Tüklə


Kəndin adı:
Tüklə 

Əhalisi: 
1804 nəfər

Ərazisi: 
469 ha 

Coğrafi mövqeyi: 
Tüklə kəndi Masallı rayonunda, Talış dağlarının qoynunda, Masallı şəhərindən 17 km cənubda yaşıllıqlar qoynunda, Boradigah, Türkoba, Lənkəran asfalt yolun sağ tərəfində yerləşir.
Kəndin əsas məşğuliyyəti: 
Kəndin yuxarı torpaq sahələrində uzun müddət çay bitkisi yetişdirilirdi. Kəndin digər torpaq sahələrində isə əvvəlcə çəltikçilik, sonralar isə tərəvəz bitkiləri becərilirdi. Hazırda isə kəndin yararlı torpaq sahələrində demək olar ki, heç bir mədəni bitki və ya bostan bitkisi (şəxsi həyətyanı sahəni çıxmaq şərti ilə) becərilmir. Bir qrup insan ancaq heyvandarlıqla məşğul olur. Tüklə torpağında çay (heyf ki, sonradan bu bitkini məhv etdilər), limon, mandarin, feyxoa və s. sitrus bitkiləri, həmçinin tütün, tərəvəz yaxşı inkişaf edir. Keçmişdə kəndin əhalisi əsasən əkinçiliklə, maldarlıqla məşğul olmuşdur. Əhali arpa, buğda, paxla, lərgə, noxud, darı, qarğıdalı əkmişlər. Əhalinin məşğuliyyət sahələrindən biri də çəltikçilik idi. Əhali çəltiyin ən çox çiləyi, ənbərbu, çampo, sədri və başqa növlərini əkərdi. El ağsaqqalı, mərhum Ağarəzi Ağayev də bunu təsdiq etdi. Tüklədə kollektiv təsərrüfatın-kolxozun təşkili 1931-1932-ci illəri əhatə edir. Kolxoz əvvəlcə Voroşilovun, sonra Engelsin adlarını daşımışdır.


Həmsərhəd olduğu kəndlər: 
Tüklə kəndi cənubdan Hişkədərə, şərqdən Qəzvinoba, şimaldan Mollaoba, Babaser kəndləri, qərbdən Talış dağları ilə həmsərhəddir. Tüklə çayı: mənbəyi Talış dağları və iki xırda qoldan əmələ gəlib bu çay: Çaykəş və Məmmədoba istisuyunun suları ilə.


Kəndin adının mənası:
«Masallı toponimləri» kitabında yazırlar: «Tük» - talış dilində bicar, -lə kiçik mənasında işlənir. Tüklə sözünün mənası kiçik bicarlıq deməkdir. Tüklənin qədim tarixi, uzaq keçmişi haqqında söz demək ona görə çə¬tin¬dir ki, heç bir ar¬xeoloqun ayağı buraya dəyməyib. Heç bir nüfuzl¬u tarixçi bu yerləri tədqiq etməyib. Yalnız yerli yazarların kitabla¬rında iki-üç kəlmə söz deyilib.
Onlardan iba Azərbaycan Sovet Ensiklopediyasının IX cildində isə Tüklə kəndi haqqındakı bilgilər yalnız bun¬rətdir: «Tüklə-Azərb. SSR Masallı r-nunda kənd. T. Sovetliyinin mərkəzi. R-n mər¬kə¬¬zindən 17 km c.-da, Lənkəran ovalı¬ğın¬dadır. Əh.1076 (1985). Əsas təsərrüfatı çaybe¬cər¬mə¬dir. Or¬ta məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi var». (ASE, IX cild, səh.389, Bakı-1986).
Tüklədə ziyalılarla görüş za¬ma¬nı belə bir fikr səsləndi ki, «Tük¬lə» (Tuklə) toponimini bi¬car¬lıq, bicar yeri kimi izah etmək səhv¬dir. Təbii coğrafi şəraitinə görə buranın dağlıq ərazidə yer¬ləş¬məsi ilə bunu izah etdilər. Bu fikir isə yanlışdır. Mən yaşı yüzü ötmüş el ağsaqqalları ilə, ağbirçək nə¬nə¬lərlə görüşdüm. Onlar ata-babalarının bu yerlərdə əkinçiliklə, (xüsusən çəltikçiliklə) maldarlıqla və taxılçılıqla məşğul olduqlarını söylədilər. Çəltikçilik böyük zəhmət tələb etməsinə baxmayaraq əhali nəinki düzən yerlərdə, hətta dağlıq yerlərdə də təsərrüfatın bu sahəsi ilə məşğul olurdu.

