Kəndin adı: 
Eminli

Əhalisi: 
1061

Ərazisi: 
7 min kv.km 

Coğrafi mövqeyi: 
Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik

Kəndin əsas məşğuliyyəti: 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
Qarğalıq, Köçəkli, Dəlləkli və Neftçala rayonu

Kəndin adının mənası: 
Emin şəxs adı, -li məkan bildirən şəkilçi olub, Emin nəslinin yaşadığı yer deməkdir. Kənd əhalisinin fikrincə, keçən əsrdə Şamaxıdan Eminbəy adlı bir şəxs bu yaşayış yerinə gəlib. O vaxtdan kəndin adı Eminli qalıb

Kəndin qısa tarixçəsi: 
Yaşlı nəsildən eşitdiyimizə görə , bizim kəndin tarixi 200 ilə yaxındır. XIX əsrin ortalarında Emin bəyin gəlişi ilə əlaqədar Eminli adlanmışdır.

Kənddə ilk məktəbin açıldığı tarix: 
1964-cü il

Kəndin ilk ali təhsillisi: 
Eminov Hacı Fərrux Fərhad oğlu -1924-cü ildə Masallı rayonun Eminli kəndində anadan olub. 1950-ci ildə Bakı Statistika Texnikumuna daxil olub. 1953-cü ildə oranı fərqlənmə ilə bitirib. Elə həmin il K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı (İndiki İqtisad Universiteti) İnstitutuna daxil olub. 1958-ci ildə oranı fərqlənmə ilə bitirib. İxtisası üzrə Masallı rayonunun Varlı həyat sovxozunda işləmişdir. 2009-cu ildə 85 yaşında Eminli kəndidə vəfat edib.

Kəndin Qarabağ müharibəsi uğurunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Sadıqov Həbib Tapdıq oğlu -1963-cü ildə Masallı rayonunun Eminli kəndində anadan olub, 1977-ci ildə Eminli kənd natamam orta məktəbini, 1979-cu ildə Qarğalıq kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin may ayında könüllü olaraq cəbhəyə yollandı. Fizuli bölgəsində döyüşlərdə böyük igidlik göstərmişdir. 1993-cü ilin iyulun 9 da Fizulinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub, kənd qəbiristanlığında dəfn olunub. Eminli kənd tam orta məktəbi şəhid H. Sadıqovun adını daşıyır. 
Ağayev Rəşad Yusif oğlu - 1975-ci ildə Masallı rayonunun Eminli kəndində anadan olub, 1990-cı ildə Eminli kənd natamam orta məktəbini, 1992-ci ildə Qarğalıq kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər, Ağdərə bölgələrində döyüşmüşdür. 1994-cü ilin yanvarın 1 də qəhrəmancasına şəhid olub. kənd qəbiristanlığında dəfn olunub.
Abbasov Mehdi Bayram oğlu -1975-ci ildə Masallı rayonunun Eminli kəndində anadan olub, 1990-cı ildə Eminli kənd natamam orta məktəbini, 1992-ci ildə Qarğalıq kənd orta məktəbini bitirmişdir. 1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. Ağdərə istiqamətində igidliklə vuruşmuş, həmin ilin aprel ayının 25 də qəhrəmancasına şəhid olmuşdur. kənd qəbiristanlığında dəfn olunub.

Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. Fətullayev Ayaz Xanalı oğlu, 
2. Ağayev İltimas Museyib oğlu, 
3. Fərəcov Feyruz Ağadədə oğlu, 
4. Rzayev Hacbala Ağadədə oğlu, 
5. Fətullayev Bulud Xanalı, 
6. Zeynalov Əvəz Bayraməli oğlu, 
7. Rzayev Verdalı Dadaş oğlu, 
8. Kərimov Etibar Kərmulla oğlu, 
9. Hətəmov Fərəc Həbulla oğlu, 
10. Eminov Fərrux Fərhad oğlu, 
11. Abdinov Nurməmməd Qədir oğlu, 
12. Nəzərov Orduxan Əmir oğlu, 
13. Abdinov Məmməd Yunus oğlu, 
14. Allahverdiyev Nəzir Süleyman oğlu, 
15. Ağayev Gülmalı Umud oğlu, 
16. Həsənov Teymur Eyni oğlu, 
17. Zeynalov Zaid Bayraməli oğlu, 
18. Hüseynov Əbil Dənyal 
19.Nəzərov Eyvaz Qurban oğlu, 

