Ərkivan qəsəbəsi

Ərazisi:   22.063.... 2294 kvm

Əhalisi: 17.166......nəfər

Ərkivanın tarixi

XIX əs­rin axır­la­rın­da Mor­qan qar­da­ş­la­rı Lən­kə­ran və Ma­sal­lı ray­on­la­rı əra­zi­sin­də olan ar­xe­o­lo­ji qa­zın­tı iş­lə­ri apar­mış, abi­də­lər­dən aş­kar et­dik­lə­ri qı­zıl və baş­qa qiymətli me­tal­la­rı öz­lə­ri ilə xa­ricə apar­mı­ş­lar. Lən­kə­ran və Ma­sal­lı­da (xüsu­si­lə Ər­ki­van­da) aş­kar olun­muş mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri ha­zır­da Fran­sa­nın Sen-Jer­men mu­zey­in­də sax­la­nı­lır.

Məlumat üçün bildirək ki, Azər­bayc­an­ın qə­dim ta­ri­xi­nin tət­qiq olun­ma­sı­na XX əsrdən ba­ş­lan­mış­dır. 20-ci il­lər­də isə re­s­pub­li­ka­mı­zın abi­də­lə­ri­ni və ta­ri­xi­ni öy­rə­nən cə­miyy­ət təş­kil olun­muş­dur. Azər­bayc­an əra­zi­sin­də ib­ti­dai in­san­la­rın 2,5 mily­on il bun­dan əv­vəl ya­şa­mağa ba­ş­la­ma­sı­na aid ən qə­dim əmək alət­lə­ri ta­pı­lıb tədqiq olun­muş­dur. Ər­ki­van əra­zi­sin­də apa­rıl­mış ar­xe­o­lo­ji təd­qi­qat nə­tic­ə­sin­də ib­ti­dai ic­ma dövrünə aid zə­ng­in mad­di mə­də­niyy­ət nümu­nə­lə­ri aş­kar edil­miş­dir. Ər­ki­van qə­sə­bə­si Ma­sal­lı şə­hə­rin­dən 2 km qərb­də, Vi­ləş çay­ı­nın sağ sa­hi­lin­də, Lən­kə­ran ova­lığ­ın­da və Ta­lış dağ­la­rı­nın ətək­lə­rin­də yer­lə­şir.

Kəş­fiyy­at iş­lə­ri za­ma­nı Ər­ki­van əra­zi­sin­dən üst pa­le­o­lit dövrünə aid Daş mə­mu­la­tı əl­də edil­miş­dir. Bu, Ər­ki­van əra­zi­sin­də qə­dim in­san­la­rın 15-20 min il un­dan əv­vəl ya­şa­mağa ba­ş­la­dığ­ı­nı söy­lə­məyə im­kan ver­miş­dir. Xüsu­si­lə Ərkivan əra­zi­sin­in Vi­ləş çayı ter­ras­la­rın­dan ta­pıl­mış əmək alət­lə­rin­dən tex­ni­ki və ti­po­lo­ji xüsu­siyy­ət­lə­ri­nə əsa­sən hə­min alət­lə­rin üst pa­le­o­lit mə­də­niyy­ə­ti dövründə ha­zır­lan­dığ­ı­nı söy­lə­mək mümkün ol­muş­dur. Ər­ki­van kən­din­də el­mi ax­ta­rı­ş­lar za­ma­nı ene­o­lit və tunc dövr­lə­ri­nə aid "Qa­la tə­pə", "Ba­laca tə­pə", "Na­dir tə­pə", "Qa­ra­ti­kan tə­pə", "Ye­kə tə­pə", ay­rı-ay­rı kur­qan­lar, or­ta əsrlə­rə aid qə­b­ri­s­tan­lıq­lar, XIV və XIX əsrlə­rə aid mə­scid­lər aş­kar olun­muş­dur.Ma­raq­lı­dır ki, Ər­ki­van qa­la­sı ad­la­nan əra­zi­də ax­ta­rı­ş­lar za­ma­nı an­tik və or­ta əsrlə­rə aid sax­sı qab qı­rın­tı­la­rı ta­pıl­mış­dır. Hə­min ta­pın­tı­la­ra əsa­sən Ər­ki­van qa­la­sı­nın V-VI əsrlər­də ti­kil­diy­i­ni söy­lə­mək olar. Qa­la­nın ya­xın­lığ­ın­da qə­dim şə­hər ye­ri­nin xa­ra­ba­lıq­la­rı da var­dır. Bu əra­zi­dən aş­kar olun­muş mad­di-mə­də­niyy­ət qa­lıq­la­rı və müda­fiə qa­la­sı­nın ol­ma­sı bu­ra­da qə­dim şə­hər­lər­dən bi­ri­nin əra­zi­si ol­duğ­u­nu gö­s­tə­rir. Ha­zır­da Ər­ki­van qa­la­sı ya­xın­lığ­ın­da qə­dim şə­hər ye­ri­nin xa­ra­ba­lıq­la­rı mövc­ud­dur. Ər­ki­van əra­zi­sin­də apa­rı­lan ar­xe­o­lo­ji kəş­fiyy­at iş­lə­ri za­ma­nı ene­o­lit və tunc dövr­lə­ri­nə aid də mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri ta­pıl­mış­dır. Apa­rı­lan ar­xe­o­lo­ji təd­qi­qat­lar nə­tic­ə­sin­də mə­lum ol­muş­dur ki, VII mi­nil­lik­də ne­o­lit dövrü eneo­lit mə­də­niyy­ə­ti ilə əvəz olun­muş­dur. En­eo­lit sözünün mə­na­sı - mis-daş dövrü de­mək­dir. Bə­zən ene­o­liti ne­o­lit­dən tunc dövrünə ke­çid mər­hə­lə­si də ad­lan­dı­rır­lar.
 
 Ərkivan eneolit dövründə

            Ər­ki­van­da apa­rı­lan təd­qi­qat­lar za­ma­nı tunc dövrünə aid mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri qey­də alın­mış­dır. Tunc dövrü bə­şə­riyy­ə­tin in­ki­şa­fın­da mə­də­ni, ta­ri­xi bir dövrdür. Bu dövr Azər­bayc­an əra­zi­sin­də V mi­nil­lik­dən ene­o­lit dövrünü əvəz et­miş və era­mız­dan əv­vəl I mi­nil­liy­in əv­vəl­lə­ri­nə­dək da­vam et­miş­dir. Ərkivan tuc dövründə Ər­ki­va­nın tunc dövrünə aid ya­şay­ış mə­s­kən­lə­rin­də mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri­nin aş­kar olun­ma­sı bu­ra­da ya­şay­an sa­kin­lə­rin əkin­çi­lik­lə mə­şğ­ul ol­duq­la­rı­nı gö­s­tə­rir. Tunc dövrünün əv­vəl­lə­rin­də du­luz­çu­luq özünün yüksək in­ki­şaf mər­hə­lə­si­nə ça­tır. Ar­tıq bu dövr­də qab­la­rın əl ilə, la­kin sim­me­t­rik for­ma­da ha­zır­lan­mış nümu­nə­lə­ri­nə tə­sadüf olu­nur. Ey­ni za­man­da qulp­lu qab­la­rın sayı art­mağa ba­ş­lay­ır. Apa­rı­lan el­mi-təd­qi­qat­lar za­ma­nı ilk ne­hrə­lə­rin mey­da­na çıx­ma­sı müəyy­ən ol­muş­dur. Ma­raq­lı­dır ki, ne­o­lit dövründən, yə­ni IX mi­nil­lik­dən Ər­ki­van­da ba­ş­la­mış gil qab­lar is­teh­sa­lı bu gün də da­vam et­di­ri­lir. Gil qab­lar is­teh­sa­lın­da mühüm ye­ni­lik du­luz çar­xı­nın mey­da­na çıx­ma­sı­dır. Du­luz çar­xı va­si­tə­si ilə da­ha mükəm­məl qab­lar ha­zır­lan­mağa ba­ş­lan­mış­dır. Du­luz çar­xı­nın mey­da­na çıx­ma­sı gi­lin yax­şı yoğ­rul­ma­sı­na sə­bəb ol­muş­dur. Bu da qab­la­rın key­fiyy­ə­tin­də və for­ma­sın­da dəy­i­şik­lik əmə­lə gə­tir­miş­dir. Xüsu­sən mə­i­şət­də iş­lə­nən qab­la­rın is­teh­sal olun­ma­sı kütlə­vi xa­rak­ter al­mış­dır. Bu gün də Ər­ki­va­nın Bağlakücə mə­həl­lə­sin­də du­luz çarx­la­rın­da qab­la­rın ha­zır­lan­ma­sı da­vam et­di­ri­lir.

           Ər­ki­van əra­zi­si qə­dim Man­na və At­ro­pe­ten döv­lət­lə­ri­nin ən mühüm əra­zi­lə­rin­dən bi­ri ol­muş­dur. 

Ərkivanda heyvandarlıq, eləc də atçılıq Man­na­nın vi­lay­ət­lə­rin­də hey­van­dar­lığ­ın, xüsu­sən at­çı­lığ­ın in­ki­şa­fı haq­qın­da As­su­riya Mİ­Xİ ya­zı­la­rı mə­lu­mat ve­rir. Ər­ki­van­da da I mi­nil­liy­in or­ta­la­rın­da və xüsu­sən dəmir dövründə özünün yüksək mər­hə­lə­si­nə çat­mış­dır. Uzun müddət at in­san­la­rın tə­sərrüfa­tın­da və mə­i­şə­tin­də apa­rıcı möv­qe tut­muş­dur. Bu gün də Ər­ki­van­da at­dan tə­sərrüfat iş­lə­ri za­ma­nı is­ti­fa­də olu­nmaq­da­dır. Ma­ke­do­niy­a­lı İs­kən­dər Or­ta Asy­aya yürüş edən za­man At­ro­pat onun ya­nı­na gə­lə­rək ta­be ol­duğ­u­nu bil­dir­di. Era­dan əv­vəl 323-cü il­də İs­kən­dər onu Mi­diy­a­nın sa­t­rarpı və­zi­fə­si­nə təy­in et­di. Era­mız­dan əv­vəl 323-ci il­də İs­kən­dər və­fat et­dik­dən so­nra At­ro­pat At­ro­pa­teny­a­nın müstə­qil ha­ki­mi ol­du və özünü hökmdar elan et­di. At­ro­pa­ten müstə­qil döv­lə­tə çe­v­ril­di. At­ro­pat is­te­dad­lı və gör­kəm­li döv­lət xa­di­mi idi.

 Ərkivan Atropateana dövründə

           Əv­vəl­lər At­ro­pa­te­na­nın əra­zi­si əsa­sən Azər­bayc­a­nın cə­nub vi­lay­ət­lə­rin­dən iba­rət idi. Şi­mal­da onun əra­zi­si Araz çay­ı­na qə­dər uza­nır­dı. Hökmdar­la­rın iqa­mə­tg­a­hı Ur­miya gölünün cə­nub-şərq sa­hi­lin­də yer­lə­şən Qa­za­ka (Qanza) şə­hə­ri idi. Əha­li­nin mə­şğ­ul ol­duğu tə­sərrüfat sa­hə­lə­ri içə­ri­sin­də yun par­ça ema­lı mühüm yer tu­tur­du.
 Ər­ki­van At­ro­pa­ten­a­nın ən zə­ng­in əra­zi­lə­rin­dən bi­ri he­sab olu­nur­du. At­ro­pa­ten döv­lə­ti­nin mey­da­na çıx­ma­sı Azər­bayc­an əra­zi­sin­də xal­qın tə­şəkkülü üçün əl­ve­ri­ş­li şə­ra­it ya­rat­mış­dır. 

VII əsrdə ərəb­lər Azər­bayc­a­nı işğ­al et­miş və əsa­sən cə­nub vi­lay­ət­lə­rin­də İs­lam di­ni­ni yay­mağa ba­ş­la­mı­ş­lar. XIV-XV əsrlər­dən eti­ba­rən Azər­bayc­an­da müstə­qil­lik mey­li art­mağa ba­ş­lay­ır. Ər­də­bil şə­hə­ri­ni Sə­fə­vi­lər süla­lə­si ida­rə et­məyə ba­ş­lay­ır. Sə­fə­vi­lər süla­lə­si 1254-1334-cü il­lər­də ya­şa­mış Şeyx Sə­fi­əd­din­dən ba­ş­lay­ır. Sə­fə­vi­lər dünyə­vi və ru­ha­ni hö­ku­mə­ti öz əl­lə­rin­də bir­ləş­dir­miş­di­lər. On­la­rın çox böyük vəqf tor­paq­la­rı və baş­qa sər­vət­lə­ri var idi. Muğ­an da sə­fə­vi­lə­rə məx­sus idi.

 Mən­bə­lə­rin ver­diyi mə­lu­ma­ta əsa­sən ta­rix elm­lə­ri dok­to­ru Sey­i­dağa Onul­la­hi Şeyx Sə­fi­əd­di­nin 1274-1281-ci il­lər­də Ər­ki­van kən­din­də ya­şa­dığ­ı­nı qeyd edir. Bu­nun­la əla­qə­dar ola­raq hə­min il­lər­də Ər­ki­van kən­din­də Şeyx Sə­fi­nin in­şa et­diyi Şah Sə­fi bu­lağı gö­s­tə­ri­lir. Ha­zır­da Ər­ki­van­da­kı "Şə­hid­lər bu­lağı"nın ya­xın­lığ­ın­da yer­lə­şən "Şah Sə­fi bu­lağı" (Miy­on­di mə­həl­lə­sin­də) ey­ni za­man­da bu bö­lg­ə­də ziy­a­rə­tg­ah ki­mi ta­nı­nır. Ta­ri­xi mən­bə­lə­rin ver­diyi mə­lu­ma­ta əsa­sən 1501-ci il­də Tə­b­riz­dən qay­ı­dar­kən Şah İs­may­ıl Xə­tai yol üstü Ər­ki­van­da day­a­nıb dinc­əl­miş və Şeyx Sə­fi bu­lağ­ın­dan su iç­miş­dir.

 Çar Ru­siy­a­sı öz müstəm­lə­kə­çi­lik siy­a­sə­tin­də Ta­lış vi­lay­ə­ti­nə xüsu­si diq­qət ye­ti­rir və onun əra­zi­si­ni işğ­al et­məyə ça­lı­şır­dı. Ağa Mə­həm­məd Şah Qac­ar İran­da ha­ki­miyy­ət ba­şı­na gəl­diyi za­man Ta­lış ha­ki­mi Mir Mu­s­ta­fa xan ona ta­be ol­ma­mış­dır. Eləcə də Ər­ki­van qa­la­sın­da ha­ki­miyy­ə­t­də olan oğ­lu Mir Hə­sən xan da İra­na ta­be­çi­lik et­mə­miş­dir.

 1812-ci il­də Ru­siya im­pe­ra­to­ru I Alek­sandr Ər­ki­van qa­la­sı­nı işğ­al et­miş, buna görə ge­ne­ral N.S.Xotly­a­rev­skiyə 2000 çer­von məb­ləğ­in­də pul müka­fa­tı ver­miş­dir.
 XIX əs­rin son­la­rın­da Ər­ki­van­da bir ne­çə mə­scid ti­kil­miş­dir.
 XX-XXI əsrlər­də Ər­ki­van özünün ta­ri­xi in­ki­şa­fın­da mühüm in­ki­şaf mər­hə­lə­si­nə çat­mış və qə­sə­bəyə çe­v­ril­miş­dir.
 (Yazı "Ərkinan salnaməsi” kitabında tarix elmləri doktoru Əsədulla Cəfərovun çap olunmuş məqaləsi əsasında hazırlanmış, ixtisar edilmiş və redaktə olunmuşdur)

Ərkivan qalası

Ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı ta­pı­lan (mad­di mə­də­niyy­ət) nümu­nə­lə­ri­nin el­mi təh­li­li Ər­ki­van qa­la­sı­nın V-VI -əsər­lər­də ti­kil­mə­si­ni müəyy­ən et­mi­ş­lər. 1869-cu il­də Sey­id Əli Ka­zım­bəy oğ­lu­nun qə­lə­mə al­dığı "Ca­va­hir­na­meyi Lən­kə­ra­nı" ki­ta­bın­da ya­zır: Bu qa­la Mir Mu­s­ta­fa xa­nın sə­a­dət ul­duzu hə­lə çıx­ma­mış­dan Mi­rəh­məd xa­nın və əmi­si uşaq­la­rı­nın mə­s­kə­ni ol­muş­dur. Bir qə­dər əv­vəl­ki Xə­zər boyu Əy­a­lət­lə­ri qo­şun ye­ri­dir. Fe­o­dal­lar bu ha­di­sə­ni bəy­ə­nir.Bu­na gö­rə də I Pi­otr Ta­lış ma­ha­lı­nı Ru­siy­a­nın tər­ki­bin­də sax­la­maq ar­zu­su­nu bil­di­rir. Be­lə­lik­lə, 1977-ci il­dən Ta­lış ma­ha­lı Ru­siy­a­nın tər­ki­bi­nə da­xil olur. Hə­min dövr­də I Pi­otr Ta­lış ma­ha­lı­nın qə­dim ta­ri­xi mə­ka­nı olan Ər­ki­va­nı Ru­siya döv­lət xid­mət­lə­rin­dən bi­ri Kerç lə­qə­bi ilə məş­hur ol­muş İta­liy­a­lı Ber­nerd Alek­san­d­ro­vi­çə bağ­ı­ş­la­dı.Rus qo­şun­la­rı bu əra­zi­də görü­nən ki­mi Mir Ab­bas bəy I Pi­o­t­run hər­bi sər­kər­də­si Maly­uş­ki­nə mürac­i­ət edə­rək, Ru­siya hi­may­ə­sin­də al­maq ar­zu­su­nu bil­di­rir. 

1790-1797-ci il­də Ağ­a­mə­həm­məd Şah Qac­a­rın, 1804-cü il­də İran­lı Fə­tə­li Şa­hın ta­lış hücum­la­rı­na si­nə gə­rən Ər­ki­van qa­la­sı qürur­la day­an­mış­dı. 1812-ci il de­kabr ay­ı­nın 18-də As­lan­duz vu­ru­şun­da iranlı­la­rı məğ­lub edən ge­ne­ral Katly­a­rov­ski de­ka­b­rın 21-də Ta­lış əra­zi­si­nə da­xil ol­ma­sı nə­tic­ə­sin­də təş­vi­şə düşən İran süva­ri­lə­ri Ər­ki­van qa­la­sı­na çə­kil­mi­ş­lər. Hə­min il de­ka­b­rın 31-dən 1813-cü il yan­va­rın 1-nə ke­çən gecə Lən­kə­ran şə­hə­ri və Ər­ki­van (Qa­la) İran­lı­lar­dan azad edil­di. 1813-cü il okty­abr ay­ı­nın 12-də Gülüstan Sülh müqa­vi­lə­si im­za­lan­dı. Ta­lış ma­ha­lı Ru­siy­a­nın tər­ki­bin­də qal­dı. Mir­mu­s­ta­fa xan ye­ni­dən xan­lığ­ın­da ha­ki­miyy­ə­tə ba­ş­la­dı. 1814-cü il senty­abr ay­ın­da Mir­mu­s­ta­fa xan və­rəm xə­s­tə­liy­in­dən dünyasını dəyişdi, yerinə Ər­ki­van qa­la­sın­da ima­rə­ti olan Mir­hə­sən xan təy­in edil­di.
 Mir­hə­sən xan 1826-cı il­də və­fat et­di. Be­lə­lik­lə çar Ru­siy­a­sı Ta­lış­da xan­lıq üsul ida­rə­si­nin hə­mi­şə­lik ləğv et­di. Bu­nun­la da Ta­lış ma­ha­lı birdə­fə­lik Ru­siya im­pe­ra­tor­luğ­u­nun əy­a­lə­ti­nə çe­v­ril­di.
 Odur ki, əl­dən-ələ ke­çən Ər­ki­van qa­la­sı ilbə­il ba­xım­sız­lıq üzündən dağ­ı­la­raq , Qa­la­lıq ma­hiyy­ə­ti­ni itir­miş­dir. Qa­la­nın so­nra­kı ta­leyi heç ki­mi ma­raq­lan­dır­ma­mış, vax­ta­şı­rı yer­li əha­li və hə­və­s­kar "ar­xe­oloq­lar" tə­rə­fin­dən qa­zı­lıb bər­bad və­ziyy­ə­tə sa­lın­mış­dır.
 Yer­li "qı­zıl ax­ta­ran­lar" 1980-cı il­də qa­zın­tı­dan böyük bir küp tap­mış, onu çox çə­tin­lik­lə ev­lə­ri­nə gə­tir­mi­ş­lər. Küpü aça­raq içə­ri­sin­də otu­rağ və­ziyy­ət­də dəfn edil­miş in­sa­nın sümüklə­ri­ni görmüşlər. Baş­qa­la­rı küp və bər­ni­lə­rin içə­ri­sin­də çəl­tik və ta­xıl nümu­nə­lə­ri görmüşlər.
 1970-ci il­də trak­tor qa­la­da çay əki­ni üçün tor­pağı də­rin şum­lay­ar­kən 20 ədəd ki­çik də­mir çə­kic (si­la­ha qul­luq et­mək üçün) ta­pıl­mış­dır.
 1970-ci il­də da­ha ma­raq­lı bir ha­di­sə ol­muş­dur: həy­ə­ti­nə əkin üçün qa­la­dan münbit tor­paq gə­ti­rən bir nə­fər sa­ki­nin qı­zıl tap­ma­sı haq­qın­da xə­bər "sen­sa­siy­aya" sə­bəb ol­muşdur, Bundan sonra adam­lar tə­rə­fin­dən qa­la­nın hər ye­rin qa­zım-qa­zım edilmi­şdir. Burada bul­do­zer­lər­dən də is­ti­fa­də edil­miş­dir. Qı­zıl ta­pıl­ma­mış, mə­lum ol­muş­dur ki, bu xə­bər ya­lan və şay­iə imiş.
 Uzun ömürlü ağ­saq­qal­lar­dan: 1960-cı il­də 147 ya­şın­da dünya­dan kö­çən Ər­ki­van­lı Kər­bə­layi Ağ­a­ba­la ki­şi­nin, 1981-ci il­də 130 ya­şın­da dünya­sı­nı dəy­i­şən Ər­ki­van­lı Nə­zir ki­şi­nin, 1975-ci il­də 106 ya­şın­da və­fat edən Mə­şə­di Mə­həm­mədhüseyn Hacı Tağı oğ­lu­nun, 1958-ci il­də 83 ya­şın­da dünya­sı­nı dəy­i­şən Ər­ki­van­lı us­ta Qə­dir ki­şi­nin, 102 ya­şın­da və­fat edən Ağ­a­bəy­in, həm­çi­nin xan nəs­lin­dən olub, Ər­ki­van kən­din­də ya­şa­mış Sər­hə­ng bəy­in, Tağı bəy­in, Mi­riş bəy­in, yüzdən yu­xa­rı ya­şı olan Mol­la Əli ki­şi­nin və Ər­ki­va­nın di­g­ər uzu­nömürlü ağ­saq­qal­la­rı­nın de­diy­i­nə gö­rə hə­min qa­pı təx­mi­nən qa­la­nın Bə­dir­li və Cə­bi­li mə­həl­lə­lə­ri ara­sın­da (si­pər) ha­sar olub. Ər­ki­va­n qa­la­sın­da olan möh­tə­şəm qa­la qa­pı­sı çar Ru­siy­a­sı tə­rə­fin­dən 1880-90-cı il­lər­də Dər­bənd şə­hə­ri­nə apa­rıl­mış, şə­hə­rin dar­va­za­sı ki­mi is­ti­fa­də edil­miş­dir.

Dey­i­lən­lə­rə gö­rə qa­pı xüsu­si də­və ara­ba­sı ilə Dər­bən­də apa­rıl­mış­dır. Hə­min vaxt­dan el ara­sın­da Dər­bənd şə­hə­ri "Də­mir qa­pı Dər­bənd" ad­lan­dı­rı­lır.