***
Talışdilli toponimlərin istedadlı tədqiqatçılarından olan M.Mirzəyev yazır: «Tük» sözü həmçinin fars dilində dağ deməkdir. Bu baxımdan Tüklə kiçik dağ yeri mənasında da işlənə bilər. Bu sözün «tıklə» sözündən olub, üç, çıxıntı, burada dağın çıxıntısı mənasında da yozumu vardır» (Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993. səh.50-51). Əlbəttə bu yozum¬larda həqiqət vardır. Kəndin yerləşdiyi coğrafi şəraiti və onun relyefi bu fikri söyləməyə əsas verir.
Tüklədə əhalinin məskunlaşması, bu kəndin hansı əsrdə, yüzillikdə yaranması haqqında ağsaq¬qal¬ların da məlumatı azdır


Kəndin tarixi abidələri:
TÜKLƏDƏ SƏMƏD VURĞUN MUZEYİ
1979-cu ildə Tüklə kənd orta məktəbində xalq şairi Səməd Vurğunun muzeyi yaradılmışdır. Şairin 80 illik yubileyi ərəfəsi idi. Muzeyə yeni tərtibat verildi. Bu işi məktəbin məzunu, vaxtilə Masallı mədəniyyət və istirahət parkının rəssamı işləmiş Vilayət Xankişiyev görmüşdür.


