Səmidxan tərəvəzçiləri badımcan məhsulu yetişdirilməsində böyük təcrübəyə sahibdirlər.
    Hər il onlarca hektar sahədə badımcan yetişdirilir. Faraş məhsul əldə etmək üçün bitkilər polietilen örtük altında əkilir. Fermerlər bu mövsümdə də yaxşı işləyirlər. Səmidxan ərazi nümayəndəliyindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə camaat 35 hektardan çox badımcan sahəsinə qayğı göstərirlər. Artıq Bakı şəhərinə, ətraf rayonlarına, yerli bazarlara nübar - təzə məhsul göndərilir.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az