Kəndin adı: 
Babaser

Əhalisi: 
1700 nəfər

Ərazisi: 
325 ha
 
Coğrafi mövqeyi: 
Masallı –Boradigah-Lənkəran yolu üstündə yerləşdiyindən çox əlverişli bir coğrafi şəraiti vardır.

Kəndin əsas məşğuliyyəti: Əkinçilik və maldarlıq

Həmsərhəd olduğu kəndlər:
Şərqdən Mollaoba, qərbdən Sığdaş, cənubdan Tüklə, şimaldan Bədəlan kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
“Babaser “ sözü sırf talış toponiminə aiddir.Əsil adı “Bobose” olub.Sonralar müasir halını alıb.Adın mənası - “Bobo”yəni kəndin ilk sakini olmuş Bobo kişinin adı ilə bağlıdır.”Se”sözü isğil,göl,su yığılan yer deməkdir.Yəni Baba kişinin gölü mənasını verir.

Babaser kəndinin qısa tarixi:
Babaser kəndinin tarixi çox qədimdir. Yaşlı aösaqqalların sözlərinə görə kəndin yaşı 400-500-il bundan əvvələ gedib çıxır.Kənd indiki yerləşmə sahəsindən 200m şərqdə yerləşib.Amma yeri çox alçaq olub və tez-tez su basıb.İndiki yerləşdiyi ərazi isə meşəlik olub.Sonradan kəndlilər meşəni təmizləyərək tədricən indiki əraziyə köçməyə başlayıblar. Kəndin ən qədim yaşayış yeri “köhnə evlər” mənasını verən “Kana-kanov” məhəlləsidir.Həmin məhəllədə cəmi 5 ev olub. Sonradan tədricən evlər çoxalmağa başlayıb. Mollaoba kəndi ilə birlikdə 1932-ci ildə “İskra” kolxozu yaradılıb.

İlk kolxoz sədrləri: 
1.Məmmədov Eynulla Seyfulla oğlu;
2.Mirzəyev Xankişi Mirzə oğlu;
3.Bayramov Bayraməli Bayram oğlu;
4.Mahmudov Məmməd Mahmud oğlu;
5.Əhədov Kamil Məmməd oğlu.

1953-cü ildə Babaser kəndinin torpaqları Mollaoba ilə birləşdirilərək “Yeni həyat”kolxozu yaratdılar.Kolxozun sədri Məcidov Musa,müavini isə Əhədov Kamil oldu. 1958-ci ildə isə “Yeni həyat”kolxozu Boradigahdakı Telman adına kolxoz ilə birləşdirildi. Əhədov Kamil Boradigah kənd sovetinin sədri təyin olundu.
1961-1964-cü illərdə kənddə su anbarı tikilib.

Kənddə ilk məktəbin açıldığı tarix:
1928-ci ildə 3 illik məktəb açılıb. Maraqlısı bu idi ki, o vaxt məktəbdə talış dili fənni də tədris olunurdu. Məktəbin ilk direktoru Əzimov Qürbət müəllim olmuşdur.
1928-1937-ci illərdə məktəbə o direktorluq etmiş, sonralar isə aşağıdakılar bu vəzifəni daşımışlar:
1938-1968-ci illər: Nurullayev Yadulla
1969-1994-cü illər: Boyliyev Mürsəl
1994-2008-ci illər: Mirzəyev Şahrza
2009-cü ildən isə Eminova Nərgiz Vəfa qızı 
İlk məktəb Kərbəlayı Hüseynin evində açılıb. Hüseynin evi iki mərtəbəli olduğuna görə kommunistlər evi alıb məktəbin ixtiyarına veriblər. 1968-ci ildə məktəb üçün 6 otaqlı bina tikilmiş, məktəb də 8 illik məktəbə çevrilmişdir. 2009-cu ildə Babaser kəndində 200 yerlik yeni müasir məktəb tikilmişdir.

Kəndin ilk ali təhsillisi:
Məmmədov Qubad Seyfulla oğlu,
Yardımlı rayonunda müəllim işləyib, 1941-1945-ci illər müharibəsində həlak olub.