(Maraqlı əhvalat kimi oxumaq üçün saxladım, sonra silərsən, istəsən.)
 Rə­vay­ət­lə­rə gö­rə Qa­la ya­xın­lığ­ın­da "40 ar­vad" ad­lı bir quyu var imiş. Kənd sa­kin­lə­ri­nin ata-ba­ba­la­rın­dan eşit­dik­lə­ri­nə və söy­lə­dik­lə­ri­nə gö­rə güya Qa­la ha­ki­mi­nin 40 ar­va­dı var­mış. Günlə­rin bi­rin­də bərk əsəb­lə­şən qəd­dar hökmdar ar­vad­la­rı­nı bir-bir öldürüb hə­min quy­uya at­dığı üçün el ara­sın­da bu quy­uya "40 ar­vad" adı ve­ril­miş­dir.

 Di­g­ər bir rə­vay­ət­də dey­i­lir ki, hə­min quyu şey­tan quy­u­su da ad­la­nır­mış. Güya xa­nın əra­zi­də­ki kənd­lər­də ya­şay­an sö­zg­əz­di­rən, ara­qa­rış­dı­ran, el ara­sın­da "Alac­a­quş" ad­la­nan be­lə qa­dın­lar­dan bir-bir hə­mən quy­uya at­dığ­ı­na gö­rə quy­uya şey­tan quy­u­su da de­mi­ş­lər.
 Da­ha bir mə­lu­mat var ki, Qa­la­dan ye­rin al­tı ilə qır­mı­zı kər­pic­lə (kva­d­rat şə­kil­li) hörülmüş stra­te­ji əhə­miyy­ət­li xüsu­si yol­lar (tu­nel) ol­muş­dur. Be­lə ye­ral­tı yol­lar Qa­la­dan şi­ma­la, şər­qə, cə­nu­ba və qər­bə tə­rəf çıx­mış­dır. Bun­la­rın da böyük stra­te­ji əhə­miyy­ə­ti ol­muş, Qa­la­nın ya­del­li işğ­al­çı­lar­dan qo­run­ma­sın­da mühüm əhə­miyy­ə­t kəsb etmişdir.
 Ər­ki­van kən­di­nin Bə­dir­li or­ta mək­tə­bi­nin müəl­li­mi Əf­qan Ca­vad oğ­lu Hüsey­nov şəx­sən rast gəl­diyi bir əh­va­la­tı be­lə da­nı­şır:"1984-cü il­də günlə­rin bir günündə Qa­la­nın təx­mi­nən cə­nub-qərb tə­rə­fin­də yer­lə­şən Əli­hə­sən­li sa­ki­ni Ağ­ay­ev Ba­had­din Da­daş oğ­lu quyu qaz­dır­mıq fi­k­ri­nə düşdü. O, müəl­lim-həm­kar ki­mi mə­nə de­di: Əf­qan müəl­lim, dey­ir­lər Cə­li­la­bad ray­o­nu­nun Üç tə­pə kən­din­də be­lə bir quyu qa­zan ma­şın var­dır. Mə­nim­lə ge­dək, o ma­şı­nı da­nı­şıb gə­ti­rək. Yol­lan­dıq hə­min ünva­na və quyu qa­zan ma­şı­nın sa­hi­bi­ni tap­dıq. O, bi­zə de­di ki, mən si­zin kən­di­niz­də quyu qa­zır­dım, la­kin iki qon­şu bir-bi­ri ilə vu­ruş­du və ma­şı­nı­mı apa­rıb sal­dı­lar mi­lis həy­ə­ti­nə. Bir tə­hər ma­şı­nı­mı ara­dan çı­xart­dım və spi­sat (çıx­daş) et­dim. Ge­ri qay­ıt­dıq. Biz Bə­dir­li mək­tə­bin­də bir yer­də müəl­lim iş­lə­diy­i­miz və quyu qaz­dır­maq pe­şə­si də əlim­dən gəl­diyi üçün ona söz ver­dim ki, sə­nin üçün mən quyu qa­za­ram. Eh­san xa­ti­ri­nə, sa­vab­lıq üçün.
 Hə­min günün sə­hə­ri mən Ba­had­din müəl­li­min həy­ə­tin­də əl ilə quyu qaz­mağa ba­ş­la­dım. Gündə üç me­t­rə qə­dər qa­zır­dım. Sək­ki­zinci metr­də bir qa­ra çi­raq rast gəl­di. 
Çı­ra­qın içi xır­da me­tal pul ilə do­lu idi. Əl­də kə­sil­mə pul idi. Am­ma üstündə­ki ya­zı­sı­nı oxuya bil­mə­dim. Ve­d­rəyə qoy­ub çı­ra­qı gön­dər­dim çö­lə və de­dim Ba­had­din müəl­lim, qı­zıl gön­də­ri­rəm, anc­aq şə­ri­kik. Ba­had­din müəl­lim de­di ki, bu qı­zıl dey­il. (Ba­had­din müəl­lim hə­mən pul­dan so­nra­lar Hi­ş­kə­də­rə kən­din­də Rə­him müəl­li­min təş­kil et­diyi diy­ar­şu­nas­lıq mu­zey­i­nə və Ba­kı ta­rix mu­zey­i­nə də ver­miş­dir). Az so­nra quy­u­nun on al­tıncı me­t­rin­də Xan qa­la­sı­na ge­dən yo­la rast gəl­dim. Mən hə­min quy­uya işıq çək­dir­dim, işıq ka­be­li­in uzun­lğu qə­dər mən hə­min yol ilə hə­rə­kət et­dim. So­nra isə quyu və yol qa­ran­lıq ol­duğu üçün yu­xa­rı­da olan­lar mə­ni səs­lə­di­lər. Mən ge­ri qay­ıt­dım, əli­mi hə­min is­ti­qa­mə­tə uza­dıb so­ruş­dum. Bu­ra han­sı tə­rəf­dir? De­di­lər Xan Qa­la­sı­na ge­dən tə­rəf­dir. De­dim Ba­had­din müəl­lim, ki­sə götür düş quy­uya ge­dək xə­zi­nəyə. Ba­had­din müəl­lim dedi ki, sən­dən xa­hiş edi­rəm o yo­lu dol­dur, yox­sa gə­lib həy­ə­ti­mi mən­dən alar­lar. Mən də qaz­dığ­ım tor­paq­la­rı hə­min yo­la dol­dur­dum. Quy­u­nun qa­zın­tı­sı­na da­vam et­dim. Quy­u­nun də­rin­liyi 20 metr idi. Su quy­u­nun di­bin­dən çıx­ma­dı. La­kin dağ tə­rəf­dən bir çeş­mə açıl­dı. Kə­h­riz çeş­mə­si ki­mi güclü idi. Bu əh­va­lat dil­dən-di­lə do­laş­dı. Bir gün Ba­kı­dan gə­lib mən­dən so­ruş­du­lar, de­di­lər sə­nə 10 min ma­nat pul ve­ri­rik hə­min ye­ri bi­zə gö­s­tər. La­kin mən qor­xub boy­un qa­çırt­dım, de­dim ki, be­lə bir şey yox­dur, ya­lan­dır.
 Mə­həl­lə­də hə­və­s­kar qı­zıl ax­ta­ran sa­kin­lər tə­rə­fin­dən qa­la­da apa­rı­lan qa­zın­tı­lar za­ma­nı da be­lə ye­ral­tı yol­la­ra, dağ­lar­dan Qa­laya çə­ki­lən su çeş­mə­lə­ri­nə (kə­h­riz­lə­rə) rast gəl­miş kənd sa­kin­lə­ri ol­muş­dur.
 Bun­dan baş­qa Na­rın­qa­la­nın, ki­çik­qa­la­nın şərq tə­rə­fin­də küp qə­bir­lə­ri­nin ol­ma­sı da Ər­ki­van sov­xo­zu­nun çay əki­ni üçün ha­zır­lıq işi apa­rı­lar­kən ye­rin də­rin şum­lan­ma­sı za­ma­nı aş­kar edil­miş­dir.
 Bütün bu dey­i­lən­lə­rə və diğ­ər ta­ri­xi mən­bə­lər­də qeyd olu­nan­la­ra əsas­la­na­raq elm­lə­ri dok­to­ru Sey­i­dağa Onul­la­hi­nin yaz­dığ­ı­na gö­rə:Yə­qin ki, Ər­ki­van qa­la­sın­da sir­ri açıl­ma­mış be­lə dəy­ər­li iş­lər çox­dur.
 Əl­bət­tə, bu­ra­da əsas­lı ar­xe­o­lo­ji ax­ta­rı­ş­la­rın apa­rıl­ma­sı la­zım­dır və be­lə ar­xe­o­lo­ji el­mi ax­ta­rı­ş­lar ta­ri­xi­miz üçün önəmli olan sir­lə­rin açıl­ma­sı­na sə­bəb olar ki, bun­la­rın ­da gə­ləc­ək üçün böyük ta­ri­xi əhə­miy­yə­ti olar.

Ər­ki­van qa­la­sı stra­te­ji cə­hət­dən dövrünün ən möh­tə­şəm qu­ru­lu­şa ma­lik qa­la­la­rın­dan bi­ri ol­muş­dur. Onun yer­ləş­diyi mə­kan coğ­ra­fi möv­qey­i­nə gö­rə də mühüm əhə­miyy­ə­tə ma­lik ol­muş­dur. Qa­la əsa­sən iki his­sə­dən iba­rət ol­muş­dur. Böyük qa­la və ki­çik qa­la. Böyük qa­la­da xan və onun şəx­si xid­mət­çi­lə­ri ya­şa­mış­dır. Ki­çik qa­la, Na­rın qa­la ad­la­na­raq ora­da sə­nət­kar­lar və xa­nın ida­rə xid­mət­çi­lə­ri ya­şa­mı­ş­lar. Qa­la­nın ət­ra­fın­da­kı 6-7 metr enin­də olan də­rin xən­dəy­in içə­ri­si su ilə dol­du­rul­muş­dur. Xən­dək "Si­rac" ad­la­nır­mış. Qa­la­nın şi­ma­lın­dan Vi­ləş çayı axır, cə­nu­bun­dan Lən­kə­ra­na qə­dər müda­fiə məq­sə­di ilə bir ne­çə tə­pə sa­lın­mış­dır ki, qa­laya qar­şı ya­ra­nan təhlükə za­ma­nı hə­min tə­pə­lər­də mə­şəl yan­dı­rı­la­raq xə­bər­dar­lıq edi­lir.

Ərkivan mahalı

1808-ci il­də Qa­ra xan və­fat et­dik­dən so­nra xan­lığa rəh­bər­lik oğ­lu Mir Mu­s­ta­fa xa­na ça­tır.
 Mir Mu­s­ta­fa xan 1810-cu il­də oğ­lu Mir Hə­sən xa­nı Ta­lış xan­lığ­ı­nın Ər­ki­van bö­lg­ə­si­nə xan təy­in edir və onu mis­siy­a­sı­nı ye­ri­nə ye­tir­mək üçün Ər­ki­van qa­la­sı­na gön­dər­miş­dir.
 Mir Hə­sən xa­nı Ər­ki­van bö­lg­ə­si­nə gön­dər­məz­dən əv­vəl ata­sı Mir Mu­s­ta­fa xan ti­kil­mə vax­tı də­qiq bi­lin­məy­ən, la­kin bir sı­ra ta­ri­xi mən­bə­lər­dən gö­s­tə­ril­diyi ki­mi IV-VI əsrlər­də in­şa edi­lən qə­dim Ər­ki­van qa­la­sı­nın içə­ri­sin­də qır­mı­zı kər­pic­dən çox qa­lın di­var­lı bi­na­lar in­şa et­dir­miş­dir. 
 Mir Hə­sən xan öz xan­lıq üsul-ida­rə­si­ni Ər­ki­van qa­la­sın­da yer­ləş­di­rə­rək Lən­kə­ran xan­lığ­ı­nın Bi­lə­su­va­ra qə­dər olan tor­paq­la­rı­na Ər­ki­van qa­la­sın­dan rəh­bər­lik et­miş­dir.
 Mir Hə­sən xan Ər­ki­van qa­la­sın­da çox böyük iş­lər görmüşdür. O, qa­laya böyük də­mir qa­pı (dar­va­za) qoy­dur­muş, qa­la ya­nın­da tic­a­rət üçün ba­zar tik­dir­miş­dir. "Qa­la ba­za­rı" ad­la­nan tic­a­rət mər­kə­zi bu­tun Azər­bayc­an­da, hət­ta qon­şu məm­lə­kət­lər­də be­lə ta­nınb, məş­hur­laş­mış­dır.
 Be­lə­lik­lə, Mir Hə­sən xan 1828-ci ilə ki­mi xan­lıq ha­ki­miyy­ə­ti­ni ye­ri­nə ye­tir­miş­dir.
 Fə­tə­li xa­nın rəh­bər­liyi al­tın­da İran­la Ru­siya ara­sın­da ge­dən uzunmüddət­li müha­ri­bə (1804-cü il­dən ba­ş­la­mış) nə­tic­ə­sin­də Rus qo­şun­la­rı irə­li­ləy­ə­rək İra­nın o za­man­kı sər­hə­di olan Dər­bənd­dən İra­nın in­di­ki sər­həd­di­nə qə­dər olan tor­paq­la­rı­nı işğ­al et­miş­dir. Və­ziyy­ə­ti be­lə gö­rən İran şa­hı Fə­tə­li xa­na məğ­lub ol­ma­sın­dan eh­tiy­at edə­rək 1828-ci il­də çar Ru­siy­a­sı ilə ta­rix­də mə­lum olan "Türkmən­çay" müqa­vi­lə­si­ni bağ­la­dı. Be­lə­lik­lə, uzun sürən müha­ri­bə day­a­nır. Rus or­du­su ha­ra qə­dər irə­li­lə­miş­di­sə ora­dan da İran ilə çar Ru­siy­a­sı ara­sın­da sər­həd­lər müəyy­ən­ləş­di­ri­lir. Nə­tic­ə­də Tə­b­riz­lə bir­lik­də Azər­bayc­a­nın cə­nub his­sə­si İran tə­rəf­də qal­mış­dır.

Ta­lış xa­nı Mir Mu­s­ta­fa xa­nın so­nuncu va­ri­si - oğ­lu Mir Hə­sən xan 1828-ci il "Türkmən­çay" müqa­vi­lə­si­nin bağ­la­ma­sı ilə əla­qə­dar Ər­ki­van qa­la­sı­nı tərk edə­rək İra­na qa­çır. Be­lə­lik­lə də Ta­lış və di­g­ər xan­lıq­lar ləğv olur.

Qala bazarı

So­nra­lar isə təx­mi­nən 1830-1835-ci il­lər­də Mir Hə­sən xa­nın oğ­lu Mir Ab­dul­la bəy (o, ağ­ıl­lı və uza­qg­ö­rən şəxs olub) Mir Hə­sən xa­nın Ər­ki­van qa­la­sın­da­kı iqa­mə­tg­a­hı­nı və həm də "Qa­la ba­za­rı"nı hə­min ad­la Ər­ki­van kən­di­nin şər­qin­də, Vi­ləş çay­ı­nın kə­na­rın­da olan Ma­sal­lı kən­di­nə köçürür. Hə­min vaxt­dan Mir Ab­dul­la bəy Ma­sal­lı­da ya­şay­ır.
 Mir Ab­dul­la bəy Ta­lış xan­lığı za­ma­nı bö­lg­ə­də yer­lə­şən tic­a­rət mər­kə­zi ki­mi "Qa­la ba­za­rı"nı Ma­sal­lı­nın mər­kə­zin­də ye­ni­dən bər­pa edir. O, bu­ra­da hət­ta cı­dır və gü­ləş mey­dan­la­rı da təş­kil edir. 1920-1925-ci il­lər­də ye­ni Ma­sal­lı "Qa­la ba­za­rı" bir ne­çə mə­həl­lə­dən iba­rət ol­muş­dur. Bun­lar­dan bi­ri də "Əl­la­f­lar" mə­həl­lə­si ad­la­nır. Ba­za­rın hə­min mə­həl­lə­sin­də yal­nız ta­xıl, düyü və di­g­ər ər­zaq məh­sul­la­rı gə­ti­ri­lib sa­tı­lar­mış. Mə­həl­lə­nin əl­la­f­la­rın­dan (al­ver­çi­lər­dən) bi­ri də Ər­ki­va­nın Bağlakücə mə­həl­lə­sin­dən Yu­nis Abı oğ­lu idi. As­ta­ra­dan Bi­lə­su­va­ra və hət­ta Saly­a­na qə­dər olan cə­nub bö­lg­ə­sin­də ən böyük və həm də xalq üçün hər cə­hət­dən əl­ve­ri­ş­li­si "Qa­la ba­za­rı" ol­muş­dur.
 Bu ba­za­ra As­ta­ra və Lən­kə­ran­dan əsa­sən düyü, Cə­li­la­bad­dan buğ­da, ar­pa, no­xud, mərci və di­g­ər ta­xıl məh­sul­la­rı, Le­rik­dən kar­tof və mey­və, Yar­dım­lı­dan mal-qa­ra, Saly­an­dan üzüm, Qu­ba­dan al­ma gə­ti­ri­lib sa­tı­lar­mış.

Ər­ki­van­da Pol­kov­nik Mir Hə­sən xan və öv­lad­la­rı

Mir Hə­sən xa­nın 3 qı­zı və 4 oğ­lu olub. Oğ­lan­la­rın­dan Mir Ka­zım bəy Nə­min ma­ha­lı­na, Mir Ca­vad bəy isə Ər­ki­van kən­di­nə və onun ət­ra­fın­da­kı əra­ziyə sa­hib­lən­miş­di. Xan özünün ta­be­liy­in­də olan Dəşt­vənd (Ər­ki­van) ma­ha­lı­nın böyüklüyünü oğ­lu Xan­lar bəyə, Ma­sal­lı kən­di­ni isə böyük oğ­lu Mir Ab­dul­la bəyə tap­şır­mış­dı. Mir Ab­dul­la bəy Ma­sal­lı­nın mər­kə­zi olan Ər­ki­van qa­la­sın­da boya-ba­şa çat­mış­dır. Məm­məd Ka­zım "Mir Hə­sən xa­nın öv­lad­la­rı" ro­ma­nın­da ya­zır: "Ziny­ətül-Məc­aüz" əsə­rin­də müəl­lif "Müctəd­din" qa­la­sı­nın ti­kil­mə­si ta­ri­xi­ni çox-çox uzaq­la­ra apa­rır. Onun yaz­dığ­ı­na gö­rə "Ər­kə" həm­şə­hər­li­si Gü­də­zə­rin oğ­lu Əb­şə­rə tik­di­rib. Və­zir Meh­di xan "Ta­rix-Na­dir" ki­ta­bın­da ya­zır­dı: "On­lar də­niz sa­hi­li­nin ya­xın­lığ­ın­da qal­maq üçün üç qa­la qay­ır­dı­lar. Bi­rinci qa­la Xə­zər də­ni­zi­nin şi­mal-qərb gu­şə­sin­də, qur­ta­rac­ağı Muğ­an sə­h­ra­sı­nın aşağı tə­rə­fin­də­ki Ər­ki­van ad­lı ye­rin müqa­bi­lin­də".
 Mir Ab­dul­la bəy­in ba­ba­sı Mir Mu­s­ta­fa xa­nın ha­ki­miyy­ə­ti dövründə ata­sı Mir Hə­sən xan ay­rıca Dəşt­vənd ma­ha­lı­na ba­xır­dı. On­la­rın ai­lə­si ay­lar­la vaxt­la­rı­nı Ər­ki­van qa­la­sın­da­kı ma­li­ka­nə­lə­rin­də ke­çi­rir­di. O, qa­la­da ağ mər­mər­dən qu­rul­muş ho­vuz­da çim­məyi se­vir­di, la­kin Mir Ab­dul­la bəy ye­niy­et­mə­lik ya­şı­na ça­tan­da onun ar­zu­la­rı hö­vuz çər­çi­və­si­nə sığ­ma­dı. Qa­la di­va­rın­dan xey­li aşağ­ı­da axan Vi­lə­şin dum­du­ru su­la­rın­da çim­məyə can atır­dı. Xüsu­sən, Qa­ra­ti­kan­lıq­da uşaq­lar­la "Tur­na-tut­du" oy­nay­an­dan so­nra doğ­ma çay­ın su­la­rın­da da­ha hə­vəs­lə çim­məyə can atır­dı. Mən­bə­nin yaz­dığ­ı­na gö­rə Qa­la zəbt edil­dik­dən so­nra im­pe­riy­a­nın soyğun­çu­la­rı tə­rə­fin­dən qa­la­nın bütün əm­la­kı, hət­ta xa­lis qoz və pa­lıd ağ­ac­ın­dan düzəl­dil­miş me­bel əşy­a­la­rı­nı, bun­lar az­mış ki­mi qa­la di­var­la­rı­nı və iç bi­na­la­rın kər­pic və ağ­ac ma­te­ri­al­la­rı da Qı­zı­lağ­ac-Xə­zər li­ma­nı­na da­şın­mış, ora­dan da gə­mi­lər­lə Hə­ş­tər­xa­na apa­rıl­mış­dır. O za­man Tə­b­riz­də­ki rus kon­sul­luğ­un­da olan­da ona söy­lə­dik­lə­ri­ni xa­tır­la­dı: " Tor­paq­lar özünüzküdür. Ti­kin, əkin, bec­ə­rin. Biz bu­raya anc­aq qay­da-qa­nun ya­rat­mağa gəl­mi­şik".
  Xan oğ­lu al­dığı sə­nə­di az qa­la onun üzünə çır­pa və göz­lə­ri­nin içi­nə ba­xıb dey­ir:"Siz ki, ata-ba­ba tor­paq­la­rı­mı­zı mə­nə və qar­da­ş­la­rım Mir­zə və Ca­vad bəy­lə Xan­lar bəyə qı­zıl pu­la sat­dı­nız. Be­lə ol­duğu hal­da bu həy­a­sız söz­lə­ri­niz­lə ki­mi al­da­dac­aq­sı­nız?"
 Bir tə­hər qə­zə­bi­ni ci­lov­lay­ıb sax­la­dı. Ona gö­rə ki, o, bu ta­lan­çı­la­rın necə üzü qır­mı­zı ol­duğ­u­nu ba­ba­sı­nın və ata­sı­nın söh­bət­lə­rin­dən və öz gördüklə­rin­dən yax­şı bi­lir­di. Odur ki, Mir Ab­dul­la bəy " lə­nət Şey­ta­na" dey­ib Nə­mi­nə qay­ıt­mış­dır. Nə­min ha­ki­mi qar­da­şı Mir Ka­zım bəy onun xoş ov­qat­la qay­ıt­dığ­ı­nı görüb se­vin­di və de­di:"Qar­daş, dey­ə­sən Al­la­hın kö­məyi ilə işin düzə­lib".
 Mir Ab­dul­la bəy Tə­b­riz­də olan rus kon­sul­luğ­un­dan al­dığı kağ­ı­zı ona gö­s­tər­di. Ora­da ya­zıl­mış­dı: "Bu gündən eti­ba­rən keçmiş Dəşt­vənd ma­ha­lı­nın Qum­ba­şın­dan Göy­tə­pə ray­o­nu­na qə­dər əra­zi­sin­də, o cümlə­dən Ma­sal­lı, Ər­ki­van, Sey­bə­tin, Ko­sakül, Dad­va, Mu­saküçə, Onc­a­kə­lə, Yed­di­oy­maq kənd­lə­rin­də Mir Ab­dul­la bəy Mir Hə­sən oğ­lu Ta­lış­xa­nov is­tə­diyi qə­dər tor­paq götürmək ix­tiy­a­rı­na ma­lik­dir. Mir Ab­dul­la bəy hə­min əra­zi­lər­də götürdüyü tor­paq­la­rın hüqu­qi sa­hi­bi­dir və kənd­lə­rin əha­li­si bu mə­sə­lə ilə əla­qə­dar bir nə­fər ki­mi ona ta­be­çi­lik gö­s­tər­mə­li­dir­lər.
 Mir Ka­zım bəy kağ­ı­zı oxuy­ub qar­da­şı­nı quc­aq­la­dı və de­di:-Qar­daş, axır ki, ar­zu­na çat­dın. İn­di ge­dib ağ­ıl­lı adam­la­rı yığ ba­şı­na, yax­şı-yax­şı qur, ya­rat!
 