Dörd şöbədən ibarət olan muzeydə 6200 eksponat vardır. Birinci şöbə «Şairin uşaqlıq illəri», ikinci şöbə «Gənclik illəri», üçüncü şöbə «Şairin yaradıcılığı», dördüncü şöbə «Hər ömrün payızı var» adlanır. Muzeydə çoxlu şəkillər, illüstrasiyalar, sənədlər, tablolar, kitablar, ümumiyyətlə, 6800-ə yaxın eksponat saxlanılır.
Muzey təşkil olunanda xalq şairi Bəxtiyar Vahabzadə təbrik məktubunda yazırdı: «Mən ustad şair S.Vurğunu çox sevmiş, ondan öyrənmişəm. Masallı rayonu Tüklə orta məktəbində S.Vur¬ğun üçün muzey açıldığını eşidib çox şad oldum. Gözəl işdir. Bu təşəbbüsü başqa mək¬təblərdə də yaymaq lazımdır. Eşq olsun bu təşəbbüsü irəli atan müləlim yoldaşlara!» (B.Vahabzadə, 23.X.80).
Tarixçi-etnoqraf Musarza Mirzəyev 1991-ci ildə nəşr etdirdiyi «Mənim Masallım» kitabında yazır: «Məktəbin dil-ədəbiyyat müəllimi, baş müəllim Heybət Əhədovun rəhbərliyi ilə yaradılan S.Vurğun muzeyi şairin Bakıdakı ev-muzeyindən sonra eksponatların sayına və tərtibinə görə 2-ci muzey hesab olunur».
O vaxt muzeyin nəzdində SSRİ Yazıçılar İttifaqının üzvü, şair Azad Talışoğlunun rəhbərliyi ilə «Səməd Vurğun poeziya klubu» təşkil edilmişdi. Keçirilən silsilə görüşlərdə rayonumuzdan xalq şairini tanıyan adamlar toplaşırdılar.
Muzeydə S.Vurğunun səsi yazılmış qrammafon valı, şairin məşhur türk şairi Nazim Hikmətlə və bir sıra başqa görkəmli şəxsiyyətlərlə çəkdirdiyi fotoşəkillər saxlanılır. Şairin uşaqlıq və gənclik illəri ilə bağlı şəkillər və anadan olduğu evin maketi də maraq doğurur. Muzeydə «Şairin dostları» guşəsində rus ədiblərinin portretləri ilə yanaşı S.Vurğunun müasirləri olan Azərbaycan şair və yazıçılarının da şəkilləri toplanmışdır.
«Səməd Vurğun» muzeyində şairin özünün əsərləri və onun haqqında yazılmış çoxlu kitablar və toplular da vardır. Muzeyin vitrinlərində S.Vurğunun əsərləri ilə birlikdə O.Sarıvəllinin, M.Dilbazinin, B.Vahabzadənin, İ.Şıxlının, Ə.Jəfərzadənin, O.Rzanın, profes¬sor Jamal Mustafayevin, Kamal Talıbzadənin, İ.Əbilovun hədiyyə verdiyi kitablar, şairin qızı Aybəniz Vəkilovanın atası haqqında yazdığı xatirələrin əlyazmaları nümayiş etdirilir.
Şairin qızı Aybəniz Vəkilova, şairlərdən Azad Talışoğlu, Vilayət Rüstəmzadə, Məstan Əliyev, yazıçı-curnalist Şəmistan Nəzirli, İmamverdi Əbilov, professor Jamal Mustafayev və başqaları muzeyin qonağı olmuşlar. İndiyədək muzeyə 15 min adam baxmışdır.
1996-cı ildə şairin 90 illiyi Masallı şəhərində və Tüklə kəndindəki «Səməd Vurğun» muzeyində təntənə ilə keçirilmişdi. Çox əlamətdar o idi ki, sevimli şairin həyat yoldaşı Xavər xanım, gəlini Nüşabə xanım və oğlu – istedadlı sənətkar Vaqif Səmədoğlu bu tarixi yubileydə iştirak edirdilər.
Şair-dramaturq Vaqif Səmədoğlu sənətilə hamını vəhdətə gətirən atasına Masallının bir ucqar kəndində də belə dərin ehtiram göstərildiyindən ehtizazlandı. Vətən uğrunda vuruşaraq həlak olan Tüklə şəhidlərini andı.
O vaxt yubiley tədbirinin təşkilatçıları – İH başçısının keçmiş ərazi nümayəndəsi, hazırda kənd məktəbinin müəllimi Əlipaşa Rəhimov, «Səməd Vurğun» muzeyinin direktoru, məktəbin dil-ədəbiyyat müəllimi işləmiş, baş müəllim Heybət Əhədov və orta məktəbin keçmiş direktoru, mərhum Məmmədağa Əliyev idi.

1920-ci ildə tikilmiş Tüklə kənd məscidi:
Tüklədə də ötən əsrin əvvəllərində tikilmiş köhnə məscid ya¬¬rarsız halda idi. Kənd ağsaqqalları onun bərpasına bir neçə dəfə cəhd etsələr də məqsədlərinə nail ola bilməmişlər. Bu məsulliyyətli işi kənd bələdiyyəsinin sədri Eyvaz İmam¬əli¬¬yev öhdəsinə götürdü. Yeni əsrin ilk ilində kəndin gənc¬lərinə, din adamlarına, ağsaqqallara, Bakıdakom¬mersiya ilə məşğul olanlara, Rusiyada yaşayanlara müraciət etdi. Hamı bu ideyaya xeyir-dua verdi. Kifayət qədər vəsait əldə olundu. Tikintiyə başlandı. Müəyyən çətinliklər işdə fasilələrə şərait yaratsa da məqsədə nail olundu. Dini ocağın bərpası başa çatdı.
2004-cü ilin aprel ayında məscidin bərpası başa çatdırıldı.
İndi Tüklənin mərkəzində möhtəşəm bir ocaq-din, iman, əqidə, səcdə yeri ucalır.
Nəzir bulağı

