14 avqust 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Türkoba kəndində keçirilmişdir. Səyyar görüş - qəbulda 100-ə yaxın kənd sakini iştirak etmişdir.
       Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
       Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
    Ərazi sakinlərindən Səyyad Quliyev, Ülviyyə Səfərova, Natiqə Rzayeva, Fərahim Əliyev, İsaq Fəttayev, Bahadir Əsgərov, Dadaş Seyidov, Vüqar İbrahimov, Mirqiyas Rzayev, Pərvaz Məmmədov və başqaları kənd məktəbinin təmiri, ağ ciyər xəstəliyi ilə bağlı  və sosial yardım verilməsi barədə  və s. ilə bağlı  məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər hə\mçinin  sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının  asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq  bildirmişlər.
      Səyyar görüş - qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, çıxış etmişdir.
      Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az