Qarğalıq

Kəndin adı: 
Qarğalıq

Əhalisi: 
1911 nəfər

Ərazisi: 
4.5 min kv.km 

Coğrafi mövqeyi: 
Rayonun şimal-şərq hissəsində yerləşir, düzənlik

Kəndəkilərin əsas məşğuliyyəti: 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
Eminli, Kürdəbaz, Dəlləkli, Xallıcallı, Şəhriyar

Kəndin adının mənası: 
Qarğalıq adı haqqında bir neçə mülahizə söylənilir. Birinci mülahizəyə görə bu ərazidə çoxlu qarğa olduğuna görə Qarğalı adı yaranmışdır. Kəndin yaşlı nəsli əsasən bu fikri təsdiq edir. Digər mülahizəyə görə bu yaşayış yerinin adı türk mənşəli qarğa, karqa tayfaları ilə əlaqədar yaranmışdır. Bu tayfaların Azərbaycana gəlməsi təqribən ilk orta əsrlərə təsadüf edir. Sonralar bu söz fonetik dəyişkənliyə məruz qalaraq Qarğalıq adlandırılmışdır.

Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1938-ci ildə açılmışdır.

Kəndin ilk ali təhsillisi:
Ağayev Rüstəm İsgəndər oğlu - 1935-ci ildə Masallı rayonun Qarğalıq kəndində anadan olub. 1952-ci ildə Ağamalıoğlu adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1957-ci ildə oranı bitirib. İlk iş yeri Yardımlı rayon Rayspolkomu, axırıncı iş yeri Masallı rayonunun Varlı həyat sovxozu olmuşdur. 1992-ci ilin noyabr ayında vəfat etmişdir.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Rufullayev Ruhil Rufula oğlu -1973-cü ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub, 1980-ci ildə Qarğalıq kənd orta məktəbinin I sinfinə daxil olmuş 1990-cı ildə bitirmişdir. 1992-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, elə həmin il iyul ayının 19-da Ağdam şəhəri uğrunda gedən döyüşdə şəhid olub. Kənd qəbiristanlığında dəfn olunub. Vəliyev Ədalət Hidayət oğlu - 1973-cü ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub, 1981-ci ildə Qarğalıq kənd orta məktəbin I sinfinə daxil olmuş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Ağdərə, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1993-cü ildə Umudlu kəndi uğrunda gedən döyüşdə şəhid olmuş. Kənd qəbiristanlığında dəfn olunub. Məmmədov Xanlar Xudaş oğlu - 1976-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub, 1983-cü ildə Qarğalıq kənd orta məktəbin I sinfinə qəbul olmuş, 1993-cü ildə bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1995-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə şəhid olmuşdur.

Böyük Vətən müharibəsində iştirak edənlər: 
1. Əliyev Əlif Rəsul oğlu, 
2. Fərəcov Məmi Eminalı oğlu, 
3. Fərəcov Alış Eminalı oğlu, 
4. Camalov Vəzir Paşa oğlu, 
5. Abasov Daxıl İsa oğlu, 
6. Ağayev Meydan Sadiq oğlu, 
7. Orucov Əsəd Abas oğlu, 
8. Abbasov Fətiş Bəbir oğlu, 
9. Cavadov Murad İsrafil oğlu, 
10. Cavadov Əjdər İsrafil oğlu, 
11. Hüseynov Əjdər Səfəralı oğlu, 
12. Məmmədov Məmmədhüseyn Abış oğlu, 
13. Məmmədov İsmixan Kəlbi oğlu, 
14. Məmmədov Xanlar Məmməd oğlu, 
15. Məmmədov Lazım Məmmədxan oğlu, 
16. Məmmədov Tahir Mahmud oğlu, 
17. Məmmədov Abdulhəsən Absalam oğlu, 
18. Məmmədov Mədət Mustafa oğlu, 
19. Məmmədov Şıxeyib Abış oğlu, 
20. Məmmədov Qaraxan Nəcəfqulu oğlu, 
21. İbadullayev Kərim İbadulla oğlu, 
22. Vəliyev Gülmalı Allaverən oğlu, 
23. Hüseynov Dünyəmalı Mahmud oğlu, 
24. Qasımov İzzət Mahmud oğlu, 
25. Fərəcov Feyruz Ağadədə oğlu, 
26. Yusubov Bulud Camal oğlu, 
27. Qasımov Cankişi Mahmud oğlu, 
28. İbadullayev Sarxan İba oğlu, 
29. Rzayev Rzabala İsa oğlu, 
30. Əhmədov Ağamməd Musa oğlu, 
31. Zeynalov Həmdulla Əliyabas oğlu,
32. Qəribov Məhərrəm Hüseyalı oğlu, 
33. Qəribov Ayaz Hüseynəli oğlu, 
34. Camalov Hətəm Mürsəl oğlu, 
35. İbrahimov Surxay Həşim oğlu, 
36. Qardaşov Abı Balaqardaş oğlu, 
37. Qənbərov Sərdar Saleh oğlu, 
38. Qənbərov Qənbər Saleh oğlu, 
39. Əliyev Bəndalı Rəsul oğlu, 
40. Bədirov Eyvaz Səfər oğlu, 
41. Əliyev Kəlbihüseyn Mehdiqulu oğlu, 
42. Həsənov Sahib Ağababa oğlu, 
43. Novruzov Hacalı Ataş oğlu, 
44. Ağayev Sahib Mirzəcan oğlu, 
45. Orucov Bəbir Abas oğlu, 
46. Orucov Bəbir Abas oğlu, 
47. Allahverdiyev Atalı Allahverdi oğlu, 
48. Əhmədov Mustafa Musa oğlu, 
49. Şirinov Zəki İsa oğlu, 
50. Şirinov Məmi Məhərrəm oğlu, 
51. Qəribov Qasım Hüseynalı oğlu, 
52. Abdullayev Hətəm Əziz oğlu, 
53. Abasov Ağahüseyn Museyib oğlu, 
54. Məmmədov İbrahim Hümmət oğlu.
 

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az