Kənddə ilk məktəbin açıldığı tarix: 
Hər bir kəndin, qəsəbənin, şəhərin tarixində məktəb, müəllimlər çox mühüm rol oynamışlar. Tüklə orta məktəbinin də kəndin inkişafında, çiçəklənməsində misilsiz rolu olmuşdur. Tüklə ibtidai məktəbi 1932-ci ildə kənddə kollektiv təsərrüfat (kolxoz) yaranandan sonra fəaliyyətə başalmışdır. Məktəbin yaranmasında və inkişafında Xan Sayad Babayevin böyük zəhməti olmuşdur. O, həm məktəbin yaradıcısı, həm də ilk müəllimi olmuşdur. Məktəb şəxsi evdə (evin yiyəsi Məşədi Məmməd “kulak” elan olunmuşdu) yerləşirdi. Həmin məktəbdə müxtəlif illərdə Qılman Axundov (Boladi), Muxtar müəllim (Astara), Heydər müəllim (Separadi), Şali müəllim (Separadi), Mirzə müəllim (Boladi), Bağdad müəllim (Xıl), Hafiz müəllim (Şamaxı), Kərim müəllim (Astara), Baloğlan müəllim (Boladi), Mürsəl müəllim (Ərkivan) və başqaları çalışmışlar.
Məktəbin ilk məzunlarından İsmayılov Ağahüseyn, Əhədov Şahverdi, Əmirov Ağamir, Hüseynov Nüsrət, Cabbarov Muxtar, Şükürov Həbibulla, Əhədov Kamil, Xankişiyev Hidayət, Nurullayev Ağahüseyn, Xəlilov Cəlil, Qənbərov Yadulla, Şükürov Yusif, İbadov İbad, İbadov Şali yaddaşlarda yaşayırlar.
İkinci dünya müharibəsi dövründə Sabir müəllim (Xıl), Şəfiqə Məmmədova, Ağabacı Məm¬məd¬oba (Lənkəran), Yelena müəllimə (Rostov) çox çətin şəraitdə öz şərəfli vəzifələrini yerinə yetirmişlər.
Müharibədən sonrakı dövrdə Valentina Nemsova (Mineralnıye Vodı), Əliniyaz Cəfərov (Qəz¬vin¬oba), Mirələm müəllim (Lənkəran), Cəfər müəllim (Şamaxı), Məmməd müəllim (Xırmandalı), Şaban müəllim (Seybətin), Şakir müəllim (Ərkivan) və başqaları şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşlar.

Kəndin ilk ali təhsillisi:MİRZƏ İSRAFİL OĞLU QULİYEV

15 iyun 1938-ci ildə Masallı rayon Tüklə kəndində anadan olmuşdur.Tüklə yeddi illik,1956-cı ildə
N.Gəncəvi adına Boradigah orta məktəbini bitirib.İki il Boradigahda MTS-da kitabxanaçı işləyib.
1958-1964-cü illərdə

N.Nərimanov adına Azərbaycan dövlət Tibb inistitutunun Müalicə və profilaktika fakultəsini bitirib.1964-ci ildə ordu sıralarına çağırılıb.Əvvəlcə hərbi leytenant qarnizon qospitallarının şöbə rəislərinə qədər yüksəlmiş.Padpolkovnik leytenant rütbəsini almışdır.Krasnoyarsk,Novasibiriskiy,Rostov ,Bakı,Türkəministan,Əfqanıstan və Gürcüstanda hərbi xidmət etmişdir.1989-cu ildə Lenenqrad,Sank-Peterburq hərbi tibb akademiyasında namizədlik dissertasiyasını müdafiə edib.Tibb elmləri namizədi alimlik adı almışdır.1990-cı ildə hərbi sıralarından tərxis olunmuş,1 il 8 ay müddətində Mərdəkan 26 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim infeksiyon işləyib.1992-ci ildə Milli orduya çağırılmış Azərbaycan Tibb Universitetinin Hərbi kafedrasında baş müəllim vəzifəsinə təyin olunmüşdur.2000-ci ildə Tibb Universitetinin Hərbi terapiya kafedrasının 
baş elmi işçisidir.Ailəlidir.1 oğlu və 1 qızı var.2 nəvəsi var.Yəyat yoldaşı Quliyeva Elmira Meydan qızı Ali təhsilli filoloqdur.Bakıda 1 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəlliməsi işləyir.Qızı Rəna xanım Mərkəzi Hərbi qospitalında tibb bacısıdır.Oğlu Elçin kommersiya ilə məşğuldur.Nəvələri -Ruslan milli ordumuzda xidmət edib,Elnur məktəblidir.

