30 oktyabr 2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin mülki müdafiə tədbirləri planına müvafiq olaraq Masallı rayon ərazi dəstəsi ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
    “Xan Çinar” bazarının arxa hissəsindəki ərazidə təşkil olunan mülki müdafiə məşqində “Yüksək Hazırlıqlı Ərazi dəstəsi”nin qruplarındakı heyətin, avtomobillər, texnikalar və digər lazimi təcihzat ilə bağlı rayonun aidiyyəti qurumlarının iştirakı təmin edilib.
    Masallı Rayon Polis şöbəsinin “Yüksək Hazırlıqlı Ərazi dəstəsi”nin İctimai asayişin mühafizə qrupunun aidiyyəti heyəti, qrup üçün nəzərdə tutulan post patrul və yol patrul avtomobilləri, Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizənin, Elektrik Şəbəkəsinin, Lənkəran Regional Qaz İstismar İdarəsinin rayon Xidmət Sahəsinin kommunal-texniki, Rayon Mərkəzi Xəstəxanasının, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin tibbi, Gigiyena və Epidemiologiya mərkəzinin Epidemik kəşfiyyat, Telekommunikasiya Qovşağının rabitə, Viləşçay Su Anbarı İstismarı idarəsinin qəza-bərpa, “47 nömrəli Yol İstismarı”MMC-nin xilasedici qruplarının aidiyyəti heyətlərinin, qruplar üçün nəzərdə tutulan texnikaların və digər lazımi təchizatın təminatına baxış keçirilib.
    Baxış zamanı “Yüksək Hazırlıqlı Ərazi dəstəsi”nin komandiri Əlimərdan Abdullayev, rayon mülki-müdafiə qərargahının rəisi İnqilab Mirzəyev qrupların hazırlığı barədə məlumat veriblər.
    FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşovun, şöbə rəisi, kapitan Renad Nuriyevin və digər məsul şəxslərin qrupların vəzifə borcları, eləcə də baş vermiş fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qəza-xilasetmə işlərinin təşkili və həyata keçirilməsi haqqında tövsiyə və tapşırıqları dinlənilib.
    Məşqin gedişində baxış üçün rayon Fövqəladə hallar komissiyasının üzvləri, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak edib.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az