Mir Ab­dul­la bəy: Sağ ol ki, gö­s­tər­diy­in kö­mək öz bə­h­rə­si­ni ver­di, deyə ra­zı­lığ­ı­nı bil­dir­di.
 Çox ke­ç­mə­di ət­raf yer­lər­dən xan oğ­lu­nun gə­li­şin­dən xə­bər tut­du­lar.Ma­ha­lın ay­rı-ay­rı kənd­lə­rin­dən bəy­lər və tay­fa ağ­saq­qal­la­rı də­s­tə-də­s­tə onun hüzu­ru­na gə­lir­di­lər.
 Mir Ab­dul­la bəy on­la­ra öz fi­k­ri­ni be­lə çat­dır­dı: Ar­tıq ma­ha­lı­mı­zın tacı olan Ər­ki­van qa­la­sı yox­dur. Biz Ma­sal­lı­nı ma­ha­lın ye­ni mər­kə­ziə çe­vir­mə­liy­ik. Bu­ra Azər­bayc­a­nın şi­ma­lı­na, cə­nu­bu­na, Xə­zər də­ni­zi­nə və dağ kənd­lə­ri­nə uza­nan yol­la­rın qo­vu­şağ­ın­da­dır. Xə­zər­də­ki li­man­la­rı­mız va­si­tə­si­lə Av­ro­pa­nın uzaq şə­hər­lə­ri­nə get­mək mümkündür.
 Mir Ab­dul­la bəy bi­lir­di ki, in­di Ər­ki­van qa­la­sı ki­mi möh­tə­şəm bir müda­fiə is­teh­ka­mı ya­ra­da bil­mə­sə də özünü düşmən bas­qın­la­rın­dan müda­fiə et­mək üçün eti­bar­lı sığ­ı­nac­ağı ol­ma­lı­dır. Bu niyy­ət­lə də bəy tə­pə üzə­rin­də qa­laca tik­dir­di. La­kin gördü ki, hə­min qa­lac­a­da ya­şa­mağ­ın mə­i­şət çə­tin­lik­lə­ri var. Çünki su, odun və baş­qa la­zım olan mə­i­şət şey­lə­ri aşağ­ı­dan yu­xa­rıya da­şı­nır­dı. Odur ki, Mir Ab­dul­la bəy ic­a­zə ver­di ki, ba­şı­nın adam­la­rı Ma­sal­lı­da öz­lə­ri­nə yurd-yu­va sal­sın­lar. O, be­lə ev­lər­dən bi­ri­ni də özünə tik­dir­di. Onun evi iki­mər­tə­bə­li, tam-tə­raq­lı dey­il­di, ye­ri­nə tor­paq tökülüb bir qə­dər qal­dı­rıl­sa da dö­şə­mə­sin­də tor­paq ol­muş, pal­çıq­la su­van­mış­dır. Bəy özünü ət­raf­da­kı adam­lar­dan fər­q­lən­dir­mək istə­mir­di.
 
Ərkivan sözünün mənası

Dil­çi alim, pro­fes­sor Ağ­a­mu­sa Axun­dov ya­zır: Ər­ki­van qa­la­lı yer de­mək­dir. "Ərk"— qa­la, "van" — yer de­mək­dir. Gör­kəm­li ta­rix­çi alim, ərkivanlı N.Məm­mə­do­vun qeyd­lə­ri əsa­sın­da Va­qif Yu­si­f­li "Ər­ki­van və Ər­ki­van­lı­lar" ki­ta­bın­da ya­zır: Ər­ki­van kən­di re­s­pub­li­ka­mı­zın əra­zi­sin­də olan pa­le­o­to­po­nim­lar­dan (po­leo qə­dim, to­po­nim coğ­ra­fi ad) bi­ri də Ər­ki­van coğ­ra­fi adı­dır. Ta­ri­xi mən­bə­lə­ri iz­lə­dik­də Ər­ki­van coğ­ra­fi adı­nın ya­ran­ma­sı ta­ri­xi tə­q­ri­bən V-VI ər­slə­rə ge­dib çı­xır. Çünki VII-XI əsrlər­də ərəb xi­la­fə­ti­nə qar­şı atə­ş­pə­rə­st­liy­in bir qo­lu olan Xürrə­mi­lik bu əra­zi­də mövc­ud ol­muş­dur. Araş­dır­ma­lar gö­s­tə­rir ki, Ba­bək hə­rə­ka­tı (816-836) Azər­bayc­a­nın bir çox diy­ar­la­rı­nı əha­tə et­diyi ki­mi Ta­lış-Muğ­an əra­zi­sin­də də yay­ıl­mış­dır Ər­ki­va­nın Ba­bə­kin is­teh­kam­la­rın­dan bi­ri ol­ma­sı­nı ta­rix­çi­lər də tə­s­diq edir­lər. Azər­bayc­a­nın cə­nub-şərq əra­zi­sin­də Ba­bək hə­rə­ka­tı ilə bağ­lı çox­lu to­po­nim­lə­rə tə­sədüf edil­mə­si də təq­di­rə lay­iq­dir. Ər­ki­van coğ­ra­fi adı­na An­tik dövr mən­bə­lə­rin­dən tut­muş müa­sir dövrümüzə qə­dər aşağ­ı­da­kı ya­zıl­mı­ş­la­ra da rast gə­li­nir: Ər­ki­van, Ark­üvan, Ardjüvan, Ar­ki­van və s. Bu ya­şay­ış mən­tə­qə­si adı­nın tər­ki­bin­də­ki kon­pa­nent­lər­dən "Ərk", "ak" fars di­lin­də "iç qa­la", "is­ti­na­dg­ah", "qa­la di­va­rı", "i" bir­ləş­di­ric­i­si səs, van isə yer de­mək­dir. Ər­ki­van to­po­ni­mi­nin mə­na­sı Qa­la­nın ya­xın­lığ­ın­da is­ti­na­dg­ah ye­rin­də sa­lın­mış kənd de­mək­dir. De­mə­li Ər­ki­van kən­di ulu ke­ç­mi­şi­mi­zin ya­di­g­a­rı olan is­teh­kam ya­xın­lığ­ın­da sa­lın­ma­sı­na gö­rə be­lə ad­lan­dı­rıl­mış­dır. Ta­ri­xi mən­bə­ə­lə­rə əsa­sən ta­rix­si-alim N.Məm­mə­do­vun de­dik­lə­ri­nə is­ti­nad edən V.Yu­si­f­li gö­s­tə­rir ki, yel xə­s­tə­lik­lə­rin­də müa­lic­ə­vi əhə­miyy­ət kəsb edən tə­bii kükürdlü İs­ti­su mi­ne­ral bu­lağı Ər­ki­van ya­şay­ış mən­tə­qə­si­nin adı ilə bağ­lı ola­raq Ər­ki­van adı­nı da­şıy­ıb. La­kin son vaxt­lar­da hə­min Ər­ki­van İs­ti­su bu­lağı han­sı sə­bəb­dən və mə­lum ol­may­an han­sı ta­ri­xi mən­bəyə is­ti­nad edi­lə­rək Fa­ti­meyi-Zə­h­ra şə­fa İs­ti­su bu­lağı ad­lan­dı­rı­lır. Ta­ri­xi mən­bə­ə­lər­də Ər­ki­van to­po­ni­mi və onun ya­ran­ma­sı ba­rə­də gö­s­tə­ri­lən­lər­dən əla­və, el ara­sın­da dil­dən-di­lə da­nı­şı­lan çox ma­raq­lı mə­lu­mat­lar da söy­lə­ni­lir. 1960-cı il­də 142 ya­şın­da dünya­sı­nı dəy­i­şən Kər­bə­layi Ağ­a­ba­la Alı oğ­lu, 1975-ci il­də 102 ya­şın­da dünya­dan köçmüş Mə­şə­di Məm­mədhüseyn, 1981-ci il­də dünya­sı­nı dəy­i­şən Nə­zir Mol­la t oğ­lu Ər­ki­van kən­di­nin qoc­a­man (ço­xömürlü) sa­kin­lə­ri söy­lə­mi­ş­lər ki, in­di­ki Ər­ki­van mə­ka­nı me­şə­lik və ke­çil­məz cə­ng­əl­lik ol­muş­dur. Ərkani-div rəvayəti Bu mə­ka­nı tə­q­ri­bən Ər­ki­van qa­la­sı olan əra­zi­də qə­dim nağ­ıl­lar­da dey­i­lən ki­mi div ad­lan­dı­rı­lan əc­ay­ib bir (məx­luq) şəxs ya­şa­mış, rəvayətə görə, onun adı Ər­ka­ni-Div ol­muş­dur. Onun qor­xu­sun­dan bu ət­ra­fa (in­di­ki Ər­ki­van əra­zi­si­nə) kim­sə gə­lib mə­s­kun­la­şa bil­mə­miş­dir, həm də ət­raf mə­kan­lar­da ya­şay­an xal­qa (in­san­la­ra) ziy­an vu­rar­mış. Bu əh­va­lat­dan xə­bər tu­tan Həz­rə­ti Əli (Ə) tə­rə­fin­dən 640-650-ci il­lər­də Ər­ka­ni-Div öldürülüb. Hə­min vaxt­dan bu mə­ka­nın adı Ər­ki­va­ni - Div öldürülən yer ad­lan­dı­rı­lır. İl­lər keç­dikcə bu mə­ka­na müxtə­lif tay­fa­lar gəl­miş, me­şə­lik­lə­ri və gənc­əl­lik­lə­ri abad­laş­dı­ra­raq mə­s­kun­laş­dır­mı­ş­lar, bu əra­zi­də mə­s­kun­la­şan tay­fa­lar öz­lə­ri­ni Ər­ki­va­ni-Div öldürülən əra­zi­də (yer­də) mə­s­kun­laş­dıq­la­rı­nı söy­lə­miş­dir. Uzun il­lər keç­dikcə hə­min ad dil­dən-di­lə düşə­rək tək­mil­ləş­miş və in­di­ki Ər­ki­van adı­nı al­mış­dır. Bu fak­tı araş­dır­maq məq­sə­di­lə Ər­ki­van kən­di­nin qoc­a­man sa­kin­lə­rin­dən bi­ri olan, 2002-ci il­də 96 ya­şın­da dünya­sı­nı dəy­iş­mə­miş­dən əv­vəl, Kər­bə­layi Mə­şə­di Mol­la Əzim Axund Mo­la Sə­fər oğ­lu­na mürac­i­ət et­dim ki, bəl­kə el ara­sın­da ağ­ız­dan-ağ­ı­za da­nı­şı­lan hə­min əh­va­lat Nəc­əf ali­mi olan ata­sı Axund Mol­la Sə­fər­dən oğ­lu­na mi­ras qal­mış qə­dim ta­ri­xi-di­ni ədə­biyy­at mən­bə­lə­rin­də han­sı­sa bir qey­diyy­a­ta rast gə­lib. Kər­bə­layi Mə­şə­di Mol­la Əzim ki­şi söy­lə­di ki, bə­li, hə­min əh­va­lat qə­dim ta­ri­xi mən­bə­lər­dən bi­ri olan Həz­rə­ti Əli (Ə) qə­za­vət­lə­rin­dən o za­man­ki til­si­mat­lar şə­ra­i­tin­də et­diyi müha­ri­bə­lər­dən bəhs edən "Xa­vər-Zə­min" ad­lı ta­ri­xi ki­tab­dan özüm oxu­mu­şam. III əs­rin əv­vəl­lə­rin­dən so­nra İran­da ha­ki­miyy­ət Sa­sa­ni­lə­rin əli­nə ke­çir. Sə­sa­ni süla­lə­si Ərəb xi­la­fə­ti­nə qə­dər İra­na tam hök­mran­lıq edir. IV əsrdə türk tay­fa­la­rın Al­ba­niy­aya gəl­mə­si ay­dın olur. V əsrdə isə bu tay­fa­lar Qaf­qa­za və Or­ta Asiy­aya kütlə­vi su­rət­də gəl­məyə ba­ş­lay­ır­lar. VII əs­rin or­ta­la­rın­dan ba­ş­lay­an Ərəb işğ­al­la­rı Azər­bayc­a­nı öz tər­ki­bi­nə birləşdirir.

Sər­kər­də Bu­kary­a­nın baş­çı­lığı ilə Ərəb qo­şu­nu Muğ­a­na hücum edir və qə­lə­bə qa­za­nır. 644-cü il­də muğ­an­lı­lar­la müqa­vi­lə bağ­la­nır. Məhz bu dövr­də Azər­bayc­an­da İs­lam mə­də­niyy­ə­ti yayıl­mağa ba­ş­lay­ır. IX əsrdə Xi­la­fə­tin siy­a­si ha­ki­miyy­ə­ti­nin zə­i­f­lə­mə­si nə­tic­ə­sin­də Azər­bayc­an­da ye­ni va­hid ilk müstə­qil döv­lət mey­da­na gə­lir. Bu ha­ki­miyy­ə­tə Yu­sif İbn-Əbu­sar gəl­di. Pay­tax­tı da Ər­də­bil ol­du. So­nra ha­ki­miyy­ə­tə Sa­la­ru­lar gəl­di­lər. Sa­la­ru­lar­dan so­nra isə on­la­rı rəv­va­di­lər əvəz edir (951-1071). XI əsrdə Səlc­uq­lar cə­nu­bi Qaf­qa­zı Or­ta Asiy­a­dan Ara­lıq də­ni­zi­nə ki­mi olan əra­zi­ni səlc­uq im­pe­riy­a­sı­nın tər­ki­bi­nə qa­tır­lar. Ərkivan Talış xanlığının tərkibində XVI­II əs­rin or­ta­la­rın­dan Ər­ki­van Ta­lış xan­lığ­ı­nın əra­zi­si­nə da­xil idi. M.Ə. Xu­da­ver­di oğ­lu Ta­lış xan­lığ­ı­nı Ər­ki­van kən­di­nin Dəşt­vənd ma­ha­lın­da ol­ma­sı­nı qeyd edir­sə, S.Ə.Ka­zım­bəy oğ­lu isə Cə­va­hir­na­meyi-Lən­kə­ra­ni" əsə­rin­də əs­lin­də Dəşt­vənd ma­ha­lı­nın Ər­ki­van­la ey­ni yer ol­duğ­u­nu ya­zır. Təd­qi­qat­çı­la­rın fi­k­rincə Ta­lış xan­lığ­ı­nın ən böyük ma­ha­lı Ər­ki­van ol­muş, o xan­lığ­ın şi­ma­lın­da yer­lə­şə­rək, qərb­dən dağ­lıq, şərq­dən düzən­lik bir ma­hal ol­muş­dur. Ey­ni za­man­da şi­mal­dan və şi­mal-şərq­dən Şir­van, şərq­dən Xə­zər də­ni­zi­nə qə­dər uza­nır. Cə­nub­dan Lən­kə­ran və Dı­rıq ma­ha­lı, qərb­dən Şə­fi­dəşt ma­ha­lı və İran­la həm­sər­həd ol­muş­dur. Da­ha ma­raq­lı cə­hət bu­dur ki,XVI­II əs­rin əv­vəl­lə­rin­dən ba­ş­lay­a­raq Ər­ki­van Ru­siya döv­lə­ti­nin diq­qə­ti­ni cəlb et­miş­dir. (Digər mənbələrə görə Talış xanlığının ən böyük mahalı olan Dəştvənd şimaldan indi Göytəğpə, cənubdan indiki Bədəlan kəndi ilə həmsərhəd olmuşdur) Bu da mə­lum­dur ki, I Pyotr Ru­siya döv­lət xa­dim­lə­rin­dən bi­ri olan "Kerç" lə­qə­bi Ber­nar Alek­san­d­re­vi­çə Ər­ki­va­nı hə­diyyə et­miş­dir. Ge­ne­ral Katly­a­rev­ski­nin rəh­bər­liyi ilə rus qo­şun­la­rı Ta­lı­şa gə­lər­kən ilk növ­bə­də Ər­ki­va­nı ələ ke­çir­məyi vac­ib bil­mi­ş­lər. A.A.Ba­kı­xa­nov ya­zır: - Ge­ne­ral Katly­a­rev­ski Muğ­a­na ge­dib bu­ra­da olan Qa­ra­bağ ela­tı­nı ge­ri qay­ta­rır və Ər­ki­va­nı yürüşlə al­dı ("Gülüsta­ni-İrəm" Ba­kı-1951). >Rus qo­şun­la­rı­nın qə­lə­bə­si za­ma­nı Ər­ki­van vu­ru­şun­da düşmə­nin iki to­pu və çox­lu si­la­hı ələ keç­di. (F.Əsə­dov "Dar gündə yax­şı ar­xa Ba­kı -1987. səh. 117"). Çar hö­ku­mə­ti Ər­ki­va­nın alın­ma­sı­nı yüksək qiy­mət­lən­di­rir. Bu­nu Ta­lı­şın alın­ma­sın­da mühüm ad­dım he­sab edir. Ona gö­rə də çar 1812-ci il de­ka­b­rın­da Ər­ki­va­nın alın­ma­sı­na gö­rə Katly­a­rev­skiyə 2000 çer­von məb­ləğ­in­də müka­fat ver­miş­dir. Ərkivanda tüstü pulu Ər­ki­van Ta­lış xan­lığ­ı­nın ən mühüm ya­şay­ış mən­tə­qə­lə­rin­dən bi­ri ol­muş­dur. Bu­ra­lar­da Ta­lış ha­ki­mi pol­kov­nik Mir Hə­sən xa­nın ma­li­ka­nə­si yer­lə­şir­di. O, ya­xın­la­rı Mir Hüseyn və Mir İs­may­ı­la xey­li tor­paq sa­hə­si və əra­zi bağ­ı­ş­la­mış­dır. Xan­lıq­da ev he­sa­bı ilə tütsü pu­lu adı ilə ve­rgi yığ­ı­lır­dı. Ər­ki­van­da o za­man 189 ev­dən hə­min ve­rgi alı­nır­dı və 66 ev­də xan­lığ­ın xüsu­si hər­bi say­ı­lan ma­na­f­lar ya­şay­ır­dı. Ər­ki­van rus qo­şun­la­rı tə­rə­fin­dən işğ­al edil­sə də ər­ki­van­lı­lar Mir ­Hə­sən xa­na sə­da­qət­li ol­mu­ş­lar. 1831-ci il­də ha­ki­miyy­ə­ti­nə bər­pa et­məyə ça­lı­şan Mir Hə­sən xan 20 at­lı ilə Ta­lı­şa gə­lir. Pa­s­ke­viç bun­dan bərk na­ra­hat­lıq his­si ke­çi­rir. Təc­i­li si­lah­lı də­s­tə top­la­maq is­təy­ir. Ko­men­dan­tın sə­rənc­a­mı ilə bütün Ər­ki­van ma­ha­lı əha­li­sin­dən tor­lan­mış at­lı də­s­tə xan tə­rə­fə ke­çir ("Azər­bayc­an ta­ri­xi" Ba­kı. 1984, səh. 87).
 Ər­ki­va­nın tə­sərrüfat həy­a­tı ba­rə­sin­də mən­bə­lər­də ma­raq­lı mə­lu­mat­lar var­dır. S.Ka­zımbəyoğ­lu ya­zır ki, ər­ki­van­lı­lar döyüşdə və at min­mək­də məş­hurl­dur­lar.
 Ər­ki­van­da çəl­tik, buğ­da, ar­pa və di­g­ər ta­xıl-dən­li bit­ki­lər bi­tir. Mə­lum­dur ki, Ər­ki­van­da əha­li­nin əsas mə­şğ­u­liyy­ə­ti isə çəl­tik­çi­lik ol­muş­dur. Su ça­tış­ma­maz­lığ­ı­na gö­rə əha­li əziyy­ət çə­kir, ziy­a­na düçar olur­du­lar. Ərkivandan keçən kəhriz XVI­II əs­rin axır­la­rın­da Ər­ki­van­da olan sə­rin, şə­fa ve­rən suyu Mir­mu­s­ta­fa xa­nın diq­qə­ti­ni cəlb et­miş, xan bu suyu Lən­kə­ran şə­hə­ri­nə axıt­maq üçün 30 ki­lo­metr­lik sax­sı bo­ru­lar düzəlt­dir­miş və ye­ral­tı su xət­ti­ni in­şa et­dir­miş­dir. 1904-cü il­də isə Ər­ki­van kən­din­də­ki gö­zəl sə­rin suyu olan bu­laq­lar­dan bi­ri Meh­di bu­lağ­ın­dan Ka­li­nov­ka kən­di­nə qə­dər rus­lar tə­rə­fin­dən sax­sı bo­ru­lar­la ye­ral­tı su kə­mə­ri də çə­kil­miş və son il­lə­rə (1960) qə­dər is­ti­fa­də edil­miş­dir. Ərkivan Səfəvilər dövründə Şah İs­may­ı­lın Azər­bayc­a­nın va­hid döv­lət ol­ma­sın­da xid­mət­lə­ri mi­sil­siz­dir. 2001-ci il­də Sə­fə­vi döv­lə­ti­nin 500 il­liyi ta­mam ol­muş­dur. Mə­lum ol­duğu ki­mi Şah İs­may­ıl 1501-ci il­də Şir­va­na ge­dər­kən Ər­ki­van­dan və Şə­rə­fə­dən ke­çə­rək, Muğ­a­na, ora­dan da Şir­va­na yürüş et­məsi barədə məlumatlar var. 
 Əra­zi­miz­də də Xə­zə­rin sə­viyy­ə­si ba­rə­də müxtə­lif fi­kir dey­im­lə­ri var­dır. Be­lə ki, XIX-XX əsrdə ya­şa­mış ağ­saq­qal­la­rın ağ­ız­dan-ağ­ı­za gə­zən "Də­niz Ma­sal­lı­nın Muğ­an zo­na­sı­nı, xüsu­sən Məm­məd­xan­lı kən­di­ni yuy­ar­dı" və ya "Ər­ki­van kən­di Xə­zə­rin lə­pə­döy­ə­ni ol­muş­dur" söz­lə­ri hə­qi­qə­tən müxtə­lif dövr­lər­də Xə­zə­rin qalx­ma­sı və en­mə­si­nə da­ha di­g­ər mi­sal­lar gö­s­tər­mək ki­fay­ət edər: Be­lə ki, Ər­ki­van kən­di­nin Pə­lənküştə mə­həl­lə­si­nin sa­ki­ni Əbdülə­li ki­şi­nin XIX əs­rin ikinci ya­rı­sı­na qə­dər Ma­sal­lı­nın Qı­zı­lağ­ac kən­din­də tax­ta-şal­ban pri­sti­ni ol­muş­dur ki, Hə­ş­tər­xan­dan hə­min pri­sti­nə gə­mi­lər də­niz va­si­tə­si­lə tax­ta-şal­ban və di­g­ər ti­kin­ti ma­te­ri­al­la­rı gə­ti­rir­miş, yer­li əha­li tə­min edi­lər­miş və ya­xud XX əs­rin əv­vəl­lə­rin­də də­niz sə­viyy­ə­si­nin bir qə­dər enə­rək Qı­zı­lağ­ac­dan uzaq­la­şar­kən cə­nub bö­lg­ə­sin­də di­g­ər bir li­man olan Port-İli­çə Xə­zər­də gə­mi­lər yan alıb, yük götürüb, yük bo­şal­dar və sər­ni­şin da­şıy­ar­dı­lar. Yax­şı ya­dım­da­dır, 1930-1932 və 1934-cü il­lər­də uşaq idim. Mər­hum Gü­lə­li əmim­lə Port-İliç li­ma­nın­dan Ka­lan­tay və Sent­say­uz ad­lı böyük gə­mi­lə­ri ilə Ba­kı şə­hə­ri­nə get­mi­şik.

