Ərazinin adı :  
Digah

Əhalisi : 
4401 nəfər

Ərazisi: 
427 ha

Coğrafi mövqeyi : 
Bakı – Astara magistral yolunun qərb tərəfində yerləşir.

Digah əhalisinin əsas məşğuliyyəti : 
ticarət və xırda əkinçilik.

Həmsərhəd olduğu kəndlər :
Seybətin, İsgəndərli , Bambaşı, Şərəfə

Digah adının mənası : 
İki təpə arasında olan yer (iki guşə və ya iki tayfa)

Digah ilk məktəbin açılması : 
1925-ci ildə Digah məktəbi açılmışdır. Məktəbin rəsmi adı “Masallı dairə istinadgah ibtidai məktəb”i olmuşdur.

Digahdan olan ilk ali təhsilli : 
Cabbarov Mirağa 

1907-ci ildə anadan olmuşdur. 7 illik təhsil aldıqdan sonra komsomol sıralarına daxil olmuş, rayonun komsomol katibi işləmişdir. Masallı rayon Maliyyə şöbəsinin vergi müfəttişi, Maliyyə şöbəsinin müdiri, müharibə ərəfələrində Cəlilabad Maliyyə şöbəsinin müdiri kimi məsul vəzifələrədə çalışmışdır. Quba, Xaçmaz rayonlarında Maliyyə şöbəsinin müdiri, Xaşmaz rayon İcraiyyə komitəsinin sədri işləmişdir. M.Cabbarov Respublikanın iqtisadi inkişafında fəal iştirak etmişdir. 1978-ci ildə vəfat etmişdir.

Digahın şəhidləri :
Tağıyev Sakit Abusalam oğlu 

1963-cü ildə anadan olmuşdur. 1979-cu ildə şəhər 2 saylı orta məktəbi bitirmişdir. Orta təhsil aldıqdan sonra Bakı şəhər 14 saylı texniki peşə məktəbində təhsil alıb. 1981-ci ildə sovet ordu sıralarına çağrılmış, Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmişdir. Beyləqan, Füzuli istiqamətində gedən döyüşlərdə böyük sücaətlər göstərmiş, düşmənlə mərdliklə mübarizə aparmış. 28 aprel 1994-cü ildə qəhrəmanlıqla şəhid olmuşdur.

Digahın digər tanınmışları :
Zaur Sadıqzadə
SSSR-i dövlət mükafatı laureatı, lenin ordenli, dünyanın ən qocaman gəmi kapitanı olmuş, 1932-ci ildə, mayın 25-də anadan olub. O, 7-ci sinfi bitirdikdən sonra neft texnikumuna daxil olur. Oranı bitirdikdən sonra isə Neft və Kimya İnstitutuna qəbul olunur. Burada oxuduğu müddətdə MK-dan gələn bir təklif onun taleyində həlledici rol oynayır. Mircəfər Bağırov təklif edir ki, bir qrup bacarıqlı tələbə sualtı qayıqlarda hərb sənətini öyrənmək Latviyaya göndərilsin. Beləliklə, Zaur da 2-ci kursdan Riqadakı Ali Sualtı Üzgüçülük Hərbi Dənizçilik Məktəbinə qəbul olunur. Buna görə Zaur Sadıqzadə 1951-ci ildən, 19 yaşından taleyini Latviya ilə bağlamalı olur. 5 il sonra, 1956-cı ildə o, Latviyada bu məktəbi uğurla bitirir.
Zaur Sadıqzadə ilk dəfə 1957-ci ildə dənizə gəmi heyətinin rəhbərlərindən biri - 2-ci şturman kimi, 1962-ci ildə isə 30 yaşında Zaur Sadıqzadə ilk dəfə olaraq dənizə gəmi kapitan kimi çıxmışdır. 
Zaur hələ 10 il əvvəl, 2002-ci ildə, 70 yaşı tamam olanda 40 ildən artıq gəmi kapitanı olduğu üçün Ginnesin rekordlar kitabına düşmüşdü. 
Bu illər ərzində isə Zaur Sadıqzadə dənizçilik sahəsində çoxlu uğurlar qazanmış, Latviyanın Əməkdar Balıqçısı adını qazanmış . Lenin ordeni ilə yanaşı onlarla digər orden və medala layiq görülmüşdü.
1980-ci ildə isə “Viktor Xudakov” gəmisinin kapitanı kimi yüksək nəticələr əldə etdiyi üçün o, SSRİ Dövlət Mükafatına layiq bilinmişdi. 
Onun uğurları barədə Latviyada genişhəcmli kitab yazılmış, Riqada və Bakıda bu kapitanla bağlı bir neçə sənədli film çəkilmişdir.
Əməkdar İncəsənət Xadimi Braun Uldisin çəkdiyi “Kapitan Zaur Sadıqzadə” filmi onun ölkə miqyasında daha yaxşı tanınmasına yardımçı olmuşdur.
Hazırda o, rus-ispan şirkəti ilə əməkdaşlıq edir. “Böyük stend” adlı xüsusi soyuducu gəmisində direktor vəzifəsini daşıyır. 