Kəndin ziyalıları haqqında:
Eminbəyli Ramazan Hacı Fərrux oğlu -1946-cı ildə Masallı rayonunun Eminli kəndində anadan olub. İlk təhsilini Eminli kənd məktəbində almış, Masallı şəhər 2 nömrəli məktəbi bitirmişdir. 1965-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin universiteti fərqlənmə ilə bitirmişdir. Həmin il nəzəri fizika ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 1977-ci ildə BDU-da namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi almışdır. 1996-cı ilədək bərk cisimlər fizikası kafedrasında müəllim kimi çalışmışdır. 1996-cı ildə Türkiyənin 100 ili Universitetinin dəvəti ilə bu ölkəyə getmiş və ömrünün sonuna kimi həmin universitetdə çalışmışdır. O ,1997-ci ildə Türkiyədə Müxtəlif səth potensiallı yarımkeçirici lövhələrdə kinetik effektlərin Kvant nəzəriyyəsi üzrə doktorluq müdafiəsi etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. R. Eminbəyli dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, tanınmış elm xadimləri ilə əməkdaşlıq etmişdir. R. Eminbəylinin rəhbərliyi altında fizika sahəsində çoxlu sayda elmlər namizədi elmlər doktorları hazırlamışdır. Professor R. Eminbəyli 2011-ci ilin avqustun 27-də vəfat etmişdir.
Nuriyev Dilxoş Əliqulu oğlu -1961-ci ildə Masallı rayonunun Eminli kəndində anadan olub.
1968-1976-cı illərdə Eminli kənd məktəbində təhsil almış. 1978-ci ildə Qağalıq kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. Bakı Baş Tikinti İdarəsində, Dövlət Əmlak Komitəsində, Bakı Şəhəri Nərimanov rayon İcra Hakimiyyətində işləmişdir. Prezident yanında İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirmişdir. D. Nuriyev iqtisadiyyat üzrə fəlsəfə doktorudur, bir neçə elmi məqalə və kitabın müəllifidir. Hazırda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Şəhərsalmaya Nəzarət Şöbəsinin müdiridir.
Əhmədov Xatəm Hüseynqulu oğlu -1960-cı ildə Masallı rayonunun Eminli kəndində anadan olub, 1968-1976-cı illərdə Eminli kənd məktəbində, 1976-1979-cu illərdə Bakı Dəmi Yolu texnikumunda təhsil alıb. X. Əhmədov Rusiya Federasiyasının Rostov şəhərində yaşayır. İxtisası üzrə ali təhsil alıb. Texniki elmlər namizədi. dosentdir.
Eminbəyli Loğman Hacı Fərrux oğlu -1966-cı ildə Masallı rayonunun Eminli kəndində anadan olub. 1973-1981-ci illərdə Eminli kənd məktəbində, 1983-cü ildə Bakı şəhəri Nəsimi rayonundakı A. Şaiq adına 54 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinə daxil olub. 1989-cu ildə oranı fərqlənmə ilə bitirib. 1990-1996-cı illərdə Masallı Mərkəzi Xəstəxanasında həkim işləmişdir. O, 1997-ci ildən Türkiyənin Van, hazırda isə Ankara şəhərində həkim işləyir. L. Eminbəyli 2007-ci ildə ixtisası üzrə uzmanlıq qazanmışdır.
Eminbəyli Arastun Hacı Fərrux oğlu -1953-cü ildə Masallı rayonunun Eminli kəndində anadan olub. 1960-1968-ci illərdə Eminli kənd məktəbində, 1968-1972-ci illərdə Lənkəran pedaqoji məktəbində təhsil almış və oranı bitirmişdir. Təyinatla Cəlilabad rayon Göytəpə qəsəbəsində müəllim işləmiş, sonra Eminli kənd məktəbində işləmişdir. 1976-1982-ci illərdə indiki BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. A. Eminbəyli Eminli kənd məktəbində müəllim, direktor kimi çalışmışdır. A. Eminbəyli 1992-1996-cı illərdə Masallı rayon İH-də Ərazi Hakimiyyət və İdarəetmə orqanları ilə iş üzrə şöbə müdiri, Masallı rayon ƏSMM-də direktor vəzifəsində çalışmışdır. A. Eminbəyli sonralar işi ilə əlaqədar Bakı Şəhər Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması İnstitutunu bitirərək psixoloq-sosioloq ixtisasına yiyələnmişdir. Ayrı- ayrı vaxtlarda Eminli kənd bələdiyyəsinin sədri işləmişdir. Hazırda Eminli kənd tam orta məktəbində psixoloq kimi fəaliyyət göstərir.
 

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az