Kəndin adı: 
Kürdəbaz

Əhalisi: 
734 nəfər

Ərazisi: 
3 min kv.km

Coğrafi mövqeyi: 
Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik

Kəndəkilərin əsas məşğuliyyəti: 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
Qarğalıq, Alışanlı, Məmmədxanlı

Kəndin adının mənası: 
Bəzilərinin fikrincə bu yaşayış yerinin əvvəlki Kürd Abbas olmuş, sonra adı Kürdəbaz şəklinə düşüb. Respublikamızın ayrı-ayrı bölgələrində Kürdlər, Kürd Hacı, Kürdəxanı adı vardır. Qaynaqlardan məlum olur ki, Masallıdakı Kürdəbaz adının əsasını Kürd Mahmudlu tayfası qoyub.

Kənddə ilk məktəbin açıldığı tarix: 
1986-cı il

Kəndin ilk ali təhsillisi:
Xəlilov Şamil Nüsrət oğlu -1924-cü ildə Masallı rayonun Eminli kəndində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. Keçmiş Puşkin rayonunda II katib, Dəvəçi rayonunda Rayspalkom işləmişdir. Masallı rayonunda Varlı-həyat sovxozunda direktor işləmişdir. 2010-cu ildə Masallı rayon Kürdəbaz kəndində vəfat etmişdir. Kürdəbaz kənd qəbiristanlığında dəfn olunub. v
Kəndin Qarabağ müharibəsi uğurunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Bəgişov Rahim Şahgəldi oğlu -1973-cü ildə Masallı rayonunun Kürdəbaz kəndində anadan olub, 1992-ci ildə Laçın rayonunda gedən döyüşlərdə şəhid olub. Kürdəbaz kənd qəbiristanlığında dəfn olunub.

Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. Qardaşov Bəhmən Eynəli oğlu, 
2. Məmmədov Mürvət Adıgözəl oğlu

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az