Natiq Sadıqzadə 
1942-ci ildə anadan olmuşdur. Neft və kimya institutuna daxil olub və oranı uğurla bitirmişdir. İnstitutu bitirdikdən sonra neft sahəsində çalışmışdır. “Azneft”də aparıcı trestlərin birində rəis müavini, sonra isə bu birlikdə partiya təşkilat katibi vəzifəsinə seçilmişdir. 1976-cı ildə N.Sadıqzadə KP MK-ya təlimatçı vəzifəsinə dəvət edilir. Qısa müddətdə o, KP MK-da neft sənayesi şöbəsi müdirinin müavini, sonra isə müdiri vəzifəsində işləmişdir. N.Sadıqzadə 1987-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 
1988-ci ildə vəfat etmişdir.

Əliyev Nəriman Əlibala oğlu 
1968-ci ildə anadan olub. 1985-ci ildə orta məkəbi bitirmiş və həmin ili Bakı Ticarət texnikomuna daxil olmuşdur. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Bakı Ticarət Texnikomunu bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1999-cu ildə “Nur-M” MMC-ni təsis etmişdir. 2010-cu ildən Milli Məclisin üzvüdür.

Şükürov Qüdrət Balaməmməd oğlu 
1967-ci ilin sentyabr ayının 28-də anadan olub. O, Digah səkkiz illik və Masallı şəhəri 2 saylı tam orta məktəblərində təhsil alıb. 1984-cü ildə Leninqrad şəhərindəki İnşaat Mühəndislər institutunda təhsil alıb. 1989-cu ildən Bakı şəhərindəki "Baklift-2" ixtisaslaşdırılmış istehsalat idarəsində mühəndis və uzun illər rəis vəzifələrində işləyib. Qüdrət Şükürov işlədiyi təşkilatda özünü yüksək ixtisaslı mütəxəssis, bacarıqlı rəhbər kimi göstərdiyinə görə 2011-ci ilin dekabr ayının 15-dən Bakı şəhər icra hakimiyyəti başçısı aparatı "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin olunub. Hal-hazırda həmin vəzifədə çalışır.
Ağalar İdrisoğlu (Mehdiyev) 
1950-ci ilin mart ayının 16-da anadan olub. Digah səkkiz illik və Masallı şəhəri 2 saylı tam orta məktəblərini bitirb. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə Moskva şəhərindəki A.V.Lunaçarski adına Dövlət Teatr Səəti İnstitutunun rejissorluq fakültəsini bitirib. 37 ildir ki, professional teatr sənətində çalışır. Bu vaxta qədər 40-dan artıq rollarda çıxış edib. 100-dən artıq tamaşalarda quruluş verib. Uzun illər Sumqayıt Gənclərinin Teatr-Studuyasına, Sumqayıt Gənclərinin Xalq Teatrına, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına və Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik edib. Uzun illər bu teatrların bədii rəhbəri və direktoru işləyib. 1997-2000-ci illərdə Dağıstan - Azərbaycan Dövlət Dram Teatrının yaranmasında çoxlu işlə görüb. Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvü və katibi olub. Azərbaycan Teatr Xadimləri İttifaqının Sumqayıt bölgə şöbəsini yaradıb və uzun illərdir ki, bu şöbəyə rəhbərlik edir. Aktyor kimi oynadığı rolların bir neçəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb. Quruluş verdiyi Akif Həsənoğlunun "Yanmış evin nağılı" tamaşası Osman Mirzəyev adına mükafata, Georgi Xuqayevin "Varlı evi" tamaşası Mədəniyyət Nazirliyinin birinci dərəcəli mükafatına və özünün yazdığı, milli iftixarımız Şah İsmayılın həyatına və dövlətçilik fəaliyyətinə həsr olunan "Şah İsmayıl" tarixi faciəsi "Qızıl Dərviz" mükafatına layiq görülüb. 