. Kənddə dini ayinləri yerinə yetirir.

Qarabağ şəhidləri:
Xudavediyev Taleh Yusif oğlu
22 aprel 1974-cü ildə Masallı rayonun St. Masallı kəndində anadan olub. 19.01. 1993-cü ildə hərbi xidmətə çağrılıb. 172 saylı hərbi hissənin tərkibində Ömərdağ uğrunda döyüşlərdə 20 aprel 1994-cü ildə itkin düşüb.

Əliyev Rasim Ağabala oğlu
29.10.1974-cü ildə masallı rayonun St. Masallı kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə gedib və 22.05. 1994-cü ildə Ağdərə bölgəsində şəhid olub.


Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az