Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi "Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində "Turizmin internetdə təbliği yolları” adlı kitabça çap edilib. Kitabçada xarici və yerli ekspertlərin, diaspor və gənclər təşkilatları nümayəndələrinin Azərbaycan turizminin internet müstəvisində təbliği ilə bağlı təklifləri yer alıb. Kitabçanın xarici ölkələrdə təqdimatı və ekspert, diaspor, eləcə də müvafiq QHT nümayəndələri və turizmə aid dövlət və özəl qurumlar arasında paylanması nəzərdə tutulur.
    Qeyd edək ki, layihə çərçivəsində turizm sahəsində təhsil alan gənclərə və müvafiq ixtisaslar üzrə tələbələrə, gənc mütəxəssislərə Masallı rayonunda da "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzularında təlimlər keçirilib.
    "Turizmin internetdə təbliği yolları” adlı kitabçanın çapı ilə "Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi uğurla yekunlaşıb.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az