24 iyul 2019-cu il tarıxdə Milli Mətbuat Günü münasibəti ilə Masallı rayonunda ənənəvi hal almış respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirildi.
Masallı Rayon İcra Hakimiyyətində keçirilən bayram tədbirini giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır.
Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın Sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir. Təbii ki, ölkəmiz, Bakı dəyişir və Masallı da dəyişir. Masallı şəhəri bundan da gözəl olacaq. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
R.Hüseynov ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən Masallıda görülən abadlıq və quruculuq işlərinin geniş təhlilini və perspektiv işlərindən, ümumi inkişafından danışmışdır.
Bölgə müxbirləri Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika"), Əli Nəcəfxanlı ("Xalq qəzeti") və başqaları ənənə halını almış jurnalistlərin Masallı turundan danışdılar.
Sonra bayram tədbiri "Masallı oteldə" davam etdirilmişdir.
Süfrə arxasında Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Adəm Məhərrəmov bütün mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi, müxtəlif KİV əməkdaşlarına yeni yaradıcılıq uğurları arzuladı.
Mətbuat işçiləri adından çıxış edən İsmayıl Cəfərli ("ARB") və Əliüseyn Şükürov ("Yeni həyat") dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Qeyd edildi ki, Masallı  rayonunda aparılan geniş quruculuq işlərində, rayonun inkişafı üçün zəhmətkeşlərin səfərbər edilməsində göstərdiyi xidmətə görə və 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə  Azərbaycan Jurnalistlər Birliyi Milli Mətbuat və Jurnalistlər Günü ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin orqanı həftəlik “Yeni həyat” qəzetini və Baş redaktorunu Zərdabi Diplomları ilə təltif etmişdir.
Jurnalist həmkarları  qəzetin daha məzmunlu və görüntülü çıxması üçün “Yeni həyat”çılara yaradıcılıq uğurları arzulamışlar.
Süfrə arxasında jurnalistlər yaradıcılıq planlarından danışdılar.
Sonda mətbuat nümayəndələrinə mükafatlar verildi. Rayon ərazisində mətbuat işçilərinin infoturu başlanıldı

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az