Ərkivan ləpədöyən olub

Ər­ki­van kən­di çox qə­dim bir mə­kan ol­maq­la əra­zi­nin hündür ye­rin­də yer­lə­şib. Xə­zər də­ni­zi sə­viyy­ə­si­nin enə­rək kən­din lə­pə­döy­ə­ni ol­ma­sı­na da­ha bir mi­sal: Əra­zi­də ya­şay­ıb 2007-ci il­də dünya­sı­nı 97 ya­şın­da dəy­i­şən ziy­a­lı mər­hum Hüseyn Əsəd­li­nin de­diy­i­nə gö­rə 1915-1916-cı il­lər­də Ər­ki­van kən­di­nin Bə­dir­li mə­həl­lə­sin­də (Mə­həl­lə­nin şər­qə - də­ni­zə tə­rəf olan ye­rin­də) Hacı Süley­man, Hacı İb­ra­him və Hacı Qu­lamhüseyn qar­da­ş­la­rı öz­lə­ri­nə qır­mı­zı kər­pic­dən iki mər­tə­bə­li ya­şay­ış evi tik­dir­mək məq­sə­di ilə bünö­v­rə qa­zar­kən gə­mi löv­bə­ri­nə rast gə­lin­miş­dir. Bu da hə­qi­qə­tən Xə­zər də­ni­zi­nin Ər­ki­va­na qə­dər uzan­ma­sı­na, Ər­ki­va­nın lə­pə­döy­ən ol­ma­sı­na və hə­min dövr­də bu əra­zi­də gə­mi­lə­rin gəz­mə­si­nə əy­a­ni mi­sal­dır.
 Dey­i­lən­lə­rə gö­rə, be­lə bir gə­mi löv­bə­ri Tək­ke­çid və Bəy­lər kən­di İsi­nin aşağı his­sə­sin­də Vi­ləş çay­ı­nın sağ­ın­da apa­rı­lan qa­zın­tı za­ma­nı da ta­pıl­mış­dır. Bu­ra­dan ay­dın olur ki, Xə­zər də­ni­zi­nə axıb tökülən Vi­ləş çayı ey­ni za­man­da Yar­dım­lı yo­lu kə­na­rın­da yer­lə­şən Tək­ke­çid körpüsünə qə­dər gə­mi yo­lu ol­muş­dur.
 Ər­ki­van kən­di müxtə­lif tay­fa­la­rı təm­sil edən, hər bi­ri ki­çik kən­də bə­ra­bər olan 13 mə­həl­lə­dən iba­rət­dir. Bu mə­həl­lə­lər Qı­zı­laküçə, Pə­lənküştə, Bağ­laküçə, Zey­ni­o­ba, Miy­on­di, Hə­sə­nəküçə, Abas­lı, İsi­o­ba, Ra­ma­zan­lı, Göllü, Bə­dir­li, Cə­bi­li və Əli­hə­sən­li­dən iba­rət­dir.
 Bu mə­həl­lə­lə­rin hər bi­ri­nin Ər­ki­van­da özünə­məx­sus mə­lum əra­zi­si var­dır. Vax­tı ikən kənd əra­zi­si­nin müxtə­lif yer­lə­rin­dən öz­lə­ri­nə mə­s­kən sa­lıb ya­şa­mağa ba­ş­la­mış tay­fa­lar za­man keç­dikcə tö­rəy­ib art­dıq­la­rı üçün mə­həl­lə­lər ge­ni­ş­lə­nib böyümüş, bə­zi­lə­ri isə hət­ta bir-bi­ri ilə qa­rı­şa­raq mə­həl­lə­nin əra­zi sər­həd­di it­miş­dir. Bu­nu kən­din Abas­lı, İsi­o­ba, Göllü, Hə­sə­nəküçə, Miy­on­di, Bağ­laküçə və Zey­no­ba mə­həl­lə­lə­ri­nin tim­sa­lın­da ay­dın gör­mək olar. Adi ba­xış­da hər kəs bu mə­həl­lə­lə­rin bi­ri­ni di­g­ə­rin­dən ay­ırd edə bil­mir, ta­ki hə­min mə­həl­lə sa­kin­lə­rin­dən so­ru­şub öy­rə­nil­mə­sə.

Ərkivanın məhəllələri

            Ərkivan qəsəbəsi əhalisinin sayına görə müstəqil

       Azərbaycan Respublikasında ən böyük kəndlərindən biridir.

     Toponimik hesablamalara görə Ərkivandakı coğrafi adların sayı təqribən 3 mindən artıqdır.

   Ancaq bütün bunların hamısını bu kiçik yazıda əhatə etmək mümkin deyil.

     Hələlik Ərkivandakı məhəllələr haqqında sizə qısa məlumat veririk.

1. ABBASLI məhəlləsi – Məhəlləyə ad orada məskunlaşan ilkin sakinlərin nəsil mənsubiyyətinə görə verilmişdir. Bu məhəllədə Abbas kişinin nəsli yaşayır.

2.Bağlakuçə məhəlləsi – Bizcə, bu yaşayış məntəqəsinin adının düzgün yazılışı Bağılarküçə məhəlləsi olmalıdır.

Coğrafi adın tərkibindəki ”bağla” komponenti "kücə” isə Talış dilində "kənd”, "məhəllə”, "yaşayış yeri”, "yaşayış məskəni”mənasındadır. Məhəllədə Bağılar nəsli ilk dəfə məskən salmasına görə o, belə adlandırılırmışdır.

Bağlakücə - bağılar nəsli yaşayan məhəllə deməkdir.

3.Bədirli məhəlləsi- Yaşayış məntəqəsinin ilkin sakinlərinin Bədir nəslinin adını daşımasına görə belə adlandırılmışdır.

4.Qızılaküçə məhəlləsi - Yaşayış məntəqəsinin ilk sakinlərinin Qızılavar kəndindən köçüb gəlməsi ehtimalı etmək mümkühdür. Çox ehtimal ki, "Qızla” komponenti "Qızıl-vo” sözündən təhrifdir. "Qızılvo” adındaki "vo” sözü talışca külək mənasındadır. Qızlakücə Qızılavar kəndindən köçüb gəlmiş əhalinin saldığı məhəllə

 deməkdi.

5.Zeynoba məhəlləsi – Zeynoba toponimi Zeyni oba adından təhrifdir. Yaşayış məntəqəsi Zeyni obası adlı yerdə salınmasına görə belə adlandırılmışdır.

Coğrafi adın düzgün yazılışı Zeynioba məhəlləsi olmalıdır. 

6.İsoba məhəlləsi – Yaşayış məntəqəsi adının İsoba yazılışı təhrifdir. Mənbələri araşdırdıqda aydın olur ki, coğrafi adın ilkin yazılış variantı İsa oba olmuşdur. Yerli əhalinin tələffüzü və elziya (səsdüşümü) nəticəsində "a” səsi düşmüş və coğrafi ad İsoba şəkilində yazılmışdır. Bu məhəllənin ilkin sakinləri İsa obasında mıskunlaşmasına görə məhəllə belə adlandırılmışdır.

7.Göllü məhəlləsi – Məhəllənin ilkin sakinləri çoxlu kiçik göl olan ərazidə məskunlaşmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır.

8.Miyondi məhəlləsi - Coğrafi adın tərkibindəki komponentlərdən olan "miyon” ("miyona”) talışca dairəvi, orta, mərkəz, "di” isə kənd deməkdir. Burada məskunlaşmış əhalinin əksəriyyətinin milliyyətcə talışlardan olması da fikrimizi təsdiq edir.  

9.Pələnküştə məhəlləsi - Respublikamızda bir qrup yaşayış məntəqələri yuxarıda qeyd etdiyimiz kimi baş vermiş müəyyən hadisəni əks etdirir. Belə coğrafi adlardan biri də Pələnküştə məhəlləsi adıdır. Toponimin tərkibindəki pələng – heyvan adıdır, küştə isə talışca öldürülən deməkdir. Məhəllə pələng öldürülən ərazidə salınmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır. Deməli, Pələnküştə pələng öldürülən yer mənasındadır.

10.Ramazanlı məhəlləsi – Yaşayış məntəqəsinə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Ramazanlı nəslinin orada məskən salmasına) görə verilmişdir. 

11.Həsənəküçə məhəlləsi – Yaşayış məntəqəsi ilkin sakinlərinin başçısının (Həsənin) adını daşıyır. Həsənəküçə coğrafi adında "Həsən” şəxs adı, "ə” birləşdirici səs, "küçə” yaşayış yeri, kənd, məhəllə deməkdir.

12.Cəbili məhəlləsi – məhəlləyə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Cəbili nəslinin orada məskunlaşmasına) görə verilmişdir. Bu məhəllədə sırf Məşədi Cəbinin övladları yaşayır. 2014-ci ildən Allahyarlı kəndi də Ərkivanın məhəllələrindən biri hesab edilir.

Əlihəsənli məhəlləsi haqda mənbədə məlumat yoxdur.

Əkivan coğrafiyası

Ərkivan toponiminin mənasi haqqinda bir necə fikirlər var. Bu fikirlərdən ən maraqlısı "ər”-igid və ya qocaq. "ki” bağlayıcı, "van”-da məsgən, yəni igidlər məsgəni.
 
 Ərikivan qəsəbəsi coğrafi mövqeyinə görə
 
 cənubşərqdən Lürən,
 cənubdan Qızılavar və Kolatan,
 şimalqərbdən Ko¬sakül,
 Bambaşı və Yeyənkənd,
 şərqdən İskəndərli, Masallı şəhəri
 qərbdən Qəriblər, Qodman kəndləri ilə həmsərhəddir.
 Ərazisi 2294 kvm-dir.
 
 Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir
 Ərazidə rəsmi qeydiyyatda olan təsərrüfatların miqdarı 3802, əhalinin sayı isə 16.000 nəfərə yaxındır. Ərkivan qəsəbəsində ümumi torpaq sahəsi 2200 hektardır. Bunun 1263 hektarı əkinə yararlı torpaqlardir.
 Coğrafiyaşünas alim [u]Mirnuh İsmayılov[/u]un dediklərinə istinad edərək, ilologiya elmləri doktoru, görkəmli filoloq tənqidçi alim Vaqif Yusifli "Ərkivan və ərkivanlılar" kitabında yazır: - "Zəngin və rəngarən təbiətə malik Ərkivan Azərbaycanın cənub bölgəsində ən böyük kəndlərdən biridir. Azər¬baycanın digər əraziləri ilə müqayisədə Ərkivanın təbiəti təkraredilməzdir. Bura yarımrütubətli subtropik iqlimlərin olduqca əlverişli şəkildə görüşdüyü ərazidir.
 Qəsəbənin relyefi yarğan və çay dərələri ilə parça-lanmış maili düzənlikdir. Viləş çayının min illər boyu səbrlə topladığı çöküntülərin əmələ gətirdiyi klassik formalı gətirmə konsunun üzərində formalış-mışdır.
 Maili düzənlik şərqə doğru 10-12 m hündürlüyü olan terrasla birdənbirə dəniz çöküntülərindən ibarət olan hamar ovalığa keçir. Qəsəbənin özü birbaşa terrasın qaş hissəsindən formalaşmağa başlamışdır. Bura həm təbii şəraitinə, həm də ətraf ərazilərdən seçilən mənzə¬rəsinə görə fərqlənir.
 Ərkivan qəsəbəsinin yerləşdiyi terrasın mütləq hündürlüyü dünya okeanının səviyyəsinə uyğun gəlir. Yəni, müasir deyimdə Ərkivan qəsəbəsi Xəzər dənizinin səviyyəsindən indiki halda 26,8 m hündürlükdə yerləşir.

"Şah Səfi" bulağı

Ma­sal­lı ray­o­nun­da bir çox müqəd­dəs ta­ri­xi yer­lər İs­lam di­ni­nin şi­ə­lik tə­ri­qə­ti ilə əla­qə­dar ya­ran­mış­dır.
 Xüsu­sən, XI­II əsrdən ba­ş­lay­an Sə­fə­vi-Ta­lış müna­si­bət­lə­ri­nin bu sa­hə­də mühüm ro­lu ol­muş­dur. Şi­ə­liyi təb­liğ edən və öz­lə­ri­ni 7-ci İmam Mu­seyi-Ka­zı­mın nəs­lin­dən he­sab edən Sə­fə­vi­lər Ta­lış əra­zi­si ilə sıx bağ­lı ol­muş, hə­min abi­də­lər in­di də qal­maq­da­dır. On­lar­dan bi­ri də Ər­ki­van kən­din­də­ki "Şah Sə­fi" bu­lağ­ı­dır.
 Bu­lağ­ın kim tə­rə­fin­dən və nə vaxt sa­lın­ma­sı ba­rə­də müxtə­lif fi­kir­lər və eh­ti­mal­lar söy­lə­ni­lir. Də­qiq­ləş­di­ril­miş mə­lu­mat de­mək olar ki, hə­lə də yox­dur. Bu işə səy gö­s­tə­rən­lər­dən bi­ri də Ma­sal­lı ziy­a­lı­la­rın­dan ta­rix müəl­li­mi Şə­rə­fə­li Adəm Sey­ful­lay­ev­dir. Müəl­li­f­lə­rin fi­k­rincə bu­lağı güya Şah İs­may­ıl Xə­tai (1501-1524) sal­dır­mış­dır.
 Bu­lağ­ın sa­lın­ma­sı 6-cı Sə­fə­vi hökmda­rı Şah Sə­fiəd­dın (1629-1642) ilə əla­qə­lən­di­ri­lir.
 
Ərkivanlı Alimlər

Ərkivanda boya-başa çatmış onlarla şəxs ölkə elminə layiqli töhvələr vermişdir. Onlar haqqında qısa məlumatları sizə tədim edirik:

Akademik və elmlər doktorları

1. Bağır Bağırov Əli oğlu (Bədirli məhəlləsi ) - Geologiya-minerologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Neft Akademyasında kafedra müdiri.

2. Əvəz Cəbiyev Abdulhəsən oğlu (Cəbili məhəlləsi) -Tibb elmləri doktoru, Azərbaycan Tibb Universititinin professoru olub,vəfat etmişdir. Masallı rayon Mərkəzi Xəstəxanası onun adını daşıyır.  

3. Əsədulla Cəfərov Qüdrət oğlu – (Bağlaküçə məhəlləsi) –Tarix elmləri doktoru, professor, AMEA-nın Arxeologiya və Etnoqrafiya institunda şöbə müdiri., beynəlxalq İNTAS-2000 proqramının qrant lauretıdır.

4. Bədrəddin Həsənov Hacı İbrahim oğlu (Bədirli məhəlləsi.) – Neft-Qaz sənayesi üzrə elmləri doktoru, Uzun müddət ərəb ölkələrində - Misirdə, İraqda, Səudiyyə Ərəbistanında və digər ölkələrində mütəxəssisi kimi çalışmış və AMEA-nın şöbə müdiri işləmişdir. Vəfat etmişdir.

5. Məhərrəməli Niftullayev Zülfüqar oğlu (Bədirli məhəlləsi) - Tibb elmləri doktoru. Tibb Universitetində dərs deyir.

6. Sabir Mirzəyev Soltanağa oğlu (Bədirli məhəlləsi) - Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. 

7. Nadir Məmmədov Gülməmməd oğlu (Ramazanli məhəlləsi.) – Coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin dosentidir.

8. Rasim Cabbarov Baba oğlu (Ramazanlı məhəlləsi.) - Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın fizika institutunda çalışır.Paris şəhərində uzunmüddətli elmi ezamiyyətdə olub.  

9. Ədalət Cəbiyev Nurəddin oğlu (Cəbili məhəlləsi) - texnika elmləri doktoru. Sankt-Peterburqda hərbi sənaye sahəsində aparıcı mütəxəssis kimi çalışır.

10. Vaqif Yusifli Əziz o. (Həsənəküçə məhəlləsi)– filologiya elmləri doktoru, tənqidçi, .Azərbaycan Yazıçılar İttifaqının üzvü. Onlarla kitabın müəllifidir. Bir neçə ədəbi mükafata layiq görülüb.  

11. Cavanşir Əliyev Əziz o. ( Həsənəküçə məhəlləsi) - filologiya elmləri doktorudur. "Turan” tərcümə mərkəzinin direktorudur.

Fəlsəfə doktorları

12. Abdurrəhman Səmədov Qubad o. (Qızılaküçə məhəlləsi) - Baytarlıq üzrə fəlsəfə doktoru, "Ərkivan salnaməsi ” kitabının müəllifidir. Vəfat edib.

13. Qoşqar Şiriyev Ağaxan - (Pələnküçtə məhəlləsi) - Iqtisadiyyat və tibb üzrə fəlsəfə doktoru.  

14. Firudin Şiryev Ağaxan - ( Pələnküçtə məhəlləsi) –biologiya üzrə fəlsəfə doktoru.

15. Əbdülhüseyn Mənsimov Abı oğlu - Cəbili məhəlləsi - Tarix üzrə fəlsəfə doktoru, APU-da müəllim.  

16. Müctəba Mirzəyev Mütəllim (Bədirli məhəlləsi) –İqtisadiyyat üzrə fəlsəfə doktoru. Vəfat edib.

17. Yavər Mirzəyev Mütəllim oğlu – (Bədirli məhəlləsi) – İqtisadiyyat üzrə fəlsəfə doktoru. Vəfat edib.  

18. Nadir Kazımov - (Həsnəküçə məhəlləsi) - İqtisadİyyat üzrə fəlsəfə doktoru. Vəfat edib.

19. Rahib Kazımov Nadir oğlu - (Həsənəküçə məhəlləsi) – İqtisadİyyat üzrə fəlsəfə doktoru. İqtisadiyyat Universitetində müəllim işləyir.

20. Qorxmaz Mikayılov Eyvaz(Bağlaküçə məhəlləsi) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ABŞ-da işləyir

21. Rahib Mikayılov Eyvaz(Bağlaküçə məhəlləsi) - Texnika üzrə fəlsəfə doktoru. (ABŞ-da işləyir).  

22. Zülfüqar Cəbiyev Abdulhəsən oğlu – (Cəbili məhəlləsi) - Tibb elmləri üzrə fəlsəfə doktoru. Vəfat edib.

23. Tağı Cəbiyev - (Cəbili məhəlləsi) - Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.  

24. Yusif Cəbiyev Abdulla o – (Cəbili məhəlləsi) fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. Neft Akademiyasında müəllim işləyir.

25. Həsənağa Qənbərov Məmi oğlu.- (Miyondi məhəlləsi) – Tibb üzrə fəlsəfə doktoru. Bakı xəstəxanalarında həkim işləyir.  

26. Çingiz Axundov Qəni oğlu, - (Ramazanlı məhəlləsi ) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.

27. Vidadi Mirzəyev Soltanağa oğlu - (Bədirli məhəlləsi) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. AMEA-nın Kibernetika-riyaziyyat institutunda işləyir.  

28. Elçin Bağırov Bağır - (Bədirli məhəlləsi) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. (ABŞ-da yaşayır)

29. Samirə Bağırova(Bədirli məhəlləsi) - Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. (ABŞ-da işləyir)  

30 Raufə Bağırova - (Bədirli məhəlləsi) - Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru elmləri namizədi

31. Rəsmiyyə Əşrəfova Sabir qızı (Miiyondi məhəlləsi) - İqtisadiyyat üzrə fəlsəfə doktoru.  

32. Lalə Məmmədova Nadir qızı – (Ramazanlı məhəlləsi) - İqtisadiyyat üzrə fəlsəfə doktoru. Respublikanın Əməkdar Artisti.

33. Arif Vasif oğlu Səmədov – (Qızılaküçə məhəlləsi) - Siyasi elmlər üzrə fəlsəfə doktoru. Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyir.  

34. Fərqanə Vasif qızı Səmədova- (Qızılaküçə məhəlləsi) - Siyasi elmlər üzrə fəlsəfə doktoru. (ABŞ-da yaşayır)

35. Mirnuh Cavad oğlu İsmayılov – (Ramazanlı məhəlləsi) - Coğrafiya üzrə fəlsəfə doktoru.  

36. Gülağa Azadxan oğlu Salayev – (Həsənəküçə məhəlləsi - Hüquq üzrə fəlsəfə doktoru. Hazırda Belorusiya Respublikasında Arbitraj Məhkəməsinin hakimidir.

37. Vaqif Qurbanov Oruc oğlu (Abbaslı məhəlləsi.) – Tibb elmləri üzrə fəlsəfə doktoru. Masallı Rayon Mərkəzi Xəstəxanasında işləyir.  

38. Raif Rüstəmov Məmməd oğlu – (Bədirli məhəlləsi)- Riyaziyyat üzrə fəlsəfə doktoru. (ABŞ-da yaşayır və işləyir)

39. Nailə Məmmədhüseyn qızı Zaidova – (Bədirli məhəlləsi) - filologiya elmləri üzrə fəlsəfə doktoru.   

Aşağıda adları qeyd olunan 2 nəfərin də ərkivanlı alimlər sırasında olduğu bildirilsə də, onlar haqqında hələlik tam məlumat edə bilmədik.

40. Zakir Mirzəyev (Bədirli)- fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.  

41. Rəşad Məhərrəm oğlu Əzizov - geologiya-mİneralogiya üzrə fəlsəfə doktoru.

Onu da xatırladaq ki, elmlər doktorları və fəlsəfə doktorlarının 7 nəfəri Cəbili məhəlləsindən (2-si elmlər doktoru), 12 nəfəri Bədirli məhəlləsindən (4-ü elmlər doktoru), 5 nəfəri Ramazanlı məhəlləsində (2-si elmlər doktoru), 5 nəfəri Həsənəküçə məhəlləsində (2 elmlər doktoru), 5 nəfər Qızılaküçə məhəlləsində , 3 nəfəri Bağlaküçə məhəlləsinə (1-i elmlər doktoru), 2 nəfər Miyondi məhəlləsində, 1 nəfəri Abbaslı məhəlləsindəndir. Zeynoba, İsoba, Göllü məhəllələrindən alim adını qazanan olmamışdır.  

Ən çox alim Bağırovlar (4 nəfər), Cəbiyevlər (6), Mirzəyevlər (3), Məmmədovlar (2), Yusiflilər (2), Səmədovlar (3), Şiriyevlər (2), Kazımovlar (2), Mikayılovlar (2) ailələrindən çıxmışdır. Yusiflilər ərkivanlı alimlər sırasında 2 elmlər doktoru yetişdirən yeganə ailədir.

Bu alimlərdən 5 nəfəri tibb, 3 nəfəri filologiya, 12 nəfəri fizika-riyaziyyat, 7 nəfəri iqtisadiyyat, 5 nəfəri geologiya-minerologiya və coğrafiya üzrəailmlik adı qazanıblar.Sonda onu da qeyd edək ki, bu son deyil – ilkin məlumatdır. Bu barədə əlavə məlumatı olanlar bizimlə əlaqə saxlaya bilər, onların köməyi ilə dəqiqləşdirmə apara bilərik.Yaxın vaxtlarda hörmətli ailimlər haqqında daha geniş məlumatları "Kitablarda və məqalələr” bölümündə tanış ola bilərsiniz.

Ərkivanın Din Xadimləri

Ər­ki­van qəsəbəsinin yetirmələrindən olan din xadimlərinin 15 nəfərdən Nəcəfül-Əşrəfdə uzun müddətli təhsil almışdır.. Bu din xadimlərinin sırasında bir neçəsi müçtəhidlik rütbəsinə yüksəlmişdir. Ərkivanlı din xadimlərini sizə təqdim edirik.  

