15 Sentyabr – "Bilik Günü" münasibəti ilə rayonun bütün ümumtəhsil ocaqlarında tədbirlər keçirildi.
    Rayonun bütün məktəblərində, o cümlədən Gəyəçöl kənd tam orta, Bala Təklə və Şıxlar 2 nömrəli ümumi orta məktəblərində təşkil olunmuş "Bilik Günü" tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Çıxış edənlər bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri tədris ilinin başlanması və "Bilik Günü" münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. Onlar bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da müsbət nəticələrini verir. Təhsil ocaqlarının maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.
    Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bu il ölkədə 84, eləcə də son illər Masallı rayonunda 50 məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
    Şagirdlər həyata hərtərəfli yetkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır. Bu sahədə müəllimlərimizin üzərinə böyük yük düşür.
    Sonda Masallının ümumtəhsil məktəblərində yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalındı.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az