Heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər və mal-qaranın baş sayının artması məhsul istehsalına öz müsbət təsirini göstərmişdir. Belə ki, ev təsərrüfatlarında aparılan müayinələr əsasında diri çəkidə 1558.8 ton ət, 12239.2 ton süd, 18622 min ədəd yumurta istehsal edilmişdir.
    Ət istehsalı 2018-cı illə müqayisədə 0.5 faiz və ya 7.7 ton, süd 0.1 faiz və ya 7.7 ton çox ,yumurta 4.6 faiz və ya 908 min ədəd azalmışdır.
    Rayonda iri buynuzlu mal-qaranın yetişdirilməsi və qoyunçuluq, heyvandarlığın inkişaf etmiş ənənəvi sahələrindəndir. Mal-qaranın baş sayı müəssisələrdə, əhali və fermer təsərrüfatlarında 2019-ci il aprelin 1-i vəziyyətinə rayon üzrə 72779 baş iri buynuzlu, 90597 baş qoyun və keçi mövcud olmuşdur.
    İri buynuzlu mal-qaranın 50.3 faizini və ya 36585 başını inək və camışlar təşkil edir.
    Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 3 ton və ya 4.8 min manatlıq dəyərində balıq istehsal edilmişdir.
    Bu məlumat Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına rayon statistika idarəsindən daxil olmuşdur.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az