Bibərin dadı, tamı Təklə, Səmidxanda və...

        Bazarlarda badımcan, pomidor, xiyar, göyərti ilə yanaşı bibərin də alıcısı çoxalıb.
    Süfrələrin bəzəyi, xörəklərin dadı, ləzzəti olan bibər həm də sağlamlığa köməkdir. Artıq neçə illərdir ki, bu tərəvəz növünün sahələri genişləndirilir. Bu il Masallı rayonunda 84 hektar sahədə bibər yetişdirilmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə r ayonumuzun ərazilərində  -  Təklə, Səmidxan, Qızılağac, Öncəqala, Tüklə, Həsənli, Ərkivan tərəvəzçiləri bu sahədə fərqlənirlər.
    Rayon statistika idarəsinin məlumatında göstərilir ki, mövsümün əvvəlindən bəri tarlalardan bazarlara 900 tondan çox bibər göndərilib.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az