Kəndin Görkəmli Adamları: 
RAFİQ XAN SAYAD OĞLU BABAYEV
(Fizika-riyaziyyat elmləri namizədi, dosent, 
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü)

14 iyun 1961-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə bitirən R.Babayev 1978-ci ildə o vaxt S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1983-cü ildə universiteti bitirdikdən sonra R.Babayev elmi işə maraq göstərmiş, elə buna görə də Mexanika-Riyaziyyat İnstitutunda elmi işçi kimiu fəaliyyətə başlamışdır. O, atası Xan Sayadın arzularına uyğun olaraq, qardaşı İsmayıl Babayevin yolunu özünə amal etmiş, elmi araşdırmalar ilə mütəmadi olaraq məşğul olmuşdur. Gərgin axtarışların nəticəsi kimi 1988-ci ildə “Dəyişən qalınlıqları elastik-plastik lövhələrin dayanıqlığı” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1988-ci ildən İnşaat Mühəndisləri Universitetinin baş müəllimidir.
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
Ailəlidir, bir qızı və iki oğlu var.

İBADOV ƏFSƏR İBAD OĞLU
20 oktyabr 1959-cu ildəMasallı rayonu Tüklə kəndində anadan olmuşdur.1976-cı ildə Tüklə Kənd  tam orta məktəbinibitirmişdir. 1978-ci ildə hərbi xidmətə yola düşmüşdür.1981-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə fakultəsinə daxil olmuşdur.1988-ci ildə Tibb Universitetini bitirmişdir.Təyinat üzrə 1989-cu ildən Masallı rayon Mərkəzi xəstəxanasından Tüklə kənd həkim ambulatoriyasında həkimlik fəaliyyətinə başlamış,ambulatoriya müdiri və sahə trapevti vəzifəsində işləmişdir.2006-cı ildən bu günə qədər Lənkəran Müalicə Diaqnostika Mərkəzində həkim terapevt və həkim endoskopist kimi fəaliyyət göstərir.Ailəlidir.6 ovladı var.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə
şəhid olmuş sakinləri haqqında: 

İBADOV ƏLİ İBAD OĞLU



  1974-cü ildə Tüklə kəndində anadan olmuşdur.1992-ci ildə hərbi xidmətə çağrılmışdır.
Gəncə batalyonunun tərkibində Sırxavənd və Ağdərə döyüşlərində iştirak etmişdir,
ağır yaralan¬mışdır. Lənkəran hospitalında müalicə olunmuş və döyüşə qayıtmışdır.
1993-cü il fevralın 9-da Ağdərə uğrunda döyüşdə şəhid olmuşdur.
Tüklə KƏND qəbristanlığında dəfn olun¬muşdur. Oxuduğu Tüklə orta məktəbi onun adını daşıyır.
 

XANVERDİYEV RƏSUL BALAĞA OĞLU
1975-ci ildə Tüklə kəndində anadan olmuşdur.

11 oktyabr 1993-cü ildə hərbi xidmətə çağrılmışdır.
Ağdamın Güllücə, İlxıçılar və Paprəvənd kəndlərini düşməndən
təmizlənməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüş¬müşdür.
20 yanvar 1994-cü ildə snayper gülləsindən şəhid olmuşdur.
Tüklə kənd qəbristanlığında dəfn olunmuşdur. Subay idi.
 
