05 noyabr 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində şəhər 3 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə "9 noyabr Dövlət Bayrağı günü" münasibəti ilə "Bayraq bizim qürurumuzdur" adlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
    Sonra Dövlət bayrağı haqqında hazırlanmış geniş videomaterial nümayiş olunub.
    Tədbir şagirdlərdə xoş təəssürat yaradıb.
    Tədbirin sonunda şagirdlərin ifasında" Qalx, qalx ulu bayraq" musiqisi səsləndirilib.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az