02 avqust 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Təhsil nazirinin müavini Firudin Qurbanov Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərini qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsinə (transfer) aid məsələlərlə bağlı müraciət ediblər.
Nazir müavini vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
F.Qurbanov, həmçinin Masallı Uşaq-Gənclər İdman Şahmat Məktəbi, Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzi və Masallı Dövlət Regional Kollecində yaradılan şəraitlə tanış olub.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az