29 avqust 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ali məktəblərə daxil olan tələbələrlə görüş keçirilib.
    Görüş ümummilli lider Heydər Əliyevin tələbələrlə görüş zamanı verdiyi tövsiyələrlə əlaqədar videoçarxla başlanıb.
    Dövlət Himni səsləndirilib.
    Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov görüşü açaraq tələbə adını qazanmış gəncləri, onların müəllim və valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 1311 məzundan 546 nəfəri tələbə adını qazanmağa nail olub ki, onlardan 191-i qızdır.
    Qeyd olunub ki, ali məktəblərə qəbul imtahanları zamanı "Dəfinə" məktəb - liseyinin, Şərəfə və Hişkədərə orta, Ərkivan 2, şəhər 1 və 4 nömrəli tam orta məktəblərinin məzunları daha çox - 600-dən yuxarı bal toplamağa nail olmuşdur.
    Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tələbə adını qazanmış məzunları, onların müəllim və valideynlərini təbrik edib demişdir ki, bir vaxtlar ulu öndər Heydər Əliyev tələbələrlə görüş zamanı demişdir ki, ölkənin gələcəyi sizin əlinizdədir. Bu gün cənab İlham Əliyev də məktəblərin maddi-texniki bazasının möhkəmləndirmək üçün səylə çalışır. Son illərdə Masallıda tikilən və ya təmir edilən təhsil ocaqları bunun bariz nümunəsidir. Rayon rəhbəri qeyd etmişdir ki, Masallı Dövlət Regional Kollecinə daha çox məzunun qəbul olması məni çox sevindirir. Çünki, həmin gənclər sabah Masallının inkişafında mühüm rol oynayacaqlar.
    Toplantıda çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
    Tədbirin sonunda ali məktəblərə qəbul zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin Fəxri fərmanları və pul mükafatları verilib.
    Masallı Regional Mədəniyyət İdarəsinin solistləri məclisi rövnəqləndiriblər.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az