 
 

MEHDİYEV SÖHRAB ƏLİŞ OĞLU
1973-cü il 23 sentyabrda Tüklə kəndində anadan olub.

Ailənin 9-cu övladı idi. 1992-ci il aprel ayında hərbi
xidmətə çağırılıb. Milli Ordumuzun tərkibində Ağdərə,
Füzuli bölgələrində gedən döyüş¬lərdə çox böyük
fədakarlıqla vuruşmuşdur. 30 aprel 1994-cü ildə şəhid olmuşdur.
1 mayda Tüklə kənd qəbiristanlığında dəfn olun¬muşdur. Subay idi.
 
 
 

MEHDİYEV SƏRXAN ƏSKƏR OĞLU
1975-ci ildə fevralın 11-də Tüklə kəndində dünyaya
göz aç¬mışdır. Erkən yaşlarından anasını itirmişdir.

1994-cü ilin yanvarın 7-də Milli Ordu sıralarına
xidmətə yollanmışdır. Qara¬qaş¬lı, Susuyan,
Azadqaraqoyunlu kəndlərinin düşməndən azad edilmə¬sində
iştirak etmişdir. 12 may 1994-cü ildə Qaraqaşlı kəndi uğrunda
gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
 
 

HƏŞİMOV HABİL MİRZƏ OĞLU
1974-cü ildə Tüklə kəndində anadan olmuşdur.
Ailənin 12 övladından biri idi. Tüklə orta

məktəbini bitirmişdir. 30 dekabr 1992-ci ildə
Milli Ordu sıralarına xidmətə çağırılıb.
40 gündən sonra isə – 9 fevralda
Ağdərə döyüşlərində itkin düşmüşdür. Atası oğul
ayrılığına dözməyib dünyasını də¬yişdi.
Anası hələ də yolunu gözləyir.
 
 

İSMAYILOV VASİF SÜLEYMAN OĞLU
1974-cü ildə Tüklə kəndində anadan olmuşdur.
Tüklə kənd orta məktəbini bitirdikdən sonra

bir müddət sovxozda fəhlə işləmişdir.
30 dekabr 1992-ci ildə hərbi xidmətə yollanıb.
40 gündən sonra – 9 fevral 1993-cü ildə Ağdərə uğrunda
gedən döyüşlərdə itkin düşmüşdür.
Atası oğul ayrılığına dözməyib dünyasını dəyişdi.
Anası hələ də yolunu gözləyir. Subay idi.
 
 

XƏLİLOV ZƏFƏR ASƏF OĞLU
1985-ci ildə Tüklə kəndində anadan olmuşdur.
 Tüklə orta məktəbini bitirib.

Milli Ordumuzda xidmət edirdi.
O, Tərtər rayonunun Həsənqaya postunda
qulluq edirdi Həmişə yaxşı əsgər kimi sorağı eşidilirdi.
Zəfər ordu həyatının bir ili tamam olan vaxt Tərtərdə
xidməti vəzifəsini yerinə yetirərkən düşmən gülləsinə
tuş gəlməsi hamını sarsıtdı. 31 may 2005-ci ildə
Vətən uğrunda həlak olmuşdur. Zəfər Tüklənin
onuncu şəhid övladıdır. Subay idi.