1. Mol­la Hacı Mə­həm­mə­də­li Axund Mə­həm­məd oğ­lu

2. Mol­la Ağ­ar­za Axund Mol­la Fə­tə­li oğ­lu

3. Şeyx Bə­şir Axund Mol­la Hüsey­nə­li oğ­lu

4. Sey­id Qüdrət Axund Mi­kay­ıl oğ­lu

5. Mol­la Sə­fər Axund İb­ra­him oğ­lu

6. Şeyx Əli Axund Mə­həm­məd oğ­lu

7. Mol­la Mə­həm­məd Axund Mol­la Hə­sən oğ­lu

8. Mol­la Qu­lamhüseyn Axund Kə­rim oğ­lu

9. Mol­la Mir­bə­şir Axund Mir­hə­şim oğ­lu

10. Mol­la Əli Axund Hacı Mol­la Mə­həm­məd oğ­lu

11. Mol­la Müzəf­fər Axund Ağ­a­də­də oğ­lu

12. Ay­ə­tul­lah Şeyx Fa­zil Hacı Bə­şir oğ­lu.

13. Ay­ə­tul­lah Uz­ma Şeyx Hacı Mə­həm­məd Fa­zil Lən­kə­ra­ni

14. Şeyx Mə­həm­məd Ca­vad Lən­kə­ra­ni Ay­ə­tul­la Uz­ma Hacı Mə­həm­məd Fa­zil Lən­kə­ra­ni oğ­lu

15. Hacı Ağa Sey­id Rza Mol­la Mir Bə­şir oğ­lu

16. Mol­la Hüseyn Axund.

17. Mol­la Fə­tul­la Axund Mol­la Əbdülə­li oğ­lu

18. Mol­la Əbdülə­li Axund.

19. Mol­la No­v­ru­zə­li Axund.  

I.Mol­la Hacı Mə­həm­mə­də­li Axund Mə­həm­məd oğ­lu

Ərkivanın ilk məsçidinin mollası

1840-1926-cı il­lər­də ya­şa­mış, 86 ya­şın­da və­fat et­miş­dir. O, Ər­ki­vanda dünyaya gəl­miş, ib­ti­dai təh­si­li­ni kənd mol­la mək­tə­bin­də al­mış­dır. Kənd sa­kin­lə­ri­nin mad­di kö­məyi ilə təh­si­li­ni ar­tı­rıb, yüksək də­rəc­ə­li ru­ha­ni ol­maq üçün Ər­də­bil, Te­h­ran şə­hər­lə­ri­nə gön­də­ril­miş­dir. İla­hiyy­ət­çi ix­ti­sa­sı ve­rən Darülfünündə və Nəc­əf şə­hə­rin­də dünya­vi və di­ni elm­lə­ri tə­d­ris edən ali ru­ha­ni mək­təb­lə­rin­də 25 il təh­sil al­dıq­dan so­nra Ər­ki­vana qay­ıt­mış­dır. Ər­ki­va­nın ilk mə­sci­di olan Bağlakücə­də­ki mə­sci­din baş mol­la­sı ki­mi fə­a­liyy­ət gö­s­tər­miş, öz he­sa­bı­na mə­d­rə­sə açıb, bu­ra­da çox­lu tə­lə­bə­lər ye­tiş­dir­miş­dir. Hə­min mə­scid Ər­ki­vanın Bağlakücə, Qı­zı­laküçə və Pə­lənküştə mə­həl­lə­lə­ri sa­kin­lə­ri­nə məx­sus ol­muş­dur. La­kin Hacı Mə­həm­mə­də­li Axun­dun tə­şəbbüsü ilə 1903-cü il­də Qı­zı­laküçə və Pə­lənküştə sa­kin­lə­ri üçün ay­rıca mə­scid in­şa edil­miş­dir. Şəx­si su di­ngi, kər­pic kürə­si və ku­s­tar sə­nət­kar­lığı ilə ai­lə­si­ni ha­lal zəh­mət­lə do­lan­dır­mış­dır. So­vet­lər qu­ru­lu­şu za­ma­nı əm­la­kı müsa­di­rə olun­muş, 80-dən ar­tıq ya­şı ol­duğ­u­na gö­rə həbs edil­mə­miş­dir. Hacı Mə­həm­mə­də­li Axund 86 ya­şın­da Ər­ki­van­da dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı mə­həl­lə qə­b­ri­s­tan­lığ­ın­da­dır.   

II. Mol­la Ağ­ar­za Axund Mol­la Fə­tə­li oğ­lu

Masallıya gələn Həmid Sultanov onun əmlakına niyə ona qaytardı?

 1853-1941-ci il­lər­də ya­şa­mış­dır. Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. İb­ti­dai di­ni təh­si­li­ni Ər­ki­van kən­di­nin mol­la mək­tə­bin­də al­dıq­dan so­nra İra­nın Ər­də­bil, Tə­b­riz şə­hər­lə­rin­də oxuy­ub, Ərəb-Fars dil­lə­ri­ni mükəm­məl öy­rən­dik­dən so­nra İra­qın Nəc­əfin ali ru­ha­ni mək­tə­bi­nə qə­bul edil­miş­dir. Mək­tə­bi bi­tir­dik­dən so­nra doğ­ma Ər­ki­van kən­di­nə qay­ıt­mış, Ər­ki­va­nın Göllü mə­həl­lə­sin­də qır­mı­zı kər­pic­li mə­sci­din ti­kin­ti­si­nə ya­xın­dan kö­mək et­miş­dir. Mol­la Ağ­ar­za Axund xey­li müddət bu mə­sci­din mol­la­sı ol­muş­dur. O, ey­ni za­man­da gənc­lə­rin sa­vad­lan­ma­sı üçün öz şəx­si evin­də on­la­ra dərs de­miş­dir.

Göllü mə­həl­lə­si­nin sa­ki­ni 120 ya­ş­lı Mol­la Əli ki­şi­nin de­diy­i­nə gö­rə, so­vet ha­ki­miyy­ə­ti dövründə Mol­la Ağ­ar­za Axund­dan böyük məb­ləğ­də ve­rgi tə­ləb edil­miş­dir. Bu za­man 75 ya­şı ol­duğ­u­nu nə­zə­rə alıb həbs edil­mə­miş­dir. La­kin onun bütün əm­la­kı zəbt edil­miş­dir ki, ve­rg­i­si ödə­nil­sin. Tə­sadüf nə­tic­ə­sin­də hə­min ərə­fə­də mər­kəz­dən Ma­sal­lıya gə­lən yüksək və­zi­fə­li Hə­mid Sul­ta­nov Ər­ki­van­da olur. Mol­la Ağ­ar­za Axun­dun əkin­çi­lik­lə mə­şğ­ul olub, ha­lal zəh­mə­ti­lə ai­lə­si­ni do­lan­dır­ma­sı­nı bil­dik­dən so­nra onun ve­rg­i­dən azad edil­mə­si­nə və həm də əm­la­kı­nın müsa­di­rə edil­mə­mə­si­nə sə­rənc­am ver­miş­dir. Kən­din ya­ş­lı adam­la­rı­nın de­diy­i­nə gö­rə o, da­im tə­sərrüfat­la mə­şğ­ul ol­muş və mol­la­lıq­dan gə­lir mən­bəyi ki­mi is­ti­fa­də et­mə­miş­dir. Mol­la Ağ­ar­za Axund 88 ya­şın­da Ər­ki­van kən­din­də və­fat et­miş, mə­za­rı mə­həl­lə qə­bri­stan­lığ­ın­da­dır.  

II.Şeyx Bə­şir Axund Mol­la Hüsey­nə­li oğ­lu

O müçtəhidlik zirvəsinə necə yüksəlmişdi?

 Mol­la Hüsey­nə­li oğ­lu Şeyx Bə­şir Axund 1861-ci il­də Ər­ki­van kən­di­nin Həsənəkücə mə­həl­lə­sin­də ziy­a­lı ai­lə­sin­də ana­dan ol­muş­dur. Ata­sı Mol­la Hüsey­nə­li or­ta di­ni təh­si­lə ma­lik olan mol­la idi. O, ey­ni za­man­da kənd tə­sərrüfa­i­tı iş­lə­ri ilə mə­şğ­ul ola­raq, ha­lal zəh­mə­ti­lə ai­lə­si­ni sax­la­mış­dır. Onun ai­lə­sin­də dünyaya gə­lən öv­lad­la­rın­dan bi­ri də Şeyx Bə­şir Axund olub. O, ilk ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Mol­la Hüsey­nə­li­dən al­mış­dır. So­nra isə Lən­kə­ran­da Böyük ru­ha­ni, alim Mol­la Məm­mədhüseyn Axun­dun (İmam Axund) mə­d­rə­sə­sin­də (1885-1889-cu il­lər) oxu­muş­dur. Bu­nun­la da o, kənd məc­lis­lə­rin­də "Qu­ran" oxuy­ub, di­ni söh­bət­lər edir­miş. Ata­sı Mol­la Hüsey­nə­li Bə­şi­ri Ər­də­bil şə­hə­ri­nə gön­dər­miş, ora­da ru­ha­ni mək­tə­bi­nə da­xil ol­muş­dur. 7 il Ər­də­bil­də Mi­ri­b­ra­him Mə­d­rə­sə­sin­də oxu­duq­dan so­nra iki il də Te­h­ran ru­ha­ni mək­tə­bin­də təh­sil al­mış­dır. Bu müddət­də Ərəb - fars dil­lə­ri­ni mükəm­məl öy­rən­miş­dir. So­nra isə Nəc­əfül-Əş­rə­fə ge­dib Ali Ru­ha­ni mək­tə­bi­nə da­xil ol­muş­dur. Nəc­əfül-Əş­rəf­də ali ru­ha­ni mək­tə­bin­də tə­d­ris olu­nan 24 fən­ni də­rin­dən öy­rə­nən Şeyx Bə­şir Axund özünün vax­tı ilə de­diy­i­nə gö­rə Müctə­hid­lik də­rəc­ə­si­nə qə­dər təh­sil alıb. 1911-ci il­də 55 ya­şın­da və­tə­nə (Ər­ki­va­na) qay­ıt­mış, özü ilə gə­tir­diy­im ki­tab­lar­la elə alim­lər ye­tiş­di­rə bi­lib ki, İran­da təh­sil alan­lar­dan da yüksək bi­liyə ma­lik olub­lar". Məhz bu niyy­ət­lə Şeyx Bə­şir Axund mək­təb açır, 200 nə­fər­dan ar­tıq tə­lə­bəyə or­ta ru­ha­ni təh­sil həc­min­də sa­vad ver­miş­dir. Kən­din Bağlakücə mə­həl­lə­sin­də­ki mə­scid­də baş mol­la ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir. So­vet dövründə o, 1932-ci il­də müxtə­lif uy­dur­ma bə­ha­nə­lər əsa­sın­da həbs edi­lir. Heç bir əsas­lı təq­si­ri ol­ma­dığı üçün 1933-cü il­də həb­sdən azad edi­lir. 1935-ci il­də isə o, ye­ni­dən həbs edi­lə­rək 5 il müddə­ti­nə azad­lıq­dan mə­h­rum edilməklə bütün əm­la­kı da müsa­di­rə olunur. 

1953-cü il­də Şeyx Bə­şir Axun­da di­ni və şə­ri­ət eh­kam­la­rı­nı izah et­məyə ic­a­zə ve­ril­miş­dir.

 1953-cü il­də Azər­bayc­an Elm­lər Aka­demy­a­sın­dan bir ne­çə alim gə­lib, Şeyx Bə­şir Axun­du sərf-nəhf el­mi­nin ən mükəm­məl bi­lic­i­si ki­mi tə­lə­bə­lər üçün dər­slik ha­zır­la­mağa də­vət edir­lər. La­kin o, ai­lə şə­ra­i­ti­ni nə­zə­rə ala­raq bu tək­lif­dən im­ti­na et­miş­dir.Şeyx Bə­şir Axund 1966-cı il­də Mə­hər­rəm ay­ı­nın 11-də (aşu­ra gününün sə­hə­ri) 105 ya­şın­da və­fat et­miş­dir. Çox hör­mət­li din xa­di­mi ki­mi böyük iz­di­ham­la Ər­ki­va­nın Həsənəkücə qə­bi­ri­s­tan­lığ­ın­da dəfn edil­miş­dir.

IV. Şeyx Qüdrət Axund Mi­kay­ıl oğ­lu

O, indiki Cəlilabada niyə köçdü?

1870-1960-cı il­lər­də ya­şa­mış­dır. Ər­ki­van kən­din­də ana­dan ol­muş­dur. İlk təh­si­li­ni mol­la­xa­na­da al­mış, ata­sı­nın ar­zu­su ilə Ər­də­bil şə­hə­ri­nə ge­dib, or­ta ru­ha­ni təh­sil ve­rən mə­d­rə­sə­də oxu­muş­dur. Di­ni təh­si­lə olan hə­və­si onu ali ru­ha­ni təh­si­li al­mağa ruh­lan­dı­rır. Odur ki, o, İra­qın Nəc­əf şə­hə­ri­nə ge­də­rək, ora­da ali ru­ha­ni təh­si­li­ni uğ­ur­la ba­şa çat­dı­rıb doğ­ma Ər­ki­van kən­di­nə qay­ı­dır. Öz evin­də mə­d­rə­sə açır və yüzlər­lə gəncə ib­ti­dai təh­sil ve­rir.1924-cü il­də As­tar­xan­ba­zar (in­di­ki Cə­li­la­bad) ca­ma­a­tı­nın də­və­ti ilə Şeyx Qüdrət di­ni xid­mət­lər gö­s­tər­mək üçün oraya ge­dir. As­tar­xan­ba­za­rın mər­kə­zi mə­sci­din­də Axund olur. O, di­ni mə­ra­sim­lər­də, hüzür məc­lis­lə­rin­də şə­ri­ət qa­nun­la­rın­dan ma­raq­lı söh­bət­lər edir. 30-cu il­lər­də NKVD-yə mə­lu­mat ve­rir­lər ki, guya Şeyx Qüdrət Axund kol­xoz əley­hi­nə təb­liğ­at apa­rır. Şeyx həbs olu­nur. La­kin bir müddət so­nra hə­qi­qət üzə çı­xır, Şey­xi azad­lığa bu­rax­mağa məc­bur olur­lar. Onun "xalq düşmə­ni" ol­ma­sı­nı is­bat et­məyə tu­tar­lı də­lil­lər ta­pıl­mır. O, ömrünün so­nu­na ki­mi Cə­li­la­bad­da ya­şay­ır, la­kin Ma­sal­lı ilə, doğ­ma kən­di ilə əla­qə­ni üzmür. Tez-tez Ər­ki­va­na, doğ­ma yur­du­na baş çə­kir. Şeyx Qüdrət Axund Mi­kay­ıl oğ­lu 90 ya­şın­da Cə­li­la­bad­da dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı Cə­li­la­bad şə­hər qə­b­ri­s­tan­lığ­ın­da­dır. Şeyx Qüdərət cənubun tanınmış din xadimi olmuş Molla Məhəmmədin atası olmuşdur.  

V. Mol­la Sə­fər Axund İb­ra­him oğ­lu

O, İrana niyə köçüb?  

1871-1959-cu il­lər­də ya­şa­mış­dır. O, Ər­ki­van kən­din­də ana­dan ol­muş, ib­ti­dai di­ni təh­si­li­ni kənd mol­la­xa­na­sın­da al­dıq­dan so­nra İra­nın Ər­də­bil şə­hə­ri­nə ge­dib, ora­da or­ta və İra­qın Nəc­əf şə­hə­rin­də ali ru­ha­ni təh­si­li­ni ba­şa vur­muş­dur. Onun di­ni və dünya­vi təh­sil al­dığı müddət 24 il­dən ar­tıq ol­muş­dur. O, və­tə­nə-Ma­sal­lıya qay­ıt­dıq­dan so­nra əv­vəl Ər­ki­va­nın Göllü mə­həl­lə­sin­də mə­scid­də mol­la­lıq edib, on­larca tə­lə­bəyə ib­ti­dai di­ni təh­sil ver­miş­dir.

Şu­ra ha­ki­miyy­ə­ti dövründə müxtə­lif böh­tan və tə­qib­lə­rə mə­ruz qal­mış­dır. Ona gö­rə də o, 1920-ci il­də İra­na köçməyə məc­bu­r olmuşdur. Mol­la Sə­fər Axund 1959-cu il­də 88 ya­şın­da İran­da və­fat et­miş­dir. Oğ­lu Mə­şə­di Əzim Ər­ki­van­da qa­la­raq ya­şa­mış, ai­lə qur­muş, tə­sərrüfat iş­lə­ri ilə mə­şğ­ul ol­maq­la ya­na­şı ata­sı­nın yo­lu­nu da da­vam et­dir­miş və 2002-ci il­də 92 ya­şın­da və­fat et­miş­dir. Mə­za­rı Ər­ki­va­nın Abas­lı qə­b­ri­s­tan­lığ­ın­da­dır.

VI. Şeyx Əli Axund Mə­həm­məd oğ­lu.

Bədirli məhəlləsinin baş mollası olmuşdur

1872-1946-cı il­lər­də ya­şa­mış­dır. Bə­dir­li mə­həl­lə­sin­də dünyaya gəl­miş­dir. İlk di­ni təh­si­li­ni Ər­ki­van kən­din­də Mol­la Əbdülə­li Axund­dan al­mış­dır. So­nra kənd sa­kin­lə­ri­nin mad­di yar­dı­mı ilə əv­vəl Ər­də­bil­də, so­nra isə İra­qın Nəc­əf şə­hə­rin­də Ali ru­ha­ni təh­si­li­ni ba­şa çat­dır­mış­dır.

Şeyx Əli Axund 1915-ci il­də doğ­ma və­tə­ni Ər­ki­va­na qay­ıt­mış­dır. O, şə­rə­f­li ömrünün 25 ili­ni təh­sil al­mağa sərf et­miş­dir.O, tə­lə­bə­lik il­lə­rin­də çox vaxt gü­nə­muzd fəh­lə­l­ik edib. Kən­din Bə­dir­li mə­həl­lə­si­nin mə­sci­din­də baş mol­la ki­mi fə­a­liyy­ə­tə ba­ş­lay­an Şeyx Əli Axun­dun ba­şı­na çox müsi­bət­lər gəl­miş­dir.Azər­bayc­an­da So­vet ha­ki­miyy­ə­ti qu­rul­duq­dan so­nra əm­la­kı döv­lət tə­rə­fin­dən müsa­di­rə edi­lib, şəx­si evin­də so­vet mək­tə­bi açıl­mış­dır. Beş oğ­ul və iki qı­zı olan Şeyx Əli Axund ai­lə­si ilə bir­lik­də ev-eşik­siz qal­mış, 1934-cü il­də güya kol­xoz qu­ru­lu­şu­nun əley­hi­nə təb­liğ­at apar­dığ­ı­na gö­rə həbs edil­miş­dir.

O, mə­də­sin­dən iki də­fə cər­ra­hiyyə əmə­liyy­a­tı ol­duğ­u­na gö­rə 40 gün həb­sdə qal­dıq­dan so­nra sər­bəst bu­ra­xıl­mış­dır. La­kin 1937-ci il­də onu tə­k­ra­rən həbs et­mək is­tə­mi­ş­lər. O, As­tar­xan­ba­za­rın (in­di­ki Cə­li­la­ba­dın) Hə­zi­a­bad kən­din­də özünə sığ­ı­nac­aq tap­ma­lı olur. Şeyx Əli Axun­du ya­xın­dan ta­nıy­an­la­rın de­dik­lə­ri­nə gö­rə hə­min il­lər­də o, Lən­kə­ran­da dok­tor Ağ­a­xa­nın evin­də ya­şay­ıb.

1939-cu il­də Şey­xin böyük oğ­lu Hə­sə­nağa So­vet-Fin müha­ri­bə­sin­də­ki döyü­şlər­də hə­lak ol­muş­dur. İkinci oğ­lu da So­vet-Al­man müha­ri­bə­si­nin ilk günlə­rin­də cəb­hə­də ölmüşdür. Şey­xin ai­lə üzvlə­ri­nin böyük əziyy­ət çək­dik­lə­ri­ni gö­rən Ər­ki­van kənd sa­ki­ni Xa­liq ki­şi xey­ir­xah­lıq edə­rək ev­siz-eşik­siz qal­mış ai­ləyə öz evin­də sığ­ı­nac­aq ver­miş­dir.1943-1944-cü il­lər­də öl­kə­nin hər ye­rin­də ol­duğu ki­mi Ər­ki­van­da da ac­lıq­dan in­san­lar tə­ləf ol­muş­dur. Şeyx Əli Axund özü ehty­ac için­də ya­şa­ma­sı­na bax­may­a­raq in­san­la­ra kö­mək­liy­i­ni əsi­rg­ə­mə­miş­dir. Dey­i­lən­lə­rə gö­rə, ölüsünə kə­fən al­maq im­ka­nı ol­may­an­la­ra yo­rğ­an-dö­şə­yi­nin üzünü çı­xa­rıb ve­rir­miş. Be­lə ma­təm mə­ra­sim­lə­ri­ni tə­mən­na­sız ke­çi­rir­miş.Şeyx Əli Axund yas mə­ra­sim­lə­rin­də di­ni möv­zu­lar­la ya­na­şı ic­ti­mai qu­ru­lu­şun ey­bəc­ər­lik­lə­ri ba­rə­də söh­bət­lər edir­miş. O, öz dövrünün gənc­lə­ri­nə və uşaq­la­rı­na xi­ta­bən dey­ir­miş ki, siz bu döv­lə­tin dağ­ıl­ma­sı­nı gö­rəc­ək­si­niz. Bə­şə­riyy­ət ta­ri­xin­də Fi­ron­la­rın çox ol­ma­sın­dan bəhs edən Şeyx Əli Axund hə­mi­şə dey­ər­miş ki, ilk kom­mu­na Fi­ro­na aid­dir. Pa­ris kom­mu­na­sı­nın ömrü uzun sürmə­di.

Şeyx Əli Axund 1946-cı il­də 74 ya­şın­da dünya­sı­nı dəy­iş­miş­dir. Onun mə­za­rı Ər­ki­van kənd qə­bi­ri­s­tan­lığ­ın­da­dır.

VII. Mol­la Mə­həm­məd Axund Mol­la Hə­sən oğ­lu Göllü məhəlləsindəki məsçidin tikintisinin əsas təşəbbüskarı

1872-1937-ci il­lər­də ya­şa­mış­dır. O, Ər­ki­van kən­din­də ana­dan ol­muş­dur. İb­ti­dai di­ni təh­si­li­ni ata­sı Mol­la Hə­sən­dən və kən­din mol­la mək­tə­bin­də al­mış, so­nra İra­nın Ər­də­bil şə­hə­rin­də­ki mə­d­rə­sə­də 5 il oxu­muş­dur. Ora­da Ərəb-fars dil­lə­ri­ni mükəm­məl öy­rən­dik­dən so­nra Nəc­əf şə­hə­ri­nə ge­dib, ali ru­ha­ni mək­tə­bi­nə da­xil ol­muş­dur.O, mə­d­rə­sə və ali ru­ha­ni təh­si­li al­mağa ömrünün 25 ili­ni sərf et­miş­dir. Mol­la Mə­həm­məd axund 1915-ci il­də Nəc­əf şə­hə­rin­dən doğ­ma Ər­ki­van kən­di­nə qay­ıt­mış­dır. O, kən­din Ra­ma­zan­lı mə­həl­lə­sin­də­ki mə­scid­də baş mol­la ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir. Kən­din ço­xömürlü sa­kin­lə­ri­nin de­diy­i­nə gö­rə mol­la Mə­həm­məd Axund Göllü mə­həl­lə­sin­də öz evi­nin ya­xın­lığ­ın­da qır­mı­zı kər­pic­dən mə­scid bi­na­sı­nı kənd ca­ma­a­tı­nın kö­məyi ilə tik­dir­miş­dir. 1930-cu il­də məc­lis­lər­də tən­qid et­diyi və­zi­fə­li şəx­slər Axun­du na­haq­dan şər­ləy­ə­rək göz­dən sal­mağa ça­lı­şır­lar. 1937-ci il­də Mol­la Mə­həm­məd Axund müxtə­lif bə­ha­nə­lər­lə şər­lə­nə­rək xalq düşmə­ni ki­mi həbs edi­lir, hə­min il müha­ki­mə olu­nub güllə­lə­nir. Evi müsa­di­rə edil­dik­dən so­nra ai­lə­si bir müddət tən­dir­xa­na­lar­da ya­şa­mış, so­nra Məry­əm ad­lı bir qa­dın ai­lə­ni öz evi­nə apar­mış­dır.

VI­II. Mol­la Qu­lamhüseyn Axund Kə­rim oğ­lu

Nargin adasında tələbə yoldaşı olan müstəntiqə nə cavab verib?

1878-1946-cı il­lər­də ya­şa­mış­dır.