40 ildən çoxdur ki, yazıçı, dramaturq, publisist, jurnalist kimi də yaradıcılıqla məşğul olur.Bu illər ərzində 50 hekayə, novella, esse, elegiya, 5 povest, 4 roman, 15 pyes, 500-dən artıq məqalə, publisist yazılar, ressenziyalar yazıb. Onun yazdığı "Həyatın astanasında" pyesi 1982-ci ildə Mədəniyyət Nazirliyinin birinci dərəcəli mükafatını alıb. "İnan nənə" pyesi 1985-ci ildə Moskvada Ümumittifaq Gənc Dramaturqlar müsaiqəsində 48 pyesin içərisində üçüncü dərəcəli mükafata layiq görülüb. Həmin dövrdə Azərbaycandan yeganə dramaturq kimi SSRİ məkanında onun "İnan nənə" pyesi "Ən yaxşı pyeslər" toplusuna daxil edilərək Moskvada rus dilində çap olunub. "Şah İsmayıl" tarixi faciə olan pyesi isə 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Ən yaxşı pyeslər" müsabiqəsində 34 pyesin içərisindənikinci dərəcəli mükafata layiq görülüb. O, çoxlu tarixi faktlarla, mədəni əlaqələrlə zəngin olan Azərbaycan və Dağıstan xalqlarının dostluğuna həsr olunan "Sərhədsiz dünyamız" publisist romanının müəllifidir. 2005-ci ilin mart ayında "Avropa Nəşr və Mətbu" evinin müəyyənləşdirdiyi müsabiqədə "İlin ən yaxşı vətənpərvər yazıçı-rejissoru" kimi diplom və medalla təltif olunub. Eləcə də bir sıra qəzetlərin, təşkilatların fəxri fərmanlarına, diplomlarına layiq görülüb. Ağalar İdrisoğlu Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


Tələt Şıxəliyev 
1928-ci ildə yanvar ayının 1-də anadan olmuşdur. 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində, 1952-1953-cü illərdə Kiyev rəssamlıq məktəbində, 1953-1960-cı illərdə isə Kiyev Dövlət İncəsənət İnstitutunda oxuhmuşdur. 
1963-1980-ci illərdə Azərbaycanda və xarici ölkələrdə dövlət səviyyəsində müxtəlif sərgiləri təşkil olunmuşdur. Onun iki tablosu AFR-də Lüdviq qalereyası olmuşdur. 1982-ci ildə Azərbaycan SSR-i əməkdar rəssamı fəxri adı ilə təltif edilmişdir. 
T.Şıxəliyev 1987-ci ildə vəfat etmişdir. 

İbadov Rəmzi Ramiz oğlu 
1987-ci ildə anadan olmuşdur.
Cüdo və sambo üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birincisi, dəfələrlə Beynəlxalq turnirlərin qalibidir. Cüdo üzrə idman ustalığına namizəddir.

İbadov Fariz Ramiz oğlu 
1990-cı ildə anadan olmuşdur. Cüdo üzrə yeniyetmələr arasında azərbaycan birincisi olmuşdur. 2005-ci il Türkiyənin Ankara şəhərində keçirilən cüdo üzrə avropa kubokunda və 2006-cı ilin marta ayında Gürcüstanın Tiblisi şəhərində keçirilən cüdo üzrə Beynəlxalq turnirdə II yerləri tutmuşdur. Cüdo üzrə idman ustalığına namizəddir.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az