08-09 yanvar 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon tam orta və ümumi otra ümumtəhsil məktəbləriini IX-X-XI sinif şagirdləri “20 Yanvar – Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “Tariximizə qara hərflərlə yazılmış gün ” mövzusunda “İnşa-yazı” və “Rəsm” müsabiqələri keçirilmişdir.
    Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğulayıb. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və sovet ordusunun törətdiyi terror hadisələrinə qəti etiraz etdiyini diqqətə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb. O bildirib ki, hələ uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq.
    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri Nazim İsrafilov, Əyyar Burhanov , Əkbər Balaşoğlu çixış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirmişlər.
    Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
    İnşa-yazı müsabiqəsində
    IX-X sinif şagirdləri arasında Şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Kazımova Mehriban Mehman qızı birinci yerə, Sığıncaq kənd tam orta məktəbin X sinif şagirdi Şahəliyeva Səidə Niyaməddin qızı ikinci yerə, , Bala Kolatan kənd tam orta məktəbinin X sinif şagirdi Aöayeva Sevinc Əli qızı üçüncü yerə layiq görülmüşlər.
    XI sinif şagirdləri arasında Hüseynhacılı kənd tam orta məktəbin XI sinif şafirdi Abdullayeva Günay Fərahim qızı birinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin XI sinif şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı ikinci yerə, Mahmudavar kənd tam orta məktəbinin XI sinif şagirdi Əliyev Murad Şahbala oğlu üçüncü yerə layiq görülmüşdür.
    Rəsm müsabiqəsində
    IX-X sinif şagirdləri arasında Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin IX sinif şagirdi Fərəcova Aytac Həbib qızı birinci yerə, N.Nərimanov adına Şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əliyev İman Əhəd oğlu ikinci yerə, B.Məmmədov Böyük Xocavar kənd tam orta məktəbin X sinif şagirdi Babayev Əlisa Musa oğlu üçüncü yerə layiq görülmüşdür
    XI sinif şagirdləri arasında C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavadzadə Şamxal Qalib oğlu birinci yerə, Viləş kənd tam orta məktəbin Xı sinif şagirdi Əkbərov Əli ağadədə oğlu ikinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavadov Rahid Nahid oğlu üçüncü yerə layiq görülmüşdür.
    Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az