Masallıda ağacəkmə kampaniyası uğurla davam edir.
    Kampaniyada Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri daha fəal iştirak ediblər. Beş yüz nəfərə yaxın aksiya iştirakçısı Viləş çayının sahilində olan ərazidə 1600 ədədə qədər ağac əkiblər.
    Bu gün, 10 aprel 2019-cu il tarixdə keçirilən iməclik zamanı əvvəllər əkilən ağac və bəzək kollarına, yaşıllıqlara da qulluq göstərilib, səliqə-sahman yaradılıb.
    Ağac əkini kampaniyasında müəllimlərdən məktəbin direktoru "Tərəqqi" medallı Vidadi Nəzərov, Nazim Əliyev, Rəxşan Fəyazbəyli, Dilarə Hüseynova, Xanım Ağayeva, tələbələrdən Amin Kazımov, İmran Bədəlov, Kənan Abdullayev, Ceyhun Ələkbərli, Famil Əlizadə, Əsrah Yusifli, Səməd Tağıyev, Sabir Rzayev, Elnur Xəmmədov, Aygün Məmmədova, Əzizə Bağırzadə, Aysun Şəkərli, Günəş Xəlilova və Humay Abdullayeva daha çox fərqlənmişlər.
    Qeyd edək ki, ağacəkmə kampaniyasında Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişlər.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az