Məmmədoba

Kəndin adı: 
Məmmədoba

Əhalisi: 
1370 nəfər

Ərazisi: 
449 ha

Coğrafi mövqeyi: 
Talış dağlarının ətəyində nadir ağac hesab edilən palıd ağacı, adı “Qırmızı Kitab”a düşmüş dəmir ağacı və bir sıra başqa növ ağaclarla əhatə edilmiş, kəndin ortasından Seyidan çayı keçən füsunkar gözəlliyə malik coğrafi mövqedə yerləşir. 

Kəndin əsas məşğuliyyəti: 
Əkinçilik və heyvandarlıq

Həmsərhəd olduğu kəndlər: 
Məmmədoba kəndi şimaldan Xanalion, cənubdan Tiyaqani, şərqdən Tüklə və Babaser kəndləri, qərbdən isə talış dağları ilə həmsərhəddir. 

Kəndin adının mənası:
Məmmədoba kəndinin adı kənddə ilk məskunlaşan Məmməd kişinin adından götürülüb. 

Kəndin tarixi abidələri: 
1932-ci ildə tikilmiş məscid və Seyid Banu ocağı kəndin tarixi abidələri hesab edilir.

Kənddə ilk məktəbin açıldığı tarix: 
1932-ci ildə ilk dəfə olaraq Məmmədoba kəndində Vəliağa kişinin evində ibtidai məktəb açılıb

Kəndin ilk ali təhsillisi: 
Məmmədoba kəndindən ilk ali təhsil alanlar Ağayev Sabir Fərzulla oğlu və Əliyev Ağayar Zülfüqar oğlu olmuşdur.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə 
şəhid olmuş sakinləri haqqında:  
 

ƏLİYEV FİZÜLİ ƏMRAH OĞLU


1973-cü ildə Məmmədoba kəndindəanadan olub. Tüklə orta məktəbini bitirib.
1992-ci ildə hərbi xidmətə çağırılıb.
Hərbi xidmətdə böyük döyüş yolu keçib.
Laçın, Qubadlı, Zəngilan bölgələrində döyüşüb.
Qubadlıda yaralanıb, müalicə olunduqdan
sonra döyüş bölgəsinə qayıdıb.
1994-cü il yanvarın 29-da Şişqaya y
üksəkliyi uğrunda gedən döyüşlərdə
qəhrəmancasına həlak olmuşdur.
Yanvarın 30-da kənd qəbristanlığında dəfn olunmuşdur.
Subay idi.
 

AĞAYEV RÜSTƏM RAMAZAN OĞLU
 

1970-ci ildə Məmmədoba kəndindədünyaya göz açmışdır.
Könüllü cəbhəyə getmişdir.
İki dəfə yaralanmış və sağalandan sonra
hərbi hissəyə qayıtmışdır.
Döyüşlərin birində yaralanıb əsir düşmüşdür.
26 yanvar 1994-cü ildə Ermənistanın
Spitak həbs düşər¬gəsində güllələnmişdir.
8 aprel 1994-cü ildə cənazəsi vətənə gətirilmiş
və Məmmədoba kənd qəbristanlığında torpağa tapşırılmışdır.
 

ƏLİYEV İLQAR HİDAYƏT OĞLU

 

1972-ci ildə 1 dekabrda Məmmədoba kəndindəanadan olmuş¬dur. Tüklə orta məktəbini bitirmişdir.
Bir müddət sovxozda fəhlə işləyib. 1992-ci ildə
hərbi xidmətə yollanıb. Ağdərə və Füzuli bölgələrində
döyüşlərdə iştirak edib. 24 yanvar 1993-cü ildə Xromort
kəndi uğrunda döyüşlərdə itkin düşmüşdür. Subay idi.

Böyük Vətən müharibəsində iştirak edənlər: 
Mirzəyev Eyvaz, 
Hüseynov Heybət,
Hüseynov İzzət, 
Hüseynov Ziyad,
Əkbərov Qasım, 
Nuriyev Əbdül, 
Şəfəqqətov Rəzzaq, 
Qurbanov Nüsrət

Kəndin ziyalıları haqqında: 
Ağayev Aydın Höccət oğlu, 
Bağırov Kamal Yusif oğlu,
Əkbərov Zakir Qasım oğlu, 
Şəfəqqətov Elşad Əli oğlu, 
Quliyev Ramiz Əli oğlu, 
Hacıyev İltifat İsaq oğlu, 
Dadaşov Şakir Museyib oğlu, 
Hüseynov Rəhim Məmi oğlu

Kəndin din xadimləri: 
Ruhani təhsilli Şəfəqqətov Qurbanəli Rəzzaq oğlu

Kəndin digər tanınmışları: 
Şəfəqqətov Elşad, 
Əkbərov Ərəb, 
Quliyev Ramiz, 
Ağayev Saleh, 
Ağayev Alim, 
Samiyev Vidadi, 
Nuriyev Nemət

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az