Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın yekununda Masallı məktəbliləri də qalib olublar
    Beynəlxalq Rus Dili Günü ərəfəsində Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın başa çatması münasibətilə təntənəli mərasim keçirilib.
    Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
    Olimpiada turu il ərzində 24 regionda keçirilib. Olimpiadada Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisədən 3500-ə qədər şagird iştirak edib, 214 şagird qalib olub.
    Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar.
    Akt zalında Rusiya-Azərbaycan əlaqələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımız arasında mehriban qonşuluq münasibətlərindən bəhs edən fikirləri səsləndirilib.
    Tədbirdə bu gün Azərbaycanda 340 məktəbdə rus dilinin tədris edildiyi, Rusiya Federasiyasında isə 11 min azərbaycanlı tələbənin təhsil aldığı bildirilib. Çıxışçılar uzun illər rus dilinin dünyaya çıxmaq üçün Azərbaycanda əsas vasitə olduğunu dilə gətiriblər. Qeyd olunub ki, tədbir iki böyük sənətkarın - Azərbaycan şairi İmadəddin Nəsiminin 650, A.S.Puşkinin isə 220 illik yubileyi günlərinə təsadüf edir.
    Sonra olimpiadanın qaliblərinə dilplomlar təqdim olunub.
    Qeyd edək ki, Bakı Slavyan Universitetində Rusiyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Rus dili və ədəbiyyatı Olimpiadasında qalib gələn şagirdlərin təqdimat mərasimində Masallı rayonunun Şatıroba kənd tam orta məktəbinin VIII sinif şagirdi  Dilbər Rasim qızı Quliyeva I yerə, I Yeddioymaq kənd tam orta məktəbinin VIII sinif şagirdi  Səbinə Ramil qızı Cəfərova II yerə və şəhər 4 nömrəli Digah tam orta məktəbinin VIII sinif şagirdi Firuzə Vəli qızı Nəzərli III yerə layiq görülüblər. Qaliblər Rusiyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar. Tədbirdə həmçinin Masallı Təhsil Şöbəsinin rus dili fənni üzrə məsul nümayəndəsi Gülağa Şamurad oğlu Məmmədov da iştirak edib.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az