Kəndin adı: 
Kosakül

Ərazisi:
150 ha

Əhalisi: 
950 nəfər

Rayon mərkəzindən 2 km məsafədə, Viləş çayının sol sahilində yüksəklikdə yerləşir, Masallı şəhəri, Ərkivan qəsəbəsi, Banbaşı, Binə Xocavar, Şərəfə kəndləri ilə həmsərhəddir. Əhalinin əsas məşğuliyyəti əkinşilik və heyvandarlıqdır.Kənddə tam orta məktəb, kitabxana, feldşer-mama məntəqəsi fəaliyyət göstərir, bir məscid dindarların istifadəsindədir. Kənddə eyni zamanda 2 kərpic sexi, 2 asfalt zavodu, bir yol-təmiri şirkəti fəaliyyət göstərir. 180 yerlik müasir tipli Kosakül kənd tam orta məktəb binasının tikintisinə başlanmışdır. Kənd əhalisinin fikrincə, kəndin adı Kosakül yox, Kasagüldür. Kasagül sözü sovetlər dönəmində rus dilinə çevrilməklə Kosakül şəklini almışdır. Ehtimallara görə indiki Kosakülün yerində böyük gül baxçası olmuş, bu bağda xüsusulə qızılgüllərin ən ətirli növləri yetişdirilmişdir. Kəndin əhalisi Ərkivan qalasında yaşayan xana və onun ailəsinə mütamadi olaraq gözəl seçilmiş güllərindən bişmiş palçıqdan hazırlanmış xüsusi kasalarda gül hədiyyələri apararmışlar. Kəndin adını əvvəlcə “ Kasada-gül “, sonralar isə Kasagül adlandırmışlar. Kənddə ilk məktəbin açılışı keçən əsrin otuzuncu illərinə təsadüf edir. Kosakül kəndinin ilk ali təhsilliləri Mənsimov Şaban Manaf oğlu, Məmmədəliyev İsaq Hacıağa oğlu və Ağabalayev Bəhlul Əjdər oğlu olmuşlar. Kəndi ilk və yeganə alimi kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Talıbov İzzət Ataxan oğludur. O, hazırda Elmi-tədqiqat Meliorasiya institutunda işləyir. Yazıçı jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Bitliyinin üzvü, əməkdar jurnalist, Zakir Abbas hazırda Mədəniyyət və İncəsənət univerisitetinin müəllimidir. Məmmədov Məmmədhüseyn Hacıağa oğlu Masallı Şəhər Ticarət idarəsinin rəisi işləmişdir. Rəsulov Əlisəfa Ataxan oğlu Masallı və Lerik rayonlarında rəis müavini vəzifəsində işləmişdir 2-ci Dünya Müharibəsi iştirakçılarından sağ qalanı yoxdur.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az