Kəndin görkəmli şəxsiyyətləri:
1. Şeyx Qüdrət Kərbəlayı Ağakişi oğlu.(1905-1975)
1905-ci ildə anadan olmuşdur.ilk dini təhsilini əvvəlcə atasından,sonralar isə Molla Mikayıldan alıb.O,ərəb,fars,türk dillərini mükəmməl bilib.Ali dini təhsilini Şərqin ən məşhur mədrəsələrindən biri olan Ərdəbil şəhərinin “Mirzə Əli Əkbər” mədrəsəsində alıb.Şeyx Qüdrət o dövrün böyük din xadimləri olan Şeyxülislamlar Ağa Əlizadə,Şeyx Məhsun Həkimzadə,Şeyx Hüseyn,Şeyx Mir Bəşir ağa ,Şeyx Əli və digərləri ilə dostluq etmişdir.Hazırkı Şeyxülislam Hacı Allahşükür Paşazadə və həmçinin Hacı Mir Əziz Ağa,Hacı Barat,Hacı Mir Cavad,Hacı Əlihəsən onun şagirdləri olmuşlar.Şeyx Qüdrət 1975-ci ildə vəfat etmişdir.

2.Kərimov Mikayıl Kərim oğlu(1955-2011)
Kərimov Mikayıl 1977-ci ildə BDU-nin jurnalistika fakültəsinə daxil olmuş,yaxşı oxuduğuna görə onu 1979-cu ildə Moskvadakı Lomonosov adına universitetə göndərdilər.1984-cü ildə oranı müvəffəqiyyətlə bitirən Mikayıl Bakıya dönərək müxtəlif teleqraf agentliklərində çalışmışdır.2003-cü ildə müstəqil”Alternativ”qəzetini nəşr etdirmişdir.

3.Abbasov Şeyx Əhməd Şeyx Qüdrət oğlu(1942)
Buxara və Daşkənddə ali ruhani təhsil alıb.1985-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının sədri vəzifəsində çalışır.

4.Rüstəmov Elşən Mərdan oğlu(1971)
1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyorluğu”fakültəsini bitirib.1992-ci ildə ilk dəfə “Etiraf”filmində baş rola Azad roluna çəkilib.1994-cü ildə isə onu məşhur edən “İtkin gəlin”filmində çəkildiyi Elməddin rolu oldu.
2012-ci ildə “Əməkdar artist”fəxri adına layiq görülmüşdür.

5.Mahmudov Nəsrulla Məmməd oğlu(1936)
1952-1957-ci illərdə Tibb institutunun Stomotologiya fakültəsini bitirib.1962-ci ildən Masallı rayon xəstəxanasında çalışmış,sonradan Baş stomotoloq olmuşdur.2011-ci ildən təqaüddədir.

6.Əliyev Şücaət Adil oğlu(1969)
1988-1995-ci illərdə Bakı dövlət Tibb Universitetini bitirib.Hal-hazırda Sarıcalı Hərbi Qospitalının rəisidir.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
1.Şahbazov Rəşad Murad oğlu(1986-2005)
2.Əhədov Araz Bəxtiyar oğlu(1984-2003)

Qarabağ veteranları:
1.Məmmədov İxtiyar Xudayar oğlu(1973)
2.Boyliyev Şaiq Mürsəl oğlu(1974)
3.Əliyev Nicat Səadət oğlu(1975)
4.Qənbərov Rakit Musa oğlu(1964)
5.İsmayılov Əmirxan Səfər oğlu91963)

BVM-də iştirak edənlər:
1.Abbasov Mirzə Atakişi
2.Abbasov Şali Qəhrəman
3.Abbasov Novruzəli Əziz
4.Abbasov Mütəllim Fərzulla
5.Ağasiyev Sahib Mahmud
6.Boyliyev Məmməd Məmmədrahim
7.Boyliyev Rəhmət Məmmədrahim
8.Boyliyev Əhməd Məmmədrahim
9.Boyliyev Əhməd Ağarəhim
10.Əliyev Qürbətəli Bayraməli
11.Əhədov Xalıq Məmməd
12.Məmmədov Yədulla Seyfulla
13.Mövsümov Məmməd Möhsüm
14.İsmayılov Cahangir Qaraxan
15.Məmmədov Qubad Seyfulla
16.Həsənov Əsgər Əhməd
17.Həsənov Gülməmməd Əhməd
18.Həbibov Mehrəli Güləli
19.Həbibov Mirzəbala Feyzulla
20.Həbibov İslam Yunus
21.Heydərov Abdulla Heydər
22.Heydərov Eynulla Heydər
23.Heydərov Fətulla Heydər
24.Zahirov Rəzi Gülməmməd
25.Zahirov Nəzir Həşim
26.Zaliyev Yadulla Seyfulla
27.Şahbazov Gülağa Ağabala
28.Şahbazov Həsən Şaban
29.Talıbov Böyükağa Nəhmətulla

