AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Masallı rayonunda əkin sahəsindən tapılan, üzərində xaç simvolu olan qəribə daşlar barədə xəbərə münasibət bildirib.
İnstitutun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, arxeoloji ekspedisiyanın rəhbəri Abuzər Ələkbərov bildirib ki, bu, həqiqətən də, pravoslavların qəbir daşlarına həkk olunan xaç işarəsidir:
“Onların da Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən, cənub-şərq rayonlarına XIX əsrin birinci yarısında hansı məqsədlə köçürüldüyü məlumdur. Əvvəllər onların qəbirlərinə daşdan baş daşı qoyulurdu. Sonralar bu daşlar dəmir çubuqlardan xaç şəkilində hazırlanmış nişangahlarla əvəz olundu”. “Məlumat üçün onu da deyim ki, pravoslavların xaç işarəsi katoliklərin xaç işarəsindən tamamilə fərqlidir”, – deyə ekspedisiynın rəhbəri qeyd edib. Xatırladaq ki, Masallı rayonu Təklə kənd sakini Vəzir Hüseynov özünə məxsus olan əkin sahəsində şumlama işləri apararkən qəribə daşlar tapıb. Daşlardan birinin üzərində olan xaç simvolu V.Hüseynovun marağına səbəb olub. O, indiyə qədər sözügedən ərazidə heç vaxt belə daşlara rast gəlmədiyini deyir. Onun diqqətini çəkən isə hündürlüyü 80, eni 40 sm olan bu daşlardan birinin üzərində oyma üsulu ilə çəkilmiş xaç simvolu olub.
Yerli sakinlərin dediyinə görə, Təklə kəndinin tarixi qədim olduğundan, burada əkin sahələrindən şum işləri apararkən gildən hazırlanmış müxtəlif məmulatlar, qədim əşyalar, tunc nizə başlıqları tapılıb.


- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
Xəbərlər-
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda
-
Kartofçuluq - zəhmət tələb edən sahə
-
Regionların sosial-iqtisadi inkişafı və Masallıda yeni iş yerləri
-
Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
-
Masallıda “İnşa-yazı” müsabiqəsi
-
Masallıda çağırışçı gənclərlə dəyirmi masa
-
Masallıda könüllülərlə növbəti görüş keçirilib
-
Şıxlar ərazisində səyyar görüş-qəbulu
-
Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
-
Masallıda “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda konfrans
-
Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirildi
-
Qışa hazırlıq
-
Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
-
Həsənli fermerlər arpa, buğda və vələmir əkinlərini başa çatdırmışlar
-
Masallıda "Azərbaycan Könüllülük Həftəsi"
-
“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyi Masallıda yerli fermerlərlə görüşüb
-
Təhsil millətin gələcəyidir
-
Kənd Təsərrüfatı nazirinin müavini Masallıda qəbul keçirib
-
Türkoba ərazisində xeyirxah işlər
-
Masallıda ilk dəfə səs verəcək gənclərilə görüş keçirildi.
1/5Facebook Səhifəmiz - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |