Mollahəsənli

Kəndin adı:
Mollahəsənli

Əhalisi:
955 nəfər

Ərazisi:
373 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.

Kəndin əsas məşğuliyyəti:
Maldarlıq, tərəvəzçilik və kartofçuluq.

Kəndin sərhədləri:
Masallı rayonunun Xoşçobanlı, Təklə, Sığıncaq, Ləngan kəndləri ilə

Kəndin adının mənası:
XV əsrin ortalarında Türkiyənin Kəmərqaya adlanan köyündən yerli ağsaqqallardan küsüb gəlmiş, kənddə mirzəlik etmiş, Molla Həsən adlı şəxsin adı ilə bağlıdır. Hazırda Mollahəsənli kəndində Mollahəsənlilər nəsli ilə İbrahimlilər, Köçərilər və Sarıcəfər tayfaları yaşayırlar.

Kəndin tarixi:1550-ci ildən hesablanır.

Kəndin ilk ali təhsilliləri:
Kəlbiyev Sami Yusif oğludur.O 1918-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. APİ-nu bitirib. Bir müddət dil-ədəbiyyat müəllimi işləyib. Sonralar rəhbər vəzifələrdə işləməklə keçmiş H. Aslanov adına sovxozun direktoru olub. BVM veteranıdır. Hazırda Masallı rayonun Mollahəsənli kəndində yaşayır.

Kənddə ilk məktəb:1936-cı ildə yaradılıb.


Kənddə kolxoz sədri işləyənlər:
Mehdiyev MeybullaTağıyev Mahmudolub.

Ali Təhsilli ziyalılar:

Tağıyev Abdulla Hüseyn oğlu
1906-cı ildə anadan olub. Ali təhsil alıb. Təklə kənd sovet sədri sonralar yaranmış Həzi-Aslanov sovxozun direktoru vəzifəsində işləmişdir. Həddindən artıq təvazökar, ədalətli, rəhmli şəxsiyyət olub. 1940-cı ildə indiki Masallı Dəmir yolu vağzalının Mollahəsənli kəndi ərazisində salınmasına nail olub. BVM-nə getmiş şəxslərin burada qalmış ailə üzvlərinə hərtərəfli köməklik göstərmiş və yardım etməklə ərazidə ilk xeyriyyəçi olub. Mollahəsən nəslin əsl layiqli davamçılarından olan Tağıyev Abdulla Hüseyn oğlu bir dövlət qulluqçusu kimi Kərimov Novruz Bəşir oğlu isə bir din xadimi kimi elə-obaya, fəqir-füqəraya etdikləri yaxşılıqlara görə yaşlı nəslin hələdə yadından çıxmayıb. Bütün el tədbirlərində bu iki şəxsin adları həmişə ehtiramla yad edilir. Onlara rəhmət oxunur. Onların övladlarıda bu gün atalarının qoyub-getdikləri xeyriyyəçi irsi adət-ənənəyə böyük həvəslə qulluq etməyi davam etdirirlər...


Tağıyev Maarif Abdulla oğlu
1938-ci il anadan olub. 1956-cı ildə Təklə kənd orta məktəbini bitirib. 1958-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1964-cü ildə İnstitutu bitirib. Astara rayon Mərkəzi xəstəxanasında həkim sonra Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyib. 2012-ci ildə vəfat edib.

Tağıyev Asəf Abdulla oğlu
1939-cu ildə anadan olmuş, 1959-cu ildə Təklə kənd orta məktəbini bitirib. 1960-cı ildə ADTİ-na qəbul olub. 1965-ci ildə ADTİ-nu bitirib. 1965-1966-cı illərdə Azərbaycan Respublikasında Baş aptek idarəsində şöbə müdiri, 1980-88-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyində Tikinti şöbəsində idarə rəisi 2044-cü ilə kimi Səhiyyə Nazirliyində rəhbər işlərdə çalışmış və hazırda təqaüdçüdür.

Tağıyev Zakir Abdulla oğlu
1942-ci ildə anadan olub. 1960-cı ildə Təklə kənd orta məktəbini bitirib. 1960-cı ildə ADTİ-nun stomatologiya fakültəsinə daxil olub və 1965-ci ildə oranı bitirib. 1965-1976-cı illərdə Lənkəran stomatologiya şöbəsində 1976-2002-ci illərdə Respublika Stomatologiya poliklinikasında işləyib. Hazırda təqaüdçüdür.

Tağıyev Habil Abdulla oğlu
1946-cı ildə anadan olub. 1964-cü ildə Təklə kənd orta məktəbini bitirib, elə həmin il də Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur. 1969-cu ildə İnstitutu bitirdikdən sonra Cəlilabad rayon Göytəpə avtomobil təmir zavodunda baş mühəndis işləmiş, 1977-2002-ci illərdə VOLCKİY avtomobil zavodunun Azərbaycan Filialında Ticarət xəttiylə rəhbər vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə müxtəlif mükafatlara layiq görülüb. Hal-hazırda təqaüdçüdür.

Tağıyev Şakir Abdulla oğlu
1952-ci ildə anadan olub. 1969-cu ildə Təklə kənd orta məktəbi bitirib. 1976-ci ildə Özbəkistan Respublikası Səmərqənd Kooperativ İnstitutunu bitirib. Türkmənistan Respublikası Aşqabad şəhərində ticarət sahəsində çalışır.

Tağıyev Vasif Abdulla oğlu
1955-ci ildə anadan olub. 1972-ci ildə Bakı şəhərində 6 saylı orta məktəbi bitirib. 1973-cü ildə Azərbaycan İqtisadiyyat Universitetinə daxil olub. 1981-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikasının Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə işləmiş hazırda iş adamıdır. Böyük məharətlə xarici iş adamı ilə Respublikamızın daha da inkişaf etmək yönümündə səylə çalışır. Bakı şəhərində yaşayır.

Kərimov İqamət Novruz oğlu
1949-cu ildə anadan olub. 1966-ci ildə Təklə kənd orta məktəbini bitirib. Bakı şəhərində 12 saylı texniki peşə məktəbini bitirib və sonra C. Cabbarlı adına Kinostudiyada çalışmışdır. Türkmənistan Respublikasının Marı rayon Elektrik stansiyasının tikintisində işləmiş və əmək kollektivinin göndərişi ilə Türkmənistan Daxili İşlər Orqanına işə qəbul edilmişdir. 1973-cü ildə Türkmənistan Respublikasının Aşqabad Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1983-cü ildə Azərbaycan Daxili İşlər Orqanında xidmətini davam etdirmək üçün Yardımlı rayon Polis Şöbəsinə göndərilmişdir. 1988-ci ildə Masallı rayon Polis Şöbəsində işinin fəaliyyətinə başlamışdır. Erməni İşğalçılarına qarşı 1988-1989-cu illərdə Zəngilan, Qubadlı, Laçın, Şuşu və Qarabağın başqa bölgələrində cəsarətlə vuruşmuşdur. Hazırda Masallı rayon İHB-nın Təklə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi sədridir.

Bəşirov Hilal Novruz oğlu
1934-cü ildə anadan olub. 1952-ci ildə Prişib qəsəbə orta məktəbini bitirib və Azərbaycan Dənizçilik məktəbinə daxil olub. Oranı bitirdikdən sonra Azərbaycan Dənizçilik İdarəsində işləyib. Sonralar İtaliya-Fransa Dövlətlərarası ticarət əlaqələrində işləyib. Vəfat etmişdir.

Tağıyeva Fəridə Abdulla qızı
1958-ci ildə anadan olub. 1976-cı ildə Təklə məktəbini bitirib, 1978-ci ildə ADPİ-nun coğrafiya fakültəsinə daxil olub və 1983-cü ildə oranı bitirib. Hazırda Masallı şəhərinin 3 saylı tam orta məktəbində müəllim işləyir.

Kəlbiyeva Esmira Balaqardaş qızı
1966-cı ildə anadan olub. 1983-cü ildə Təklə kənd orta məktəbini bitirib. Elə həmin il ADPİ-na daxil olub və İnstitutunu bitirdikdən sonra Təklə kənd orta məktəbində işləyib. Hal-hazırda evdar qadındır.

Kəlbiyeva Fərqiyyə Balaqardaş qızı
1968-ci ildə anadan olub, Təklə kənd orta məktəbi 1985-ci ildə bitirib. Elə həmin il Azərbaycan Dövlət Tİ-na daxil olub və İnstitutu bitirdikdən sonra Təklə kənd həkim məntəqəsində işləyir.

Kəlbiyeva Mətanət Balaqardaş qızı
1970-ci ildə anadan olub. 1988-ci ildə Təklə kənd orta məktəbini bitirib. Elə həmin il ADPİ-na daxil olub. 1993-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib. Təklə kənd orta məktəbində işləyib. Hal-hazırda evdar qadındır.

