20 avqust 2019-cu il tarixdə Masallı rayon ağsaqqallar Şurasının növbıəti yığıncağı keçirilib.
    Yığıncağı Masallı rayon ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev açaraq, təşkilatın 21 iyun 2019-cu il tarixli konfransından irəli gələn vəzifələrdən danışıb. O, qeyd edib ki, ərazilərdə yaradılan ağsaqqallar Şurası dövlətçiliyimizə, inkişafımıza xidmət etməli, milli-mənəvi dəyərlərimizə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət yetirməlidirlər.
    QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Ağa Təhməzov Məhərrəm ayı və Aşura mərasimlərinin keçirilməsi barədə danışıb.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov, Xıl və Şıxlar ərazi ağsaqqallar şuralarının sədrləri Əlövsət Sadıqov və Əbülfəz Kazımov çıxış ediblər. Yığıncaqda hər iki məsələ ilə bağlı verilən suallar cavablandırılıb.
    Yığıncağı Masallı rayon ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev yekunlaşdırıb.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az