Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon açıq birinciliyi

22-23 iyul 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş gənclər arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon açıq birinciliyi keçirilmişdir.
Yarışın əsasnaməsinə uyğun olaraq “Bilik” yarışında Masallı rayon gəncləri ilə yanaşı digər rayon gənclərindən ibarət komndalar da iştirak etmişdir.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gəncləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibəti ilə təbrik etmişdir.Sonra İdarə rəisi dövlət gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, o cümlədən Masallıda görülən işlərdən danışıb, gənclərin təşəbbüskarlığının həm onların liderlik keyfiyyətlərinin üzə çıxarılması, həm də cəmiyyətimizdə müxtəlif ictimai fəaliyyətlərin icra edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Bilik yarışında gənclərdən ibarət 8 Masallı rayon komandası ilə yanaşı Lənkəran rayonunun da 2 komandası və "ASAN" xidmətin ASAN könüllülərindən ibarət komandası mübarizə aparıb
sonunda I yerə gənclərdən ibarət "ALL in label" komandası , II yerə "İnferno" komandas , III yeri isə " Debabat" komndası layiq görülmüşdür.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilmişdir.

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az