27 avqust 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə “Meşələrin yanğın təhlükəsizliyini təmin edək" mövzusunda tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadior Abıyev açmışdır. O, ümummilli lider Heydər Əliyevin ekologiyanın, ətraf mühitin qorunmasına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Ekologiyanın qorunmasının, meşə sahələrinin genişləndirilməsinin vacibliyini xatırladan N.Abıyev ölkəmizdə və rayonumuzda bu istiqamətdə reallaşdırılan tədbirlərdən və onun əhəmiyyətindən danışmışdır.
    Sonra Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi DYNS-nin rəisi, daxili xidmət polkovnik-leytenantı Samir Kərimov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi DYN-nin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, DYN-in rəis müavini, daxili xidmət polkovnik-leytenantı Elmir Rəsulov, DYNS-in böyük inspektoru, daxili xidmət mayoru Elgün İbadov və başqaları çıxış edərək göstərmişlər ki, meşələrin bərpası və mühafizə müəssisələrinin işçiləri meşlərin yanğın təhlükəsizliyi qaydalarını bilməklə, meşə sahələri və zolaqlarında yanğına qarşı ciddi rejim yaratmalı və ona riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşələrin qorunması hər bir vətəndaşın borcudur.
    Tədbiri Masallı RİHB-nin birinci müavini N.Abıyev yekunlaşdırmışdır.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az