“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının aprelin 13-də Lerik rayonun keçirilən zona mərhələsinin yarışları başa çatıb. Yarışlarda Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad,Biləsuvar, Salyan və Neftçala rayonlarının təmsilçiləri öz intellektual biliklərini nümayiş etdiriblər.
    Zona yarışında Masallı rayonu iki komanda ilə təmsil olunmuşdur. ("Ten millions" , "Gauntlet" )
    Qrup oyunlarında uğurla çıxış edən Masallı rayonunun gənclərdən ibarət "Gauntlet" komandası ,finaldada öz uğurlu çıxışı ilə yadda qalıb beləki finalda rəqiblərindən üstün oyun nümayiş etdirən komandamız 5100 xalla zona çempionu adını qazanaraq “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının mayda Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az