09-10 aprel 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə XI Azərbaycan Çempionatının zona mərhələsinə hazırlıq məqsədi ilə rayon seçim turu keçirilmişdir.
    Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və yarışda iştirak edən bütün komandalara uğurlar arzulayaraq. bildirdi ki, yarış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən həyata keçirilir, məqsədimiz gənclərin intellektual səviyyəsini, zehni inkişafını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir.
    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək bildirdi ki, bu oyunun keçirilməsi məktəblilərin intellektual səviyyəsinin yüksəldilməsinə və inkişafına səbəb olacaq. Və bu cür sağlam rəqabətin nəticəsində Azərbaycan həqiqətləri,tarixi və nailiyyətləri haqqında daha dərin bilikləri gənclərin əldə etmək imkanı olacaq
    Sonra yarışa Elvin müəllimin aparıcılığı ilə start verildi. Bilik yarışında yaşı 17-dən-29-dək olan gənclər öz bilik -bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Gərgin və maraqlı keçən bilik yarışın yekununda İ.Zülalov adına Şəhər 5 saylı tam orta məktəbin “Vİləş” komandası I yerə, Sığdaş kənd tam orta məktəbinin “Sığdaş” komandası II yerə, Masallı Dövlət Regional Kollecinin “Xəmsə” komandası III yerə layıq görülmüşdür..
    Beləliklə iki komanda Lerik rayonunda keçirilən zona yarışına vəsiqə qazanmışdır.
    Rayon seçim turunda qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az