21 iyun 2019-cu il tarixdə Masallı rayon Ağsaqqallar şurasının növbəti hesabat seçki konfransı keçirilib.
    Konfrans iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan Parkda Heydər Əliyevin abidəsini ziyarət etdilər.
    Rayon ziyalıları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hesabat - seçki  konfransında Masallı rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyevin 2016-cı ilin 14 dekabrından  2019-cu ilə kimi olan dövr ərzində məruzəsi dinlənilib. Ə.Niftiyev Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyətindən danışıb. Qeyd edib ki,cəmiyyətin düzgün istiqamətdə inkişaf etməsində ağsaqqal məsləhətinə hər zaman ehtiyac olduğunu deyib. Ağsaqqallar müdrikliyin, təcrübənin simvoludur.
    Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. Əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var.
    Konfransda təftış komissiyası sədrinin müavini Tofiq Qubadov, Prezident təqaüdçüsü Şirvan Əbilov, Ərkivan ərazi  ağsaqqallar şurasının sədri Şərafət Əzimov, Həsənli ərazi  ağsaqqallar şurasının sədri Yusif Hüseynov,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Türkoba  ərazi  ağsaqqallar şurasının sədri Səyyad Quliyev çıxış etdilər.
    Ağsaqqallar şurasının şura üzvlüyünə namizədlər elan edilib.
    Sonra şuranın üzvləri və sədrlər müəyyənləşib.
    Səsvermə nəticəsində 51 nəfər şura üzvlərindən 15 nəfər idarə heyətinə üzv seçilib. İdarə heyətinin üzvü Ələşrəf Nuru oğlu Niftiyev yenidən Masalılı rayon ağsaqqallar şurasının sədri seçilib.
    Ələşrəf Niftiyev bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
    Konfransda Tofiq Qubadov təftış komissiyası sədri, Siyab Şirəliyev müavini seçilib.
    Konfransda ağsaqqallar şurasının yeni seçilən üzvləri ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və ehtiramdan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin böyüklərə, ağsaqqallara böyük diqqətlə göstərir, onları mənəvi sərvət kimi dəyərləndirir.
    Masallı rayon ağsaqqallar şurasının növbəti hesabat seçki konfransının sonunda rayon ağsaqqalları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az