Tağıyev Sərxoş Əbülfəz oğlu
1944-cü ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olmuşdur. 1951-1961-ci illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1962-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1968-ci ildə həmin İnstitutun “Dərman preparatlarının texnologiyası” kafedrasına aspiranturaya qəbul olmuşdur. 1980-ci ildə Moskva şəhərində namizədlik dissertasiya müdafiə etmiş və əczaçılıq elmləri namizədi elmi dərəcəsi almışdır çoxyaşlı elmi məqalələrinin və əsərlərin müəllifidir. Əczaçılıq üzrə Azərbaycan dilində buraxılan dərslik kitabının müəlliflərdən biridir sonrakı fəaliyyətindən həmin kafedranın, asissenti, baş müəllimi olmuşdur. Hal-hazırda N. Nərmanov adına tibb universitetinin “Dərman preparatlarının texnologiyası” kafedrasının dosentidir

Tağıyev Maşalla Əbülfəz oğlu
1948-ci ildə Masallı rayon Mollahəsənli kəndində anadan olub. 1955-1956-cı illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1966-1971-ci illərdə M. Əzizbəyov adına ADNKİ-nu İstehsal proseslərinin Avtomatlaşdırılması və kompleksli mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. Tümen Vilayətinin Radujniy şəhərində NQÇİ-də Neft İstehsalının avtomatlaşdırılması İdarəsinin rəisi olmuşdur. Hazırda təqaüdçüdür.

Tağıyev Şəmsəddin Əbülfəz oğlu
1955-ci ildə Masallı rayonunun Mollahəsənli kəndində anadan olmuş 1963-1973-cü illərdə Təklə kənd orta məktəbini oxumuşdur. 1974-cü ildə N. Nərmanov adına ADTİ-na daxil olmuş, 1980-ci ildə İnstitutu bitirmişdir. Hazırda Cəlilabad şəhəri “Nuranə” Tibb Diaqnostika Mərkəzində “Sita Diaqnostika” Şöbəsinin müdiridir.

Tağıyev Nurəddin Əbülfəz oğlu
1961-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. 1968-1978-ci illərdə Təklə kənd orta məktəbini bitirib. 1978-1983-cü illərdə Azərbaycan İnşaat Mühəndislik İnstitutunda təhsil almışdır. Hazırda Özəl “AzərStar” Tikinti Şikətinin Vitse Prezidentidir.

Tağıyev Ələddin Əbülfəz oğlu
1965-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. 1973-1983-cü illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1989-cu illərdə N. Nərmanov adına ADTİ-nin Əczaçılıq Ali təhsil almış və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda “N” saylı hərb hissədə komandir müavinidir. Mayor rütbəsindədir.

Qarabağ müharibəsi iştirakçıları:
Kərimov İqamət Novruz oğlu.1949-cu ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. Polis sistemində çalışıb. Hazırda Təklə kənd ərazi nümayəndəsinin sədridir. Ailəlidir. Üç oğul və bir qız atasıdır.

Qarabağ Müharibəsi Şəhidləri:
Dəmirov Firudin Əlibala oğlu
02.02.1968-ci ildə Mollahəsənli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, 123 saylı hərbi hissənin tərkibində Ağdam, Naxçıvan, Şelli, Aramzəmin və Pircamal uğrunda döyüşlərdə igidlik göstərib. 1992-ci ildə H. Aslanov adına 820 saylı hərbi hissənin rota komandiri olub. F. Dəmirov Susuz dağın altında fəallıq göstərib. Bu vaxt sentyabrın 29-da erməni snayperçi onun boğaz nahiyyəsindən vurub və şəhid olur.

Hüseynov Ədalət Vaqif oğlu
25.10.1980-ci ildə Mollahəsənli kəndində anadan olub. 1998-ci ilin iyun ayındda hərbiyə getmiş Zakatala rayonun sərhəd zastavasında Alazan çayının yaxınlığında 10-cu zastavada 25 oktyabr 1999-cu ildə şəhid olub.

II Dünya Müharibəsi iştirakçıları:

Kəlbiyev balaqardaş Yusif oğlu
Abdullayev Allahyar Nəriman oğlu
Həsənov Həsən Abbas oğlu
Tağıyev Məmmədtağı Alməmməd
Kazımov Ənvər Abı oğlu
Məmmədov Əjdər Şölə
Niftiyev Qurban Qara oğlu
Məmmədov Abas Qurbanəli oğlu
Şirəliyev İsa bayraməli oğlu
İbrahimov Talıb Muxtar oğlu
İbrahimov Hüseyn Muxtar oğlu
İbrahimov Teymur Alış oğlu
Şahbazov Qaraş Əli oğlu
Niftiyev Surxay Rufulla oğlu

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az