25 İyul 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq, iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 25-cİ ildönümü münasibətilə təbrik edib. Daha sonra qeyd edib ki, bir çox vacib, həyati əhəmiyyət kəsb edən sahələr kimi gənclərin və idmanın idarə olunması da ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələnədək başlı başına buraxılmışdı. Onun 26 iyul 1994-cü il tarixli sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətinin hər iki istiqamətinin düzgün həyata keçirilməsinin əsil hərəkətverici qüvvəsi oldu. Bir müddət sonra cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi nəticədə Azərbaycanı idman ölkəsinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısından, intellektual, elmi və fiziki güc alan gənclərimiz və idmançılarımız uğurları ilbəil artırırlar. Bu baxımdan Masallı gəncləri və idmançılarının fəaliyyəti, inkişaf səviyyəsi də təqdir olunmağa layiqdir. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı, Olimpiya idman Kompleksinin, rayon təhsil şöbəsinin, Masallı Dövlət Regional Kollecinin iştirakı ilə rayonda fəal gənclik həyatı yaşanır, könüllülük hərəkatı genişlənir. Gənclərin məşğulluğunun artırılması üçün səmərəli tədbirlər həyata keçirilir.Rayonda dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi, yetişən nəslin vətənpərvər ruhda böyüməsi, təhsilinin səmərəli təşkili, möhkəm idman bazasının yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. idmançıların hər bir uğrunun hədiyyə və təltiflərlə qarşılanması bu sahələrin daha sürətli inkişafı üçün stimul yaradır.Sonda İdarə rəisi Camal Manafov cənab Prezident İlham Əliyevin Sərəncamı ilə bu günlərdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsini busahəyə olan diqqət və qayğının bariz mümunəsi olduğunu vurğuladı.Bu münasibətlə öz adından və Rayon gəncləri və idmançıları adında cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev , Əməkdar məşqçi Ədalət Ağayev, məşqçi müəllimlərdən,Ramik Məmmədov, fəal gənclərdən Rasim Həsənzadə çıxış edərək gəncləri və idmançıları Gənclər və İdman Nazirliyinin yaradılması münasibətilə təbrik edərək bildirdilər ki, hazırda Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını, önlərində böyük qapılar, yollar açıldığını qeyd edərək müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlərin görüldüyünü, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühitin yaradıldığını, gəncliyə və idman göstərilən dövlət qayğısının sabaha və uğurlara hesablanan bir siyasət kimi sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini, bütün bunların isə Azərbaycan gəncliyinin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyini, həmçinin ölkə rəhbərinin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru qürurla addımladığını ifadə ediblər. Sonda Masallı Gənclər və İdman İdarəsi tərəfindən rayonun bir qrup fəal gənclərinə və nəticəli idmançılarına qiymətli fəxri fərmanlar təqdim edildi.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az