Kəndin adı: 
Aşurlu    

Əhalisi:    
2025 nəfər

Ərazisi:    
289 ha    

Kəndin əsas məşğuliyyəti: 
Əkinçilik və heyvandarlıq

Həmsərhəd olduğu kəndlər:
Şərqdən, Bədəlan, Şimaldan, Qızılavar, Qərbdən Kolatan kəndləri ilə həmsərhəddir

Kəndin adının mənası:
I Şah Abbasın dövründən ( 1578-1678) bu ərazidə əhali məskunlaşıb). Hacı Aşur adlı şəxsin adı ilə bağlı Aşurlu adlanır    . 

Kəndin tarixi abidələri: 
“sermi butə” ( “Əzgilli təpə”)

Kənddə ilk məktəbin açıldığı tarix: 
Aşurlu kəndində ilk məktəb 1927-ci ildə açılmışdır.    

Kəndin ilk ali təhsillisi
: Tarverdi Zəbi oğlu Zərbiyev 
17 aprel 1951-ci ildə anadan olmuş 1967-ci ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin il N. Nərimanov adını Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub 1973-cü ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1973-cü ilin avqust ayından Çağırdəli adına Bakı şəhər 3 saylı klinik xəstəxanaya təyinat aldı. 1974-cü il avqust ayından ,Masallı rayon uşaq xəstəxanasında Salı həkimi, eyni zamanda Vərəm Əleyhinə Dispanserdə işləyib. 1976-cı ildə SSRİ Vərəm İnstitutunun elmi-tədqiqat mərkəzi yanında aspiranturasına qəbul olunmuşdur. 1987-ci ildə oranı bitirib elmləri namizədi alimlik dərəcəsini almışdır. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yanında attestasiya komissiyası ona ali dərəcəli həkim fiziatr adı vermişdir. 16 mart 1994-cü ildən yenidən Masallı rayon Ağ Ciyər Xəstəlikləri Dispanserinin baş həkimi təyin olunmuşdur. 02 mart 2006-cı ildə vəfat edib. 

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Gəncliyə Bəxtiyar Gənci oğlu 
11.09.1973-cü ildə Aşurlu kəndində anadan olmuşdur. 1950-ci ildə Bədalan kənd tam orta məktəbin 1 saylı sinfinə daxil olub. 1990-cı ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə ordu sıralarına çağırılıb Qarabağ müharibəsində iştirak etmişdir. 1994-cü ildə itkin düşmüşdür. 

Rəsulov Eldəniz Akif oğlu 
29.07.1976-cı ildə Lənkəran rayonun Nərimanabad qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə Nərimanabad qəsəbə orta məktəbinin 1-ci sinfinə daxil olub 1994-cü ildən orta məktəbi bitirmişdir. Azərbaycan milli ordu sıralarında qulluq etmişdir. 1997-ci ildə Goranboy rayonun ərazisində düşmən gülləsinə tuş gəlib , şəhid olmuşdur.

Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında: 
Zərbiyev Fuad Tarverdi oğlu
1977-ci il, sentyabrın 14-də Bədəlan kəndində anadan olub. 1983-cü ildə Masallı rayon Bədəlan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1994-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinə daxil olub. 1998-ci il ildə oranı qırmızı diplomla bitirib. 2002-ci ildə İsveçrənin Haqqa Universitetinin diplomunu ( Diploma of the Hague Academy of İnternational Law ( 2002)) almışdır. Həmin il bu diplomu Haqqa Universitetindən yalnız 2 nəfər Fuad Zərbiyev və bir Amerika vətəndaşı almışdır. 2002-2003 Fransanın Strasburq şəhərində Avropa Çalışmaları İnstitutunda ( Master in European Human Rights Law, ( 2002-2003) ( summa cum laude) Graduate İntitute of European Studies, Strasbourg, France ) magistraturanı bitirib ( fərqlənmə ilə ). 2004-cü ildə Fransanın Strasburq şəhərində İnsan Hüquqları üzrə Beynəlxalq institutunu bitirmişdir. ( Diploma of the İnternational İnstitute of Human Rights,Strasbourg ( Rene Cssin), (2004) (cum laude) ( fərqlənmə ilə) 2009-cu ildə İsveçrənin Cererə şəhərindəki Beynəlxalq İnkişaf Tədqiqatları institutunda hüquq elməlri üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. ( fərqlənmə ilə) ( PhD in international law Graduate İnstitute of İnternational and Development Studies, Geneva, Switzerland (2009, summa cum laude). 2010- cu ildə Amerika Birləşmiş Ştatlarının Masaçussets ştatında yerləşən Harvard və elə həmin il orada doktorluk dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru ( LL. M. Harvard Law School, Cambridge, Massachusetts, U.S.A.) Alimlik dərəcəsini almışdır. Azərbaycan, Fransız, İngilis, Rus və Türk dillərini bilir. 1998-ci ildə Azərbaycan Respublikası Xarici İşlər nazirliyinin Hüquqi İşlər İdarəsində stajor olaraq başlayıb. 2001-ci ildə Qafqaz Universitetində Beynəlxalq Hüquq üzrə mühazirələri olmuşdur. 2000-2001-ci illərdə Fransa Respublikasının Azərbaycandakı səfirliyində mətbuat katibi işləmişdir. 2004-cü ildə İsveçrənin Cenevrə şəhərindəki Beynəlxalq İnkişaf Tədqiqatları institutunda “Demokratiya və Terrorizm” mövzusunda araşdırma, tədqiqat layihəsində çalışmışdım. Sonra Fransanın Paris şəhərində Paris Hüquq akademiyasında “Qloballaşma və Parçalanma” mövzusunda elmi-tədqiqat layihəsində çalışmışdım. 2007-2008-ci illərdə İsveçrənin Beynəlxalq Ədalət Məhkəməsində “Naviqasiya və əlaqəli hüquqları” ilə əlaqədar mübahisəli məsələlərdə Kosta-Rika hökumətinin hüquq müşaviri olmuşdur. 2009-2010-cu illərdə İsveçrənin Cenevrə Milli Araşdırmalar Fondu tərəfindən maliyyələşdirilən “Beynəlxalq Hüquq Fondu tərəfindən maliyyələşdirilən “Beynəlxalq Hüquq Normativləri üzrə keçid sərhədləri” layihəsində çalışmışdır. 2009-cu ilin oktyabrında 2010-cu ilin mayına qədər Harvard Beynəlxalq Hüquq jurnalında yazıçı olmuşdur. 2010-2011- ci illərdə Nyu –York Hüquq Universitetində Hauser Qlobal Məktəbi proqramı üzrə qlobal elmi işçi olmuşdur. 2011-ci ilin oktyabrında indiyə kimi Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında yerləşən Curtis ( www. Curtis.com ) hüquq şirkətində böyük hüquqşünas vəzifəsində işləyir. Bir sıra məqalələrin və kitabların müəllifidir.




Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az