Mol­la Qu­lamhüseyn Axund Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. Uşaq vax­tın­dan ru­ha­niyy­ə­tə böyük ma­raq gö­s­tər­miş, ata­sı Kə­rim ki­şi el­mə hə­və­si­ni hiss edə­rək onu kənd mol­la mək­tə­bi­nə qoy­ur. O, ib­ti­dai di­ni təh­si­li­ni kənd­də al­dıq­dan so­nra İra­nın Ər­də­bil şə­hə­ri­nə ge­dir. Ora­da Şi­ma­li Azər­bayc­an­dan gə­lən tə­lə­bə­lə­rə qo­şu­la­raq Ərəb və fars dil­lə­ri­nin qram­mati­ka­sı­nı mükəm­məl öy­rə­nir, ey­ni za­man­da şə­ri­ət qa­nun­la­rı­nı və müsəl­man ta­ri­xi­nə də­rin­dən bə­ləd olur. Qu­lamhüseyn Kə­rim oğ­lu Ər­də­bil­də or­ta ru­ha­ni sa­vad al­dıq­dan so­nra İra­qın Nəc­əf şə­hə­rin­də­ki İla­hiyy­ət Uni­ver­si­te­ti­nə da­xil olur, ömrünün 27 ili­ni təh­sil al­mağa sərf edir. O, 1916-cı il­də və­tə­nə-doğ­ma kən­di­nə qay­ıt­mış, mol­la­lıq et­məyə ba­ş­la­mış­dır. 2 il so­nra 1918-ci il­də İs­kən­dər­li­də tor­paq sa­hə­si ala­raq əkin­çi­lik­lə mə­şğ­ul olur. El ara­sın­da böyük nüfuz qa­zan­sa da Azər­bayc­an­da So­vet hö­ku­mə­ti qu­rul­duq­dan so­nra Mol­la Qu­lamhüseyn Axun­dun fə­a­liyy­ə­ti məh­dud­laş­dı­rı­lır, tə­qib edil­mə­si­nə ba­ş­la­nır. O dövr­də qu­ru­luş və kol­xoz­laş­ma­nı möh­kəm­lən­dir­mək məq­sə­di­lə NKVD ye­ni qu­ru­lu­şun əley­hi­nə olan adam­la­rı ara­dan götürmək üçün əmə­liyy­at ke­çi­rir. Axund Mol­la Qu­lamhüseyn Kə­rim oğ­lu və­tən­da­ş­lıq hüqu­qun­dan mə­h­rum edi­lir. İs­kən­dər­li kən­din­də­ki əm­la­kı müsa­di­rə edi­lir, Ər­ki­van kən­di­nə, ata-ba­ba yur­du­na qay­ıt­mağa məc­bur olur. O, bu­ra­da da tə­qib­lər­dən ya­xa qur­ta­ra bil­mir. Tu­tul­ma­sın­dan eh­tiy­at­la­nan Axund qon­şu Yar­dım­lı ray­o­nu­na pə­nah apar­sa da 1938-ci il­də Ər­ki­va­na, ai­lə­si­nə baş çək­məyə gə­lər­kən tu­tu­lub həbs edi­lir.

Ba­kı­nın Bay­ıl həb­sxa­na­sın­da ata­sı­na baş çək­məyə ge­dən oğ­lu İs­ra­fil çox çə­tin­lik­dən so­nra onun­la görü­şə bi­lir. Görüş za­ma­nı İs­ra­fil na­ra­hat­lıq his­si ilə ata­sın­dan "Ağa, üzünə kim dur­du" -deyə xə­bər alır, Mol­la Qu­lamhüseyn Axund gə­ləc­ək na­ra­zı­lıq­la­ra son qoy­maq üçün oğ­lu­na müdrik­lik­lə be­lə ca­vab ve­rir: "Oğ­ul, bu ta­le bi­zə Ta­n­rı­dan qi­s­mət­dir, be­lə zülmün in­ti­qa­mı­nı da ta­rix özü zülümkar­lar­dan alac­aq­dır! Bu, bi­zim vi­da görüşümüzdür. Ya­xın günlər­də bi­zi ge­də­rg­əl­mə­zə sürgün edəc­ək­lər…"

İs­ra­fil ata­sı­nın söh­bə­tin­dən öy­rə­nir ki, hər ax­şam bir ne­çə ru­ha­ni ali­mi Na­rg­in ada­sı­na apa­rıb boğ­az­la­rı­na daş bağ­lay­ıb də­ni­zə atır­lar. Mol­la Qu­lamhüseyn Axun­dun oğ­lu İs­ra­fi­lə et­diyi söh­bət­lər­dən: "Günlə­rin bir günü gecə ya­rı­sı mə­ni ka­me­ra­dan apar­mağa gə­lən­də yol­da­ş­la­rım­la vi­da­laş­dım. Ka­me­ra­dan çı­xan­dan so­nra uzun və da­rıs­qal, həm də ya­rı­qa­ran­lıq dəh­liz­lə mə­ni gə­ti­rib bir otağa sal­dı­lar. Sto­lun ar­xa­sın­da əy­lə­şən müstən­tiq mə­ni görc­ək çox hör­mət­lə qar­şı­lay­ıb, göz­lə­nil­mə­dən boy­nu­mu quc­aq­la­dı. O, mə­ni diq­qət­lə süzüb dil­lən­di: Siz mə­ni ta­nıy­ır­sı­nız?.Mən ca­vab ver­dim ki, elə gündəy­ik ki, in­di heç kə­si ta­nıya bil­mi­rik. Müstən­tiq de­di: "Biz Nəc­əf­də bir­lik­də oxu­mu­şuq. Hö­ku­mət qu­ru­lan­da mən di­ni xid­mət gö­s­tər­mək­dən im­ti­na et­dim. İn­di bu və­zi­fə­ni apa­rı­ram. Sən də im­ti­na et!, Saq­qa­lı­nı qırx­dır, Nəc­əf­də təh­sil al­dığ­ı­nı de­mə, biz sə­ni Döv­lət Uni­ver­si­te­ti­nin Şərq­şu­nas­lıq Şö­bə­si­nə müəl­lim təy­in et­di­rə­rik!".

Mən ona de­dim: "Bu tək­li­fi­ni­zə gö­rə si­zə min­nət­da­ram, la­kin mən heç vaxt öz əqi­dəm­dən dönüb, ila­hiyy­a­tı in­kar edə bil­mə­rəm.

Be­lə­lik­lə, söh­bə­ti­miz baş tut­ma­dı və sürgü­nə get­məyi mə­nə ve­ri­lən "ra­hat­lıq"dan üstün tut­dum…"

Mol­la Qu­lamhüseyn Axun­dun so­nuncu mək­tu­bu Vla­di­va­s­tok­dan gəl­miş­dir. Tə­q­ri­bən 1946-cı il­də sürgündə olar­kən və­fat et­miş­dir. Mol­la Qu­lamhüseyn Axun­da 1957-ci il­də bə­ra­ət ve­ril­miş­dir.  

IX. Mol­la Mir­bə­şir Axund Mir­hə­şim oğ­lu Onu niyə "Xalq düşməni” élan etmişdilər?

1880-1938-ci il­lər­də ya­şa­mış­dır.Mol­la Mir­bə­şir Axund Ər­ki­van kən­din­də ana­dan ol­muş­dur. Ərəb-fars dil­lə­ri­ni mükəm­məl öy­rən­mək və ru­ha­ni təh­si­li al­maq məq­sə­di ilə Ər­də­bil şə­hə­rin­də­ki mə­d­rə­səyə qə­bul edil­miş­dir. Mə­d­rə­sə­ni bi­tir­dik­dən so­nra Nəc­əf şə­hə­rin­də Ali ru­ha­ni təh­si­lə yiy­ə­lə­nə­rək, Axund rütbə­si al­mış­dır. O, Ər­ki­van kən­di­nə qay­ıt­dıq­dan so­nra İsi­o­ba mə­həl­lə­sin­də olan mə­scid­də mol­la­lıq et­miş­dir. Din xa­di­mi ol­maq­la ya­na­şı Mol­la Mir­bə­şir Axun­dun el ara­sın­da Sey­id nəs­li­nə mən­su­biyy­ə­ti ol­muş­dur. O, Sey­id Peyğ­əm­bər öv­la­dı kimi in­san­lar ara­sın­da müna­qi­şə­li mə­sə­ləl­lə­ri həll edib, sülh ya­ra­dıb. Küsülülə­ri ba­rış­dı­rır­mış. So­vet­lər qu­ru­lu­şu dövründə onu da "xalq düşmə­ni" adı ilə 1937-ci il­də həb­sə alır­lar. La­kin bir ne­çə ay­dan so­nra ağ­ır xə­s­tə­liy­i­nə gö­rə azad­lığa bu­ra­xı­lır.

Mol­la Mir­bə­şir Axund Mir­hə­şim oğ­lu 58 ya­şın­da 1938-ci il­də və­fat et­miş­dir. Mə­za­rı Ər­ki­van qə­b­ri­s­tan­lığ­ın­da­dır.

X. Mol­la Əli Axund Hacı Mol­la Mə­həm­mə­də­li oğ­lu

Hələ də onun hansı şəkildə vəfat etməsi bəlli deyil?

1880-1938-ci il­lər­də ya­şa­mış­dır. Mol­la Əli Axund Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. İlk di­ni təh­si­li­ni rüha­ni ata­sı Mol­la Mə­həm­mə­də­li Axund­dan al­mış­dır. Or­ta ru­ha­ni təh­si­li həc­min­də bi­lik­lə­rə yiy­ə­lən­dik­dən so­nra Nəc­əf­də Ali ru­ha­ni mək­tə­binə da­xil olmüşdür. Ər­ki­van kən­di­nin Qı­zı­laküçə mə­həl­lə­sin­də­ki Mə­sci­din mol­la­sı ol­muş­dur. Mə­həl­lə­də gənc­lə­rin sa­vad­lan­ma­sı üçün mə­d­rə­sə açıb, on­la­ra təm­ə­nna­sız dərs de­miş­dir. Mol­la Əli Axund ata­sın­dan qal­ma su di­ngi və kər­pic kürə­lə­ri­ni iş­lə­dib, on­dan əl­də et­diyi gə­lir­lə həm ai­lə­si­ni do­lan­dır­mış, həm də xey­riyy­ə­çi ki­mi im­kan­sız­la­ra yar­dım et­miş­dir. Onun xey­ir­xah­lığı ba­rə­də ya­ş­lı nəs­lin nümay­ən­də­lə­ri çox­lu əh­va­lat­lar da­nı­şır­lar.

Re­pre­siya il­lə­rin­də — 1938-ci il­də həbs edi­lir, əm­la­kı döv­lət tə­rə­fin­dən müsa­di­rə olun­muş­dur. O, həb­sxa­na­da müəm­ma­lı for­ma­da və­fat et­miş­dir. Ya­xın qo­hum­la­rı Ək­bər Məm­mə­dov və Rza­qu­lu Ab­di­no­vun mürac­i­ə­ti­nə bax­may­a­raq mey­i­di ve­ril­mə­miş­dir. Odur ki, Mol­la Əli Axund han­sı və­ziyy­ət­də və­fat et­mə­si və ya güllə­lən­mə­si, dəf­ni ba­rə­də də­qiq mə­lu­mat əl­də et­mək mümkün ol­ma­dı.

XI. Mol­la Müzəf­fər Axund Ağ­a­də­də oğ­lu

Tanınmış molla necə kolxozçu oldu?1881-1959-cu il­lər­də ya­şa­mış­dır. O, Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. 1903-cü il­də Ər­də­bil şə­hə­rin­də or­ta ru­ha­ni mək­tə­bi­nə da­xil olub, ora­da təh­si­li­ni uğ­ur­la ba­şa vur­duq­dan so­nra İra­qın Nəc­əf şə­hə­rin­də ila­hiyy­at və dünyə­vi elm­lər üzrə yüksək ix­ti­sas ve­rən Ali mək­tə­bə da­xil olur. Tə­d­ris olu­nan 24 fə­nnin ara­sın­da ta­rix, nücum, fəl­sə­fə, şə­ri­ət qa­nun­la­rı elm­lə­ri­ni mükəm­məl öy­rən­miş­dir. 1926-cı il­də və­tə­nə qay­ı­dan Mol­la Müzəf­fər Axund 1930-cu ilə ki­mi mə­scid­də rüha­ni ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir. Di­ni xid­mət­lər­lə ya­na­şı mək­təb açıb gənc həmy­er­li­lə­ri­nə dərs de­miş­dir. La­kin kol­lek­tiv­ləş­mə dövrünün çə­tin­lik­lə­ri onun iş­lə­ri­ni ya­rım­çıq qoy­muş­dur. Qon­şu kənd­lər­də və Ər­ki­van­da bir çox ru­ha­ni­lə­rin həbs edil­mə­si xə­bə­ri­ni eşi­dib ya­şay­ış ye­ri­ni dəy­iş­məyə məc­bur ol­muş­dur. Mol­la Müzəf­fər Axund qon­şu As­tar­xan­ba­zar ray­o­nu­nun Köyüzbu­laq kən­din­də sığ­ı­nac­aq tap­mış­dır. La­kin 1938-ci il­də onu bu­ra­da həb­sə alıb Pri­şib (Göy­tə­pə) sər­həd zo­na­sı­na gə­ti­rir­lər. Mol­la Müzəf­fər Axund na­haq­dan tu­tul­ma­sı ba­rə­də o za­man­kı SSRİ Ali So­ve­ti­nə Lən­kə­ran da­i­rə­sin­dən de­pu­tat se­çil­miş Əli Qa­sım­lı kənd sa­ki­ni Ur­şan Xu­ba­lıy­e­və mürac­i­ət edir. Ur­şan Xu­ba­lıy­ev Mol­la Müzəf­fər Axun­dun həb­sdən azad olun­ma­sı­na və 1942-ci ilə ki­mi onun As­tar­xan­ba­za­rın Köyüzbu­laq kənq­din­də­ki kol­xoz iş­lə­rin­də ça­lış­ma­sı­na na­il olur.

1942-ci il­də Mol­la Müzəf­fər Axund doğ­ma Ər­ki­van kən­di­nə qay­ı­dıb, kən­din Əli Bay­ra­mov adı­na kol­xo­zun­da işə düzə­lir. O, 1959-cu il­də 78 ya­şın­da və­fat et­miş­dir. Mə­za­rı mə­həl­lə qə­b­ri­s­tan­lığ­ın­da­dır.

XII. Şeyx Fa­zil Lən­kə­ra­ni Hacı Bə­şir oğ­lu

Müçtəhidlik adını qazanmış ilk ərkivanlılardan biri

1884-cü il­də Ma­sal­lı ray­o­nu­nun Ər­ki­van kən­din­də dünyaya göz aç­mış­dır. O, ru­ha­niyy­ət el­mi­nin ən yüksək pil­lə­si­nə yüksə­lə­rək 1940-cı il­də 56 ya­şın­da müctə­hid­lik də­rəc­ə­si­nə çat­mış, 1971-ci il­də 87 ya­şın­da İra­nın Qum şə­hə­rin­də və­fat et­miş­dir. Mə­za­rı Qum şə­hə­rin­də­dir.

Şey­xin ya­ra­dıc­ı­lıq fə­a­liyy­ə­ti və tərcümeyi-ha­lı ba­rə­də ki­ta­bın Ra­ma­zan­lı mə­həl­lə­si bölümündə ət­ra­f­lı mə­lu­mat ve­ri­ləc­ək. (Qeyd: Bu nəsl haqqında ayrıca yazı təqdim ediləcək)

XI­II. Şeyx Mə­həm­məd Fa­zil Şeyx Fa­zil oğ­lu Lən­kə­ra­niı

İs­lam dünya­sı­nın ən böyük mərc­ən-təl­qid­lə­rin­dən biri ol­muş­dur. Şeyx Mə­həm­məd Fa­zil 1931-ci il­də müqəd­dəs Qum şə­hə­rin­də dünyaya gəl­miş­dir. Şeyx Fa­zil Qum şə­hə­rin­də ya­şa­mış­dır. O, ali ru­ha­ni təh­si­lin ən yüksək pil­lə­si­nə ça­ta­raq 1961-ci il­də 36 ya­şın­da Müctə­hid­lik mə­qa­mı­na na­il ol­muş­dur. İs­lam dünya­sı­nın ən böyük mərc­ən-təl­qid­lə­rin­dən ol­muş­dur. O, 2007-ci il­də 76 ya­şın­da Qum şə­hə­rin­də dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı Qum şə­hə­rin­də­dir. Şeyx Mə­həm­məd Fa­zil Lən­kə­ra­ni­nin həy­at və ya­ra­dıc­ı­lığı ba­rə­də ki­ta­bın Ra­ma­zan­lı mə­həl­lə­si bölümündə ət­ra­f­lı ta­nış ol­maq mümkündür.

XIV. Şeyx Mə­həm­məd Ca­vad Fa­zil oğ­lu Ərkivanlı müçtəhidlərdən biri

XV. Mol­la No­v­ru­zə­li AxundGöllü məhəllıəsindəki məsçiddə mollalıq etmişdir Mol­la No­v­ru­zə­li Axund Kər­bə­layi Şi­rə­li oğ­lu 1868-ci il­də Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. İb­ti­dai di­ni təh­si­li­ni Ər­ki­van kən­di­nin mol­la­la­rın­dan al­mış, ata­sı­nın ar­zu­su ilə Ər­də­bi­lə ge­də­rək bu­ra­da ru­ha­ni mək­tə­bi­ni bi­tir­miş­dir. So­nra həm­kənd­li­lə­ri­nin mad­di kö­məyi ilə İra­qa get­miş, ila­hiyy­ət üzrə elm mər­kə­zi olan Nəc­əfül-Əş­rəf­də təh­si­li­ni da­vam et­dir­miş­dir. 25 il ru­ha­ni təh­si­li alan Mol­la No­v­ru­zə­li Axund və­tə­nə-Ər­ki­va­na qay­ı­da­raq, Göllü mə­həl­lə­si­nin mə­sci­din­də mol­la­lıq fə­a­liyy­ə­ti gö­s­tər­miş­dir. So­vet­lər dövründə re­pre­siya il­lə­rin­də ya­şı­nın çox­luğ­u­nu nə­zə­rə ala­raq o, həbs edil­mə­miş­dir. 1934-cü il­də 66 ya­şın­da Mol­la No­v­ru­zə­li Axund dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı mə­həl­lə qə­bi­ri­s­tan­lığ­ın­da­dır.

XVI. Hacı Sey­id Rza Axund Şeyx Mir­bə­şir oğ­luMirsadiq Ağanın atası

1891-ci il­də Nəc­əf şə­hə­rin­də dünyaya gəl­miş, 1973-cü il­də Ər­ki­van­da dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı Ər­ki­van kən­din­də mə­həl­lə qə­bi­ri­s­tan­lığ­ın­da­dır. Hacı Sey­id Rza Axund ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Mir Bə­şir Axund­dan al­mış, so­nra isə Xo­ra­san ali Ru­ha­ni Mək­tə­bi­ni bi­tir­miş­dir. Ata yo­lu­nun da­vam­çı­sı Hacı Sey­id Rza ağa ca­van ya­ş­la­rın­dan şə­ri­ət el­mi ilə mə­şğ­ul olub, fi­t­ri is­te­da­dı və kə­ra­mət­li nə­fə­si ilə se­çi­lib, cəd­di­nin möcüzə­lə­ri haq­qın­da rə­vay­ət­lər in­di də xalq ara­sın­da, el-oba­da da­nı­şı­lır. Ağa ha­fi­zi-"Qu­ran" ("Qu­ran"ı əz­bər bi­lən) ol­muş­dur. O, böyük ai­lə­si­ni ha­lal zəh­mə­ti­lə sax­la­mış­dır.

Hacı Sey­id Rza Ağ­a­nın Sey­id Mir­sa­dıq, Sey­id Mir­xa­lıq, Sey­id Mir­ha­bil, Sey­id Mir­ta­lıb, Sey­id Mir­ta­hir, Sey­id Mir­teyy­ub, Sey­id Mir­ta­ha adın­da 7 oğ­lu və Mir­zö­h­rə, Mir­za­də, Mir­bacı, Sey­id­bacı, Göv­hər ad­lı 5 qı­zı dünyaya gəl­miş­dir. Oğ­lan­la­rın­dan Sey­id Mir­hə­bib, Sey­id Mir­ta­hir, Sey­id Sa­dıq qız­la­rın­dan isə Sey­id­bacı və­fat et­miş, qa­lan­la­rı isə ya­şay­ır­lar.

Hacı Sey­id Rza Axun­dun ge­niş tərcümeyi-ha­lı ba­rə­də ki­ta­bın İsi­o­ba mə­həl­lə­si böl­məsndə da­nı­şıl­mış­dır.

Ər­ki­van kən­din­də doğ­u­lub boya-ba­şa ça­tan ali ru­ha­ni təh­si­li alan Mol­la Hüseyn Axun­dun, Mol­la Fə­tul­la Axun­dun və Mol­la Əbdülə­li Axun­dun tərcümeyi-hal­la­rı­nı də­qiq­ləş­dir­mək üçün mə­lu­mat əl­də et­mək mümkün ol­ma­dı.

XVII. Şeyx Mol­la Mə­həm­məd Şeyx Qüdrət oğ­lu

Şeyx Qüdrətin oğlu

  1928-ci il­də Cə­li­la­bad ray­o­nun­da dünyaya gəl­miş­dir. O, ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Şeyx Qüdrət­dən, so­nra da­ha yüksək (ali) ru­ha­ni təh­si­li­ni isə Nəc­əfül-Əş­rəf­də ali ru­ha­ni mək­tə­bi­ni müctə­hid­lik də­rəc­ə­sin­də bi­tir­miş, ata­sı Şeyx Mol­la Qüdrət və həmy­er­li­si Şeyx Mol­la Bə­şir Axund­lar­dan al­maq­la tək­mil­ləş­miş, bö­lg­ə­də ata­sı Şeyx Mol­la Qüdrət Axun­dun və­fa­tın­dan so­nra onu əvəz edə bil­miş­dir.

Şeyx Mol­la Mə­həm­məd Ər­ki­va­nın Pə­lə­ngküştə mə­həl­lə­sin­də ya­şay­an əmi­si Hə­ni­fə­nin Tükəz ad­lı qı­zı ilə ai­lə qur­muş­dur. O, yüksək sa­vad və hər­tə­rə­f­li bi­liyə ma­lik ol­duğu üçün bö­lg­ə­də ge­niş ta­nı­nır və ona çox böyük hör­mə­t göstəriliridi.

O, ru­ha­niyy­ət el­mi­nə mükəm­məl bə­ləd ol­ma­sı ilə ya­na­şı dünya şö­h­rət­li fi­lo­sof şa­ir­lə­rin (Füzu­li, Ni­za­mi, Nə­si­mi, Fir­döv­si, Xə­qa­ni, Ə.Ca­mi və s.) ya­ra­dıc­ı­lıq­la­rı­nın də­rin­dən bi­lic­i­si idi. O, iş­ti­rak et­diyi məc­lis­lər­də di­ni eh­kam­lar­dan mo­i­zə edər­kən yu­xa­rı­da gö­s­tə­ri­lən fi­lo­sof şa­ir­lə­rin ya­ra­dıc­ı­lığ­ın­dan və on­la­rın bə­şə­riyy­ət üçün yaz­dıq­la­rı ib­rə­ta­miz mə­sə­lə­lər­dən çox dəy­ər­li mi­sal­lar gə­ti­rə­rək məc­lis­lə­ri zi­nət­lən­di­rir­di. O, müqəd­dəs Məş­həd, Kər­bə­la, Həcc ziy­a­rət­lə­rin­də də ol­muş­dur.

Cə­miyy­ət üçün be­lə bir dəy­ər­li şəx­siyy­ət olan Şeyx Mol­la Mə­həm­məd 9 senty­abr 2002-ci il­də ya­şa­dığı Cə­li­la­bad ray­o­nun­da 74 ya­şın­da dünya­sı­nı dəy­i­şib, əbə­diyy­ə­tə qo­vuş­muş­dur. Mə­za­rı Cə­li­la­bad qə­bi­ri­s­tan­lığ­ın­da uy­uy­an ata­sı Şeyx Mol­la Qüdrət Axun­dun mə­za­rı ilə ya­na­şı­dır. Şeyx Mol­la Mə­həm­mə­din dəfn və hüzr mə­ra­si­mi çox iz­di­ham­lı ol­muş, bu­ra­da Azər­bayc­a­nın müxtə­lif bö­lg­ə­lə­rin­dən, İran­dan, Or­ta Asiy­a­dan və di­g­ər türkdil­li öl­kə­lər­dən din xa­dim­lə­ri, ziy­a­lı və di­g­ər şəx­slər iş­ti­rak edə­rək ai­lə­si­nə, Cə­li­la­bad, Ma­sal­lı və bütövlükdə cə­nub bö­lg­ə­si­nə də­rin hüzünlə baş­sağ­lığı ver­mi­ş­lər. Şeyx Mol­la Mə­həm­mə­din əmi­si qı­zı Tükəz xa­nım­la olan iz­di­vacın­dan ai­lə­sin­də 6 oğlan və 2 qız övladı dünyaya gəlmişdir (Zey­na­la­bi­din, Rza, Sə­ki­nə, Sa­dıq və Ka­zım əkiz­lər, Fa­ti­mə, Mə­həm­məd­bağ­ır, Tağı).