Böyük Vətən müharibəsində iştirak edənlər: 
1941-1945-Cİ İLLƏR Gedib-qayıtmayanlar: 
Ağayev Səfər
İbadov Əbdül 
Cabbarov Muxtar
Ağayev Oruc
Məmmədov Zeynal
Şükürov Alxas
Baxşıyev Cümşüd
Məmmədov Höccət
Şükürov İlyas 
Qurbanov Məcid
Məmmədov Bayraməli
Şükürov Qiyas
Qurbanov İzzət
Mehtiyev İslam
Şükürov Həbibulla
Qəmbərov Tərlan
Mehtiyev Qardaş
Şükürov Fərman
Qəmbərov Yadulla
Mehtiyev Hadı
Ağayev Ağarəzi
Quliyev Hilal
Nəcəfov Kamil
Baxşıyev Aşur
Əzimov Ağamir
Nurullayev Ağahüseyn
Nurullayev Məmmədhüseyn
Əliyev Qardaş
Fərəcov Şahmar
Əliyev Zalı
Əliyev Oruc
Xankişiyev Vəliağa
İbadov Səttar
Əliyev Sahib
Xankişiyev Hidayət
İbadov Bəşir
Əhədov Kamil
Həsənov Güləli
İbadov İbad
Əhədov Şahverdi
Hüseynov Ələkbər
Məmmədov Məcid
İsmayılov Lətif
Hüseynov Böyükağa
İmaməliyev Qubad
İsmayılov Vəliməmməd
Hüseynov Vəliməmməd
İsmayılov Mansur
İsmayılov Qüdrət
Həbibov Əlif
Həşimov Səməd
İbadov Şali
Həbibov Lətif
Hüseynov Nüsrət
Kəndin ziyalıları haqqında:
Əhədov Heybət Mirzə oğlu
Mənsimov Mirteymur Mirhəsən oğlu
Rəhmətov Əlisultan Məmməd oğlu
İbadov Əfsər İbad oğlu
İbadov Fərhad İbad oğlu
Şirinov Rafael Ağaxan oğlu 
Məmmədova Ədilə Əli qızı
Xankişiyev Şahid Orucəli oğlu 
İmaməliyev Eyvaz Qubad oğlu
Həbibov Soltan Ağarəzi oğlu 
İsmayılov Məhərrəm Əlihüseyn oğlu
Rəhimov Əlipaşa İslam oğlu 


Kəndin din xadimləri: 
Hacı Sücayət Şükürov 04.09.1965-ci ildə Masallı rayonun Tüklə kəndində anadan olmuşdur.1983-cü ildə Tüklə kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə getmişdir.Hərbi xitmətdən qayıdandan sonra Bakıd İsalam Universitetində ruhani təhsil almışdır. Hal-hazırda Qasım bəy Cümə Məscidində Axund işləyir.Ailəlidir.4 övlad atasıdır.
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında: MİRZƏYEV QARAXAN AĞAXAN OĞLU
(M.M.Lomonosov adına MDU-nun riyazi analiz kafedrasının professoru, 
fizika-riyaziyyat elmləri doktoru)

Mirzəyev Qaraxan Ağaxan oğlu

18 yanvar 1951-ci ildə Azərbaycan Respublikası Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1958-ci ildə Tüklə 8-illik məktəbinin birinci sinfinə qəbul olunmuş, 1966-cı ildə 8-ci sinfi bitirmişdir. Elə həmin il Sumqayıt şəhərində 35 saylı peşə məktəbində, paralel olaraq 11 saylı axşam məktəbində təhsilini davam etdirmişdir.


