Xırmandalı kəndində tütünçülüyə diqqət artır. Bu il tütün sahələri 5 hektara çatdırılmışdır.
    Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, “Dövlət qulluğunda fərqlənməyə görə” medallı Məhərrəm İbrahimovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumata görə artıq sahələrdə tütün yarpağı yığılır. İndiyə kimi “Şəki – İlham” MMC-yə 4,2 ton quru tütün təhvil verilmişdir.
    Xırmandalıda tütünçülüyə maraq daha çoxdur. Adamlar bu gəlirli sahənin inkişafına bundan sonra da diqqət yetirməkdə israrlıdırlar. Bu, kənddə işsizliyin aradan qaldırılmasına, torpağa qayıdışa çox böyük köməkdir.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az