Kartofçuluq Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Ötən il rayonda 1059,7 hektar sahədən 18 min 376 ton kartof yığılıb. Hər hektar üzrə məhsuldarlıq 173,7 sentner təşkil edib.
Bu il digər əkin sahələrin hesabına rayonda kartof əkini 215,2 hektar azalsa da, sahələrdə bol məhsul yetişdirilib.
Cari ilin məhsulu üçün 844,5 hektar sahədə kartof yetişdirən fermerlər və məhsul istehsalçıları məhsul yığımını davam etdirirlər. Rayonun Təklə, Qarğalıq, Təzə Alvadı və Çaxırlı ərazilərində bu sahədə irəliləyiş var.
Rayonda kartof yığımı kampaniyası başa çatmaq üzrədir. Məhsul istehsalçıları 350 hektardan çox sahənin məhsulunu yığıblar. Bazara 12 min 451,1 ton kartof çıxarılıb.
285 hektar sahədə məhsul yetişdirən Təklə kəndinin fermerləri artıq 200 hektarın kartofunu yığıblar. Faraş məhsul yetişdirən fermerləri qiymətlər də qane edir.
Bu il Masallıda 15 min tonadək kartof istehsalı nəzərdə tutulub.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az