11 aprel 2019-cu il tarixdə Masallı Sənaye Məhəlləsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu “Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması”na dair işgüzar forumu keçirmişdir.
    Forumda rayonun iş adamları, sahibkarlar, bank işçiləri və KİV nümayəndələri iştirak etmişlər.
    Forumu Masallı rayon İcra hjakimiyyəti başçısının müavini Nəsir Muxtarlı açaraq tədbirin mahiyyəti barədə məlumat verərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlara İnkişaf Fondu vasitəsilə dövlətin güzəştli kreditləri ayrılmış Masallı rayonunda istifadəyə verilmiş çəltik emalı müəssisəsinin fəaliyyətinə baxış keçirilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və şərtlərinin izah olunması, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin sahibkarlarla təqdim olunması, onlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi üzrə qarşılıqlı dialoq əsasında işgüzar münasibətlərin yaradılması, kiçik və orta həcmli layihələrin  maliyyələşdirilməsidir.
    Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədr müavini Samir Hümmətov, Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi İsmail Hüseynov, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Şöbəsinin müdiri Çingiz Məhərrəmov və başqaları sahibkarlara investisiya qoyuluşu, güzəştli kredit təşkilatlarının fəaliyyəti və mexanizmi, kreditlərin alınmasında sahibkarlara kömək məqsədi ilə onların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılmasına dair və s. mövzularda çıxış etmişlər.
    Sahibkarların sualları ətraflı cavablandırılmışdır.
    Forumu Masallı rayon İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı yekunlaşdırmışdır

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az