ÜÇ MASALLILI AKADEMİK

30

Tağıyev  Bahadır  Hüseyn  oğlu  - Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi üzvü, fizika-riyaziyyat  elmləri  doktoru, professor,  Akademiyasının fizika institutunun direktor müavini,  Azərbaycan  Respublikasının  Dövlət  Mükafatı laureatı 


- 1934 - cü  ildə  martın 13-də  Masallı  rayonunun Türkoba kəndində  anadan olmuşdur . 

- 1941-1945-ci  illərdə  İkinci  Cahan  müharibəsinin  ağrı-açısını  hələ uşaqlıqdan  duymuş , öz  zəhməti  bahasına  həyatda tutduğu  mövqeyə  çatmışdır. 

- 1952-ci ildə V.İ.Lenin  adına (indiki Azərbaycan Dövlət Pedaqoji Univeristetinin) Azərbaycan Dövlət Pedaqoji İnistitutunun  fizika  şöbəsinə  daxil  olmuş və 1956-cı ildə həmin ali məktəbi fizika  ixtisası  üzrə  bititmişdir. 

- 1959-cu  ilin  sonunda Azərbaycan MEA-nın  Fizika  İnstititunun aspiranturasına  qəbul olunaraq keçmiş SSRİ EA-nın Leninqrad şəhərindəki (indiki Sankt-  Peterburq) Yarımkeçiricilər  İnistitutuna  ezam olunmuşdur. 

- Öz  elmi  fəaliyyətinə  məşhur alim, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ  Dövlət  mükafatı  laureatı A.R. Regilin  rəhbərliyi  altında  başlamış və onun  sevimli aspirantlarından biri olmuşdur. 

- 1962-2001-ci  illərdə  Azərbaycan  MEA-nın Fizika İnistitutunda  kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri (1973-2002) və direktorun birinci müavini (1993-2002) vəzifəsində  işləmişdir. 

- Azərbaycan MEA-nın Fizika  İnistitutunda “Lüminessensiyasının  fizika  əsasları lüminessesiya  texnikasının  inkişafı” problem  şurasının  rəhbəri, Rusiya  Elmlər  Akademiyasının lüminessesiya şurasının üzvüdür. 

- 1964-cü ildən fizika-riyaziyyat  elmlər  namizədi, 1977-ci ildən   fizika-riyaziyyat elmlər doktoru,1984-cü  ildən isə professordur. Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi üzvüdür,

Xatırladaq ki, onun oğlu da alimdir.

 

Nağıyev Vaqif Mirəsgər oğlu - Tibb elmləri doktoru, professor,  1991-ci ildə  SSRİ EA nın həqiqi üzvü seçilmişdir. 

aviasiya üzrə general olmuşdur. 

ŞƏKLİ YOXDUR

- 1941-ci ildə. Aprel ayının 20-də  anadan olub.  Əslən Masallı rayonun Xıl kəndindəndir. Valideynləri ailə vəziyyəti ilə bağlı Lənkərana köçmüşdür.

- Orta məktəbi və institutu Bakıda oxuyub. 

- 16 yaşında Neft və Kimya İnstitutuna qəbul olunmuşdur. 1963-cü ildə Neft-Kimya İnstitutunu  elektromexanik-mühəndis  ixtisa-sı üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan EA-da işləmişdir.

Sonra  Moskvaya  getmiş,  1965-ci ildən  elektron  sənayesi  üçün  mühüm əhəmiyyət kəsb edən yarımkeçiricilərin tədqiqi ilə məşğul olmuşdur. 

- 27 yaşın-da Moskva Polad və Ərintilər İnstitu-tunun  elmi  şurasında  namizədlik  dis-sertasiyasını uğurla müdafiə etmişdir. 

- 1970-ci ildə   Siolkovski adına Moskva Aviasiya  Texnologiya  İnstitutunun Radio  elektron  aparatlarının  istehsa-lı  texnologiyası  kafedrasında  dosent kimi  işləməyə  başlamışdır. 