Hələ Tüklə 8-illik məktəbində oxuyarkən riyaziyyat fənninə böyük maraq göstərmişdir. Riyaziyyata olan bu maraq onu S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə aparmışdır. 1969-cu ildə həmin ali məktəbə qəbul olunaraq 1974-cü ildə bitirmişdir. Bir neçə il Masallı rayonunun Böyük Kolatan və Tüklə kənd orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. Onun fitri istedadını görən və qiymətləndirən insanlar ona təhsilini davam etdirməyi məsləhət görmüş və dəstək olmuşlar. Bu insanlar arasında fizika-riyaziyyat elmləri doktorları Fərəməz Maqsudov, Mirabbas Qasımov, Sabir Mirzəyev kimi riyaziyyatçıları xüsusilə qeyd etmək lazımdır.
Qaraxan Mirzəyev 1979-cu ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsinin “Funksional analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının aspirantı olmuşdur. Aspiranturada oxuyarkən elmi rəhbəri həmin kafedranın professoru, fizika-riyaziyyat elmləri doktoru V.Levitan olmuşdur. Yeri gəlmişən qeyd edək ki, 1985-ci ildə çap olunmuş keçmiş SSRİ məkanında ən məşhur fundamental elmi ensiklopediya olan “Matematiçeskaya Ensiklopediya” beşcildliyində professor Levitanla Q.Mirzəyev bir neçə mövzunu müştərək işləmişlər.
Qaraxan Mirzəyev 1981-ci ildə M.V.Lomonosov adına MDU-nun riyazi analiz kafedrasının elmi şurasında “Kvazirequlyar differinsial operatorlar” mövzusunda dissertasiya müdafiə edərək “fizika-riyaziyyat elmləri namizədi” alimlik dərəcəsini almışdır. Onun bu nailiyyətləri qazanmağında, bir kamil riyaziyyatçı kimi formalaşmasında “Funksional analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının professoru A.Q.Kostyuçenkonun və SSRİ EA-nın həqiqi üzvü, M.V.Lomonosov adına MDU-nun rektoru V.A.Sadovniçinin böyük əməyi olmuşdur.
Titanik elmi fəaliyyətini davam etdirən Qaraxan Mirzəyev riyazi analizin ən çətin sahələrinə girişərək bu elmə öz töhfələrini bəxş etməkdə davam etmişdir.
1995-ci ildə o, çox nüfuzlu elmi şurada “Sadə simmetrik differinsiaı tənliklərin həllinin zp xassəsi” (“zp – svoystva reşenii obıknovennıx simmetriçeskix differensialnıx uravnenii”) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, “Fizika-riyaziyyat elmləri doktoru” elmi dərəcəsini almışdır.
O, 1980-2000-ci illərdə Moskvanın müxtəlif presticli ali məktəblərində işləmişdir. Qaraxan Mirzəyevin fəaliyyətini daim nəzarətdə saxlayan, onun elmi nailiyyətlərini izləyən böyük alim, MDU-nun rektoru V.A.Sadovniçi milli mənsubiyyətinə görə istedadlı alimə mane olan qüvvələrin müqavimətinə baxmayaraq, 2000-ci ildə onu Moskva Dövlət Universitetinin “Riyazi analiz” kafedrasına dəvət etdi. Həmin dövrdən Qaraxan müəllim keçmiş SSRİ-nin elm məbədgahı hesab olunan bu elm ocağında riyazi analiz kafedrasının professoru vəzifəsində çalışır.
Qaraxan müəllim indi özünü daha xoşbəxt hesab edir. Çünki o məhz indi öz zəngin biliyini doğma vətənində, Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında azərbaycanlı tələbələrə verə bilir. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ezamiyyətdə olduğu dövrdə öz biliyini və təcrübəsini azərbaycanlı həmkarları ilə paylaşmaqdan zövq alır.

Fərzullayeva Aynur Rafiq qızı

Kəndin digər tanınmışları: 
Baxişov Əlimərdan Aşur oğlu 
Rəhmətov İlkin Əlisoltan oğlu
Babayev İsmayıl Səyyad oğlu 
Ağayev Rəşid Ağarəzi oğlu
Babayev Rafiq Səyyad oğlu 
Baxşıyev Yalçın Aydın oğlu
Həbibov Adıgözəl Eyvaz oğlu 
Ağayev Oktay Rəşid oğlu
İbadov Vilayət İbad oğlu 
Ağayev Çingiz Rəşid oğlu
İbadov Nizami Bəşir oğlu


Kəndin Xeyriyyəçi İnsanları
Babayev Tofiq Sayad oğlu
İmaməliyev Eyvaz Qubad oğlu 
İbadov Ədalət İbad oğlu
İsmayılov Məhərrəm Əlihüseyn oğlu
Quliyev Rasif
Nəcəfov Seyran Burhan oğlu 

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az