23 dekabr 2019-cu il tarixı təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan növbəti regional seminar noyabrın 2-də Masallıda keçirilib.
    Masallı şəhər “Asan həyat” komleksindəki Heydər Əliyev İncəsənət Məktəbində keçirilən seminarda MSK-nın üzvləri Validə Kazımova, İlkin Şahbazov, 20 seçki dairəsinin - 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61saylı Neftçala, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 78 saylı Lerik, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan və 84 saylı Füzuli seçki dairələri dairə seçki komissiyalarından 60 ekspert qrupu üzvü iştirak edib.
    Seminarı MSK üzvü İlham Məmmədov açaraq, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.
    Sonra MSK-nın digər üzvü Qabil Orucov “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Seminar iştirakçılarına seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul olunması müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar və digər məsələlər barədə ətraflı izahat verilib.
    Maarifləndirici seminarda MSK üzvü İlham Məmmədov “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib.
    Qeyd olunub ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir və vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri mövzu ilə bağlı qanunvericiliyin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
    Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.
    Sonda mövzular ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az