Şey­xin oğ­lan­la­rı­nın ha­mı­sı müqəd­dəs Məş­həd ziy­a­rət­lə­rin­də ol­mu­ş­lar. On­lar­dan 1971-ci il­də ana­dan ol­muş Mə­şə­di Rza müqəd­dəs Həcc ziy­a­rə­t etmişdir. O, Hacı Rza ki­mi ta­nın­maq­da­dır, din­dar­lıq­la mə­şğ­ul­dur, ha­zır­da Ba­kı şə­hə­rin­də Göy mə­scid­də ru­ha­ni ki­mi ça­lı­şır.

XVIII. Hacı Mol­la Əli­hə­sən Şeyx Bə­şir oğ­lu.

"Ha­zırc­a­vab­lığı mol­la Hüseyn­dən, səbrli ol­mağı isə Cə­b­ray­ıl əmi­dən öy­rən­dim”

1939-cu il­də ana­dan ol­muş­dur. Ki­çik ya­ş­la­rın­dan di­ni tə­d­ri­sə və fars di­li­ni öy­rən­məyə ba­ş­la­mış­dır. Ey­ni za­man­da 1955-ci il­də 7-ci sin­fi, 1955-56-cı il­lər­də Ma­sal­lı 1 say­lı or­ta mək­tə­bi bi­tir­miş­dir. Hə­min il­lər­də həm də ata­sın­dan di­ni təh­sil al­mış­dır. So­nra 3 il mol­la Hüseyn və Axund Əli­dən təh­sil al­mış­dır. Özünün de­diy­i­nə gö­rə ata­sı­nın məs­lə­hə­ti ilə 8 il mol­la Cə­b­ray­ıl­dan təh­sil al­mış­dır. "Ha­zırc­a­vab­lığı mol­la Hüseyn­dən, səbrli ol­mağı isə Cə­b­ray­ıl əmi­dən öy­rən­dim” dey­ir. Uzun müddət dər­zi­lik­lə mə­şğ­ul ol­muş­dur. (Tütün za­vo­dun­da). Hacı Əli­hə­sən Nəc­əf ali­mi olan ata­sı Şeyx Bə­şir Axund­dan və bir ne­çə alim­dən dərs ala­raq ne­çə-ne­çə müctə­hi­din ri­sa­lə­lə­ri­ni oxuy­ub öy­rən­mək­lə bə­ra­bar mey­id na­ma­zı­nı qıl­mağı və mey­id götürməyi, eləcə də kə­bin kə­s­məyi də ic­ra edir. Mol­la Hacı Əli­hə­sən Ər­ki­van­da xey­li tə­lə­bəyə dərs dey­ə­rək, mol­la­lıq et­məyə qa­bi­liyy­ə­ti olan şəx­slər ye­tiş­dir­miş­dir. Sabiq pre­zi­dent H. Əliy­ev­lə "Tə­zə Pir" mə­sci­din­də və Dünya İs­lam Kon­fran­sı iş­ti­rak­çı­la­rı ilə "Gülüstan" sa­ra­yın­da görüşmüşdür.

XIX. Mirkərim Mirabdulla oğlu

O həm də təsərrüfat işləri ilə məşğuldur

Ərkivanın Bağlakücə məhəlləsində Seyidlər tayfasından Mir Kə­rim Mir Ab­dul­lah oğ­lu ruhani təhsilə malik olmaqla bərabər tə­sərrüfat­ işləri ilə də məşğuldur. Kənd mollaları arasında yüksək dini savada malik olan bir molladır. Məclislərdə özünəməxsus gözəl hədis, söhbət və moizələri ilə fərqlənir. Qurani-Kərimi oxuduqca təfsirindən dinləyiciləri feyziyab edir. O, pak, halal zəhməti ilə ailəsini dolandırır. İndi Seyidlər tayfasının ağsaqqalıdır. Mir Kə­rim Ağa müqəddəs Məş­həd, Kər­bə­la və Mək­kə ziy­a­rət­lə­rin­də ol­muş­dur. Hazırda o Hacı Mol­la Mir Kə­rim ki­mi ta­nı­nmaqla Bağlakücə məhəlləsində yaşayır.(Ərkivanda hazırda mollalıqla məşğul olan Hacı Həmid, Hacı İbad və digərləri haqda əlavə məlumat veriləcək)

GƏNC NƏSLİN İSLAM DİNİNƏ MEYLİNDƏN

Gö­s­tə­ril­diyi ki­mi Ər­ki­van kən­din­də ta qə­dim­dən is­la­mi dəy­ər­lə­rə böyük hör­mət ol­muş, kən­din ali ru­ha­ni təh­si­li alan­la­rı, Nəc­əfül-Əş­rəf­də müctə­hid də­rəc­ə­si­nə yüksə­lən­lə­ri ol­muş­dur.

Ru­ha­niyy­ət el­mi­nin ən yüksək də­rəc­ə­si­nə yüksə­lən ər­ki­van­lı, 1987-ci il­də 21 ya­şın­da müctə­hid­lik də­rəc­ə­si­nə na­il ol­muş, ha­zır­da 40 ya­şı olan Mə­həm­məd Ca­vid Fa­zil Lən­kə­ra­ni Qum şə­hə­rin­də Ay­ə­tul­la-Uz­ma Fa­zil Lən­kə­ra­ni­nin dəf­tər­xa­na­sı­nın rə­i­si, "Mə­sum İmam"lar adı­na Bey­nəl­xalq fiq­hi mər­kə­zi­nin müdi­ri­dir. Ər­ki­van­lı müctə­hid­lər­dən so­nra ənə­nə ola­raq müxtə­litf öl­kə­lər­də ali ru­ha­ni təh­sil alan­la­rın sayı da­ha da art­mış­dır. Xüsu­si­lə So­vet­lər qur­lu­şu­nun süqu­tun­dan so­nra di­ni-mə­nə­vi dəy­ər­lə­rə qay­ı­dış ye­ni vüsət al­mış­dır. Azər­bayc­a­nın müstə­qil­liyi dövründə ziy­a­lı­lar mə­ka­nı say­ı­lan Ər­ki­van qəsəbəsindən bir ne­çə gənc ümu­mi or­ta mək­tə­bi uğ­ur­la ba­şa vur­muş, so­nra isə Su­riy­a­nın, İra­nın və eləcə də öl­kə­mi­zin ali ru­ha­ni müəs­si­sə­lə­rin­də təh­sil­lə­ri­ni da­vam et­di­rir­lər. Bu gün ali mək­təb­lər­də tə­lə­bə ki­mi di­ni bi­lik­lə­rə yiy­ə­lə­nən­lər yə­qin ki, Ər­ki­va­nın ke­ç­miş nüfuz­lu alim­lə­ri­nin, şə­ri­ət təb­liğ­at­çı­la­rı­nın, müctə­hid­lə­ri­nin şə­rə­f­li işi­ni da­vam et­di­rəc­ək, xal­qın mə­nə­vi dəy­ər­lə­ri­ni qo­ruy­ac­aq­lar.

Ha­zır­da Su­riya və İran­da ali ru­ha­ni mək­təb­lər­də təh­sil almış ər­ki­van­lı gənc­lər aşağ­ı­da­kı­lar­dır.

Nic­at Ci­had oğ­lu — Pə­ləngküştə mə­həl­lə­si

Ra­mil Fə­x­rəd­din oğ­lu— Qı­zı­laküçə

Gündüz Səy­ə­dul­la oğ­lu— Bağlakücə

Ziya Va­qif oğ­lu— Həsənəkücə

Ha­bil İl­ti­zam oğ­lu— Abas­lı

Ələd­din Meh­man oğ­lu— Ra­ma­zan­lı

Cə­ma­ləd­din Meh­man oğ­lu— Ra­ma­zan­lı mə­həl­lə­si.  

Bun­lar­dan baş­qa Ər­ki­van kən­di­nin bir ne­çə gənci Ba­kı İs­lam Uni­ver­si­te­tin­də və ADU-nun şərq­şü­nas­lıq fakültə­sin­də təh­sil alır.

Ərkivanda Mətbuat

Ərkivanın mətbuat tarixi

Masallı rayonun dünənki və bu günkü mətbuat tarixi ərkivanlılarla bağlıdır

 Nemət Nemətov və "Yeni həyat”qəzeti  

Masallı rayon kimi təşkil olunandan sonra onun tarixində ilk dəfə olaraq qəzet çap olunmağa başlayıb. Bu qəzetin adı "Yeni həyat” olub. Qəzetin ilk redaktorluğu Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olub boya-başa çatmış Nemət Nemətova etibar edilib. Bu qəzetin rayonda yaranması böyük hadisəyə və əksəriyyətin sevincinə səbəb olub. Bu sevinc o həddə çatıb ki, Ərkivanın Ramazanlı məhəlləsinin sakini molla Əli həmin gün dünyaya gələn körpəsinin adını Yeni Həyat qoyub.

Nemət Nemətov uzun müddət bu qəzetə rəhbərlik edib.

Bu qəzet sonralar "Çağırış” adı ilə çıxanda Ərkivan qəsəbəsinin Bədirli məhəlləsinin sakini İsaq Mirzəyev qəzetin şöbə müdiri olub. Hazırda tanınmış iş adamı və xeyriyyəçi Rəşad Mirzeyev onun oğludur.

Məlumat üçün bildirək ki, Nemət Nemətov 4 oğlundan ikisi sonralar onun yolunu davam etdirib. Belə ki, Cəmil Nemətov 60-cı illərdə Masallı rayonunda fəaliyyət göstərən yerli radio verilişləri redaksiyasının ilk redaktorlarından biri olub. Eləcə də "Çağırış” qəzetində maraqlı məqalələrlə çıxış edib.  

N. Neməovun digər oölu Mahir Nemətov da jurnalist fəaliyyəti ilə məşğul olmuş, ölkənin onlarla aparıcı qəzeti ilə əməkdaşlıq etmiş, hazırda da jurnalistika sahəsi ilə məşğuldur.

Digər ərkivanlı jurnalistlər

Ərkivanlı jurnalistlər sırasında Bahaddin Yunusovun adın çəkməmək insafsızlıq olardı. Bahaddin müəllim Moskvada təhsil alıb, uzun müddət "Azərbaycan müəllimi” qəzetinin redaktor müavini işləyib.

Daha bir ərkivanlı jurnalist, dünyadan vaxtsız köçmüş Əyyub Hüseynov (Göllü) sonradan "Azərbaycan müəllimi”qəzetində onun yolunu davam etdirmişdir.  

Hazırda Masallı Rayon İcra hakimiyyətinin orqanı kimi fəaliyyət göstərən "Yeni həyat” qəzetinə yenə də redaktor əvəzi kimi ərkivanlı Əyyar Tahirov rəhbərlik edir.  

Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olmuş Əyyar Tahirov əvvəllər "Çağırış”qəzetində əməkdaşlıq etmiş, sonralar "Azərbaycan” qəzetinin bölgə müxbiri işləmiş, hazırda isə "Yeni həyat” qəzetinin redaktor əvəzidir.

Ərkivanlıların jurnalistika sahəsində zirvələr

Ərkivanlı jurnalistlər sırasında ən yüksək zirvə Teymur Yəhyayevə (Abbaslı məhəlləsi) məxsusdur. Moskva Beynəlxalq Əlaqələr Universitetinin Beynəlxalq Jurnalistika fakültəsini bitirənTeymur Yəhyayev uzun müddət ölkənin ən möhtəşəm teleqraf agentliyinin – SİTA-ın ən güclü redaksiyalarından biri sayılan Latın Amerikası redaksiyasında çalışıb.  

Vasif Səmədovun (Qızılaküçə məhəlləsi) da jurnalistika sahəsində özünə məxsus xidmətləri olub. Keçmiş SSRİ-nin ən tanınmış mətbu orqanlarından sayılan "İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri işləyən Vasif Səmədovhazırdan "Oqanyok” jurnalının şərq ölkələri üzrə müxbiri işləyir. Bir neçə kitabın müəllifidir.

Masallının və cənub bölgəsinin müstəqil mətbuatı

Masallı rayonunda, eləcə də bütün cənub bölgəsində müstəqil mətbuatın yaradıcılarından biri Zahir Əmənov(Abbaslı) olmuşdur. 1991-ci ildə fəaliyyətə müstəqil "Masallı”qəzetinin redaktoru kimi başlayan Zahir Əmənov, bir il sonra "Masallı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən isə müstəqil regional qəzet olan "Cənub xəbərləri”-nin baş redaktoru və təsisçisi kimi çalışır. (Z. Əmənov haqqında daha ətraflı məlumat almaq istəyənlər cenubxeberleri.com saytında, "haqqımızda” bölümündəki yazı ilə tanış ola bilərlər http://www.cenubxeberleri.com/index.php?do=feedback. ).

Onu da xatırladaq ki, Zahir Əmənovun rəhbərliyi və Sücəddin Novruzovun sponsorluğu ilə 1995-ci ildə Ərkivan qəsəbəsinin tarixi və mədəniyyətini əks etdirən 12 səhifəlik "Ərkivan” qəzeti də çap olunmuşdur. Eləcə də yenə S. Novruzovun sponsorluğu ilə "Alo, Ərkivan” adlı orijinal bir telefon-məlumat kitabçasını buraxmışdır. Hazırda həmin kitabçanın təkrar nəşrinə hazırlıq görülür.

Z. Əmənov ölkə miqyaslı jurnalistlər içərisində onlarla müsabiqənin qalibi olmuş, müsabiqə qalibi kimi ABŞ, Litva, Polşa, Ukrayna, Türkiyə və sair şəhərlərə səfər etmişdir. Həsən Bəy Zərdabi mükafatı laureatıdır. Rəhbərlik etdiyi qəzet 2013-ci ildə region qəzetləri içərisində "İlin qəzeti” hesab edilib.

Hərbiçilər

Ərkivanlı hərbiçilər(İlkin məlumatlar)
 
1. Yəhyayev Heydər Hacıağa oğlu ( Abbaslı məhəlləsi) – polkovnik - leytenant. Monqolustanda xidməti vəzifəsini yerini yetirərkən vəfat edib.
 
2. Yəhyayev Natiq Gülağa oğlu (Abbaslı məhəlləsi) – polkovnik - leytenant
 
3. Yəhyayev Ramiz Gülağa oğlu (Abbaslı məhəlləsi)- polkovnik. Rusiyada işləyib. İstefadadır.
 
4. Şahbazov Telman ( Qızılaküçə məhəlləsi) – Polkovnik.
 
5. Abiyev Afaq Abbas oğlu ( Bağlaküçə məhəlləsi) – Polkovnik.
 
6. Qənbər ... ( Allahyarlı) – Polkovnik. Istefadadır.
 
7. Ağayev İbadət Hacıəli oğlu (İsoba məhəlləsi) –Polkovnik-leytinant
 
8. Fərziyev İmaməddin Əlifağa oğlu ( Abbaslı məhəlləsi) – Mayor.
 
9. Axundov Rza Qəni oğlu ( Ramazanlı məhəlləsi) – Mayor.
 
10. Cəbiyev İslam Sədrəddin oğlu ( Cəbili məhəlləsi) – mayor
 
11. Novruzov Anar Gülverdi oğlu (Abbaslı məhəlləsi) – kapitan
 
12. Kazımov Anar Xanoğlan oğlu (İsoba məhəlləsi) – kapitan. İstefadadır.
 
13. Qurbanov İlqar İbrahim oğlu (Abbaslı məhəlləsi) – kapitan. Hərbi həkim. İstefadadır.
 
14. Əliyev Faiq Ramazan oğlu (Abbaslı məhəlləsi) – kapitan. Hərbi həkim. İstefadadır.
 
15. Dadaşov Ruhid Balağa oğlu (Göllü məhəlləsi) – kapitan
 
16. Fəttayev ... Mirdaməd oğlu (İsoba məhəlləsi) – aviasiya kapitan. İstefadadır.
 
17. Novruzov Ramal Hidayət oğlu (Abbaslı məhəlləsi) – Baş leytenant.
 
18. Şirəliyev Xalid Ələsgər oğlu (Ramazanlı məhəlləsi) - Baş leytinant. Vəfat edib.
 
19. Abiyev Nicat Niyaz oğlu (Bağlaküçə məhəlləsi) – Baş leytenant. İstefadadır
 
20. Qənbərov Səyyad Yavər oğlu. (Göllü məhəlləsi) – Leytenant. Səhid olub.
 
21. Bağırov .... Cəlil oğlu (İsoba məhəlləsi) – Gizil. İstefadadır.
 
22. Museyibov Sakit Nuri oğlu ( Göllü məhəlləsi) – Gizir. İstefadadır.
 
23. Fərziyev Fərasəddin Əlifağa oğlu (Abbaslı məhəlləsi) – Gizir. İstefadadır.
 
24. Kazımov Rauf Qəzənfər oğlu (İsoba məhəlləsi) – Gizir İstefadadır.
 
25. Hüseynov Ədalət Əfqan oğlu (Göllü məhəlləsi) – Baş gizir. İstefadadır.
 
26. Kazımov Abdin İbrahim oğlu (İsoba məhəlləsi) – çavuş. Istefadadır.
 
27. Novruzova Zəhra Bəyverdi qızı (Abbaslı məhəlləsi) – çavuş.
 
Hazırladı: Əfrail

Ərkivanlı idmançının uğuru

Əhmədov Fərid Ustin oğlu Sambo üzrə keçirilən rayon birinciliyində 42 kq çəki dərəcəsində 6 nəfər rəqibinin hər birini 1 dəqiqədən də az müddətdə məğlub edərək öz çəki dərəcəsində yarışmanın qalibi olub.

Ərkivan futbolu dünən və bu gün

Ölkəcə məşhur Masallı rayonunun Ərkivan qəsəbəsinin tarixində olduqca maraqlı məqamlar var. Həmin məqamlardan biri də qəsəbənin futbol tarixidir. Aşağıda təqdim edəcəyimiz, “Ərkivan” qəzetinin 1995-ci il 15 sentyabr tarixli sayında çap olunmuş “Ərkivanın futbol tarixi” yazısında qəsəbənin futbol tarixi qismən işıqlandırılıb. 
 “ƏRKİVAN FUTBOLÇULARI
 Təkçə kəndin, rayonun yox, respublikanın futbol tarixində Ərkivanın özünəməxsus xidmətləri vardır.
 Belə ki, 1988- çi ildə Ərkivan kənd komandaları arasında respublika birinçiliyinin qalibi kimi, “QIZIL SUNBUL” kubokunun sahibi oldu. Ukraynada keçirilən yarışlarda Ərkivan Azərbaycanı təmsil etdi. İlk 10 komanda arasında yer tutan Ərkivan futbolçuları ən intizamlı və texnikalı komanda üçün təsis edilən mükafata layiq görüldü. Ən yadda qalan isə ərkivanlılar həmin yarışlarda erməniləri ağır məğlubiyyətə uğratdılar. 
 Ərkivanda futbol əsasən 50-çiillərin ortalarından sürətlə inkişaf etməyə başladı. Ərkivanlılar müntəzən olaraq kolxozlar arasında rayon futbol birinçiliyində 1-çi yerə cıxmış, məktəblilər arasında yarışlarda isə əsasən, “yarı xoş-yarı guc” yerli komandaya “məğlub olub”, 2-çi yeri tutmuşlar.
 Həmin illərdəki qələbələrə görə Ərkivan futbolu iltifat Abdinova, Xanoğlan Abdinova, Davud Hüseyinova, Polad Əbilova, İgid Əhmədova və başqalarına minnətdardır. Daha sonralar bu estafeti İmamverdi Hənifəyev, Qəhrəman Məmmədov, Həmdulla Bədələov, Səməd Səmədov davam etdirdi.
 70-çi illərdə Ərkivan futbolunun yüksəlişi SEYRAN ƏLİYEVİN adı ilə cox bağlıdır. Məhz onun təşkilatçılığı və gözəl oyunu nəticəsində, Ərkivan istər məktəblilər, istər yaşlılar arasında dəfələrlə rayon çenpionu olub. Respublika və Ümymittifaq yarışlarına vəsiqə alıb.
 Təkçə bir faktı qeyd edək ki, 1976-78-çi illərdə “VİLƏŞ” komandasının əsas heyətində cıxış edən 9 nəfər ərkivanlı var idi.
 1990-cı ildə 2-ci qrupda Azərbaycan cenpiyonu olan ərkivanlırar ançaq sponsorun maddi köməyi olmaması uçbatından 1-ci qrupda cıxış edə bilmədilər.
 Bu gün (söhbət 1995-ci ildən gedir) rayonun “Biləş”futbol komandasında ərkivanlı Əlidadaş Məmmədov, Qəhrəman Mustafayev, Mirəli Bağırov və başqaları çıxış edir.
 Yaxın kecmişdə isə Nazim Bağırov, Rafiq və Rahib Babayevlər, Balayar İbayev, Canəli və başqaları “Biləş”də Ərkivanı təmisil etmişlər.
 Ərkivan qəzeti. Sentyabr 1995”
 Biz bu araşdırmalarınızı davam etdirəcək, ərkivanlı futbolçular haqqında sizi maraqlı yazılarla tanış edəcəyik. Bu sahədə maraqlı məlumatları və fotoları olanlar bizə müraciət edə bilərlər
 İndi isə Ərkivan qəsəbə futbolunun bu günündən söz açmaq istəyirəm. Müsahibim “Ərkivan” Futbol klubunun baş məşqçisi Cəsarət Bədəlovdur (Qızılaküçə məh.):
 - Biz 6 qardaş olmuşuq. Hamımızın da futbol oynamışıq. İllərlə Ərkivan futbolunun öndə gedənlərindən olmuşuq. Rayon səviyyəli yarışmalarda öncüllər sırasında yer tutmuşuq. Bir müddət Ərkivandakı “Qala” komandasının məşqçisi olmuşam. Hazırda kənddə gənc futbolçularla iş aparmaqla yanaşı təmənnasız olaraq Ərkivan futbol-klubuna da rəhbərlik edirəm.
 - Məlumat üçün bildirim ki, 2016-ci ildən ölkə üzrə Həvəskar Futbol Liqasında çıxış edirik. Bu liqada cənub bölgəsini Ərkivan və Boradigah qəsəbələri təmsil edir. Bizim qrupda biz qarışıq 6 komanda iştirak edir (Bu liqada 4 qrup var) – “ŞANXAY” (Bakı ), “Tufan” (Bakı), “Şuşa” (Bakı), “Vətən” (Bakı), “Qobustan” (Qobustan). Bu vaxta qədər 10 görüş keçirilib. 3 dəfə məğlub olmuşuq (“Şanxay” a, hə orda, həm evdə, Qobustana evdə), digərlərində isə qalib gəlmişik. Sonuncu oyun iyunun 19-u, saat 19-00-da Ərkivan qəsəbə stadionunda olub. Hakimin kobud müdaxiləsi ilə Ərkivan komandası uduzdurulub və növbəti mərhələyə çıxmaqdan məhrum olub. (Bu barədə “komanda.az” saytında gedən yazının linkini bu yazıya əlavə edirikhttp://komanda.az/xeber/21288/)
 -
 - Hazırda komanda da 20-dən artıq futbolçu var. Onlardan 2-si Kosakül, hərəsi 1 nəfər olmaqla digərləri Kolatan, Qodman və Masallı şəhərindəndir. Futbolçular hamısı könüllü çıxış edir. Komandaya yazılmaq istəyən onlarla könüllü var.
 - Mən yeri gəlmişkən deyim ki, komandanın yaranmasında ərkivanlı, gənc məşqçi Ramin Həsənovun böyük əziyyətləri olmuşdur. Masallının veteran futbolçusu Balayar İbayevin də bu sahədə zəhmətlərini unutmaq olmaz. Nəhayət, Ərkivan qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbova xüsusi minnətdarlıq bildirmək istəyirəm. Belə ki, o komandanın bütün səfər xərclərini və digər ehtiyaclarını öz üzərinə götürüb.
 - “Arkivan.az” saytında çıxışımdan istifadə edib, bütün ərkivanlılara, eləcə də bütün futbolsevərlərə müraciət edirəm ki, bizə ən azından mənəvi dəstək olun.
 - Bax- FB- Ərkivan.fk
 Zahir

Səhiyyə Tarixi

Ərkivanda səhiyyə 

Digər elm sahələrində olduğu kimi ərkivanlılar səhiyyə sahəsində də bir sıra uğurlara əl atmışlar. Təəssüf ki, biz Ərkivanın səhiyyə tarixi haqqında ən intektual hesab etdiyimiz həkimlərdən belə dolğun məlumat ala bilmədik. Sovet hökumətindən öncə Ərkivanda həkim olubmu? İlk dəfə bu peşəni özünü sənət seçənlər kimlər olub? İlk həkim məntəqəsi harada yaranıb? Bu və buna bənzər suallara biz hələlik cavab ala bilməmişik. Buna görə, hələlik ərkivanlı həkimlər barədə əlimizdə olan ilkin məlumatları sizə təqdim edirik:

"Alimlər” bölməsində qeyd etdiyimiz kimi 4 ərkivanlı tibb sahəsində alimlik adını qazanıb. Onlardan ən ucada dayanan Tibb Elmləri Doktoru olmuş Əvəz Cəbiyevdir. Tibb sahəsində 2-ci tibb elmləri doktoru adını qazanmaq Məhərrəməli Niftullayeva nəsib olub. Bu sırada tibb sahəsi üzrə fəlsəfə doktorları adını qazananlar sırasında Zülfüqar CəbiyevinHəsənağa QəmbərovunVaqif Qurbanovun və Qoşqar Şiriyevin adlarını çəkə bilərik.  Səhiyyə sistemində idarəçilik sahəsində aşağıdakıların adını çəkə bilərik:  Rasim Əzizov – Masallı Səhiyyə şöbəsinin müdiri olmuş, hazırda Masallı MX-nin poliklinikasının müdiridir.  