- 1971-ci ildə EHM-lərin blok və qurğularıüçün termoelektrik sərinləşdirici qurğuların layihələşdirilməsinin  maşın  metodla-rının hazırlanması və tətbiqi sahəsində kompleks  işinə  görə  A.S.Popov  adı-na  Fəxri  fərmana  layiq  görülmüşdür. 

- 1986-cı  il  dekabrın  5-də  ona  texnika elmləri  doktoru  alimlik  dərəcəsi  ve-rilmişdir.  

- Bir  il  sonra  SSRİ  elektron sənayesinin fəxri işçisi

 olmuşdur. 

-  O, SSRİ-də bu sahənin yaradıcılarından biri idi.  

- 5 monoqrafiyanın, 

- 23 ixtiranın, 

- 200dən  artıq  elmi  məqalənin  müəllifidir. 

- 23  ixtirası  müəlliflik  şəhadətnaməsi almışdır. 

1988ci  ilin  yanvarında  SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Umumittifaq Elmi Tədqiqat Sınaq İns-titutunda ultrasəs diaqnostik tibbi apa-ratların hazırlanması və koordinasiya-sı  şöbəsinin  müdiri,  həm  də  Səhiyyə Nazirliyində bu  sahənin rəhbəri təyin olunmuşdur.  

SSRİ  dağılandan  sonra hər iki vəzifə RF Səhiyyə Nazirliyinə keçmişdir.  V.Nağıyev  həm  də  SSRİ  Müdafiə 

Nazirliyində  kosmosda  diaqnostik tədqiqatlarla  bağlı  mühüm  vəzifə daşımışdır. - Ultrasəs  vazolokator, elektron  qurğularının  termoelektrik sərinləşdirilməsi,  inteqral  sxemlərin tədqiqi  və  sınağı  üçün  termoelektrik  cihazlar,  allergiyalı  dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının  perspektiv  inkişafı  ilə  bağlı tədqiqatlar aparmışdır. - Tədqiqatlarının əsas  yönümü  kosmosla  bağlı  olmuş-dur.  

- 1991-ci  il  yanvar  ayının  25-də  SSRİ EA nın həqiqi üzvü seçilmişdir. 

- Elmi  fəaliyyətlə  yanaşı  keçmiş  SSRİ hərb  sənayesinə  öz  töhfəsini  vermiş, general-mayor  hərbi  rütbəsi  ilə  təltif edilmişdir.

- Vaqif  Nağıyev  1992-ci  il  dekabr ayının  3-də,  İtaliyaya gedərkən,  51  yaşında  vəfat  etmiş-dir.  Moskvada, Fəxri Xiyabanda dəfn edilməli  olan 

 akademik  qohumları tərəfindən  Bakıya  gətirilmiş, 

Yasamal qəbiristanlığında dəfn edilmişdir.

- Texnika  elmləri  doktoru,  profes-sor,  SSRİ  EA-nın  və  SSRİ  Tibbi-Texniki  Elmlər  Akademiyasının  akademiki,  tibb 

 xidməti  general- mayoru olmuşdur. Lənkəran şəhərində  adına küçə var.

- Lənkəran şəhərində adını daşıyan küçə var.V.Nağıyevi Azərbaycanda çox az adam tanıyır. 

Portret

 Bağırov Bağır Əli oğlu - geologiya-minerologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Neft Akademiyasında kafedra müdiri.  Bədirli məhəlləsi

1936-ci il avqustun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. 

- Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 

1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

- Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. 

- Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür.  

- 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 

- 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir.

- 160-dan çox elmi əsəri ( bunlardan 47-si xaricdə) dərc olunmuşdur.

- 11 elmlər namizədinin elmi rəhbəri olmuşdur.

Əməkdar elm xadimidir.

Əməkdar müəllimdir.

Onun oğlu və gəlini də alimdir.

Onu da qeyd edək ki, Bağır Bağırov Masallının ən tanınmış pedoqoqlarından olan, Əməkdar müəllim Əli Bağırzadənin oğludur.


Xəbərlər
1/5
Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az