01 noyabr 2019-cu il tarixdə Masallı rayonun da Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında açıq qapı günlərinə qoşularaq Masallı Olimpiya Kompleksində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 noyabr – “Dövlət Bayrağ günü” münasibəti ilə “İradənlə qalib gəl!” şüarı altında açıq qapı günləri təşkil etmişdir.
    Aksiya çərçivəsində cüdo, güləş, bədii gimnastika, boks, Taekvondo, karate, futbol, voleybol, şahmat, kinq-boks, tirnajor və müxtəlif idman növləri üzrə vetiran idmançılar və əməkdər məşqçi müəllimlərin iştirakı ilə ustad dərsləri və nümunəvi çıxışlar təşkil edilmişdir.
    Cüdo idman növü üzrə –Əməkdar məşqçi Quliyev Xanağa Abusət oğlu,Güləş idman novü üzrə –Əməkdar məşqçi İsayev Qaurbanəli Qiyas oğlu, Boks-Əməkdar məşqçi Mehdiyev Həbib Zeydullah oğlu, Hacıyev Elnur Əvəzəli oğlu ,Taekvondo idman növü üzrə - Əməkdar məşqiçi Ağayev Ədalətr Habil oğlu, Futbol idman növü üzrə - məşqçi-müəllim Süleymanov Rövşən Zakir oğlu ,Voleybol idman növü üzrə -Əməkdar məşqçi Fərmanlı Famil Fərman oğlu, Voleybol idman növü üzrə - Əməkdar məşqçi Məmmədov Süfəddin Pərviz oğlu, Sindo-ruy və pencak-silat karate idman növü üzrə – məşqçi-müəllim Məmmədov Ramin Ağaxan oğlu, bədii giminastika idman növü üzrə -məşqçi-müəllim Mustafazadə Mərziyyə Samir qızı,Tirnajor idman növü üzrə - məşqçi-müəllim ,idman ustalığına namizəd Cəlalov Rövşən Balasər oğlu idmançılara ustad dərsləri keçmişlər.
    Tədbirin əsas məqsədi Rayonumuzda uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyümələri , onların vətənpərvərlik hisslərinin gücləndirilməsi,idmanın kütləviliyinin təmin edilməsi məqsədi ilə ayrı-ayrı idman növləri üzrə təcrübəli idman mütəxəssislərinin ustatd dərslərinə cəlb etməkdir.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az