Seyfəddin Məmmədov – Masallı Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının müdiri olmuşdur.  

Kamal Vəkilov - Masallı Sanitar Epidemioloji Stansiyasının rəisi olmuşdur.

Kamal Məmmədov – Masallı Mərkəzi Xəstəxananın Rentgen Şöbəsinin müdiri.  

Fəxrəddin Nəzərov – Masallı Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri.

İlqar Qurbanov - Masallı Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri şöbəsinin müdiri.

Natiq Məmmədov – Mərkəzi xəstəxananın mədə xəstəlikləri şöbəsinin müdiri.

Ramiz Sadıqov – Kalinovka xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri.  

Faiq Əliyev – Masallı Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri işləyib.

Hazırda həmin xəstəxanada cərrahdır.

Kazımov Xanoğlan İbrahim oğlu. – Masallı Rayon Uşaq Xəstəxanasının müdiri işləmişdir. Vəfat etmişdir.

Ərkivanlılar bir sıra kəndlərdəki

"Sağlamlıq” Mərkəzlərinə rəhbərlik etmişlər və edirlər.

Vaqif QurbanovRauf Qurbanov – müxtəlif vaxtlarda Qızılağac həkim məntəqəsinə rəhbərlik ediblər.  

Əlican Məmmədov – Yeddioymaq kəndində həkim məntəqəsinin müdiri işləyib. Vəfat edib.

Məmməd İbayev – Təzə Alvadı həkim məntəqəsinə rəhbərlik edib.  

İlqar Qurbanov - Bədəlan həkim məntəqəsinin müdiri olub.

Rauf Qurbanov - Qəriblər həkim məntəqəsinin müdiri işləyir.  

Bağır Bağırov – Təklə həkim məntəqəsinin müdiri işləyir.

Vaqif Sadıqov - Qodman həkim məntəqəsinin müdiri işləyir  

Tofiq Şahbazov – Şəki Rayonlararası Şəkər Xəstəxanasının direktoru işləmişdir.

Hüseynbala Novruzov– Bakıda 1 saylı klinikanın baş həkimin müavini  

Əlsahib Mahmudov - Bakıda Əhmədli qəsəbəsində 14 saylı poliklinikanın müdiri.

Fərayil Məmmədov —Lənkəran Diaqnostika Mərkəzinin həkimi    

Ərkivanlı stomatoloqlar, ginekoloqlar, qadın həkimlər, ilk apteklər və əczaçılar və sair bölmələr üzrə yazılar isə hazırda işlənir. .

Mədəniyyət Tarixi

Öncə bildirək ki, ərkivanlılar bir neçə dəfə Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb. Öncə bu vəzifədə Abuzər Mikayılov, daha sonralar qısa müddətə Qardaşxan Zeynalov, nəhayət Talıb Əliyev işləyib. Ərkivanlı mədəniyyət işçiləri sırasında ən yüksək adı Ramazanlı alim Nadir Məmmədovun qızı Lalə Məmmədov qazanıb. O, Respublikanın Əməkdar Artisti adına layiq görülüb. Ərkivanlı müğənnilər arasında Nəriman Məmmədovu, onun oğlu Azər Nəriman oğlunu, Şamo İbayevi və başqalarını da göstərmək olar. Tanınmış müğənni Miriş Hesynov d Qəriblər kəndində anadan olsa da orta təhsilini Ərkivanda alıb. Ərkivanlı müğənnilərin mahnılarının lingləri ilə Videolar bölümündə tanış ola bilərsiniz. Ərkivanda bir neçə nəfər Balayar İbayev, Tale Mikayılov və başqaları tamadalıqla məşğul olur. Ərkivanlı rəssamlar Ərkivanlı rəssamlardan söz düşəndə öncə Fətullayev qardaşları yada düşür. (Bu barədə yaxın vaxtlarda ayrıca yazını sizə təqdim edəcəyik). Digər ərkivanlı rəssamlar sırasında dünyasını vaxtsız dəyişmiş İslam Bağırovu (Abbaslı m.) və Yunus Yunusovu (Qızılaküçə m) göstərə bilərik Hazırda Ərkivanda rəssamlıqla məşğul olanlardan biri Allahverən İbayevdir.

Ərkivanda Təhsil

Ər­ki­van­da çar Ru­siy­a­sı dövründə kənd­də olan ru­ha­ni­lər tə­rə­fin­dən ev­lər­də və ya mə­scid­lər­də yal­nız di­ni dər­slər ke­çi­ri­lir­miş. 1880-1885-ci il­lər­də Ər­ki­van­da rə­s­mi mə­d­rə­sə­lər (mol­la mək­tə­bi) ya­ran­mış­dır ki, bu mə­d­rə­sələr­dən birində Hacı Mol­la Mə­həm­mə­dəli Axund və Mol­la Ağ­ar­za Axund dərs ve­rir­miş. Dey­i­lən­lə­rə gö­rə XIX əs­rin son­la­rın­da kənd­də yal­nız bir nə­fər Mir­zə ol­muş­dur.  XX əs­rin 1-ci onil­liy­in­də isə kən­din Göllü mə­həl­lə­sin­dən Aba­sə­li Ba­xış oğ­lu, Hə­sə­nəküc­ə­də Qur­ba­nə­li Əl­məm­məd oğ­lu kənd­də ana di­lin­də mək­təb aç­mağa cəhd et­mi­ş­lər.

1920-ci il­də Ək­bər­xan Ta­lı­şın­ski­nin ya­xın­dan kö­məyi ilə Ər­ki­van kən­din­də ilk ib­ti­dai mək­təb açı­lır. O, za­man kənd­də ic­ti­mai bi­na ol­ma­dığ­ın­dan mək­təb ilk də­fə Ab­bas­lı mə­həl­lə­sin­də Mol­la Sə­fər İb­ra­him oğ­lu­nun evin­də fə­a­liyy­ə­tə ba­ş­la­mış və türk əlif­ba­sı ilə dərs ke­çi­ril­miş­dir.

Hə­min mək­təb­də ilk müəl­lim Bə­dir­li mə­həl­lə­sin­dən Mu­sa Hacı Za­hid oğ­lu ol­muş­dur. 1921-ci il­də mək­təb Ab­bas­lı mə­həl­lə­sin­də Ey­nə­li Məm­mə­do­vun evi­nə köçürülmüşdür. (so­nra­lar Burc­u­nun ya­şa­dığı ev­də) I-II si­nif şa­g­ird­lə­ri ora­da bir otaq­da dərs ke­ç­mi­ş­lər.

 Bədirli məhəlləsindən Nüsrət Mirzəyev, Pə­lə­ngküştə məhəlləsindənVəkil Bayramov da Ərkivan kəndinin ilk müəllimləri olmuşlar.  1921-ci il­də hə­min mək­təb Göllü mə­həl­lə­si­nə-Ka­mi­lin evi­nə köçürülmüş və 1927-ci ilə ki­mi bu­ra­da fə­a­liy­yət gö­s­tə­rə­rək sonar 7 il­lik və na­ta­mam or­ta mək­tə­bə çe­v­ril­miş­dir.  1920-ci il­də Mol­la Sə­fər İb­ra­him oğ­lu­nun evin­də təş­kil olu­nan mək­tə­bin 1-ci si­ni­fin­də ilk də­fə 13 nə­fər oxu­muş­dur.  

Ab­bas­lı mə­həl­lə­sin­dən Ab­dul­lay­ev Qə­dir Biny­ət oğ­lu.

Bə­dir­li mə­həl­lə­sin­dən Bağ­ı­rov Əli Bağ­ır oğ­lu.

Bə­dir­li mə­həl­lə­sin­dən Bağ­ı­rov Qə­dir Bağ­ır oğ­lu.

Ab­bas­lı mə­həl­lə­sin­dən Qur­ba­nov Məş­qur İs­ra­fil oğ­lu.

Ab­bas­lı mə­həl­lə­sin­dən İb­ra­hi­mov Əzim Mol­la Sə­fər oğ­lu.

Ab­bas­lı mə­həl­lə­sin­dən Məm­mə­dov Məm­məd Məc­id oğ­lu.

İsi­o­ba mə­həl­lə­sin­dən Məm­mə­dov Hey­bət Mu­sa oğ­lu.

Pə­lənküştə mə­həl­lə­sin­dən Məm­mə­dov Ya­qub Əmi­ras­lan oğ­lu.

Bə­dir­li mə­həl­lə­sin­dən Za­hi­dov Məm­mədhüseyn Za­hid oğ­lu.

Bə­dir­li mə­həl­lə­sin­dən Rüstə­mov Mə­za­hir Məm­məd oğ­lu.

Cə­bi­li mə­həl­lə­sin­dən Cə­biy­ev Ab­dul­la Ab­dul­kə­rim oğ­lu.

Bə­dir­li mə­həl­lə­sin­dən Hə­sə­nov Əlöv­sət İb­ra­him oğ­lu.

İsi­o­ba mə­həl­lə­sin­dən Şa­miy­ev Fa­zil Da­daş oğ­lu.  

1923-1926-cı il­lər­də Ər­ki­van kən­din­də gənc­lər oxu­mağa cid­di meyl gö­s­tə­rir­di­lər. Bu­nu nə­zə­rə ala­raq döv­lət tə­rə­fin­dən Ər­ki­van kən­din­də 1927-ci ild böyük bir mək­tə­bin bi­nö­v­rə­si qoy­ul­muş, mək­tə­bin ti­kin­ti­si 1928-ci il­də ba­şa çat­dı­rıl­mış­dır. Hə­min mək­tə­b xa­rici görünüşünə görə "Ağ mək­təb" ad­lan­dı­rıl­mış­dır.

"Ağ Mək­təb" əv­vəl 7-il­lik, so­nra isə 1937-ci il­dən or­ta mək­təb ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir.  

Bun­dan əv­vəl 1931-1932-ci il­lər­də da­ha 3 mə­həl­lə­də -Bə­dir­li, Hə­sə­nəkücə və Bağ­lakücə mə­həl­lə­lə­rin­də ib­ti­dai mək­təb­lər ya­ra­dıl­dı. Bun­lar 1933-cü ilə ki­mi Ər­ki­van 7 il­lik mək­tə­bi­nin nəz­din­də ol­muş, so­nra isə müstə­qil ola­raq 7 il­lik mək­təb ki­mi fə­a­liyy­ət gö­s­tər­mi­ş­lər. Bu mək­təb­lər­də ilk də­fə Və­kil Əbdülə­li oğ­lu Bay­ra­mov (Pə­lənküştə) və Nüsrət Mir­zəy­ev (Bə­dir­li mə­həl­lə­si) müəl­lim iş­lə­mi­ş­lər.

Ər­ki­van kən­din­də 1978-ci il­də 624 yer­lik (Abbaslı) ye­ni bir mək­təb ti­kil­məyə ba­ş­lan­dı və 1980-cı ilin senty­a­b­rın­da is­ti­fa­dəyə ve­ri­lə­rək C.Cab­bar­lı adı­na or­ta mək­təb ki­mi fə­a­liyy­ət gö­s­tə­rir.

Bu­nun­la ya­na­şı Bə­dir­li, Hə­sə­nəkücə və Bağ­lakücə 7 il­lik mək­təb­lər də so­nra­kı il­lər­də or­ta mək­tə­bə çe­v­ril­miş­dir.

 Ha­zır­da Ər­ki­van kən­din­də ilk or­ta mək­təb olan "Ağ mək­təb­dən" baş­qa (Bu məktəb indi əsas məktəb kimi fəaliyyətdədir) da­ha 4 or­ta mək­təb fə­a­liyy­ət gö­s­tər­mək­də­dir. Bun­larC.Cab­bar­lı adı­na Ər­ki­van, Və­kil Bay­ra­movadı­naBağ­lakücə, Şə­hid Əl­van Bağ­ı­rov adı­na Hə­sə­nəkücə və Şə­hid Za­hir Nəc­ə­fov adı­na Bə­dir­li or­ta mək­təb­lə­ri­dir. Bundan əlavə, 2013-cü ildən Allahyarlı kəndi Ərkivan qəsəbəsinə qatıldığından buradakı ibtidai məktəb də Ərkivan məktəblərindən sayılır. 

Savad kursları və “Ağ məktəb”

 1932-1938-ci il­lər­də 7 il­lik mək­təb­lə­rin nəz­din­də hər bir mə­həl­lə­də qa­dın və ki­şi­lər üçün sa­vad kur­sla­rı da ya­ra­dıl­mış­dır. On­la­ra dərs de­mək üçün yax­şı oxuy­an yu­xa­rı si­nif şa­g­ird­lə­rin­dən də is­ti­fa­də edi­lir­di. Abdurrəhman Səmədov "Yax­şı ya­dım­da­dır, mən o za­man V-VI si­ni­f­lər­də oxuy­ar­kən dərs əla­çı­sı ki­mi kən­din ilk müəl­li­mi, Bağ­lakücə 7 il­lik mək­tə­bi­nin di­rek­to­ru iş­ləy­ən mər­hum Və­kil Bay­ra­mo­vun də­və­ti ilə Qı­zı­laküçə mə­həl­lə­si üçün təş­kil edi­lən sa­vad kur­su­na cəlb edi­lən adam­la­ra Mol­la Müzəf­fər Axun­dun evin­də dərs de­mi­şəm”.  Ər­ki­van "Ağ mək­təb"i il­lər keç­dikcə in­ki­şaf edə­rək ray­on­da və hət­ta bö­lg­ə­də tə­d­ris, tə­lim-tər­biyə sa­hə­sin­də nümu­nə­vi or­ta mək­təb ki­mi ta­nı­nır. Bu­ra­da xüsu­sən nümu­nə­vi kimya, fi­zi­ka, ka­bi­nə­lə­ri (la­bo­ra­to­riy­a­la­rı) təş­kil edil­miş­dir. Bun­dan baş­qa "Ağ mək­təb"də bə­dən tər­biy­ə­si və id­man ka­bi­ne­ti da­ha yüksək sə­viyy­ə­də təş­kil edi­lə­rək şa­g­ird­lə­rə hər­bi və­tən­pər­vər­lik ru­hu aşı­la­maq məq­sə­di­lə 1938-ci il­lər­də hər­bi ka­bi­ne­tə çe­v­ril­di və bu­ra­da hər­bi dər­slər ke­çi­ril­di. İlk hər­bi dər­slə­ri dey­ən hər­bi müəl­li­mi­miz Ma­sal­lı­nın İs­kən­dər­li kən­din­dən olan Mə­həm­mədhüseyn Axun­dov idi. Bu da ya­dam­da­dır ki, ray­o­nun di­g­ər mək­təb­lə­rin­dən yu­xa­rı si­nif şa­g­ird­lə­ri xüsu­si cəd­vəl üzrə təy­in edil­miş günlər­də "Ağ mək­təb"də­ki kimya, fi­zi­ka və hər­bi ka­bi­nə­lər­də (la­bo­ra­to­riy­a­lar­da) prak­tik mə­şğ­ə­lə­lər­də iş­ti­rak edir­di­lər. Hər il "Ağ mək­təb"i bi­ti­rən müda­vim­lə­rin ək­sə­riyy­ə­ti ar­dıc­ıl ola­raq ali mək­təb­lə­rə qə­bul olu­nur­du­lar. Bütün bu key­fiyy­ət­lə­ri­nə gö­rə Ər­ki­van "Ağ mək­təb"i nümu­nə­vi or­ta mək­təb ki­mi ray­on, bö­lgə və re­s­pub­li­ka miqy­a­sın­da ta­nın­mış və yüksək hör­mə­tə ma­lik ol­muş­dur. "Ağ mək­təb"in fə­a­liyy­ət xid­mə­ti və na­i­liyy­ət­lə­ri­nin nə­tic­ə­si­dir ki, Ər­ki­van kən­din­də ziy­a­lı po­ten­si­a­lı xey­li in­ki­şaf et­miş­dir.  

İn­di "Ağ mək­təb" xüsu­si tə­mayüllü li­sey ki­mi fə­a­liyy­ət gö­s­tə­rir.

Ər­ki­van "Ağ mək­təb"inin Masallının təhsil tarixində mühüm rolu nəzərə alınaraq 1998-ci il­də Zahir Əmənovun və Sücəddin Novruzovun təşəbbüsü ilə onun 70 il­lik yu­bi­leyi tən­tə­nə­li su­rət­də qeyd edil­di. Yu­bi­ley­də Azər­bayc­a­nın xalq şa­i­rə­si Mir­va­ri Dil­ba­zivə o vaxt rayonun icra başçısı işləyən Teymur Yəhyayev iş­ti­rak ediblər.

Ha­zır­da Ər­ki­van kən­din­də fə­a­liyy­ət gö­s­tə­rən 6 mək­təb­də 2600 nə­fər şa­g­ird təh­sil alır ki, bun­la­rın tə­lim-tər­biyəsi ilə 230-a yaxın yüksək ix­ti­sas­lı müəl­lim mə­şğ­ul olur. 

                                          Ər­ki­van­da "Ağ mək­təb"ə qə­dər və "Ağ mək­təb"də di­rek­tor iş­lə­miş müəl­lim­lər

Mu­sa Za­hi­dov — Bə­dir­li, 1920-1921

Və­kil Bay­ra­mov — Pə­lə­ngküştə, 1921-1925

Mir Ələk­bər Ağ­ay­ev — Ma­sal­lı, 1926-1928

Mir­zə İs­may­ıl Əzi­mov — Şə­rə­fə, 1928-1930

Hüseyn Hüsey­nov — Qa­zax ray­o­nun­dan, 1930-1931

Nüsrət Mir­zəy­ev — Bə­dir­li, 1931-1932

Fə­tul­la Ab­dul­lay­ev — Dad­va kən­di, 1932-1934

Əli Bağ­ır­za­də — Bə­dir­li, 1935-1937

Qu­lamhüseyn Mah­mu­dov— Dad­va kən­di, 1937-19423

Mir­nuh Hüsey­nov — Lən­kə­ran, 1942-1943

Mən­su­ma Əli­bəy­o­va — Ba­kı­lı, 1943-1944

Əli Bağ­ır­za­də — Bə­dir­li, 1944-1950

İz­zət Cə­biy­ev — Bə­dir­li, 1950-1952

Ən­vər Hə­sə­nov — Bə­dir­li, 1952-1960

Fa­zil Nağ­ıy­ev — Bə­dir­li, 1961-1965

Xur­şud Qa­sı­mov — Həsənəkücə, 1965-1969

Fəyy­az Hə­sə­nov — Bə­dir­li, 1969-1980

Şəm­səd­din Əm­ras­la­nov — Pə­lə­ngküştə, 1980-1983

Hac­ı­ba­ba Əm­ra­hov — Bə­dir­li, 1983-1988

Za­kir Əliy­ev — Abas­lı mə­həl­lə­sin­dən, 1989-1993

Bur­han Ağ­a­ba­lay­ev — Abas­lı,1993-1993

Nurəddin Məlikov – Həsənəküçə

Fərhad Qənbərov - Göllü

Rasif Cabbarov - Ramazanlı

Zahirə Məmmədova – İsoba (Hal-hazırda direktordur) 

Ərkivan Kitablarda və Məqalələrdə

Ərkivan kitablarda və məqalələrdə Ərkivan haqqında zaman-zaman müxtəlif qəzetlərdə, jurnallarda, tarixi kitablarda məlumatlar çap olunmuşdur.20 il öncə isə Zahir Əmənov bütün bu məlumatları 12 səhifəlik bir qəzetə topladı və Sücəddin Novruzovun sponsorluğu ilə "Ərkivan” adlı qəzetdə toplandı.Bundan 2 il sonra filologiya elmləri doktoru Vaqif Yusifli "Ərkivan və ərkivanlılar” adlı kitabında bu məlumatları daha da təkmilləşdirdi. 

Nəhayət 2012-ci ildə Baytarlıq üzrə fəlsəfə doktoru Abdurrəhman Səmədov Ərkivan haqqında 500 səhifəlik "Ərkivan salnaməsi”-ni hazırladı. Siz bu bölmədə təkcə Ərkivan haqqında məqalələr və kitablarla yox, əkrivanlıların çap olunmuş kitabları ilə də tanış olacaqsınız.

 Hə­min günün sə­hə­ri mən Ba­had­din müəl­li­min həy­ə­tin­də əl ilə quyu qaz­mağa ba­ş­la­dım. Gündə üç me­t­rə qə­dər qa­zır­dım. Sək­ki­zinci metr­də bir qa­ra çi­raq rast gəl­di. Çı­ra­qın içi xır­da me­tal pul ilə do­lu idi. Əl­də kə­sil­mə pul idi. Am­ma üstündə­ki ya­zı­sı­nı oxuya bil­mə­dim. Ve­d­rəyə qoy­ub çı­ra­qı gön­dər­dim çö­lə və de­dim Ba­had­din müəl­lim, qı­zıl gön­də­ri­rəm, anc­aq şə­ri­kik. Ba­had­din müəl­lim de­di ki, bu qı­zıl dey­il. (Ba­had­din müəl­lim hə­mən pul­dan so­nra­lar Hi­ş­kə­də­rə kən­din­də Rə­him müəl­li­min təş­kil et­diyi diy­ar­şu­nas­lıq mu­zey­i­nə və Ba­kı ta­rix mu­zey­i­nə də ver­miş­dir). Az so­nra quy­u­nun on al­tıncı me­t­rin­də Xan qa­la­sı­na ge­dən yo­la rast gəl­dim. Mən hə­min quy­uya işıq çək­dir­dim, işıq ka­be­li­in uzun­lğu qə­dər mən hə­min yol ilə hə­rə­kət et­dim. So­nra isə quyu və yol qa­ran­lıq ol­duğu üçün yu­xa­rı­da olan­lar mə­ni səs­lə­di­lər. Mən ge­ri qay­ıt­dım, əli­mi hə­min is­ti­qa­mə­tə uza­dıb so­ruş­dum. Bu­ra han­sı tə­rəf­dir? De­di­lər Xan Qa­la­sı­na ge­dən tə­rəf­dir. De­dim Ba­had­din müəl­lim, ki­sə götür düş quy­uya ge­dək xə­zi­nəyə. Ba­had­din müəl­lim dedi ki, sən­dən xa­hiş edi­rəm o yo­lu dol­dur, yox­sa gə­lib həy­ə­ti­mi mən­dən alar­lar. Mən də qaz­dığ­ım tor­paq­la­rı hə­min yo­la dol­dur­dum. Quy­u­nun qa­zın­tı­sı­na da­vam et­dim. Quy­u­nun də­rin­liyi 20 metr idi. Su quy­u­nun di­bin­dən çıx­ma­dı. La­kin dağ tə­rəf­dən bir çeş­mə açıl­dı. Kə­h­riz çeş­mə­si ki­mi güclü idi. Bu əh­va­lat dil­dən-di­lə do­laş­dı. Bir gün Ba­kı­dan gə­lib mən­dən so­ruş­du­lar, de­di­lər sə­nə 10 min ma­nat pul ve­ri­rik hə­min ye­ri bi­zə gö­s­tər. La­kin mən qor­xub boy­un qa­çırt­dım, de­dim ki, be­lə bir şey yox­dur, ya­lan­dır.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az