Kəndin ziyalıları:
1.Mahmudov Nəsrulla Məmməd
2.Mahmudov Vüqar Nəsrulla oğlu
3.Mahmudov Rafael Nəsrulla
4.Boyliyev Mürsəl Məmməd oğlu
5.Nəsirov Qafur Rəhmət oğlu
6.Nəsirov Rasif Rahib oğlu
7.Eminova Nərgiz Vəfa qızı
8.Mirzəyev Şahrza Ağarza oğlu
9.Quliyev Aydın Səmədulla oğlu
10.Rüstəmov Elşən Mərdan oğlu
11.Əliyev Şücaət Adil oğlu
12.Həsənov Pərviz İdris oğlu
13.Həsənova Həlimə Əlibaba qızı
14.Nəsirova Kəmalə Cəbrayıl qızı
15.Əhədova Vüsalə Vüqar qızı
16.Zaliyeva Kəmalə Adil qızı
17.Fərzəliyeva Xatirə Sabir qızı
18.Həbibov Zülfüqar Süleyman oğlu
19.Əliyeva Nigar Sakif qızı
20.Əliyev Cavid Sakif oğlu
21.Qardaşov Zabit Ələkbər oğlu
22.Qardaşov Mais Ələkbər oğlu
23.Qardaşova Tünzalə Ələddin qızı
24.Səlimova Firuzə Nüsrət qızı
25.Abbasov Fərhad Məzahir oğlu
26.Abbasov Ədalət Hacı oğlu
27.Rüstəmov Mehti Mərdan oğlu
28.Cavadov Ədalət Bayraməli oğlu
29.Əzimov Lazım Əzim oğlu
30.Ağayev Beytulla Dadaş oğlu
31.Mahmudov İlqar Nəsrulla oğlu
32.Mahmudova Afət İbarət qızı
33.Əzimov Yasər Əzim oğlu
34.Əzimov Rasif Əzim oğlu
35.Əzimov İltimas Cani oğlu
36.Əzimov Ehtiman Cani oğlu
37.Abbasov Kənan İbrahim oğlu
39.Abbasov Əfqan İbrahim oğlu
40.Mikayılov Fərəmaz Əmiraslan oğlu
41.Həsənov Elman Qurbanəli oğlu
42.Abbasov Yunus Loğman oğlu
43.Şiriyev Atabala Xanlar
44.Ağayev Zabil Aslan
45.Zahirov Elçin İnşallah
46.Qənbərov Rövşən Əbazər
47.İsmayılov Ravil Şəmsəddin
48.Zaliyev Burhan Qurban
49.Soltanzadə Ülviyyə Ənvər
50.Məmmədov Əlisurət İsa
51.Əhədov Fəxrəddin Kamil
52.Əhədov Əliyar Kamil
53.Əhədov Elmar Fəxrəddin
54.Zaliyev Firudin Bəhlul
55.Rüstəmov Manaf Xanoğlan
56.Kəlbiyev Fəzail Əvəz
57.Qardaşov Ələsgər Qüdrət
58.Şiriyev Böyükxan Balağa
59.Qardaşov Heybət Ələkbər
60.Zaliyeva Fatma Bəylər
61.İsmayılov Nayib Rəcəb
62.Mayılov Zöhrab Eldar
63.Zaliyev Fərəc Fətulla
64.Zaliyev Asəf Fərəc
65.Nəzərov Zahir Baxşəli
66.Əliyev Hüseyn Adil
67.Əliyev Vəfadar Səadət
68.İsmayılov Şahmar Səfər
69.Abbasov Tahir Əhməd
70.Mahmudova Tahirə Məmməd
71.Məmmədova Nərgiz Həkim

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az