Kəndin adı:
Binə Xocavar

Ərazisi:
180 ha

Əhalisi:
1210 nəfər

Masallı rayon mərkəzindən 3 km məsafədə yerləşir. Bakı-Astara magistral yolu Binə Xocavar kəndinin ərazisindən keçir. Təzə Alvadı, Böyük Xocavar, Köhnə Alvadı, Şərəfə, Çaxırlı, İmanlı və Masallı şəhəri ilə həmsərhəddir.Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və fərdi əmək fəaliyyətidir. Kənddə 1 orta məktəb, 1 kitabxana , 1 feldşer-mama məntəqəsi, 1 EATS fəaliyyət göstərir. 1məscid dindarların istifadəsindədir. Binə Xocavar kəndi Böyük Xocavar kəndindən köçüb gedən bir qrup əhalinin hesabına yaranmışdır. Belə ki, Xocavar kənd əhalisi indiki Binə Xocavar kəndi ərazisində əkinçiliklə məşğul olmuş, Lakin texnikanın olmaması ucbatından gedib-gəlmək çətin olmuşdur. Odur ki, həmin ərazidə əkinçiliklə məşğul olan insanlar orada yurd salmağa, yəni binə tutmağa qərar vermişlər və Binə Xocavar kəndi yaranmışdır. Bundan sonra Xocavar kəndi Böyük Xocavar adlandırılmışdır. Binə Xocavar kəndində ilk məktəb 1937 illərdə açılmış, ibtidai məktəb kimi fəaliyyətə başlamışdır. Kəndin ilk ali təhsillisi Hacıyev Atabala Həzi oğludur ki, 1954-cü ildə Gəncə Kənd Təsərrüfatı institunu bitirmişdir. Ümumiyyətlə, Binə Xocavar kəndi Masallı rayonunda əhalisinin faizinə görə ən çox ali təhsillisi olan kəndlərindən biridir. Binə Xocavar kəndinin yetirməsi Əmənov Yəhya Abdulhəsən oğlu texnika elmləri namizədi, dosentdir, Azərbaycan Dövlət Politexnik Univerisitetində işləyir. 2-ci Dünya Müharibəsində iştirak edən veteranlardan yalnız biri Hacıyev Atabala Həsi oğlu sağ qalmışdır ki, o, hazırda Masallı rayon Veteranlar Şurasının sədridir. Hacıyev Atabala Həsi oğlu BVM-də göstərdiyi qəhrəmanlıqlara görə Lenin ordeni ilə təltif edilmiş, Sovet İttifaqı Qəhrəmanı adını almaq üçün təqdim olunmuşdur. Lakin o, indiki mənfur düşmənlərimizin təsiri ilə bu adı almaqdan uzaqlaşdırılmışdır. Kəndin fəxri Nuriyev Bəşir Nuru oğlu 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. BinəXocavar kənd tam orta məktəbi onun adını daşıyır. BinəXocavar kənd sakini Leysanov Bahaddin Dəyyan oğlu Neftçala rayononda bir sıra idarələrə rəhblik etmiş, Neftçala Ryon İcraiyyə Komitəsinin sədri vəzifəsini tutmuşdur.

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az